Özəlləşdirmə: dövlət aktivlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi vasitəsi kimi



Yüklə 56,47 Kb.
Pdf görüntüsü
tarix04.04.2018
ölçüsü56,47 Kb.
#35881


“Özəlləşdirmə:  dövlət aktivlərindən 

istifadənin  səmərəliliyinin  yüksəldilməsi 

vasitəsi kimi”

   mövzusunda  Analitik  qeydlər

Professor Rasim Həsənov


        

Mövzu seçimini şərtləndirən amillər

➢ XXI əsrin əvvəllərində Dövlətin iqtisadi fəaliyyətdə iştirakının təsirliyi, 

dominantlığı güclənmişdir.

➢ Rəqəm “oyununa” əsaslanan, “ölkələrin beynəlxalq rəqabətliliyi” parametri, 

birja və TMK-ların fəaliyyəti nəticəsində, qiymətləndirici missiyasından 

mühüm iqtisadi amilə çevrilmişdir. 

➢ Korporotivləşdirmənin dərinləşdirilməsi, mülkiyyətin ictimailəşdirilməsinin 

yüksək konsentrasiyasını  şərtləndirmişdir.

➢ Klassik mahiyyətin ciddi dəyişməsi şərti ilə, iqtisadi fəaliyyətdə Dövlətin əsas 

şərtləndirici rolu de-fakto təmin olunmuşdur.



Dövlətin yeni şəraitdə iqtisadi fəaliyyətdə vəzifələri və onunla bağlı 

gözləntilərin araşdırılması, iqtisad elmi və təcrübəsi baxımından aktuallaşmış 

və tədqiqatçıların prioritetlərinə çevrilmişdir.

25.05.2017

2



İqtisadi müstəqilliyin təşəkkülü

                  Azərbaycanda yeni müstəqillik dövründə 



      iqtisadi quruculuq və inkişaf strategiyasının əsas vəzifələri:  

• bütövlük və tamlıq xüsusiyyətlərinə malik iqtisadi sistemin 

formalaşdırılması; 

• direktiv idarəetmə prinsipi üzrə, böyük iqtisadi sistemin ərazi “alt hissəsi” 

kimi formalaşmış iqtisadiyyatın bazar münasibətlərinə əsaslanan müstəqil 

təsərüfatçılıq sisteminə transformasiyası; 

• yeni şəraitdə milli iqtisadi inkişafın təmin edilməsinin resurs bazasının 

formalaşdırılması 



                                                      əsasən həll edilmişdir. 

25.05.2017

3



    

           İqtisadiyyatın şaxələndirilməsi və ya inkişafın dayanıqlığı

Milli  iqtisadi  sistemin  nailiyyətləri,  2012-ci  ildə  inkişafın  yeni  keyfiyyət 



mərhələsini  hədəfləyən  ambisiyalı  -  “Azərbaycan  2020:  gələcəyə  baxış” 

Konsepsiyasının qəbulunu şərtləndirmişdir.

Lakin  şaxələndirilmədə,  daxili  inkişaf  potensialının  səfərbərliyi,  “özünüinkişaf” 



qabiliyyətinin  bərpası  və  inklüzivlik  şərtlərinə  riayət  edilməməsi,  milli  sistemin 

konyunktur dəyişiklərinə volatilliyinin hədsiz yüksəlməsi və inkişaf potensialının 

dayanıqlığının  kəskin azalmasını doğurmuşdur.

Dünya  neft  bazarında  konyunktur  dəyişikləri  və  iqtisadi  siyasətin  “boşluqları” 



fonunda,  milli  valyutanın  2015-ci  ildə  iki  mərhələdə    qaçılmaz,  kəskin 

devalvasiyası,  iqtisadiyyatın  fəaliyyəti  üçün  böyük  resurs  və  bazar  problemləri 

yaratdı.  

25.05.2017

4



Dövlət aktivləri  nədir? 

✓ Dövlət aktivləri anlayışı,  yeni hüquqi anlayış hesab edilir.

✓ Dövlət aktivləri -müəyyən dəyərə malik  olan, əqdlər və  razılaşmalarla 

dövlət mülkiyyətinə alınmış, əmlak və qeyri-əmlak formasında əşya və 

hüquqları etiva edir.  

✓ Dövlət aktivləri, çox saylı əlamətlərlə strukturlaşdırılan mürəkkəb ierarxik 

münasibətlər sistemidir. 

✓  Dövlət aktivlərinin idarəçiliyinə daha səmərəli üsul və yanaşmalarının 

seçimi, milli iqtisadi sistemin inkişaf  səviyyəsi və iqtisadi siyasət  

paradiqmasından asılıdır.

25.05.2017

5



• Dövlətin iqtisadi fəaliyyətdə iştirakının  ən dolğun dəyərləndirilməsi bütün aktivlərin 

daha səmərəli istifadəsinin qiymətləndirilməsi ilə mümkündür;

• Maddi və qeyri maddi tərkibə malik olan dövlət aktivlərinin təsir edici gücü,  müasir 

dövrdə, daha geniş təsir  sferasına malik olan qeyri maddi aktivlərin prioritetliyi ilə 

formalaşır; 

• Aktivlərin idarə edilməsi, dövlətin iqtisadi inkişaf strategiyası və siyasətinin əsas 

dominantı olmaqla bərabər, iqtisadiyyatda mühüm struktur yaradıcı vasitə hesab 

edilməlidir;

• Dövlət aktivlərinin səmərəliliyi, aktivlərin istifadəsində harmonikliyin, çevikliyin və 

komplekslilyin “sinergiyası”, kumilyativliyi ilə müəyyənləşir;

• Aktivlərin idarə olunmasının mühüm vəzifəsi olan, iqtisadiyyatın sektorial və sahəvi 

strukturunun rasionallaşdırılmasında fiskal və monetar siyasətlə yanaşı, əmlakın 

dövlətsizləşdirilməsi,özəlləşdirilməsi və korporativləşdirilməsi ən təsirli siyasət 

alətləri hesab olunur.

25.05.2017

6



                

Aktivlərinin idarəçiliyinin ümumi prinsipləri:

✓ Dövlət aktivlərinin istifadəsi, Dövlətin iqtisadi idarəetmədə əsas 

funksiyası olan rasional tənzimləyici roluna adekvat olmalıdır. 

✓  Dövlət aktivlərinin istifadəsi resursların limit məhsuldarlığını və ya ona 

yaxın səviyyənin təmin edilməsinə hədəflənməlidir; 

✓ Əlverişli iqtisadi mühütin və təsərrüfat mexanizminin formalaşdırılması 

aktivlərin idarəedilməsinin ən çevik elementlərindən biri olmalıdır;

✓  Təkmil rəqabət mühütinin formalaşdırılması, inkişafın inklyuzivliyi və 

davamlılığının təmin edilməsini stimullaşdırmalıdır və s.

25.05.2017

7



Dövlət aktivlərinin idarəçiliyi xüsusiyyətləri

    


Azərbaycan iqtisadiyyatında yaranmış çağdaş durum əslində,

           dövlət  aktivlərinin  idarəçiliyi    xüsusiyyətlərindən  

          qaynaqlanan, struktur və institusional xarakterlidir

Təsərrüfatçılıq 

mexanizminin 

transformasiyası 

və 

mülkiyyətin 



dövlətsizləşdirilməsinin 

başa 


çatdırılmaması 

səbəbindən 

Milli 

iqtisadiyyatın  davam  edən  və  özündə  “böhran  potensialını”  daşıyan 



tranzitivliyinin    şərtləndirdiyi  mühüm  arzu  olunmaz  xüsusiyyətlərin 

aradan qaldırılması –

      özəlləşdirmə və dövlət aktivlərinin idarəçiliyi fəlsəfəsinə

              yeni yanaşmanın tətbiqini aktuallaşdırır.

25.05.2017

8



Dövlət aktivləri mühüm inkişaf amili kimi

❖   Azərbaycanda   struktur problemləri iki istiqamətlidir və iqtisadi sistemin 

“özünü inkişaf qabiliyyəti” və dayanıqlığı səviyyəsinə  təsir edir:

   Sovet mirası olan “əyalət iqtisadiyyatı” xarakteri 



   Struktur problemlərin yüksək  kapital tutumluğu 

   Tranzitiv ölkələrdə  insititutsional problemlər əsasən, dövlət idarəetmə 



sistemində   funksiya və vəzifələrin təkrarlanmasını şərtləndirən   bürokratiya 

aparatının hədsiz genişliyindən qaynaqlanır. 

İdarəetmə sisteminin qeyri təkmilliyinin təsirləri, onun bilavasitə xərclərinin 



yüksək olması ilə deyil, daha çox mövcud resursların idarəçiliyində yol verilən 

qeyri-səmərəliliklərlə bağlıdır.

25.05.2017

9



       İnkişaf potensialının məhsuldarlığı problemləri

❖ Azərbaycanda dövlət aktivlərinin idarəçiliyində yol verilən qeyri-səmərəliliklər:  

❖ iqtisadi siyasətin məqsədlər piramidasında iyerarxiyaların düzgün 

müəyyənləşdirilməməsi, 

❖ müxtəlif səviyyəli idarəedicilər tərəfindən qərar qəbulunda  korporativ maraqlarla 

tənzimlənən subyektivliyin yüksəkliyi.

❖     Özəlləşdirmənin seçilmiş məqsədlərinin : 

❖ sahibkarlar təbəqəsinin formalaşdırılması; 

❖ ictimai mülkiyyətin ədalətli bölgüsünün təmin edilməsi

❖ Dövlət büdcəsinin yeni gəlir kanalının yaradılması vəzifələrinin məntiqi 



uyuşmazlığı, onun nəticələrinin qeyri-məqbulluğunu şərtləndirmişdir

25.05.2017

10



        İnkişaf potensialının məhsuldarlığı problemləri

Son iki ildə, bir çox ölkələrdə və Azərbaycanda baş vermiş iqtisadi 

tənəzzülün  əsas  səbəbi,  axınların  sadə  disbalansı  yox,  aktivlərin 

həcminin    azalması  və  xarici  borcların  artması  fonunda,  aktivlərin 

dəyərinin azalmasını şərtləndirən valyuta böhranı olmuşdur. 

        Çıxarılmalı nəticə

• Dövlətin iqtisadi fəaliyyətə real təsirləri, idarəetməyə 

yanaşmalardan əhəmiyyətli asılıdır. 

• Dövlətin həlledici rolu, böyük resurslara malik olması ilə yox, 



formalaşdırdığı milli təsərrüfatçılıq mühiti və apardığı iqtisadi 

siyasətin, dövlət aktivlərinin iqtisadi inkişafı stimullaşdırmaq və 

dəstəkləmək  xarakteri ilə şərtlənir

.

25.05.2017

11



2017-ci ilin Dövlət büdcəsinin gəlirlərinin strukturu

Mülkiyyətçi gəlirləri : 

•“Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər”,

• “Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin 

altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar”

• “Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən 

daxilolmalar” 

             Cəmi  5,9  mln. manat və ya büdcənin ümumi gəlirlərinin

                        0.15% qədər nəzərdə tutulur

25.05.2017

12



Aktivlərin aşağı səmərəliliyi səbəbləri və nəticələri: 

Qanunlarla verilən  güzəştlər sayəsində, dövlət müəssisələrinin ictimai 



məsuliyyəti  və cavabdehliyi ilə təsərrüfatçılıq nəticələrinin adekvatlığı 

prinsipinin qorunmaması;  



Məsələn “təkrar borc sazişləri”  “təcrübəsi” “kredit öhdəliyi” kimi  ciddi 

nizamlayıcı və qeyri-zəruri xərclərin qarşısını ala biləcək, təsirli  iqtisadi aləti 

sanki “yoxa çıxarmışdır “. Nəticədə, Dövlət büdcəsində xarici borc 

öhdəliklərinə xidmət xərcləri sürətlə artmaqdadır. 2017-ci ilin Dövlət 

büdcəsində “Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi” üzrə  xərclər  

1642 mln.manat, o cümlədən “Xarici dövlət borcu” üzrə 1581 mln.manat vəsait 

ayrılmışdır. 

Dövlət müəssisələrinin ənənəvi  və ya “xüsusi statusları” sayəsində de-fakto 



əldə etdikləri “qeyri-leqal idarəetmə funksiyaları” hesabına, bir çox hallarda 

inhisarçılıq səviyyəsinə çatan daha əlverişli biznes mühitinə malik olması; 

25.05.2017

13



Mühüm struktur yaradıcı əhəmiyyətə malik, böyük həcmdə dövlət aktivlərini idarə edən 

bank - kredit müəssisələri, o cümlədən Mərkəzi bankın real sektorun tələblərinə adekvat 

olmayan qeyri-məqbul “müstəqil” fəaliyyəti; 

Banklar, real sektorda de-fakto formalaşmış mənfət normasına  və Mərkəzi bankın uçot 



dərəcəsinə  nisbətən,  “hədsiz” yüksək kredit faizlərinin yaranmasını dəstəkləməklə 

bərabər,beynəlxalq maliyyə bazarlarından ucuz kredit resuslarını cəlb etməklə,  uzun 

illər ərzində  manatın məzənnəsinin  süni möhkəmlənməsinin stimullaşdırılmasına 

xidmət etmişlər.

Neft gəlirlərinin böyük axını şəraitində yüksək gəlirlər hesabına, ciddi valyuta 



ehtiyatları cəmləşdirən Mərkəzi Bankın uzun dövr ərzində inflyasiya hədəflənməsinə 

üstünlük verməsi, manatın “bahalaşması” və kredit faizlərinin yüksəkliyini şərtləndirən 

əsas amillərdən biridir. Son illərdə öz valyuta ehtiyatlarını 15 mlrd. dollara qədər 

yüksəldən (dövlət ehtiyatlarının təxminən 30%)  Mərkəzi Bank,  “bank sisteminin 

sağlamlaşdırılması” xərclərininin  zəruriliyini əsaslandıraraq, mövcud qanunvericiliyə 

uyğun olaraq öz mənfəətindən, mülkiyyətçi gəlirləri qismində Dövlət büdcəsinə, son 10 

ildə demək olarki,ayırmalar  etməmişdir. 

25.05.2017

14



Dövlət borcuna və öhdəliklərinə  xidmət xərclərinin sürətlə artması fonunda, borc 

“yaradan” müəssisələrin, mülkiyyətçinin gəliri kimi, Dövlət büdcəsinə 

ayırmalarının “yoxa çıxması”; 

Yüksək likvidli aktivlərin,  vahid xəzinə hesabının qalığı və onun idarəetməyə 



verilməsindən daxilolmaların azalan dinamikası  -  2015-ci ilin əvvəlinə qalığın 

həcmi 1728.6 mln. olduğu halda, qalığın idarə olunmasından gəlirlərin həcmi cəmi  

4.5 mln. manat və ya 0.26%, 2016-cı ilin əvvəlinə 1433,9 mln.manat qalığa 

rəğmən idarəetmədən gəlir  3.9 mln.manat və ya 0,27%, 2017-ci ilin əvvəlinə isə 

qalıq425,0 mln manat,idarəetmədənisə 3,1  mln.  manat və ya 0,7% gəlir nəzərdə  

tutulmuşdur.  

 Dövlət mülkiyyətinin özəlləşdirilməsindən daxilolmaların  ənənəvi olaraq böyük 



kəsirlərlə icra edilməsi və özəlləşdirilmiş müəssisələrin tam gücü ilə fəaliyyət 

göstərməməsi və s.  

25.05.2017

15



• 01.10.2016-cı  il tarixə  özəlləşdirmə  prosesində  yaradılmış  və  hazırda  səhmləri  

bütövlükdə,  yaxud qismən dövlətə  məxsus 173 səhmdar cəmiyyəti mövcuddur. 

• Ümumi  nizamnamə  kapitalı 196,4 mln. manat, dövlətə  məxsus payların (səhmləri) 

həcmi 141,9 mln. manat  təşkil edən  cəmiyyətlər dövlət büdcəsinə, özəlləşdirmədən 

əldə edilən vəsaitlər kimi, 2015-ci ildə cəmi 40,0 min, 2016-cı ilin 9 ayı  ərzində  

31,2 min manat dividend  daxil  edilmişdir. 

• 2017-ci  ilin  dövlət  büdcəsində,  Dövlət  əmlakının,  özəlləşdirilən  dövlət  müəssisə  

və  obyektlərinin  altındakı torpaqların  icarəyə  verilməsindən  daxilolmalar  cəmisi 

8,0 mln.manat,o cümlədən, daşınmaz  dövlət  əmlakının  icarəyə  verilməsindən  

dövlət  büdcəsindən  maliyyələşdirilən  müəssisələrdə  113,0  min,  kommersiya  

müəssisələrində 2,6 mln., özəlləşdirilən  dövlət  müəssisə  və  obyektlərinin  altındakı  

torpaqların  icarəyə verilməsindən icarə  haqqı  isə   5,3 mln manat nəzərdə  

tutulmuşdur.

25.05.2017

16



•2017-ci  il  dövlət  büdcəsinin gözlənilən kəsirinin  

maliyyələşdirilməsi   mənbələrindən biri kimi, özəlləşdirilmədən  

daxilolmalar  200,0  mln.  manat  müəyyən edilmişdir. 

•Ənənəvi olaraq  Azərbaycanda Dövlət mülkiyyətinin 

özəlləşdirilməsinin aparıldığı  bütün dövrlərdə, proqnozlaşdırılımış 

daxilolmalar, həmiş çox böyük kəsirlərlə icra edilmişdir. Məsələn, 

2016-cı ildə,   dövlət  əmlakının  özəlləşdirilməsindən 100.0 

mln.manat həcmində tapşırığa  qarşı,cəmi 4,7  mln.  manat və ya 

tapşırığın 4,7%-i qədər vəsait  daxil olmuşdur. 

25.05.2017

17



Dövlət aktivlərinin idarəçiliyi üzrə siyasət tövsiyələri

 Dövlət aktivlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə dövlət 



       xidmətlərinin vahid idarəçilik prinsipi üzrə təşkilinin təmin edilməsi; 

 Büdcə və Rəqabət məcəllələrinin qəbul edilməsi;



 Nəticəyə hədəflənən icmal büdcə modelinin tətbiqi:

 Fiskal və monetar siyasətin koordinasiyasının gücləndirilməsi və real sektora 



      hədəfləndirilməsi;

 Dövlət gəlir və xərclərinin büdcədə tam akkumulyasiyasının təmin edilməsi;



  Dövlət müəssisələrinin “xeyriyyəçilik” missiyalarının qadağan edilməsi;

 Təkrarlanan funksiyaları icra edən orqanların birləşdirilməsi ilə idarəetmə xərclərinin 



      azadılması;

 İdarəetmə sistemində inzibatçılıq və maliyyələşdirmə modellərinin adekvatlığının



   təmin   edilməsi və s. 

25.05.2017

18



           

Özəlləşdirmənin səmərəliliyinin yüksəldilməsi üzrə siyasət tövsiyələri  

Cefferson yanaşmasına əsasən, “daha azı idarə edən daha yaxşı idarə edər”



Özəlləşdirilmənin əsas missiyası, iqtisadiyyatın “dövlətsizləşdirilməsi” kimi qəbul 

edilməlidir;

Özəlləşdirmənin realizasiyası, Dövlətin bilavasitə iqtisadi fəaliyyətdən rasional və sürətli 



uzaqlaşmasını təmin etməlidir;         

Özəlləşdiriləcək dövlət müəssisələri sferası mümkün qədər genişləndirilməlidir;



Nəzərdə tutulmuş  müəssisə və obyektlərin, hissələrin, torpaq sahələrinin 

özəlləşdirilməsinin  başa çatdırılmalıdır;  

Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar vaxtında və tam həcmdə  təmin  



edilməlidir;

Ölkədə fond bazarının, korporativ müəssisələrin səhmlərinin daimi bazarının təmin 



edilməlidir və s.    

25.05.2017

19



Dövlət borclanması  üzrə siyasət tövsiyələri

  



Nəzarət zərfi dövlətə məxsus səhmdar cəmiyyətlərində və  şirkətlərində 

mövcud kredit xəttlərinə fərdi yanaşmaqla borcun  tənzimlənməsi;

  Mütəmadi olaraq valyuta risklərinin qiymətləndirilməsi; 



  Kredit layihələri və resursların istifadəsinə nəticəlilik və səmərəlilik 

baxımından maliyyə nəzarətinin təmin edilməsi;

  Dövlət borcunun xarakteri nəzərə alınmaqla, ən aşağı xərclə tələb olunan 



maliyyələşmənin təmin edilməsi;

   Xarici  makroiqtisadi şokların büdcə və xərclərə təsirinin azaldılması 



məqsədilə borc yükünün valyuta prioritetləri müəyyənləşməlidir.

25.05.2017

20



DİQQƏTİNİZƏ GÖRƏ 

                TƏŞƏKKÜR EDİRƏM!

25.05.2017



21

Yüklə 56,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə