2
3
Parlayan Günəş
aylıq jurnal
Təsisçi: İmam Rza (əleyhis-salam)-ın
müqəddəs hərəmi
Məsul müdir: Seyyid Məhəmməd Cavad
Haşiminijad Əşrəfi
Baş redaktor: Höccətül-İslam
Höccət Müdərrisi
İcraçı direktor: Firəngiz Zeynəli
Redaktor: Novruzov Vüsat
Redaksiya heyəti:
Məcidov Məhəmməd
Həsənov Ceyhun
Novruzov Vüsat
Dizayn: C. Həsənov
Naşir: Qüds
mədəniyyət müəssisəsi
Ünvan: İran İslam Respublikası,
Məşhəd şəhəri, İmam Rzanın (ə)
müqəddəs hərəmi
Tel.: +98-51-32213474;
+98-51-32259090
Faks:+98-51-32219900
Sayt: www. imamrezashrine.aqr.ir
E-mail: iro@ imamrezashrine.com
Bu sayda
Qur’ani-Kərimdə
Peyğəmbərin məqamı ---------------- ---2,3
İmam Cəfər Sadiqin (ə) həyatı----------4,5
Nurani hədislər ---------------------------6,7
İmam Rzanın (ə) həyatı (6) -------------8,9
İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin
siyasi-ictimai səbəbləri----------------10,11
Nübüvvət İlahi lütfdür-----------------12,13
Dəstəmaz haqqında--------------------14,15
Gəncə imamzadəsi------------------------16
Vəhdət həftəsi-----------------------------17
Peyğəmbərin (s) ziyarəti--------------18,19
Qur’ani-Kərimdə
Peyğəmbərin (s) xatəmiyyəti---------20,21
İslami həyat tərzi-----------------------22,23
Əllamə Təbatəbainin (r.ə) həyatı ----24,25
Əminullah ziyarəti------------------------26
Təqvim-------------------------------------27
Uşaq səhifəsi --------------------------28,29
Peyğəmbərin (s) ziyarətgahı
haqqında -------------------------------30,31
Müsabiqə-----------------------------------32
Belə ki, Qurani-Kərim buna işarə edərək
bütün müsəlmanların Peyğəmbərdən (s)
örnək almaqlarının vacibliyini vurğulayır:
وُجْرَـي َناَك نَمِّل ٌةَنَسَح ٌةَوْسُأ ِهَّللا ِلوُسَر يِف ْمُكَل َناَك ْدَقَل
ًريِثَك َهَّللا َرَكَذَو َرِخ ْلا َمْوَـيْلاَو َهَّللا
Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə
və əməldə) ümid bəsləyən və Allahı çox zikr
edənlər üçün Allah Rəsulunun rəftarında
həyat örnəyi və nümunəsi vardır.
1
İslamın gözəl əxlaqını bütün insanlara təbliğ
etməyə çalışan insan, özü də o əxlaqa sahib
olmalıdır. Çünki ən gözəl təbliğ nümunə olmaqdır.
Peyğəmbər (s) həqiqətən də gözəl bir örnək sahibidir.
Başqa bir ayədə isə belə buyurulur:
َكِلْوَح ْنِم ْاوُّضَفنَلا ِبْلَقْلا َظيِلَغ اًّظَف َتنُك ْوَلَو ْمُهَل َتنِل ِهّللا َنِّم ٍةَمْحَر اَمِبَف
َهّللا َّنِإ ِهّللا ىَلَع ْلَّكَوَـتَـف َتْمَزَع اَذِإَف ِرْمَلأا يِف ْمُهْرِواَشَو ْمُهَل ْرِفْغَـتْساَو ْمُهْـنَع ُفْعاَف
َنيِلِّكَوَـتُمْلا ُّبِحُي
Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində
onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli
olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv
et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara
gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir.
2
Həzrət Peyğəmbər (s) daim ümmətinin barəsində düşünürdü. Bu səbəbdən dolayı qüssəli və
fikirli olardı. Yumşaq xasiyyətli idi, kobudluq və qəlizliyə yol verməzdi. Həzrətin (s) rəftarı
haqqında nəql edilmişdir ki, xoş rəftarlı olduğu üçün, onu görənlər özlərini Həzrətin (s)
nəzərində ən əziz insanlar olduğunu düşünürdülər. Günaha yol vermiş insanlarla şirin dillə
danışır, tutarlı dəlillərlə onları razı salmağa çalışır, beləliklə də qəlblərində İslama rəğbət və
məhəbbət oyadırdı.
Allah-təala İslam Peyğəmbəri həzrət Məhəmmədi (s) sonuncu Peyğəmbər olaraq göndərdi və
o həzrətin (s) gətirdiyi dini və kitabı, səmavi dinlərin və kitabların sonuncusu qərar verdi. Bu
din və kitab hidayət üçündür və yalnız bu dinə və Qurana sarılanların rəhmətdən payı vardır.
1- Əhzab surəsi, ayə 21
2- Ali-İmran surəsi, ayə 159
Ya
Məhəmməd!
ًةَمْحَر َّلِإ َكاَنْلَسْرَأ اَمَو
َ
نيِمَلاَعْلِّل
“(Ya Məhəmməd!) Biz səni
aləmdəkilər üçün yalnız bir
rəhmət olaraq
göndərmişik.”
1
1- Ənbiya surəsi, ayə 107.
Qur’ani-Kərim
Allah-təala Qurani-Kərimdə buyurur:
ٌصيِرَح ْمُّتِنَع اَم ِهْيَلَع ٌزيِزَع ْمُكِسُفنَأ ْنِّم ٌلوُسَر ْمُكءاَج ْدَقَل
ٌميِحَّر ٌفوُؤَر َنيِنِمْؤُمْلاِب مُكْيَلَع
Həqiqətən sizə (mələklərdən və
cinlərdən deyil) özünüzdən olan bir
peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə
düşməyiniz ona ağırdır; o, sizin (iman
gətirməyinizi və kamala çatmağınızı) çox
istəyir və möminlərə qarşı çox mərhəmətli
və mehribandır.
1
Ayədən anlaşılır ki, Peyğəmbər (s) təkcə
insanlara deyil, həm də bütün məxluqata
peyğəmbər göndərilmişdir.
Ya Rəsulullah! Siz, Rəbbimizin bizə lütfü olmaqla
yanaşı bütün aləmlərə, o cümlədən göydəki mələklər,
yerdəki insanlar və cinlər üçün göndərilmisiniz. Bütün
məxluqat sizin vücudunuzla şərəfə nail olmuşdurlar. Sizin
sayənizdə günahkarlara möhlət verilmiş, hətta sizi inkar edənlərin
belə cəzası Qiyamətə qədər təxirə salınmışdır. Möminlər isə sizə iman
gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi
səadətə nail olacaqlar.
Hər bir kəs öz bəndəliyi miqdarında başqalarına rəhmət ola bilər. Rəhmət olmağın ilkin
şərtlərindən biri ilk əvvəl Allaha doğru-düzgün bəndə olmaqdır. İnsan bəndə olmaqla ilk
növbədə özünə rəhm etmiş olur. Əgər bir kəs özünə rəhm etməmişdirsə, başqaları üçün necə
rəhmət ola bilər? Hər kəs bəndəlik yolunda addım atmayıbsa, özünə məhəbbət bəsləməyib.
Ona görə də başqalarına məhəbbət göstərə bilməz. Peyğəmbərimizin (s) ümmətinə qarşı
duyduğu məhəbbət, şəfqət və mərhəmət, bir ananın övladına olan mərhəmətindən daha çox
idi. O, dünyanı şərəfləndirməsindən əvvəl də rəhmət idi, yaşadığı zaman da rəhmət idi, qəbir
aləmində də rəhmətdir, qiyamət günündə də rəhmət olacaq.
Onun rəhmət qanadları bütün aləmi əhatə etmişdir. Aləmlərə rəhmət olaraq göndərilən,
möminlərə Allahın ayələrini oxuyan və onları paklayıb təmizləyən həzrət Peyğəmbərin (s) bu
halı və bu həyat tərzi bütün dünya müsəlmanlarına örnəkdir.
1-Tövbə surəsi, ayə 128
4
5