Основные термины информационной безопасности



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/42
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8893
  1   2   3   4   5   6   7   8   9   ...   42



Az
ərbaycan Milli Elmlər Akademiyası 
İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTU 
 
 
 
Yadigar İmamverdiyev 
 
 
 
 
 
 
 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
terminl
ərinin izahlı lüğəti  
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - 2015
 
 
 



İmamverdiyev  Y.N. 
İnformasiya  təhlükəsizliyi terminlərinin 
izahlı lüğəti. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2015, 
160 s
əh
 
T
əqdim olunan izahlı lüğətdə informasiya təhlükəsizliyi üzrə elmi və kütləvi 
ədəbiyyatda rast gəlinən 600-dən çox ingilis dilli termin  toplanmış  və  onların 
az
ərbaycan dilində  tərcüməsi variantı  verilmişdir.  Terminlər informasiya 
t
əhlükəsizliyi üzrə elmi və praktiki fəaliyyətin əsas istiqamətlərini əhatə edir.  
İnformasiya təhlükəsizliyi üzrə ixtisaslaşan mütəxəssislər, tələbələr və elmi 
t
ədqiqat aparan şəxslər üçün nəzərdə tutulmuşdur.  
 
 
 
 
 
 
V
əsait AMEA İnformasiya Texnologiyaları İnstitutu Elmi Şurasının qərarı 
il
ə çapa məsləhət görülmüşdür. 
 
Elmi redaktor: tex.f.d. 
R.H.Şıxəliyev 
 
 
 
ISBN: 978-9952-434-72-9 
 
© «İnformasiya Texnologiyaları» nəşriyyatı, 2015
 
 



Münd
əricat 
 
Giriş..................................................................................................4 
A……………………………………………………………………7 
B…………………………………………………………………..16 
C…………………………………………………………………..23 
D…………………………………………………………………..44 
E…………………………………………………………………...52 
F…………………………………………………………………...56 
G……………………………………………………………….….61 
H……………………………………………………………….….63 
I……………………………………………………………….…...65 
J……………………………………………………………….…...73 
K……………………………………………………………….….74 
L……………………………………………………………….…..76 
M………………………………………………………………..…78 
N…………………………………………………………….….…82 
O……………………………………………………….….………84 
P……………………………………………………………..…….88 
Q…………………………………………………………….….…96 
R………………………………………………………………..…97 
S……………………………………………………………….…101 
T…………………………………………………………….....…112 
U……………………………………………………................…117 
V……………………………………………………................…118 
W……………………………………………………...........……120 
X………………………………………………………............…124 
Z…………………………………………………….............……125 
Qısaltmalar....................................................................................126 
Ədəbiyyat…………………………………………………..........158 
 
 
 
 



Giriş 
Az
ərbaycan dili milli dövlətçiliyin  başlıca  rəmzlərindən biridir. 
Az
ərbaycan  Respublikası  Prezidentinin  9  aprel  2013-cü il tarixli 
s
ərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  dilinin  qloballaşma 
şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin 
inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinin zənginləşməsi 
v
ə  tətbiqi  imkanlarının  genişləndirilməsi istiqamətində  aparılan 
işlərin yeni səviyyəyə qaldırılmasını tələb edir.  
Müst
əqillik illərində Azərbaycan dilinin funksional imkanlarının 
inkişafı  istiqamətində  məqsədyönlü dövlət siyasəti həyata 
keçirilmişdir  və  Azərbaycan dili dövlət və  cəmiyyət həyatın  bütün 
sah
ələrində, o cümlədən ictimai-siyasi və elmi-texniki sahədə geniş 
istifad
ə edilir. Nəticədə müasir Azərbaycan dilinin leksik sistemində 
terminl
ərin xüsusi çəkisi olduqca böyükdür.  
Terminl
ərə ümumişlək sözlərdən daha çox ehtiyac var. Elmin və 
texnikanın istənilən sahəsi öz ifadəsini terminlərdə tapır. Terminlər 
informasiya 
əldə etmək və paylaşmaq, bilik qəbul etmək və ixtisası 
m
ənimsəmək alətidir. Terminologiyanı mənimsəmədən heç bir elm 
sah
əsini öyrənmək olmaz. Məlumdur ki, informasiya ana dili 
vasit
əsilə  daha sürətlə  qəbul  edilir  (dekodlaşdırma  prosesi)  və 
ötürülür  (kodlaşdırma  prosesi).  Standartlaşdırılmış  terminologiya 
d
əqiq ünsiyyət  imkanı  yaradır,  səhv  başa  düşülmə  və  səhv 
interpretasiyadan  qaçmağa  kömək edir və  ünsiyyətin keyfiyyətini 
yüks
əldir.  
Müasir dünyada elmi-texniki bilikl
ərin  artması  nəticəsində 
dill
ərdə meydana çıxan sözlərin 90%-dən çoxunu xüsusi sözlər təşkil 
edir. B
əzi elmlərdə  terminlərin  sayının  artma  sürəti  ümumişlək 
sözl
ərin  sayının  artma  sürətini  qabaqlayır  və  bəzi elmlərdə 
terminl
ərin sayı qeyri-xüsusi sözlərin sayından çoxdur. 
Terminologiya  qloballaşma  və  sürətli elmi-texniki tərəqqi 
şəraitində  xüsusi  əhəmiyyət  qazanır.  Hazırda  dünyada  20  mindən 
çox  terminoloji  standart  mövcuddur.  Onların  əsas hissəsi  inkişaf 
etmiş  sənaye ölkələrində  yaradılmış  milli  standartlardır.  Bundan 



başqa,  beynəlxalq standartlar, regional standartlar,  şirkətlərin və 
beyn
əlxalq təşkilatların standartları da vardır. Bir sıra böyük şirkətlər 
terminologiyanın  menecmetinə  şirkətin  qloballaşma  strategiyasının 
t
ərkib hissəsi  kimi  baxırlar,  şirkətin  standart  terminologiyasından 
istifad
əni korporativ mədəniyyətin vacib komponenti kimi qəbul 
edirl
ər. 
Qloballaşma şəraitində terminologiya strateji resursdur və ölkənin 
inkişafında vacib rol oynayır. Ölkə vətəndaşlarının səmərəli iqtisadi, 
texniki v
ə  elmi ünsiyyət  bacarıqları  düzgün  və  standartlaşdırılmış 
terminologiyadan istifad
ə  ilə  inkişaf  etdirilir.  İstənilən ölkənin 
terminologiya t
əcrübəsi müxtəlif sahələrdə ünsiyyəti genişləndirir və 
r
əsmi dilin funksional dil imkanları inkişaf edir. 
Bel
əliklə, terminologiya ölkədə  iqtisadi, siyasi, elmi, texniki 
ünsiyy
əti  təmin edən vahid informasiya fəzasının  yaradılmasına 
imkan ver
ən inteqrasiya faktorlarından birinə çevrilir. Bunu nəzərə 
alaraq,  yuxarıda  istinad  edilən Dövlət  Proqramı  terminologiya 
sah
əsində kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.  
H
ər bir predmet sahəsində  inkişafla  əlaqədar terminlərin  sayı 
artır,  bu  informasiya  təhlükəsizliyi sahəsində  daha sürətli və 
dinamikdir.  İnformasiya  təhlükəsizliyi sahəsində  yeni terminlərin 
sür
ətlə  meydana  çıxması  mütəxəssislər  qarşısında  bir  sıra  ciddi 
termin
şünaslıq  problemləri  qoyur.  İnformasiya  təhlükəsizliyi 
sah
əsində  vahid  anlayışlar  sisteminin  (terminlərin və  təriflərin) 
yaradılması  informasiya  təhlükəsizliyi üzrə  elmi tədqiqatların 
prioritet probleml
əri sırasına daxil olur. 
İnformasiya  təhlükəsizliyi üzrə  terminlərin  formalaşmasında  bir 
c
əhəti xüsusilə  vurğulamaq  lazımdır.  AMEA  İnformasiya 
Texnologiyaları  İnstitutunda  AMEA-nın  həqiqi üzvü, akademik 
Rasim  Əliquliyevin  bilavasitə  rəhbərliyi  altında  informasiya 
t
əhlükəsizliyi sahəsində 20 ildən artıq müddətdə elmi-tədqiqat işləri 
aparılır. Həmin müddət ərzində informasiya təhlükəsizliyi üzrə 10-
dan çox f
əlsəfə doktoru hazırlanmışdır. İnstitutun Tədris-İnnovasiya 
M
ərkəzində  bir  sıra  dövlət təşkilatlarının  əməkdaşları  üçün 
münt
əzəm kurslar təşkil olunur. Eyni zamanda, institut əməkdaşları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə