Osi modeli kompüter şəbəkələri sisteminin fiziki təchizatından tutmuş ta proqram təminatına kimi işləmə prinsipini izah edir



Yüklə 22,35 Kb.
tarix14.01.2018
ölçüsü22,35 Kb.
#20744

 OSI modeli

OSİ modeli kompüter şəbəkələri sisteminin fiziki təchizatından tutmuş ta proqram təminatına kimi işləmə prinsipini izah edir. Bir kompüterdən digərinə məlumat göndəriləndə baş verən proseslər standartlaşdırılmış formada bütün kompüterlərdə eyni ardıcıllıqla aparılır. OSİ modeli şəbəkəni öyrənmək üçün ən mühüm bölmələrdəndir. Buna səbəb şəbəkələrin yaranması tarixi ilə bağlıdır. Kompüter şəbəkələrinin ilk yarandığı vaxtlardan, fərqli firmalar özlərinə məxsus texnologiyalarla şəbəkə sistemləri yaradır və satırdılar. Bu firmaların istehsal etdiyi şəbəkə kartları və texnologiyası öz kartlarından başqa şəbəkə kartlarını və texnologiyalarını tanımırdılar. Çünki hər bir firmanın özünə məxsus proqram təminatı və quruluşu var idi. Hər firma fərdi eyni zamanda fərqli sistemlər və sürücülər istifadə etdiyi üçün digər firmaların şəbəkələri ilə əlaqə yarada bilmirdilər. Bu problem ümumi proqram təminatının yazılmasında da çətinliklər yaradırdı. Əgər hər hansı bir şirkət şəbəkə qursaydı o ancaq tək bir firmanın texnologiyasını istifadə etmək məcburiyyətində qalırdı. Çünki digər firmaların texnologiyası artıq qurulmuş şəbəkələrini dəstəkləmirdi. Əgər gələcəkdə şəbəkəyə əlavə etmək istəsələr o firmadan başqası bunu edə bilməzdi. Həmin firmadan alınan mallar isə baha başa gəlirdi. Bu cür problemlərin artması ümumi bir sistemin yaranmasına tələb yaratdı.

Standartlaşdırmada yaranan problemlərin başında proqramlaşdırma terminologiyası gəlirdi. Buna səbəb hər firmanın özünəməxsus terminologiyasının olması idi. 1984-cü ildə International Organization of Standardization (ISO) adında bir qurum Open System Interconnection modelini “ISO”-nu yaratdı. ISO qurumun adının qısaltması deyil, latınca bərabər "isos" sözündən götürülüb. Qurum bütün şəbəkələrin eyni texnologiya əsasında işləməsi üçün çalışır. OSI Modeli dəyişilməz qanun deyil. İstəyən özü üçün şəbəkə sistemi yarada bilər. Amma OSI modelinin standartlarında olmazsa böyük ehtimal digər şəbəkələr tərəfindən anlaşılmayacaqdır və işləməyəcəkdir.
Protokollar

Protokol sözünün mənası hadisənin gedişatını təsvir edən qaydalar toplusudur. Protokollar kompüter şəbəkələrinin müəyyən qaydalar daxilində idarə olunması üçün tənzimləyici rol oynayırlar. Bəs protokollar nəyi tənzimləyir? Kompüter şəbəkəsi üçün protokol iki kompüter və ya aparat arasında müəyyən qaydalar daxilində informasiya mübadiləsinin aparılmasını tənzim edir. Sadə File Transfer Protocol (FTP) proqramı ilə məlumat göndərilən zaman arxa planda bir çox protokol işləyir. FTP protokolu iki kompüterin iki proqramı arasında necə məlumat mübadiləsi aparılmasını müəyyənləşdirir. Transmit Control Protocol (TCP) göndərən sistem üzərindən yollanacaq məlumatı parçalara bölünməsi və qəbul edən sistemin üzərində təkrar birləşdirilməsi funksiyalarını yerinə yetirir. Internet Protocol (IP) isə məlumatın fərqli yönləşdiricilər üzərində doğru yolu izləyərək qarşı tərəfə çatdırılması ilə vəzifələndirilmişdir. Məsələn: hub-da beş kompüter var və hansı kompüterə (MAC adresi ilə təyin edir) bu məlumat çatmalıdır məsələlərini həll edir. Şəbəkə kartı və kabel protokolları məlumatın necə elektrik siqnalları halında göndərilməsi məsələsini yerinə yetirir. Bütün protokollar və baş verən proseslər bütünlükdə 7 əməliyyat layı formasında həyata keçirilir və OSİ modelində cəmlənir.


7LAY

OSI modeli vasitəsi ilə bir cihazın və ya protokolun şəbəkə daxilində hansı vəzifəni yerinə yetirdiyini daha rahat izah etmək olar. OSI modeli, kompüter üzərindəki proqram məlumatının, şəbəkə mühitindən keçərək digər bir kompüter üzərindəki proqrama necə çatacağını təsvir edir. Model bu prosesi 7 lay formasında izah edir: 



Layer 7 - Application

7. Lay - Tətbiqetmə

Application Set(tətbiqetməkomplekti)

Layer 6 - Presentation

6. Lay – Təqdim etmə

Layer 5 - Session

5. Lay - Sessiya

Layer 4 - Transport

4. Lay - Daşıma(Ötürmə)

Transport Set(ötürmə komplekti)

Layer 3 - Network

3. Lay – Şəbəkə

Layer 2 - Data Link

2. Lay – Məlumat Bağlantısı

Layer 1 - Physical

1. Lay - Fiziki

Tətbiqetmə layı məlumatı təqdim etmə layına, təqdim etmə isə sessiya layına ötürür. Bu şəkildə məlumat fiziki laya kimi çatdırılır. Məlumat qəbulunda isə bu proses əks formada ardıcıllıqla təkrar olunur. Məlumat fiziki laydan tətbiqetmə layına kimi ötürülür. OSI modelinin lay adları ilə birlikdə rəqəmlərini də öyrənmək vacibdir.

OSI modelində hər lay həll olunmalı problemləri təsvir edir. Bu laylarda işləyən cihazlar və protokollar həmin problemlərə həll yolu tapırlar. Yeddi laylı OSI modeli iki bölmədə tədqiq edilə bilər: Application Set və Transport Set.
osi model
Application Set (tətbiqetmə komplekti) tətbiqetmə layı və proqramlarla bağlı bölmədir. Əsasən proqram şəklində olur. Modelin ən üstündəki tətbiqetmə layı istifadəçiyə ən yaxın olan laydır.

Transport Set (ötürmə komplekti) məlumat mübadiləsi ilə vəzifələndirilib. Fiziki və digər məlumat ötürmə layları həm proqram, həm də şəbəkə kartı ilə işləyirlər. Fiziki lay fiziki şəbəkə mühitinə (məsələn: şəbəkə kabelinə) ən yaxın laydır. Əsas vəzifəsi məlumatı kabeldən ötürmək və qəbul etməkdir. 


UPD.

OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür.


* Fiziki səviyyə (Physical layer)
* Kanal səviyyəsi (Data Link)
* Şəbəkə səviyyəsi (Network layer)
* Nəqliyyat səviyyəsi (Transport layer)
* Seans səviyyəsi (Session layer)
* Təqdimetmə səviyyəsi (Prezentation layer)
* Tətbiqi səviyyə (Application Layer)

* Fiziki səviyyə fiziki əlaqə kanalında informasiyanın (bitlərin) ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksal kabel, burulmuş qoşa kabel, optovalokon kabel və s.nəzərdə tutulur. Bu səviyyədə elektrik siqnallarının, məsələn gərginlik və ya cərəyanın ötürülmə siqnallarının səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. təyin edilir.

* Kanal səviyyəsinin funksiyası rabitə kanalında giriş-çıxış informasiyasının idarəsindən ibarətdir. Bu səviyyədə ötürülmə mühiti, səhvlər təyin edilir və səhvlərin düzəlişi yoxlanılır. Bunun üçün informasiya bitləri kadrlarda (frame) qruplaşdırılır. Kanal səviyyəsi hər bir kadrın düzgunlüyünü təyin edir. Kadrların yoxlayici cəmini hesablayaraq onu hər bir kadrın sonuna əlavə edir. Qəbuledicidə yoxlayıcı cəm hesablanır. Onlar eyni olduqda informasiya qəbul edilir. Səhvlər təyin edildikdə isə ötürmə təkrar icra olunur.

* Şəbəkə səviyyəsi bir necə şəbəkəni birləşdirən vahid nəqliyyat sisteminin yaradılmasına xidmət edir. Şəbəkə səviyyəsi xəbərlərin ötürülməsində düzgün istiqamətin secilməsini təmin edir. Şəbəkələr öz aralarında marşrutizator (roter) adlanan xüsusi qurğu vasitəsi ilə birləşdirilir. Marşrutizator şəbəkələr arası əlaqələrin topologiyası haqqında informasiyanı yığaraq onun əsasında paketləri təyin olunmuş şəbəkəyə göndərir. Xəbəri bir şəbəkədən (ötürücudən) digər şəbəkəyə (qəbulediciyə) göndərilməsi üçün şəbəkələr arası müəyyən miqdar tranzit ötürmələrdən (hop-siçrayış) istifadə edilir. Bu zaman hər dəfə müvafiq marşrut seçilir. Beləliklə, ümumi marşrut paketlərin keçdiyi marşrutizatorların ardıcıllıgından ibarət olur. Daha optimal yolun seçilməsi marşrutlaşdırma adlanır və onun həlli şəbəkə səviyyəsinin əsas məsələlərindən biridir. Çox zaman marşrutun seçilmə kriteriyası kimi verilənlərin ötürmə vaxtı qəbul edilir. Bu isə kanalın buraxma qabiliyyəti və trafikin intensivliyindən asılı olur. Şəbəkə səviyyəsi müxtəlif texnologiyaların uyğunlaşması, böyük şəbəkələrin ünvanlarının sadələşdirilməsi kimi məsələləri də həll edir. Şəbəkə səviyyəsində xəbər paket adlanır. Bu zaman qəbul edənin ünvanını böyük hissəsi - şəbəkənin nömrəsi və həmin şəbəkədəki qovşağın nömrəsindən ibarət olur. Eyni şəbəkənin bütün qovşağlarının ünvanlarının böyük hissəsi eyni olmalıdır. Şəbəkə səviyyəsində 2 tip protokollar təyin edilir:

1. Şəbəkə protokolları paketlərin şəbəkələrdə hərəkətini həyata keçirir
2. Marşrutlaşdırma protokolların köməyi ilə marşrutizatorlar (roterlər) şəbəkələrarası birləşmələrin topologiyası haqqında informasiya yığırlar.

* Nəqliyyat səviyyəsi tətbiqi və seans səviyyələrinə verilənlərin tələb olunan etibarlı dərəcədə ötürülməsini təmin edir. Bu məqsədlə şəbəkə proqram təminatının nəqliyyat obyektləri ötürülən obyektdəki məlumatları paketləşdirir və qəbuledici obyektdə həmin paketlərdən məlumatı çıxarır. Bundan əlavə nəqliyyat səviyyəsi müxtəlif şəbəkə səviyyələrini uyğunlaşdırır.

* Seans səviyyəsi - dialoqun idarə edilməsini təmin edir, cari anda aktiv tərəfi qeyd edir, sinxronlaşdırma vasitələrini təqdim edir. Bu səviyyənin funksiyası tətbiqi səviyyə ilə birləşmişdir. Rabitə seansı təşkil olunduqda digər obyektə daxil olmaq üçün aşağı obyektin səlahiyyəti yoxlanılır. Bu səviyyə bir neçə xidmət siniflərinə (A, B, C və D) malikdir.

* Təqdimetmə səviyyəsi - informasiyanın məzmununu dəyişdirmədən onun təsvir olunma formasını təyin edir. Bu səviyyənin vasitəsi ilə bir sistemin tətbiqi səviyyəsindən digər sistemin tətbiqi səviyyəsinə informasiyanın təqdim edilməsi aydın formada olur. Beləliklə təqdimetmə səviyyəsi verilənlərin mübadiləsi üçün eyni sintaksis seçir. Təqdimetmə səviyyəsi tətbiqi səviyyədə olan obyektlərə (istifadəçə və proqramlar) ötürülən informasiyanın çevrilmə (şirifləmək, sıxmaq, şifri aydınlaşdırmaq) üsullarını göstərir.





Yüklə 22,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə