Oyan, qardaş, amandı!



Yüklə 222,19 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü222,19 Kb.
#73422

background image
Oyan, qardaş, amandı! 

Torpağını qoruyar torpağın öz züryəti, 

Vaxtdır, atam, dur boğaq qaranlıq zülməti! 

Yağılara qalmasın elimizin sərvəti, 

Əbədi ləkə olar bizə elin töhməti, 

Bazarlarda satılmır, satın alım qeyrəti, 

 

Oyan, qeyrət dəmidir, yada nifrət dəmidir! 



Nə yatmısan daş kimi, yatdığın bəsdir daha, 

Qalx ayağa quş kmi, qalx sarılaq silaha! 

Elin halı yamandı, oayn, qardaş, amandı! 

Naşı olub, bilməyib, çoban verir qurda sirr, 

Elində-obasında namus tapdaq, yurd əsir. 

Nə vaxtdır üstümüzə kədər əsir, dərd əsir, 

Zaman başqa zamandı, oyan, qardaş, amandı! 

Oba yanır, el yanır, aç gözünü bir də bax, 

Təpədən dırnağatək külə dönən yurda bax! 

Yalda çaqqal ulayır, aslan qaçır, dərdə bax, 

Üzüqara olmuşuq, Vətən qalıb darda, bax, 

Dur görək bu nə qandı, oyan, qardaş, amandı! 

Mən tufan görməmişəm bu ölçüdə, biçimdə, 

Sənin eşqin təptəzə, sənin eşqin qönçədə. 

Dilindən şö`lə verir toy şamların nimçədə. 

Qalx ayağa, qoyma sən yad, gülünü incidə! 

Məhəbbətin cavandı, oyan, qardaş, amandı! 

Yurdun cənnət qapısı üzümüzə bağlıdı, 

Xocalının harayı ürəyimi ağrıdır. 

Kəlbəcərin, Laçının dağları da dağlıdır, 

Ağdamın, Cəbrayılın indi yaman çağıdır. 

Füzulinin gözləri qızıl qan çanağıdır, 

Qubadlının üstünə gələn qanlı yağıdır, 

Kür sulara qərq olan Zəngilan torpağıdır, 

Torpağın bağrı yandı, oyan, qardaş, amandı! 

Yenə gəlsin o dəmlər, Turşsu oylağım olsun, 

Əriyib getsin qəmlər, Qırxqız yaylağım olsun, 

Hər gün qonaq-qaralı İsa bulağım olsun, 

Motal-motal pendirim, yağım, qaymağım olsun, 


background image
Xankəndidə yellənən zəfər bayrağım olsun! 

Nə yatmısan daş kimi, yatdığın bəsdi daha, 

Qalx ayağa quş kimi, qalx sarılaq silaha! 

Vətən sənin anandı, dur  içək Vətən andı, 

Oyan, qardaş, amandı, oyan, qardaş, amandı!!! 

 

Lələdağ Ə. Oyan, qardaş, amandı! : şeir // Azərbaycan müəllimi. - 1994. – 18 



yanvar. 

 

 



Yüklə 222,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə