2
AZƏRBA YCA N MĠLLĠ ELM LƏR AKADEM ĠYASI
A. BAKIXANOV ADINA TARĠX ĠNST ĠTUTU
AZƏRBAYCAN
T A R Ġ X Ġ
XIII-XVIII əsrlər
YEDDĠ CĠLDDƏ
III CĠLD
DƏST 24684
BAKI. ELM . 2007
3
Bu kitab "Azərbaycan tarixi. Yeddi cilddə. III cild" (Bakı,
Elm, 1999) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.
Məsul redaktor:
Oqtay Əfəndiyev
AMEA-nın müxbir üzvü
ISBN 978-9952-448-39-9
947. 5402-dc22
Tarix - A zərbaycan
Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı.
"Elm". 2007. 592 səh. + 56 səh. illüstrasiya.
Azərbaycan Elmlər Akademiyası Tarix Ġnstitutu və digər institut
əməkdaĢların ın u zun illər boyu apardıqları axtarıĢların yekunu olan bu cilddə
Vətənimizin orta əsrlər tarixin in XIII əsrdən baĢlayaraq son dövrü iĢıqlandırılmıĢ,
monqol əsarəti və onun nəticələri, burada təĢəkkül tapan Azərbaycan dövlətlərin in
tarixi, onların yaranması və süqutu, xanlıqlar dövrü, xalq ımızın xarici iĢğalçıların
təcavüzünə qarĢı azadlıq mübarizəsi, eləcə də dövrün ictimai-iqtisadi, mədəni
həyatı ətraflı Ģərh olun muĢdur.
"Elm" nəĢriyyatı, 2007
4
GĠRĠġ
"Azərbaycan tarixi"nin III cildi xronoloji baxımdan XIII əsrin 20-ci
illərindən - monqol iĢğalından baĢlayaraq XIII əsrin sonunadək olan dövrü əhatə
edir. XIII əsrin ilk rübündə inkiĢaf etmiĢ Ģəhərlər ölkəsi olan A zərbaycan köçəri
monqolların viranedici hücumlarına məruz qaldı. Xalq ımıza böyük itkilər və
dağıntılar gətirən monqol basqınları Azərbaycanın iqtisadi və mədəni yüksəliĢi
prosesini müvəqqəti olsa da dayandırdı. Qafqa z ölkə ləri, xüsusən ġirvan, Gürcüstan
hakimləri və Azərbaycan Atabəyi bu qorxunc təhlükə qarĢısında öz qüvvələrini
birləĢdirə bilməd ilər. Hətta hər bir Ģəhər qonĢu feodalların kö məyi o lmadan
monqollara qarĢı təkbaĢına vuruĢurdu. ĠĢğalçılar bir sıra Ģəhərləri yerlə yeksan
etdilər. Mühüm tica rət və sənətkarlıq mərkə zinin - Beyləqanın taley i daha faciə li
oldu. ġəhər b ir daha yüksələ bilməyib süqut etdi.
XIII
əsrin ortalarından paytaxtı Təbriz olan monqol imperiyasının
(Hülakülərin ) mərkəzi vilayəti A zərbaycanın siyasi-iqtisadi mövqeyi güclən məyə
baĢladı. Qazan xan ın islahatları nəticəsində Azərbaycanın ġərq, Qərb ö lkələri ilə
iqtisadi əlaqələri bərpa olundu və geniĢləndi. Marko Polo və digər Avropa
səyyahları Təbrizin ġərq in ən iri, möhtəĢəm sənətkarlıq və ticarət mərkəzi
olduğunu qeyd edirdilər.
XIV
əsrin ortalarında Hülakular dövləti daxili böhran nəticəsində
dağılmağa baĢladı. Qızıl Orda xanları bundan faydalanaraq Azərbaycana Ģimaldan
basqın etdilər. Nəticədə Kürdən cənubda yerləĢən Azərbaycan əraziləri Cəlairilər
dövlətinin tərkibinə daxil o ldu. ġirvanĢahlar öz dövlətlərinin müstəqilliyini xarici
düĢmənlərin təcavüzündən qoruya bildilər, ağıllı siyasət nəticəsində, hətta ən ağır
Ģəraitdə belə, sərhədlərin in bütövlüyünü saxlamağa müvəffəq oldular.
XIV əsrin sonlannda Azərbaycan iki qüdrətli fatehin - Tey murun
və ToxtamıĢın müharibə meydanına çevrildi.
XV əsrin əvvəllərində Azərbaycanın yadellilərin ağalığından xilas olması
üçün əlveriĢli beynəlxalq Ģərait yarandı. ġirvanĢah Ġbrahim ö lkən in Ģimal və cənub
hissələrini vahid bir dövlət daxilində birləĢdirmək üçün təĢəbbüs etdi, lakin təəssüf
ki, buna nail ola bilmədi. Tey murilərin zə iflə məsindən istifadə edən
Qaraqoyunlular Təbrizi ələ keçirərə k onların hakimiyyətinə son qoydular.
Azərbaycanın əksər ərazisi Qaraqoyunlu dövlətinin tərkibində birləĢdi.
Azərbaycanda Qaraqoyunluların hakimiyyətin i Ağqoyunlular əvəz etdi. Hər iki
tayfa ittifaqı özlərini eyni etnosa, "rürkman" adlandınlan ulusa mənsub edirdilər.
Onların ana dili A zərbaycan dili olmuĢdur ki, bunun aĢkar edilməsi son illərin
5
tarixi-filo loji a raĢdırmala rının bəhrəsidir, yekunudur. Bu tarixi gerçəklik
"pantürkizm" damğası altında uzun zaman "ört-basdır" edilirdi.
Qaraqoyunlu və Ağqoyunluların hakimiyyət dövrü Azərbaycanın dövlətçilik
tarixində mühüm əhəmiyyət kəsb etmiĢdir. Ağqoyunlu dövlətinin qüdrətli
hökmdarı Uzun Həsənin təĢəbbüsü ilə Azərbaycanın Avropa ölkələri və Rusiya ilə
siyasi-diplo matik münasibətlərinin yaran ması dövrün əlamətdar hadisələrindəndir.
Osmanlı sultanının təcavüzünə qarĢı Avropa dövlətləri ilə Ağqoyunlu dövləti
ittifaq ının nəticəsiz qalmasına baxmayaraq, bu, ikitərəfli siyasi münasibətlərin
canlanmasına, Qərb in Azərbaycana marağ ının artmasına səbəb oldu.
XV əsrin sonlarında Azərbaycan - Uzun Həsənin qurduğu dövlət onun
övladları arasında hakimiyyət uğrunda gedən qanlı toqquĢmalar meydanına
çevrild i. Qətl və qarətdən, dözülməz zü lm və aclıqdan cana doymuĢ xalq nicat yolu
axtarırdı. O ağ ır günlərdə Uzun Həsənin nəvəsi - Ərdəbil Ģeyxlərinin övladı ġah
Ġsmayıl Xətayi vətəninin və xalq ının kö məyinə gəld i.
ġah Ġsmayıl Xətayin in qurduğu Səfəvilər, yaxud QızılbaĢlar dövlətinin
xalq ımızın tarixində müstəsna yeri vardır. Tarixdə ilk dəfə ölkəmizin Ģimal və
cənub vilayətləri A zərbaycan dövlətinin sərhədləri daxilində birləĢdirild i. Bu isə
Azərbaycanın iqtisadi və mədəni baxımdan yüksəliĢi üçün əlveriĢli Ģərait yaratdı.
Bir-b irini əvəz edən Qaraqoyunlu, Ağqoyunlu və QızılbaĢ -Səfəv i
dövlətlərini quran və yaĢadanlar azərbaycanlılar olmuĢdur. On lar arasında mövcud
olmuĢ siyasi və dini ziddiyyətlər bu həqiqəti inkar etmir. Həmin dövrün qonĢu
hökmdarları da Səfəv ilər dövlətini Qaraqoyunlu və Ağqoyunluların varisləri
sayırdılar ki, bu da tarixi gerçəkliyi əks etdirird i.
Xalq ımızın tarixində Səfəv ilər dövlətinin əhəmiyyəti b ir daha ondadır ki,
Azərbaycan dilinin ilk dəfə dövlət dili səviyyəsinə qalxması, diplo matik
yazıĢ malarda iĢləd ilməsi məh z bu dövrə aiddir. Sarayda, ordu içərisində
Azərbaycan dili hakim id i. Bu dildə ümu mdünya Ģöhrəti qazanmıĢ ədəbi əsərlər
yaradılmıĢdı. Səfəv ilər dövrünü Azərbaycan mədəniyyətinin Yeni intibah dövrü
hesab etməyə haqqımız vardır.
XVI əsrin sonlarında Səfəvi-Osman lı müharibələri, ġah Abbasın daxili
siyasəti
və
həyata
keçirdiyi
islahatlar,
xüsusilə
paytaxtın
Ġsfahana
köçürülməsi
nəticəsində
Səfəvilər
dövlətində
Azərbaycan
öz aparıcı rolunu itirdi, qızılbaĢ əyanların ın farslar və digər Ġran etnik ünsürləri
tərəfindən sıxıĢdırılması baĢlandı. Beləliklə, Səfəvilər dövlətin in Ġran dövlətinə
çevrilməsinin əsası qoyuldu.
XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Səfəvilər dövləti
siyasi-iqtisadi böhrana uğrayaraq zəiflədi. Bundan istifadə edən Rusiya çarı I Pyotr