ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
  1   2   3   4   5   6   7   8   9   ...   19


 

 



www.kitabxana.net

  

 

Milli Virtual Kitabxananın təqdimatında 

 

 

NƏSİRƏDDİN TUSİ 

 

 

ÖVSAFÜL-ƏŞRAF 

 

(ŞƏRAFƏTLİ İNSANLARIN 

XÜSUSİYYƏTLƏRİ) 

 

 

 

Tərcümə edən: Füzuli Şəfiyev 

 

 

 

 

 

 

 

 

2



E-kitab N 38 

 

Şəbəkə üçün hazırlayanı: yazar-

kulturoloq Aydın Xan (Əbilov) 

 

YYSQ – Milli Virtual Kitabxananın 

rəqəmsal e-nəşri N 38 

 

 

Bakı - 2010 

 

 

 

 

Tərcümə, çıxarışlar, qeyd və şərhlər 

Füzuli Şəfiyevindir 

 

 

 

 

 

 

 

 


 



Giriş 

Uzun illər boyu “Övsafül-Əşraf” kitabı görkəmli alimlər 

tərəfindən tədqiq edilmiş  və yeri gəldikcə bir çox dünya 

dillərinə  tərcümə olunmuşdur. Günümüzə  qədər gəlib 

çatmış əlyazma nümunələri, həmin nüsxələrdə olan fərqlər 

qeyd olunan işləri dərinləşdirmiş  və bu tədqiqatların 

nəticəsi olaraq, kitabın  əsas hissələri demək olar ki, 

dəqiqləşmişdir. Üzərində  tədqiqat işləri aparılan və  əksər 

alimlərin diqqətini cəlb edən nümunələrdən biri də 

görkəmli alim Seyyid Mehdi Şəmsəddinin 1990-cı ildə nəşr 

etdiyi nüsxədir. Bu tərcümə də məhz həmin nüsxə əsasında 

hazırlanmışdır. 

Tərcümədə  XІІІ  əsr nəsr nümunəsi olan “Övsafül-Əşraf” 

əsərinin özünəməxsus “ruhu və koloriti” mümkün qədər 

qorunub saxlanılmış, bu məqsədlə müəllifin öz orjinal 

üslubuna xələl gəlməsin deyə, bə`zi ifadə  və terminlər 

olduğu kimi verilmiş, mətndə fikri tamamlamağa ehtiyac 

duyulan yerlərdə isə böyük mö`tərizələr daxilində 

tamamlayıcı  tərkiblərdən istifadə edilmişdir.  Əlavə olaraq 

bə`zi söz və ifadələrin kənarına açıqlama və  tərcümə 

xarakteri daşıyan, kiçik mö`tərizələr daxilində isə qeydlər 

artırılmışdır. Məsləhət görülən bə`zi ifadə  və terminlərin 

izahı, həmçinin çıxarışlar mətnin altında verilmişdir. 

Qeyd etmək lazımdır ki, bu kitab ümumi oxucu kütləsi 

üçün deyil, klassik ədəbiyyat və dini maariflə yaxından 

tanış olanlar üçün nəzərdə tutulub. 

Kitabın  əsas hissəsini təşkil edən elmi, əxlaqi, irfani və 

fəlsəfi məfhumların izah və açıqlamaya ehtiyacı var. 

Bu kitabdan tam yararlanmaq üçün onun mə`na və 

məzmununa  əhatəli  şəkildə varid olan müəllimə  (əxlaq 

ustadı) ehtiyac var. 

Kitabın klassik Azərbaycan nəsrinə  məxsus bir üslubda 

 

4



tərcümə olunması mütərcimin zəifliyini yox, onun bu 

sahədə xüsusi iste`dad və bacarığa malik olduğunu göstərir. 

Müasir dilçilik sahəsində kifayət qədər mə`lumat və 

təcrübəsi olan qələm sahibi üçün klassik üslubda tərcümə 

və digər yaradıcılıq işinin nə  qədər çətin olmasını 

ədəbiyyatşünaslar çox gözəl başa düşürlər. 

Klassik üslubun dirçəldilməsi, müasir oxucuların izafi 

tərkibli yazı formaları ilə tanışlığı müxtəlif sahələrdə 

yazılmış, arxivlərdə  və kitabxanalarda saxlanılan zəngin 

ədəbi irsimizin orjinal nüsxələrdən oxunmasına da şərait 

yaradır. 

Belə bir əsərin dilimizə çevrilərək, həqiqət axtarışında olan 

müdrik oxuculara təqdim edilməsi bir neçə  cəhətdən 

təqdirəlayiqdir: 

Birincisi, sələflərimizin gənc nəslə tanıtdırılması, dahi 

şəxsiyyətlərimizin müasir cəmiyyətimizə yeni təqdimatı 

günümüzün ən zəruri məsələlərindəndir. 

İkincisi, özünəməxsus ideoloji donuqluğa məxsus olan 

sovetlər rejimini yaşamış ölkəmizdə korifeylərin qiymətli 

əsərlərinin yenidən işlənib hazırlanması da öz zəngin elmi-

mə`nəvi irsimizə qovuşmaq hesab olunur. 

Üçüncüsü, müxtəlif əqidə və fikirlərin xalqımızın üzərinə 

hücuma keçdiyi bir dövrdə öz əsilliyimizi qorumamızda, 

mürtəce məzhəblərin bütün inanclarımızı sual altına aldığı 

bir şəraitdə öz ayinlərimizi yaşatmamızda bu kimi əsərlərin 

faydası danılmazdır. 

Dördüncüsü, öz kökündən ayrı salınmış bir xalqın 

məqsədyönlü  şəkildə  cılızlaşdırıldığı bir dönəmdə, özü 

üçün  əcnəbi örnək axtaran böhranlı bir cəmiyyətə onun 

bəşəriyyət üçün nümunə ola biləcək xacələrini həyata 

qaytarmaq ən böyük xidmətlərdəndir. 

 



 

Naşirdən 



 

6

Ön söz 

Dahi Azərbaycan alimi və mütəfəkkiri Xacə  Nəsirəddin 

Tusi haqqında çox yazılmış, çox fikirlər söylənilmişdir. Belə 

yazılar arasında bə`zən həqiqətdən bir az uzaq, bə`zən də 

müxtəlif səbəblərdən irəli gələn ixtilaflı  nəzərlərə  də rast 

gəlinir. Tusi şəxsiyyəti bə`zən ifrat dərəcədə  şişirdilir, 

bə`zən də  qərəzli yanaşma nəticəsində  mənfi obraza 

çevrilir. 

Haqqında  əfsanələr gəzən Tusinin şəxsiyyətinə bu 

münasibətin özü də keşməkeşli həyat yolu keçmiş, zəngin 

mədəni-elmi irs qoyub getmiş Tusi şəxsiyyətinin 

böyüklüyündən xəbər verir. 

Azərbaycan oxucularının və eləcə  də  əksər dünya 

xalqlarının daha çox «Əxlaqi Nasiri» əsərindən tanıdıqları 

Tusi haqqında doğma vətənimiz Azərbaycanda da − 

yetərincə olmasa belə kitablar yazılmış, dövri mətbuatda 

ara-sıra məqalələr dərc edilmişdir. Amma çoxsahəli 

yaradıcılığa və böyük şəxsiyyətə malik Tusinin ən incə 

ştrixlərinə qədər «portretini» cızmaq hələ ki, kimsəyə nəsib 

olmamışdır. 

Həqiqətən də  bə`zi tədqiqatçıların dediyi kimi «Bu 

heyrətləndirici və  bənzərsiz  şəxsiyyət (Tusi) zaman və 

məkana sığacaq həddə deyil... O, bir şəxsdir ki, islamın 

bütün firqə  və tayfaları onun əzəmət və böyüklüyünü 

təsdiq etmişlər.» 

Bu baxımdan Tusi haqqında deyilənləri təkrar etməyi 

lüzumsuz sayıb, ən`ənəni pozmamaq xatirinə qısa bioqrafik 

mə`lumat verməklə kifayətlənir, bir-iki maraqlı görünə 

biləcək məsələyə toxunmaqla daha çox Tusinin «Övsafül-

Əşraf» əsəri haqqında danışacağıq. 

Nəsirəddin Tusi 1202-ci il fevral ayının 17 də (h.q. 597-ci il, 

cəmadiül-əvvəl) Xorasan vilayətinin Tus şəhərində anadan 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə