Paralel. – 2019. – 26 dekabr. №267-268. – S. 14. Azərbaycançılıq və multikulturalizm



Yüklə 151,79 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix05.01.2022
ölçüsü151,79 Kb.
#82594
  1   2
qzt2019 6627



Paralel. – 

2019. – 26 dekabr. - № 267-268. – S. 14. 



 

Azərbaycançılıq və multikulturalizm 

 

Hüseynova Sevda Fuad qızı, 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 

 

Azərbaycançılıq İdeyası - Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlişinə yönələn bir 

ideyadır. Bu ideyanın əsasında Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi durur. Azərbaycan xalqının 

milli azadlıq uğrunda mübarizəsi tarixi Azərbaycançılıq ideyasının formalaşması prosesi ilə bağlıdır. Bu proses 

XIX əsrin ikinci yarısında başlamışdır. Məlum olduğu kimi, o vaxt Azərbaycan Çar Rusiyasının bir əyaləti idi. 

Çar  Rusiyasının  millətlərarası  münasibətlər  siyasəti  milli  azlıqların  ruslaşdırılması,  diskriminasiyası  və 

istismarına əsaslanırdı. Qeyd olunan vaxt Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi Azərbaycançılıq 

ideyasının formalaşmasının əsas hərəkətverici qüvvəsi idi. 

XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ədəbiyyatının, incəsənətinin və maarifçilik hərəkatının 

görkəmli xadimləri “mədəni Azərbaycançılıq” hərəkatına başçılıq edirdilər. Onlar Mirzə Fətəli Axundzadənin 

başladığı ənənəni davam etdirərək dini fanatizmi, xalqın inkişafına mane olan köhnə adət-ənənələri tənqid edir, 

xalqı elmə və təhsilə yiyələnməyə çağırırdılar. O zamankı Azərbaycançılıq ideyasının nəzəri əsasını üç inkişaf 

istiqamətinin  birliyi  təşkil  edirdi:-  türkləşmək,  islamlaşmaq  və  müasirləşmək.  Bu  ideyanı  ilk  dəfə  Əli  bəy 

Hüseynzadə  “Həyat”  jurnalında  1905-ci  ildə  irəli  sürmüşdür.  Sonradan  bu  ideya  Azərbaycan  Demokratik 

Respublikasının rəsmi doktrinasına çevrildi və öz əksini onun üçrəngli bayrağında tapdı. Siyasi Azərbaycançılıq 

ideyası mühüm transformasiyaya uğradı. Belə ki,1918-ci ilədək bu ideyanın tərəfdarları federativizm mövqeyində 

durur  və  Azərbaycan  ilə  Rusiya  arasında  siyasi  münasibətlərin  federativizm  prinsiplərinə  əsaslanmasını 

istəyirdilər.  Lakin  1918-ci  il  Mart  qırğınlarından  sonra  onlar  federativizm  mövqeyindən  imtina  etdilər: 

Azərbaycançılıq ideyasını Azərbaycanın siyasi müstəqilliyinin əldə olunmasına yönəltdilər. 

Müasir dövrdə Azərbaycan xalqının milli azadlıq hərəkatının bir kütləvi hərəkat kimi meydana çıxmasında 

Dağlıq  Qarabağ  problemi  müstəsna  rol  oynamışdır.  Azərbaycan  xalqı  böyük  milli  azadlıq  hərəkatının  əsas 

məqsədini Dağlıq Qarabağ probleminin həll olunmasında görürdü. Əbdulrrəhman Vəzirovun, Ayaz Mütəllibov 

və  Əbülfəz  Elçibəyin  xalqın  təkidi  ilə  hakimiyyətdən  getmələrinin  əsas  səbəblərindən  biri  məhz  onların 

Azərbaycanın  ərazi  bütövlüyünü  qoruya  bilmədikləri  olmuşdur.  Azərbaycan  xalqı  ölkənin  ərazi  bütövlüyünü 

təmin  edə  biləcək  və  ümumiyyətlə  müasir  dövrdə  Azərbaycanı  bu  durumdan  çıxara  biləcək  yeganə  şəxs  kimi 

Ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi 

Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının 

gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına 

nail olmuşdur. 

Ümummilli  lider  Heydər  Əliyevin  yenidən  siyasi  hakimiyyətə  qayıdışı  Azərbaycançılıq  ideyasının 

inkişafına, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinə güclü təsir göstərdi. Belə ki, Ümummilli lider 

Heydər  Əliyev  Azərbaycançılıq  ideyasını  əsas  tutaraq  onun  bütün  sahələrdə  inkişafını  təmin  etdi.  Ümummilli 

lider Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi Azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi. 

Akademik  Ramiz  Mehdiyev  “Qlobal  transformasiyalar  dövründə  Azərbaycanın  milli  ideyası”  adlı 

kitabında 1828-ci ildən müasir dövrədək Azərbaycanın milli ideyasının meydana gəlməsinin və formalaşmasının 

tarixində  səkkiz  mərhələnin  olduğunu  göstərir.  Hər  bir mərhələnin başlanğıcını mühüm  bir  tarixi  hadisə  təşkil 

edir.  Azərbaycanın  milli  ideyasının  formalaşması  tarixinin  yeddinci mərhələsi  1993-2003-cü  illəri  Ümummilli 

lider  Heydər  Əliyevin  hakimiyyəti  illərini  əhatə  edir.  Ümummilli  lider  Heydər  Əliyevin  Azərbaycan  milli 

ideyasının formalaşması  sahəsində  gördüyü  işi  yüksək  qiymətləndirən akademik  Ramiz Mehdiyev  yazır: 


Yüklə 151,79 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə