Oxu dərsləRİNDƏ LÜĞƏT ÜZRƏ İŞİn təŞKİLİ yollari



Yüklə 48,89 Kb.
Pdf görüntüsü
tarix01.12.2017
ölçüsü48,89 Kb.
#13366
növüDərs


OXU DƏRSLƏRİNDƏ LÜĞƏT ÜZRƏ İŞİN TƏŞKİLİ YOLLARI 

  

 

Lüğət üzrə işin əsasını uşağın dil açdığı dövrdən – iki yaşında onun nitqinə sözlərin daxil olması təşkil edir. Uşağı əhatə edən ətraf 

aləmdə hər bir şey onun lüğətinin yeni sözlər hesabına zənginləşməsinə qida verir. 6 yaşına qədər uşaqların  lüğəti 3000-35000 sözə 

çatır. Uşaq ana dilində sərbəst danışa bilir. Lakin məktəbə daxil olduqda o yeni fikirlər ifadə etmək məcburiyyətində qaldıqda söz 

seçimində çətinlik çəkir. Bu cəhətdən şagirdlərin nitqinin inkişafında lüğət üzrə iş xüsusi yer tutur 

1.

 



Ana dili dərslərində lüğət üzrə işin yeri. 

Böyük pedaqoq və metodistlər şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək işinə həmişə böyük əhəmiyyət vermişlər. Onlar belə hesab 

etmişlər ki, şagirdlərin lüğət ehtiyatrını genişləndirmədən və həmin sözlərin mənasını qrammatika dərsləri ilə əlaqələndirmədən dili 

mənimsətmək olmaz. 

Zəngin söz ehtiyatına malik olan və onların mənasını başa düşən uşaq sözdən yerli-yerində istifadə etməyi bacarır və bu da onun nitqini 

aydın və təsirli edir. Söz ehtiyatı zəngin olan uşağın biliyi də dərin olur. Məlumdur ki, söz nitqin əsas vahididir. Sözün əsas məzmununun 

şagird tərəfindən mənimsənilməsi lüğət işinin əsas halqasını təşkil edir. Lüğət tərkibinin əsas hissəsi dilimizdə yeni sözlərin yaranması 

üçün bazadır. Əsas lüğət fonduna daxil olan sözlər ümumi, zəruri, həyati məfhumları ifadə edən, hamı tərəfindən anlaşılan sözlərdir. 

Lakin dildə daima yeni sözlər yaranır, bir qismi isə köhnələrək dilin əsas fondundan çıxır. Əsas lüğət fondundan müəyyən miqdarda 

sözlər mütəmadi olaraq, uşaqların fəal lüğət ehtiyatına daxil olmalıdır. Dilimizin lüğət tərkibinə daxil olan termin, dialektizm, jarqon, 

arxaik sözlər və yeni sözlər kimi söz qrupları da dilimizin lüğət tərkibinin əlavə hissəsinə daxildir. Tədricən bu sözlərin də şagirdlərin 

lüğət fonduna daxil olması və ya onların mənasının anlaşılması üçün də ana dili dərslərində xüsusi iş aparılmalıdır. Bəzən uşaqların 

nitqində müntəzəm istifadə etdikləri sözlərdən başqa, mənasını bilib, lakin nitqlərində az işlətdikləri və ya heç işlətmədikləri sözlər də 

vardır. Belə sözlər şagirdlərin qeyri-fəal lüğət fondunu təşkil edir. Belə sözlərin mənası şagirdlərə tədricən məlum olur. Beləliklə, qeyri-

fəal lüğətin hesabına fəal lüğət də zənginləşir. Ümumiyyətlə, lüğət işinə aşağıdakılar daxildir: 

1.

 



Şagirdlərin dilimizin lüğət ehtiyatına yiyələnmələri; 

2.

 



Yeni sözün mənası üzərində iş; 

3.

 



Tanış sözün mənasının dəqiqləşdirilməsi üzərində iş; 

4.

 



Şagirdlərin sözün üslubi funksiyasını hiss etmək və nitq 

praktikasında ondan düzgün istifadə etmə vərdişinin inkişafı üzrə iş; 

5.

 

Lüğətin fəallaşdırılması üzrə iş; 



6.

 

Lüğəvi səhvlər üzərində iş. 



Lüğət işinin aparılması aşağıdakı tələblərə cavab verməlidir: 

 



İlk növbədə lüğət işi dilimizin nitq inkişafının digər sahələri ilə 

əlaqəli aparılmalıdır. Yəni hər bir dərsdə lüğət işi səs mədəniyyəti, qrammatik anlayışların formalaşması, rabitəli nitqin inkişafı, ədəbi 

əsərlərin oxusu ilə əlaqələndirilməlidir. 

 



Lüğət işini yalnız xüsusi məşğələlərlə məhdudlaşdırmaq olmaz. 

Bu iş sinifdənkənar məşğələlərdə də, hətta istirahət zamanı da diqqət mərkəzində olmalıdır. 

 

Lüğət üzrə iş zamanı müxtəlif metod və priyomlardan istifadə 



olunmalıdır. Məsələn, lüğət üzrə işdə əsas məsələ sözün mənasını izah etmək və şagirdin lüğət fondunu zənginləşdirməkdir. Azərbaycan 

dili dərslərində söz yaradıcılığı üzrə aparılan praktik işlər üçün sözdüzəldici şəkilçilərin praktik imkanlarını müəyyənləşdirməklə 

başlamaq lazımdır. Məsələn, üzümçü, üzgüçü, məktəbli, suçu və s. bu kimi düzəltmə sözlərdə söz kökünün ifadə etdiyi mənalar 

şagirdlərə tanışdır. Bu zaman şagirdlərə aşağıdakı tipli çalışmalar vermək onların idraki fəallığını artırır. 

Çalışma 1. Uyğun gələn sözlərdən istifadə etməklə mətni zənginləşdirin. 

Çalışma 2. Aşağıdakı sözlərdən  sifət düzəldib cümlədə işlədin. 

Səliqə, sevinc, fərəh, nəzakət, şücaət və s. 

Çalışma 3. Verilmiş sözlərdən birləşmələr düzəldib yazın. 

 

Lüğət üzrə iş şagirdlərin ətraf aləmi, təbiəti və cəmiyyətdə baş 



verən hadisələri dərk etməyə kömək etməlidir. 

 



Lüğət üzrə işin aparılmasına valideynlər də kömək və diqqət 

etməlidir. 

Lüğət üzrə işdə əsas məsələ sözün mənasını izah etmək və şagirdin lüğət fondunu zənginləşdirməkdir. Azərbaycan dili dərslərində söz 

yaradıcılığı üzrə aparılan praktik işlər üçün sözdüzəldici şəkilçilərin praktik imkanlarını müəyyənləşdirməklə başlamaq lazımdır. 

Məsələn, məktəbli, üzümçü, balıqçı, düzlu və s. bu kimi düzəltmə sözlərdə söz kökünün ifadə etdiyi mənalar şagirdlərə tanışdır. Bu 

zaman şagirdlərə aşağıdakı tipli çalışmalar vermək məqsədəmüvafiqdir. 




Lüğət ehtiyatını zənginləşdirmək yollarından danışarkən mürəkkəb sözləri komponentlərinə ayırmaqla izah etməyi nəzərdən qaçırmaq 

olmaz. Təhlil zamanı şagirdlər əmin olurlar ki, mürəkkəb sözün bütövlükdə ifadə etdiyi məna komponentlərin ayrı-ayrılıqda ifadə 

etdikləri mənalara tamamilə uyğun gəlmir: quzuqulağı, ayıpəncəsi, çaytikanı və s. 

Lüğət üzrə iş qrammatikanın tədrisi prosesində də nəzərə alınmalıdır. Belə ki, şagirdlərin dilimizin qrammatik formalarının şüurlu dərk 

etmələri, onların lüğət ehtiyatının zənginləşməsi üçün, yəni yeni dil vahidlərini şüurlu mənimsəmələri üçün geniş imkanlar açır. 

Lüğət üzrə iş prosesində lüğət-məntiqi çalışmalar, lüğət-qrammatik çalışmalar, lüğət-orfoqrafik çalışmalar mühüm yer tutur. 

2.

 

Elmi-kütləvi mətnlərin tədrisində lüğət üzrə iş. 



Şagirdlər birinci sinifdən başlayaraq elmi-kütləvi xarakterli 

materiallar oxumağa başlayırlar. Bu zamandan etibarən hər bir mətndə istər-istəməz bir neçə elm sahəsi ilə əlaqə yaranır. Beləki,müxtəlif 

elm sahələrinə aid olan mətnlərin oxusu zamanı şagirdlər yeni termin, söz və ifadələrlə rastlaşırlar. Belə mətnlər uşaqlarda əşya və 

hadisələr haqqında obrazlı təsəvvür yaradır, yənihaqqında söhbət gedən əşyanın, hadisənin sözlərlə “şəkli çəkilir”. Belə mətnlər 

şagirdlərdən diqqətlilik, iradi səy, məntiqi fəaliyyət tələb edir. Müəllim isə öyrənilən məsələyə ciddi düşünülmüş münasibət tələb edən 

metod və priyomlardan istifadə etməlidir. Belə ki, bəzən əşya və hadisələr şagirdlər üçün yeni olduqda əyani vəsaitlərdən – natural əşya, 

şəkillər, modellər, müqəvvalar, kolleksiya və herbarilərin köməyi ilə şagirdlər məzmunu mənimsəyə bilirlər. Bütün bunlar məzmunun 

qavranılmasını asanlaşdırdığı kimi, şagirdlərin lüğət ehtiyatının yeni sözlərlə zənginləşməsinə, eləcə də mənanın anlaşılmasına yardım 

edir. İbtidai siniflərdə elmi-kütləvi xarakterli materiallar zamanı şagirdlər barama qurdu, pambıq qozası, cırcırama və başqa həşərat 

herbarisi ilə tanış olur. Dağ keçisi, ceyran, aslan, akula şəkli, qartal, qaraquş və ağacdələn müqəvvası da yeni söz və 

ifadələrin  mənasının anlaşılmasını asanlaşdırır. 

3.

 



Bədii mətnlərin tədrisində lüğət üzrə iş. 

Bədii əsərlər də bizə varlıq haqqında məlumat verir. Bu əsərlər 

varlığı obrazlı əks etdirməsinə görə digərlərindən fərqlənir. Bədii əsərlərdə fikir və hislər, qəhrəmanlar, onların münasibəti, əməyi, 

mübarizəsi təsvir olunur. Bu əsərlərin tədrisində çox müxtəlif terminlərdən istifadə olunur. Məsələn, iştirak edən şəxs, bədii obraz, 

qəhrəman, personaj, obrazlı söz, obrazlı ifadə, obrazlı təsvir və s. Lakin çox zaman bu anlayışların məzmunu açılmır. 

İbtidai siniflərdə  bədii obraz üzərində iş prosesi lüğət üzrə işin bir hissəsi ola bilər. Belə ki, bədii əsəri oxumaq, əsərdə təsvir olunan 

həyati faktların, hadisələrin, hərəkətlərin, doğma vətənin təbiət təsvirlərinin dərindən, hərtərəfli qavranması və ifadə olunması şagirdlərin 

lüğət ehtiyatının zənginləşməsində mühüm rol oynayır. Elmi-kütləvi matüriallardan fərqli olaraq, bədii əsərlər üzrə işin öz xüsusiyyətləri 

var. Ədəbiyyatımızın söz sənəti olması, şagirdləri doğma dilimizin söZ xəzinəsi ilə ünsiyyətə qoşması, yazıçı və şairlərin nümunəvi dili 

ilə tanış etməsi bütövlükdə şəxsiyyətin formalaşmasının mühüm vəzifələrindəndir. İbtidai siniflərdə oxu üçün seçilən mətnlər xüsusi 

olmalıdır. Burada bütün janrlarda – hekayə, bədii oçerk, lirik şeirlər, təmsillər, nağıllar, yanıltmaclar, hətta dastanlardan da parçalar 

verilir. Oxu zamanı aşağıdakı ardıcıllığın gözlənilməsi vacibdir: 

 

Müsahibə – ilkin oxu; 



 

Müsahibə – təkrar oxu – müsahibə; 



 

Mətnin hissələri üzərində iş; 



 

Onlara başlıqların verilməsi – müsahibə; 



 

Oxu və nəqletmə; 



 

Yekun müsahibəsi. 



Verilmiş bu qaydada müsahibə və nəqletmə əsər üzərində işdən 

daha çox yer tutur. Halbuki, dərsdə şagirdlərin oxusuna daha çox yer ayrılmalıdır. Bu həm şagirdlərin nitq inkişafına yaxşı təsir göstərər, 

həm də lüğət üzrə işin daha səmərəli keçməsinə imkan verər. Əsərin hissə-hissə oxunub təhlil edilməsi mərhələsi lüğət üzrə işin 

inkişafında mühüm mərhələdir. Belə ki, bu mərhələdə həttaən zəif şagirdlər də oxu texnikası üzrə müəyyən vərdişlərə yiyələnir, yeni 

sözləri və onların mənalarını öyrənməyə çalışırlar. 

I-II siniflərdə suallar, izahlar çox xırdalanmalı, plan tərtib olunmalı, hissələrə başlıqlar verilməli, əsərin məzmununun nəql olunmasına 

xüsusilə fikir verilməlidir. Məlumdur ki, mətnin məzmununun necə nəql olunması şagirdlərin fərdi xüsusiyyətlərindən də asılıdır. Nəql 

olunma prosesində şagirdlərin nitqindəki leksik, fonetik, qrammatik qüsurlar daha aydın şəkildə görünür. Bundan başqa, lüğət ehtiyatı 

kasıb olan şagirdlər məzmunu kitabdakı kimi, nitqi inkişaf etmiş şagirdlər isə öz sözləri ilə danışırlar. Şagirdlərin naqletmə 

sahəsində  bacarıqlarını inkişaf etdirmək məqsədi ilə onlara yaradıcı nəqletmə də öyrədilir. Yaradıcı nəqletmə lüğət ehtiyatının 

zənginləşməsində mühüm rol oynayır. Yəni yaradıcı nəqletmə, mətnin məzmununu yenidən işləməyi, ona əlavələr etməyi tələb edir. Bu 

məqsədlə ibtidai siniflərdə yaradıcı nəqletmənin müxtəlif növlərindən istifadə olunur. Məsələn, şəxsi dəyişməklə nəqletmə, mətndə təsvir 

olunan hadisənin sonunu dəyişməklə nəqletmə və s. Yaradıcı nəqletmə şagirdlərin rabitəli nitqinin inkişafına da güclü təsir edir və 

onların oxunmuş hekayəyə oxşar yeni bir hekayə hazırlamağa və danışmasına imkan verir. Ümumiyyətlə, hekayələrin, nağılların, 

təmsillərin öyrənilməsi üzrə iş  uşaqların lügətini zənginləşdirir. Xüsusilə də təmsillərin dili üzərində iş daha vacib və şagirdlərin maraqla 

qarşıladıqları bir prosesdir.  Müəyyən bir personajın xasiyyətnaməsini verərkən, onun əsas xüsusiyyətlərini göstərərkən onun öz dilində 




işlənən sözlərdən istifadə olunur. Və yaxud, dərs prosesində şagirdlərə “təmsilə sözlə şəkil səkmək”, təmsilə aid atalat sözü və məsəllər 

söyləmək kimi tapşırıqlar vermək də bu işə kömək etmək məqsədi daşıyır. 

4.

 

Lüğət üzrə işin formaları, sözlərin izahı yolları. 



Məlumdur ki, söz dilin başlıca vahididir. Söz üzərində iş düzgün təşkil olunmazsa, uşaqların lügəti zənginləşdirilməzsə, uşaqların nitq 

ünsiyyəti və təfəkkürü də inkişaf edə bilməz. Altıyaşlılar məktəb dövründə fikrini ifadə etmək üçün daha çox və mürəkkəb dil 

vahidlərindən istifadə etməli olurlar. Məktəbdə sistemli iş, uşaqlarla məqsədyönlü ünsiyyət onların lügətinə güclü təsir göstərir. 

Lüğət üzrə iş prosesində sözlər seçilərkən aşağıdakı tələblər nəzərə alınmalıdır: 

 

sözün çoxmənalılığı; 



 

omonim, sinonim, antonim olması; 



 

sözün həqiqi və məcazi mənası; 



 

sözün çoxişləkliliyi; 



 

sözün morfolojim quruluşu; 



 

sözün izah və təhliletmə imkanları; 



 

sözün orfoqrafik cəhəti; 



 

sözün öz sözümüz və ya alınma olması; 



 

sözün termin olub-olmaması; 



Müəllim şagirdlərin nitqinin dəqiqliyini inkişaf etdirmək üçün 

şagirdlərin fəal lüğətində olan söz ehtiyatının mənasının başa düşülməsini, fikrin ifadəliliyini artırmaq üçün dəqiq dil vahidlərini seçə 

bilmək bacarığını artırmalıdır. Çoxmənalı, məcazi mənalı sözlər üzərində iş aparılarkən buna xüsusilə fikir vermək lazımdır.  Müəllim 

şagirdlərin lüğətinin fəallaşdırılması, lüğətinin təmizliyi istiqamətində də iş aparmalı, ədəbi tələffüz normalarının pozulduğu söz və 

ifadələri nitqində işlənməsinə yol verməməlidir. 

Azərbaycan dili omonim, sinonim və antonim sözlərlə zəngindir. Lakin onlar belə sözlərdən az istifadə edirlər. Bu sözlər mənası aydın 

olmayan digər sözlərin mənasının açılmasında, eyni zamanda şagirdlərin lüğət ehtiyatının yeni sözlərlə zənginləşməsində mühüm rol 

oynayır. Bəzi şagirdlər bu sözlərdən, xüsusilə də sinonimlərdən şifahi və yazılı nitqlərində yerli-yerində istifadə edə bilmirlər. Bu da 

onların nitqinin qeyri-səlis və yoxsul olmasına səbəb olur. 

Lüğət üzrə iş prosesində şagirdlərə anlatmaq lazımdır ki, müəyyən sözün lüğəti mənasının dəyişməsi eyni zamanda qrammatik mənanın 

dəyişməsinə də səbəb ola bilər. Məsələn, yaz  sözünü bvir neçə mənada işlətməklə, biz cümlənin qrammatik mənasını da dəyişə bilərik: 

1.) Gəl-gəl, a yaz günləri, 

İlin əziz günləri. 

2.) Sən dayanma, yaz! 

Şagirdlərin lüğət ehtiyatı oxu dərslərində, əlavə məşğələlərdə, qrammatika məşğələlərində zənginləşdirilməli və dəqiqləşdirilməlidir. 

Lüğət üzrə iş dörd istiqamətdə aparılır: 

1.

 

Lüğətin zənginləşdirilməsi. 



Lüğətin zənginləşdirilməsi dedikdə, mənası məlum olmayan yeni sözlərin mənimsənilməsi nəzərdə tutulur. Uşaqlar hər gün öz lüğətinə 

bir neçə yeni söz daxil etməlidirlər. Yalnız belə lüğət toplama əsasında onlar ətrafdakılarla ünsiyyətə girə bilərlər. Uşaqların lüğət 

ehtiyatının zənginləşdirilməsində sifət üzrə iş xüsusi yer tutur. Ayrı-ayrı əşya və hadisələr haqqında konkret təsəvvürlər ümumiləşdirmə 

aparmağa imkan verir( bax:“Ana dili dərslərində lüğət üzrə işin yeri” bəndindəki çalışmalar). 

2.

 

Lüğətin dəqiqləşdirilməsi. 



Lüğətin dəqiqləşdirilməsi dedikdə sözün ümumiləşdirilməsi və yadda saxlanması başa düşülür. Şagirdlərin lüğətinə daxil olan sözlərin 

möhkəmləndirilməsi və dəqiqləşdirilməsi üzrə iş ilk növbədə, cins, mücərrəd sözlər, səslənməsinə və yazılışına çətin sözlər üzərində 

getməlidir. 

3.

 



Lüğətin fəallaşdırılması. 

Lüğətin  fəallaşdırılması lüğət işinin çətin vəzifələrindəndir. Əgər şagird mənasını dəqiq başa düşdüyü sözlərdən getdikcə daha çox 

istifadə edə bilirsə, deməli, onun lüğəti fəallaşır. Şagird həm də mənaca uyğun sözü daha dəqiq işlətməyi bacarmalıdır. 

4.

 



Lüğətin təmizliyi. 

Lüğətin təmizliyi ədəbi dilə mənsub olmayan söz və ifadələrin nitqdə işlətməmək vəzifəsini qarşıya qoyur. Şagirdlərin nitqindəki 

dialektizm, arxaik və vulqar sözlərin təmizlənməsi üzrə iş daha erkən yaşlardan başlamaq lazım olsa da, bu işdə məktəbin vəzifəsi oluqca 

böyükdür. 

Lüğət üzrə işin yuxarıda göstərilən sahələri bir-biri ilə vəhdətdədir. Ona görə də bu işin hər bir anında müəllim onları əhatə etməyi 

unutmamalı, lüğət işinin digər sahələri ilə əlaqəsini nəzərdən qaçırmamalıdır. 

  

Ədəbiyyat: 



1.

 

Abdullayev A., “İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası”, Bakı, 1962. 



2.

 

Balıyev H., “Azərbaycan dili tədrisinin metodikası”, Bakı, 1988. 



3.

 

Kərimov Y., “Ana dilinin tədrisinin metodikası”, Bakı, 2003. 



4.

 

Quliyeva S., Balıyev H., “Ana dilinin tədrisinin metodikası”, 



Bakı, 1990. 

  

 



Yüklə 48,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə