Parlayan Günəş aylıq jurnal Təsisçi: İmam Rza (əleyhis-salam)-ın müqəddəs hərəmi Məsul müdir



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix30.10.2018
ölçüsü3,63 Mb.
#76125
  1   2   3   4   5   6   7   8


Parlayan Günəş

aylıq jurnal

Təsisçi: İmam Rza (əleyhis-salam)-ın  

              müqəddəs hərəmi



Məsul müdir: Seyyid Məhəmməd Cavad 

                         Haşiminijad Əşrəfi



Baş redaktor: Höccətül-İslam 

                         Höccət Müdərrisi



İcraçı direktor: Firəngiz Zeynəli

Redaktor: Novruzov Vüsat

Redaksiya heyəti:

Məcidov Məhəmməd

Həsənov Ceyhun

Novruzov Vüsat



Dizayn: C. Həsənov

Naşir: Qüds mədəniyyət müəssisəsi

Ünvan: İran İslam Respublikası, 

              Məşhəd şəhəri, İmam Rzanın (ə)  

              müqəddəs hərəmi

Tel.: +98-51-32213474; 

         +98-51-32259090



Faks:+98-51-32219900

Sayt: www. imamrezashrine.aqr.ir

E-mail: iro@ imamrezashrine.com

Bu sayda

Tövbənin həqiqəti-----------------------------2

İmam Baqirin (ə) həyatı----------------------4

Nurani hədislər  -------------------------------6

İmam Rzanın (ə) kəramətlərindən  ---------8

İmam Mehdinin (ə.f) xüsusi 

  nümayəndələrinin əsas vəzifə  

  və fəaliyyətləri--------------------------------10

İlahi ədalət------------------------------------12

Müsafir namazı haqqında-------------------14

Rəcəb ayının gündəlik duası----------------16

Ailədə güzəşt---------------------------------18

Ayətullah Cavadi Amulinin həyatı---------20

Kazimeyn ziyarətgahı haqqında------------22

İnsanın yaranışının sirri---------------------24

İmam Əlinin (ə) mövludu-------------------26

Məbəs bayramı-------------------------------27

Uşaq səhifəsi----------------------------------28

Təqvim-----------------------------------------30

Sorğu-------------------------------------------31

Müsabiqə--------------------------------------32

1



Allah-təala Ənam surəsinin 54-cü 

ayəsində buyurur:



ْمُكْنِم َلِمَع ْنَم ُهَّنَأ َةَمْحَّرلا 

ِهِسْفَـن ىَلَع ْمُكُّبَر َبَتَك ْمُكْيَلَع ٌم َلَس ْلُقَـف اَنِتاَيآِب َنوُنِمْؤُـي َنيِذَّلا َكَءاَج اَذِإَو 

ٌميِحَر ٌروُفَغ ُهَّنَأَف َحَلْصَأَو ِهِدْعَـب ْنِم َباَت َّمُث ٍةَلاَهَجِب اًءوُس

Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! 

Rəbbiniz rəhmli olmağı Özünə vacib etmişdir.  Sizlərdən hər kəs pis iş görsə

sonra tövbə edib düzəlsə, (Allah onun günahından keçər, çünki) Allah 

bağışlayandır, mehribandır!”

Tövbənin həqiqəti

  Bu  ayədən  aydın  olur  ki,  mömin  insan 

yalnız  bilməzlik  və  başa  düşməzlikdən 

ehtirasına  tabe  olduqda  günaha  yol  verir. 

Yoxsa, imanlı şəxs təkəbbür, inad və lovğalıq 

üzündən  Allaha  günah  etməz.  Ayədə  Allah 

“sonra  tövbə  edib  düzəlsə”,  –  deyə 

buyurmuşdur.  Bu  da  onu  göstərir  ki,  tövbə 

keçmiş  səhvləri  düzəltmək  və  yanlışları 

aradan qaldırmaqdır. Çünki həqiqətən, Allaha 

dönüb  Ona  sığınıbsa,  yenidən  özünü  tövbə 

edib  təmizlədiyi  günahın  çirkinliyinin 

ağuşuna  atıb  bulaşdırmaz.  Tövbənin  mənası 

budur.  Tövbə  təkcə  dildə  “Allaha  tövbə 

edirəm”  deyib  qəlbən  heç  bir  islah  və 

düzəlmək  niyyəti  olmadan  tövbə  sayılmaz. 

Belə ki, Allah-təala “Bəqərə” surəsinin 284-

cü ayəsində belə buyurmuşdur: “Ürəyinizdə 



olanı  üzə  çıxarsanız  da,  gizlətsəniz  də, 

Allah  sizi  ona  uyğun  hesaba  çəkəcək”. 

İmam  Sadiq  (ə)  buyurmuşdur:  Ölməzdən 

əvvəl  Allaha  doğru  qayıdıb  tövbə  edən 

bəndəyə  Allah  rəhmət  etsin.  Çünki  bu 

tövbəsinə  görə Allah  Özünə  layiqli  bəndəsi 

ilə bağlı bir haqqı vacib edərək buyurmuşdur: 



“Rəbbiniz  rəhmli  olmağı  Özünə  vacib 

etmişdir.  Sizlərdən  hər  kəs  pis  iş  görsə, 

sonra  tövbə  edib  düzəlsə,  (Allah  onun 

günahından 

keçər, 

çünki) 

Allah 

bağışlayandır, mehribandır!” Habelə Allah-

təala buyurmuşdur: “Pis iş gördükdən və ya 



özünə  zülm  etdikdən  sonra  Allahdan 

bağışlanmaq 

diləyən 

şəxs  Allahın 

bağışlayan,  mərhəmətli  olduğunu  görər.” 

(Nisa surəsi, 110-cu ayə).

1

 Bu ayəyə əsasən, 



cahillik  üzündən  baş  vermiş  əməllərə  görə 

tövbə  edildikdə,  qəbul  edilir.  Bilməzlik 

mənasını  verən  cahillik  bəzən  elm  və 

məlumatın  qarşılığı  kimi  işlədilir.  Bu  söz 

bəzən  məlumat  və  bilgisinin  bilgi  sahibinə 

heç  bir  təsir  göstərmədiyi,  məlumatsız  

1-  Əl-Mizan təfsiri, cild7, səh. 107-113

 

 



insanlar  kimi  davranan,  çirkin    və  pis  işləri 

sanki  onun  çirkinliyindən  xəbəri  olmayan 

insan  kimi  həyata  keçirən,  onları  gözəl  və 

bəyənilən işlər kimi icra edən məlumatlı insan 

haqqında  da  işlədilir.  Başqa  sözlə  desək, 

insanın  çirkin  və  pis  işlərlə  bağlı  dərk  və 

düşüncəsi daxili istəklərinin əsarətinə məruz 

qaldıqda,  üsyankar  instinktlər  ağıl  və 

düşüncəsini  öz  təsiri  altına  aldıqda,  ehtiras, 

qəzəb  və  nəfsani  istəklər  insanın  həyat 

devizinə çevrildikdə onu cahil edir. Quranda 

və el arasında ağıl, elm və məlumatları olsa 

belə, bu cür insanlara cahil və nadan deyilir, 

nadanlıqlarından  qaynaqlanan  davranışlar 

cahil  davranışlar  hesab  edilir.  Nə  etdiyini 

bilən  və  tutduğu  əməlin  çirkinliyindən 

xəbərdar  olmasına  baxmayaraq,  ağıl  və 

düşüncəsi nəfsani istəklərinin əsarətinə məruz 

qalmış  gəncə  də  cahil  və  nadan  deyilir.  Bu 

şərhdən belə məlum olur ki, günahkar fərdin 

etdiyi çirkin əməllər iki qrupa bölünür: 

1.  Gənclik  instinktlərinin  təsirinə  məruz 

qalmış  gəncin  nəfsani  istəklərinə  uyub 

tutduğu  çirkin  əməl.  Bu  əməl  cahilcəsinə 

əməl  olsa  da,  inadkarlıq  və  təkəbbürlükdən 

qaynaqlanmır. Buna görə də qəzəb və ehtiras 

odu  söndükdən,  cəhalət  pərdəsi  qalxdıqdan 

sonra  tez  peşman  olur.  Şübhəsiz  ki,  bu  cür 

insanın tövbəsi qəbul olur və Haqqın rəhməti 

onu əhatə edir.

 2. Nəfsani istəklər və instinktlərin təsirindən 

deyil, 


inadkarlıq 

və 


təkəbbürlükdən 

qaynaqlanan  çirkin  və  pis  işlər.  Daxili 

xəyanət,  təkəbbür  bu  cür  insanı  xoşagəlməz 

işlərə  vadar  edir.  Bu  xislət  adətən  insanın 

ömrünün sonuna qədər onunla birlikdə olur, 

gənclik  dövrünün  ehtiras  və  nəfsani 

istəklərinin odu sönsə də, o sönmür. Şübhəsiz 

ki, belə əməllər tövbə ilə sona yetmir, Allahın 

sonsuz rəhmətini qazandırmır. 

2

2-  Mənşuri-cavid təfsiri, cild 8, səh. 237



2

3

Qurani-Kərim


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə