Pandemiya dövründə onlayn yemək sifarişi və çatdırılması



Yüklə 17,61 Kb.
tarix31.12.2021
ölçüsü17,61 Kb.
#81695
Pandemiya dövründə onlayn yemək sifarişi və çatdırılması


Pandemiya dövründə onlayn yemək sifarişi və çatdırılması

Koronavirus pandemiyasının geniş vüsətdə yayıldığı dövrdə əziyyət çəkən sektorlardan biri də ictimai iaşə obyektləri oldu. Çünki xəstəliyin sürətli yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda fəaliyyət göstərən kafe və restoranların yerində xidmət funksiyası dayandırıldı.

Xüsusilə də paytaxtda fəaliyyət göstərən bəzi kafe və restoranlar onlayn formada xidmət göstərməyə başladılar. Bəziləri bunu öz kuryerlərinin vasitəsilə, bəziləri də hər hansı çatdırılma xidməti ilə saziş imzalayaraq həyata keçirir.

Bəs, görəsən, sifarişlər hansı zaman tezliyində ünvana çatdırılır?

Məlumat üçün bildirək ki, nahar vaxtını nəzərə alaraq sifarişləri saat 12.00-13.00 arası verilib.

Yarandığı müddət yeni olsa da, artıq şəhərdə populyarlıq qazanan “Wolt” daşıma şirkəti sifarişi ancaq onlayn qaydada qəbul edir və çatdırılmanın hansı müddəti əhatə etdiyi barədə müştəriyə öncədən məlumat verir. Sifarişimizin müddəti proqramda 30-40 dəqiqə göstərilsə də, müəyyən qısa müddətlik gecikmə oldu və bununla bağlı proqram vasitəsilə xəbərdar edilərək üzr istənildi. Ümumilikdə isə sifariş tam formada ünvana çatdırıldı. Düzdür, bu operativliyə nail olmaq üçün çatdıran şəxslərin dəfələrlə öz həyatını və digər hərəkət iştirakçılarını təhlükəyə atması ilə bağlı xəbərlər yayılıb.  

Növbəti sifarişi “Hungry.az”dan etdik. Bu xidmət də ancaq onlayn sifariş qəbul edir və digər daşıma şirkətindən fərqli olaraq çatdırılma müddəti barədə müştəriyə heç bir məlumat verilmir. Bir saatdan çox vaxt keçdiyini əsas gətirərək saytda qoyulan nömrə ilə əlaqə saxlamaq istəsək də, bu cəhdlərimiz uğursuz alındı, çünki zənglərə cavab verən olmadı. Məcbur qalıb sifariş etdiyimiz kafe ilə əlaqə saxladıq. Cavabında isə sifarişimizin hazır olduğunu ancaq kuryerin gəlməsini gözlədiklərini dedilər. Yemək sifariş verilən kafenin 28 Mayda yerləşdiyini düşünüb tez gələcəyini zənn etsək də, təxminən 2 saata yaxın müddət keçdikdən sonra yeməyimiz ünvana çatdı. Gecikmə ilə bağlı da heç bir məlumat verilmədi.

Daha sonra öz kuryerləri ilə xidmət göstərən restorandan birinə müraciət etdik. Bunlardan biri də Amay ticarət mərkəzinin binasında fəaliyyət göstərən “Shaurma №1” idi. Sifarişimizin Xətai metrosunun yanına çatdırılması, yəqin ki, uzun zaman almaz deyə düşündük. Bizə nahar vaxtı zamanı sifariş verdiyimizi bildirib kuryerin yalnız 45 dəqiqə müddətində ünvana çatacağını dedilər. Razılaşıb gözlədik və sifariş nə az, nə çox düz 1 saat 15 dəqiqə tamamında ünvana təhvil verildi.

Sonuncu sifarişimiz isə “Pizza Hut”dan oldu. Restoran pizzalarımızın öz kuryerləri vasitəsilə təxminən 45-50 dəqiqə ərzində ünvana çatdırılacağını bildirdilər və 1 saat tamamında sifarişimiz artıq bizdə idi.

Papa John's Pizza isə ancaq öz restoranlarının olduğu əraziyə yaxın yerlərə kuryer xidmətlərinin olduğunu bildirərək sifarişimizi qəbul etmədi. 

Bir faktı da qeyd edək ki, bütün kuryerlər qoruyucu tibbi maskadan istifadə edərək sifarişləri ünvana çatdırıblar. 

Araşdırmanın yekununda belə qənaətə gəldik ki, sifarişlərinizi təxminən nahar vaxtından bir neçə saat əvvəldən etməlisiz ki, ac halda uzun müddət gözləməyəsiniz.

Pandemiya dövründə vətəndaşların onlayn çatdırılma və sifariş xidmətlərinə müraciətləri kəskin artıb.

Sorğunun nəticələri göstərir ki, respondentlərin 55,2%-i pandemiya dövründə çatdırılma xidmətlərinin fəaliyyətindən razı olsalar da, 35,8%-i sifarişlərin vəd edilən vaxtda çatırılmamasından, 9%-i isə arzuolunan formada təqdim olunmamasından narazıdırlar.

Respondentlərin 41,4%-i sifarişləri mobil tətbiq, 12,6%-i veb sayt, 9,4%-i “Whatsapp”, 18,8%-i digər sosial şəbəkələr, 17,8%-i isə telefon zəngi vasitəsilə edir.

“Çatdırılma xidmətindən tez-tez istifadə edirsiniz?” sualına cavab verənlərin 75,4%-i ay ərzində 5 dəfəyədək, 16,8%-i 5-10 dəfə, 7,8%-i isə 10 dəfədən çox variantını seçiblər.

Bir neçə variant seçmək imkanına malik olan sorğu iştirakçıları “Daha çox nə sifariş edirsiniz?” sualına aşağıdakı kimi cavab veriblər:

Yemək 41,6%;

Məişət avadanlığı, elektrotexnika 5,8%;

Geyim, ayaqqabı 31,8%;

Kosmetika və parfumeriya 5,8%;

Ərzaq məhsulları 4,2%;

Digər məhsullar 10,8%



İnsanların kuryerlərdə ən çox rastlaşdığı cəhəti öyrənmək məqsədilə verilən sualı cavablandıranların 45,6%-i kuryerlərin nəzakətli, 29,8%-i nəzakətli və dəqiq, 11,6 %-i səliqəli, 6,2%-i nəzakətsiz, 6,8%-i isə səliqəsiz olduğunu qeyd ediblər.
Yüklə 17,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə