"İntersputnik" Beynəlxalq Kosmik Rabitə Sisteminin və Təşkilatının yaradılması
haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I.
1971-ci il noyabrın 15-də Moskva şəhərində imzalanmış "İntersputnik" Beynəlxalq
Kosmik Rabitə Sisteminin və Təşkilatının yaradılması haqqında" Saziş təsdiq edilsin.
II.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 may 2004-cü il
№ 660-IIQ
"İntersputnik" Beynəlxalq Kosmik Rabitə Sisteminin
və Təşkilatının yaradılması haqqında
S A Z İ Ş
Razılığa gələn Tərəflər,
yerin süni peykləri vasitəsilə rabitə, habelə radio və televiziya yayımım həyata keçirməklə
hərtərəfli iqtisadi, elmi-texniki, mədəni və digər münasibətlərin möhkəmləndirilməsinə və
inkişafına səy göstərmək zərurətini etiraf edərək,
nəzəri və təcrübi tədqiqatlarda, habelə yerin süni peykləri vasitəsilə beynəlxalq rabitə
sisteminin layihələndirilməsində, yaradılmasında, istismarında və inkişafında əməkdaşlığın
faydasını etiraf edərək,
dövlətin suverenliyinə və müstəqilliyinə hörmət, hüquq bərabərliyi, daxili işlərə
qarışmamaq, habelə qarşılıqlı yardım və fayda əsasında beynəlxalq əməkdaşlığın inkişafı
naminə,
Birləşmiş Millətlər Təşkilatı Ali Məclisinin 1721 (XVI) saylı əsasnaməsinin və Kosmik
fəzanın, o cümlədən ay və digər göy cisimlərinin tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət
prinsipləri haqqında 1967-ci il 27 yanvar tarixli Müqavilənin müddəalarını rəhbər tutaraq;
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
1.
Yerin süni peykləri vasitəsilə beynəlxalq rabitə sistemi yaradılır.
2.
Rabitə sisteminin layihələndirilməsi, yaradılması, istismarı və inkişafı üzrə əməkdaşlığın və
səylərin əlaqələndirilməsini təmin etmək üçün Razılığa gələn Tərəflər bundan sonra Təşkilat
adlandırılan "İNTERSPUTNİK" Beynəlxalq Təşkilatını təsis edirlər.
M ad də 2
1.
"İNTERSPUTNİK" Açıq Beynəlxalq Təşkilatdır.
2.
Bu Sazişi imzalamış və 26-cı maddəyə müvafiq olaraq onun ratifikasiyası haqqında
sənədləri saxlanca vermiş hökumətlər, habelə 22-ci maddəyə Müvafiq olaraq bu Sazişə
qoşulmuş digər dövlətlərin hökumətləri Təşkilatın Üzvləridir.
M a d d ə 3
Təşkilatın yerləşdiyi yer Moskva şəhəridir.
M ad də 4
1. Yerin süni peykləri vasitəsilə beynəlxalq rabitə sisteminə, onun tərkib hissələri kimi
aşağıdakılar daxildir:
peyklərin normal fəaliyyətini təmin edən retranslyator, bort (göyərtə) vasitələri və yerüstü
idarəetmə sistemlərindən ibarət olan kosmik kompleks;
yerin süni peykləri vasitəsilə qarşılıqlı rabitəni həyata keçirən yer stansiyaları.
2.
Kosmik kompleks Təşkilatın mülkiyyətindədir və ya belə sistemlərə malik olan Təşkilat
Üzvlərindən icarəyə götürülür.
3.
Yer stansiyaları dövlətlərin və ya tanınmış istismar təşkilatlarının mülkiyyətidir.
4.
Təşkilatın Üzvləri onlar tərəfindən tikilən yer stansiyalarını, əgər həmin stansiyalar
Təşkilatın texniki tələblərinə cavab verirsə, təşkilatın rabitə sisteminə qoşmaq hüququna
malikdirlər.
M ad də 5
Beynəlxalq rabitə sisteminin yaradılması aşağıdakı mərhələlər üzrə nəzərdə tutulur:
- Sovet Sosialist Respublikaları İttifaqının rabitə peyklərində Təşkilata ödənişsiz təqdim
olunan rabitə kanallarından istifadə etməklə, Təşkilat Üzvləri tərəfindən öz yer stansiyalarında
təcrübi işin aparılması mərhələsi. Bu mərhələnin müddəti 1973-cü ilin sonuna qədər müəyyən
edilir;
-
Təşkilat Üzvlərinin rabitə peyklərində rabitə kanallarından icarə şərtləri əsasında istifadə
etməklə iş mərhələsi;
-
Təşkilatın mülkiyyəti olan və ya onun Üzvlərindən icarəyə götürülən kosmik kompleksdən
istifadə etməklə rabitə sisteminin kommersiya məqsədli istismarı mərhələsi. Bu mərhələyə keçidi,
Təşkilata məxsus olan kosmik kompleksin yaradılması və ya onun icarəsini Razılığa gələn
Tərəflər iqtisadi cəhətdən məqsədəuyğun hesab etdikdə, həyata keçirirlər.
Mad d ə 6
Təşkilatın mülkiyyəti olan rabitə peyklərinin buraxılması və orbitə çıxarılması, bunun üçün
Müvafiq vasitəsi olan Üzvlər tərəfindən Təşkilat və belə Üzv arasındakı razılaşmaya əsasən
həyata keçirilir.
M a d d ə 7
Təşkilat öz fəaliyyətini Beynəlxalq Elektrorabitə İttifaqı ilə əlaqələndirir, habelə fəaliyyəti
istər texniki cəhətdən (tezlik spektrinin istifadəsi, rabitə kanallarına texniki normaların və
cihazlara standartların tətbiqi), istərsə də beynəlxalq səviyyədə tənzimlənən məsələlərdə rabitə
peyklərinin istifadəsi ilə əlaqədar olan digər təşkilatlarla əməkdaşlıq edir.
M ad də 8
Təşkilat hüquqi şəxsdir və onun müqavilələr bağlamaq, əmlak əldə etmək, icarəyə
götürmək, özgəninkiləşdirmək və prosessual fəaliyyətlər göstərməyə hüququ vardır.
M a d d ə 9
1.
Hökumətləri Təşkilatın Üzvü olan dövlətlərin ərazisində Təşkilat öz məqsədlərinə nail
olmaq və öz funksiyalarım həyata keçirmək üçün zəruri olan hüquq qabiliyyətinə malikdir. Bu
hüquq qabiliyyətinin həcmi fəaliyyətin göstərildiyi dövlətlərin səlahiyyətli orqanları ilə Müvafiq
razılaşmalarda müəyyən edilir.
2.
Bu Saziş və bu maddənin 1-ci bəndində göstərilən sazişlərlə tənzimlənməyən məsələlər
üzrə ərazisində Təşkilatın fəaliyyət göstərdiyi dövlətin qanunvericiliyi tətbiq edilir.
Maddə 1 0
1.
Təşkilat öz öhdəliklərinə görə, ona məxsus olan əmlak çərçivəsində maddi məsuliyyət
daşıyır.
2.
Təşkilat Razılığa gələn Tərəflərin öhdəliklərinə görə maddi məsuliyyət daşımadığı kimi,
Razılığa gələn Tərəflər də Təşkilatın öhdəliklərinə görə məsuliyyət daşımırlar.
Maddə 1 1
1. Təşkilatın fəaliyyətinə rəhbərlik etmək üçün aşağıdakı orqanlar yaradılır: Şura - rəhbər
orqan;
Müdiriyyət - Baş direktorun rəhbərliyi altında olan daimi icraçı və inzibati orqan.
Müdiriyyətin yaradılması və fəaliyyətə başlama tarixi Şura tərəfindən müəyyən edilir.
2. Müdiriyyət fəaliyyətə başlayana qədər, Baş direktorun 13-cü maddənin 2-ci bəndində
göstərilmiş, Təşkilatı təmsiletmə funksiyalarını Şuranın sədri yerinə yetirir.
3. Təşkilatın maliyyə fəaliyyətinə nəzarət etmək üçün Təftiş komissiyası yaradılır.
4. Şura, bu Sazişin məqsədlərini həyata keçirmək üçün lazım olan köməkçi orqanlar təsis edə
bilər.
M a d d ə 1 2
1.
Şuranın tərkibinə Təşkilatın hər Üzvündən bir nümayəndə daxildir.
2.
Təşkilatın hər Üzvü Şurada bir səsə malikdir.
3.
Şura növbəti sessiyalarına ən azı ildə bir dəfə toplanır. Növbədənkənar sessiya Təşkilatın
istənilən Üzvünün və ya Baş direktorun xahişi ilə, əgər onun çağırılmasına Təşkilat Üzvlərinin
üçdə bir hissəsi səs veribsə, çağırıla bilər.
4.
Şuranın sessiyaları, bir qayda olaraq, Təşkilatın yerləşdiyi yerdə keçirilir. Şura, öz
sessiyalarının, hökumətləri Təşkilatın Üzvü olan digər dövlətlərin ərazisində, həmin Təşkilat
Üzvlərinin dəvəti əsasında keçirilməsi haqqında qərar qəbul edə bilər.
Müdiriyyət fəaliyyətə başlayana qədər Şuranın sessiyaları növbə ilə, hökumətləri Təşkilatın
Üzvü olan və adları rus əlifba sırasına əsasən ardıcıl gələn dövlətlərdə keçirilir. Bu halda
sessiyanın keçirilməsi üzrə xərcləri qəbul edən Təşkilat Üzvləri ödəyir.
5.
Şuranın sessiyalarında sədrlik, adları rus əlifba sırasına əsasən ardıcıl gələn Təşkilat
Üzvlərinin nümayəndələri tərəfindən növbə ilə həyata keçirilir. Əlifba üzrə növbəti Təşkilat
Üzvünün nümayəndəsi Sədr müavini təyin edilir. Sədrin və onun müavininin səlahiyyətləri
Şuranın növbəti sessiyasına qədər öz qüvvəsində qalır.
6.
Şuranın səlahiyyətlərinə bu Sazişlə əhatə edilən məsələlər aiddir. Şura:
1)
kosmik kompleksin yaradılması, əldə edilməsi və ya icarəsi, habelə istismarı üzrə
tədbirləri nəzərdən keçirir və təsdiq edir;
2)
Təşkilatın rabitə sisteminin inkişafı və təkmilləşdirilməsi planlarını təsdiq edir;
3)
Təşkilatın rabitə peyklərinə texniki tələbləri müəyyənləşdirir;
4)
Təşkilatın rabitə peyklərinin orbitə çıxarılması proqramını nəzərdən keçirir və təsdiq edir;
5)
rabitə kanallarının Təşkilat Üzvləri arasında bölüşdürülməsi planını, habelə digər
istehlakçılar tərəfindən rabitə kanallarının istifadə olunması qaydaları və şərtlərini təsdiq edir;
6)
yerüstü stansiyalar olan texniki tələbləri müəyyənləşdirir;
7)
Təşkilatın rabitə sisteminə qoşulmaq üçün təqdim edilən yerüstü stansiyaların texniki
tələblərə uyğunluğunu müəyyənləşdirir;
8)
Baş direktoru və onun müavinini seçir və Müdiriyyətin fəaliyyətinə nəzarət edir;
9)
Təftiş komissiyasının sədrini və üzvlərini seçir və bu komissiyanın iş qaydalarını təsdiq
edir;
10)
Müdiriyyətin strukturunu və ştatlarını, habelə Müdiriyyətin işçi heyəti haqqında
Əsasnaməni təsdiq edir;
11)
qarşıdan gələn təqvim ili üçün Təşkilatın iş planını təsdiq edir;
12)
Təşkilatın büdcəsi və onun istifadəsi haqqında hesabatı, habelə Təşkilatın balansını və
mənfəətinin bölüşdürülməsini nəzərdən keçirir və təsdiq edir;
13)
Müdiriyyətin fəaliyyəti haqqında Baş direktorun illik hesabatlarını nəzərdən keçirir və
təsdiq edir;
14)
Təftiş komissiyasının hesabatını təsdiq edir;
15)
Sazişə qoşulmaq istəyən hökumətlərin rəsmi müraciətlərini nəzərə alır, üzvlük
haqlarının ödənilmə qaydasını və müddətlərini, habelə 15-ci maddənin 5-ci bəndinə müvafiq
olaraq üzvlük haqlarının paylar üzrə bölüşdürülməsini müəyyən edir;
17)
məlumat vahidlərinin ötürülməsinə görə icarə tariflərini və Təşkilatın rabitə
peyklərində sifarişlərin icarə qiymətini müəyyən edir;
18)
bu Sazişə düzəlişlər edilməsi haqqında təklifləri nəzərdən keçirir və onların 24-cü
maddədə nəzərdə tutulan qaydada qəbul edilməsi üçün Razılığa gələn Tərəflərə təqdim edir;
19)
özünün prosedur qaydalarını qəbul edir;
20)
Sazişdən irəli gələn digər məsələləri nəzərdən keçirir və həll edir.
7.
Şura çalışmalıdır ki, onun qərarları yekdilliklə qəbul edilsin. Buna nail olmadıqda Şuranın
qərarları, onların leyhinə bütün Şura Üzvlərinin ən azı üçdə iki hissəsi səs verdikdə qəbul
edilmiş sayılır. Şuranın qərarları, onların qəbul edilməsi üçün səs verməyən və onlara yazılı
şəkildə qeyd-şərtlər təqdim etmiş Üzvlər üçün məcburi deyil; lakin həmin Üzvlər qəbul edilmiş
qərarlara sonradan qoşula bilərlər.
8.
Bu maddənin 6-cı bəndində nəzərdə tutulan funksiyaları yerinə yetirərkən, Şura
Razılığa gələn Tərəflərin müəyyən etdiyi vəsaitlər çərçivəsində fəaliyyət göstərir.
9.
Şuranın birinci sessiyası Bu Saziş qüvvəyə mindikdən sonra 3 aydan gec olmayaraq
Təşkilatın yerləşdiyi dövlətin hökuməti tərəfindən çağırılır.
Maddə 13
1.
Müdiriyyət Baş direktor, onun müavini və zəruri işçi heyətindən ibarətdir.
2.
Vahid rəhbərlik prinsipləri əsasında fəaliyyət göstərən Baş direktor Təşkilatın baş inzibati
vəzifəli şəxsidir və bu qisimdə Təşkilatın fəaliyyətinə aid olan bütün məsələlər üzrə Təşkilat
Üzvlərinin səlahiyyətli orqanları ilə münasibətlərdə, habelə hökumətləri Təşkilatın üzvü
olmayan dövlətlərlə və Şuranın əməkdaşlıq etməyə zəruri hesab etdiyi beynəlxalq təşkilatlarla
münasibətlərdə onu təmsil edir.
3.
Baş direktor Şura qarşısında məsuliyyət daşıyır və bu Sazişlə və Şuranın qərarları ilə ona
verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir.
4. Baş direktor aşağıdakı funksiyaları həyata keçirir:
1)
Şura qərarlarının yerinə yetirilməsini təmin edir;
2)
Təşkilat Üzvlərinin Rabitə administrasiyası, layihə təşkilatları və sənaye müəssisələri ilə
sistemin bütövlükdə layihələndirilməsi, habelə Təşkilatın rabitə peyklərinin, bort (göyərtə)
cihazlarının element və bloklarının layihələndirilməsi, istehsalı və göndərilməsi məsələləri üzrə
danışıqlar aparır;
3)
Təşkilat üçün rabitə peyklərinin buraxılması məsələləri üzrə danışıqlar aparır;
4)
Şuranın tapşırığı ilə Şura tərəfindən müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsində
beynəlxalq və digər Sazişlər bağlayır;
5)
növbəti maliyyə ili üçün büdcə layihəsini tərtib edir, onun təsdiq edilməsi üçün Şuranın
müzakirəsinə təqdim edir və başa çatmış maliyyə ili üzrə büdcənin icra edilməsi haqqında Şura
qarşısında hesabat verir;
6)
Şuraya təqdim etmək üçün bitmiş il üzrə Müdiriyyətin fəaliyyəti haqqında hesabat
hazırlayır;
7)
Təşkilatın iş planı, habelə sisteminin inkişafı və təkmilləşdirilməsi layihələrini işləyib
hazırlayır və onları təsdiq edilmək üçün Şuraya təqdim edir;
8)
Şuranın sessiyalarının hazırlanması, çağırılması və keçirilməsini təmin edir;
Baş direktor və onun müavini hökumətləri Təşkilatın Üzvü olan dövlətlərin vətəndaşları
sırasından 4 il müddətinə seçilirlər. Baş direktorun müavini, bir qayda olaraq, ancaq bir
müddətə seçilə bilər. Baş direktor və onun müavini eyni dövlətin vətəndaşları ola bilməzlər.
6. Müdiriyyətin işçi heyəti, heyətin professional səriştəliyi baxımından, ədalətli coğrafi
təmsilçilik prinsipi nəzərə alınmaqla, hökumətləri Təşkilatın Üzvü olan dövlətlərin
vətəndaşlarından komplektləşdirilir.
M a d d ə 14
1. Təftiş komissiyasının tərkibi, hökumətləri Təşkilatın Üzvü olan müxtəlif dövlətlərin
vətəndaşları sırasından Şura tərəfindən üç illik müddətə seçilən üç üzvdən ibarətdir.
Təftiş komissiyasının sədri və üzvləri Təşkilatda hər hansı bir vəzifə tuta bilməzlər.
2.
Baş direktor təftişin həyata keçirilməsi üçün zəruri olan bütün material və sənədləri Təftiş
komissiyasının sərəncamına təqdim edir.
3.
Təftiş komissiyasının hesabatı Şuraya təqdim olunur.
Maddə 15
1. Təşkilatın fəaliyyətini təmin etmək üçün nizamnamə fondu (əsas və dövriyyə vəsaitləri)
yaradılır. Nizamnamə fondunun yaradılması və onun həcmi haqqında qərar Şuranın təklifi ilə
Razılığa gələn Tərəfdən qəbul edilir və xüsusi protokolla rəsmiləşdirilir. Nizamnamə fondunun
təşkilində Təşkilat Üzvlərinin pay iştirakının həcmi, onların rabitə kanallarından istifadə
dərəcəsinə mütənasib müəyyənləşdirilir.
2.
Əgər rabitə sisteminin təkmilləşdirilməsi prosesində nizamnamə fondunun artırılması
zərurəti yaranarsa, onda əlavə üzvlük haqların məbləği onun artırılmasına razılıq vermiş Təşkilat
Üzvləri arasında bölüşdürülür.
3.
Təşkilat Üzvlərinin nizamnamə fonduna ödədiyi üzvlük haqları hesabına Təşkilatın
aşağıdakı xərcləri ödənilir:
1)
kosmik kompleks və yerüstü stansiyaları üzrə elmi tədqiqat və təcrübi-konstruktor
işlərinə;
2)
kosmik kompleksin layihələndirilməsinə, yaradılmasına, alınmasına və icarəsinə;
3)
Təşkilatın rabitə peykinin buraxılmasına və orbitə çıxarılmasına çəkilən xərclər;
4)
Təşkilatın fəaliyyəti ilə bağlı digər məqsədlərə.
4.
Nizamnamə fondu təşkil olunana qədər Təşkilatın fəaliyyəti hər təqvim ili üçün tərtib
edilən xüsusi büdcəyə uyğun həyata keçirilir. Müdiriyyət heyətinin saxlanılmasına, Şura
sessiyalarının keçirilməsinə və digər inzibati xarakterli tədbirlər üçün büdcədə nəzərdə
tutulmuş xərclər Şuranın təklifi ilə Razılığa gələn Tərəflərin müəyyənləşdirdiyi və xüsusi
protokolla rəsmiləşdirildiyi həcmdə Təşkilat Üzvləri tərəfindən ödənilir.
5.
Təşkilata yeni Üzvlər daxil olduqda və ya Üzv Təşkilatdan çıxdıqda, qalan Təşkilat
Üzvlərinin üzvlük haqlarındakı pay Müvafiq olaraq dəyişir.
6.
Təşkilatın Nizamnamə fonduna və büdcəsinə ödəmələrin hansı valyuta ilə həyata
keçirilməsini Şuranın təklifi ilə Razılığa gələn Tərəflər müəyyənləşdirir.
7.
Müəyyən edilmiş müddət ərzində Təşkilat Üzvləri tərəfindən ödənilməmiş məbləğə
Təşkilat tərəfindən 3% illik hesablanır.
8.
Təşkilat Üzvləri öz maliyyə öhdəliklərini bir il ərzində yerinə yetirmədiyi təqdirdə, Şura
Təşkilatda üzvlükdən irəli gələn hüquqların qismən və ya tamamilə dayandırılması məsələsini
həll edir.
9.
Rabitə sisteminin istismarından əldə edilən gəlir Təşkilat Üzvləri arasında onların üzvlük
haqlarının məbləğinə mütənasib bölüşdürülür. Təşkilat Üzvlərinin qərarı ilə mənfəət,
nizamnamə fondunun artırılmasına və ya hər hansı bir xüsusi fondun yaradılmasına yönəldilə
bilər.
10. Təşkilatın vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar iclas və müşavirələrin, habelə
Şuranın iclaslarının iştirakçılarının saxlanılması ilə əlaqədar xərcləri həmin müşavirəyə və
iclaslara öz nümayəndələrini ezam edən Razılığa gələn Tərəflər ödəyir.
M a d d ə 1 6
1.
Təşkilat, bu Sazişin müddəalarına uyğun olaraq rabitə kanallarını öz Üzvlərinə və digər
istehlakçılara təqdim etməklə, kosmik kompleksi istismar edir.
2.
Təşkilatın sərəncamında olan rabitə kanalları, kanal istehlakçılarından asılı olaraq,
Təşkilatın Üzvləri arasında bölüşdürülür. Bütün Təşkilat Üzvlərinin ümumi tələbatlarından
artıq olan rabitə kanalları başqa istehlakçılara icarəyə verilə bilər.
3. Rabitə kanalları Şura tərəfindən müəyyən edilmiş tariflər üzrə ödənişlə təqdim edilir.
Tariflərin həcmi qızıl frankla hesablanan, orta dünya tarifləri səviyyəsində olmalıdır.
Rabitə xidmətləri üçün hesablaşma qaydalarını Şura müəyyənləşdirir.
M a d d ə 1 7
1. Razılığa gələn istənilən Tərəf depozitari hökumətə yazılı bildiriş göndərməklə, bu Sazişi
ləğv edə bilər.
Sazişi Razılığa gələn belə Tərəfin ləğv etməsi, həmin ləğvetmə haqqında depozitari
hökumətə bildirişin verildiyi gündən etibarən birillik müddət tamam olan maliyyə ili başa
çatanda qüvvəyə minir. Razılığa gələn belə Tərəf Şuranın müəyyən etdiyi müddətdə ləğvetmənin
qüvvəyə mindiyi maliyyə ili üçün ona təyin edilmiş üzvlük haqqı məbləğini ödəməli, habelə
üzərinə götürdüyü bütün maliyyə öhdəliklərini yerinə yetirməlidir.
2 Sazişi ləğv edən Razılığa gələn Tərəfə çatacaq pul kompensasiyasının məbləği, əsas
vəsaitlərin fiziki və mənəvi aşınmaları nəzərə alınmaqla, Razılığa gələn həmin Tərəfin Təşkilatın
nizamnamə fonduna ödədiyi haqların məbləğinə müqabil Şura tərəfindən müəyyənləşdirilir.
Pul kompensasiyası, ləğvetmənin qüvvəyə mindiyi maliyyə ili üçün büdcə üzrə hesabat Şura
tərəfindən təsdiq edildikdən sonra ödənilir.
Maddə 18
1. Bu Saziş Razılığa gələn bütün Tərəflərin razılığı ilə dayandırıla bilər. Sazişin dayandırılması
Təşkilatın ləğvinə səbəb olur.
Təşkilatın ləğv edilmə qaydaları Şura tərəfindən müəyyənləşdirilir.
2. Təşkilat ləğv edildiyi təqdirdə, onun əsas vəsaitləri realizə edilir və əsas vəsaitlərin fiziki
və mənəvi aşınması nəzərə alınmaqla, Təşkilat Üzvlərinə onların rabitə sisteminin yaradılması
üzrə əsaslı xərclərdə pay iştirakına Müvafiq olaraq pul kompensasiyası ödənilir. Mövcud
dövriyyə vəsaitləri, onların Təşkilatın öhdəliklərinin ödənilməsinə yönəldilmiş hissəsi istisna
olmaqla, Təşkilatın Üzvləri arasında, Təşkilatın ləğv olunma gününə olan faktiki pul
qoyuluşlarına mütənasib bölüşdürülür.
Maddə 19
Təşkilatın dilləri ingilis, ispan, rus və fransız dilləridir. Dillərdən nə dərəcədə istifadə
məsələsi Təşkilatın həqiqi tələbatından asılı olaraq, Şura tərəfindən həll edilir.
M a d d ə 2 0
1. Bu Saziş imzalanmaq üçün Moskva şəhərində 1972-ci il dekabrın 31-dək açıqdır. Saziş
ratifikasiya edilməlidir. Ratifikasiya sənədləri bu Sazişin depozitarisi təyin edilən SSRİ
hökumətinə saxlanca verilir.
Maddə 21
Saziş, altı ratifikasiya sənədi saxlanca verildikdən sonra qüvvəyə minir.
M a d d ə 2 2
1.
Bu Sazişi imzalamamış istənilən dövlətin hökuməti ona qoşula bilər. Bu halda hökumət,
Təşkilatın məqsəd və fəaliyyət prinsipləri ilə bölüşdüyünü və bu Sazişdən irəli gələn
öhdəlikləri öz üzərinə götürdüyünü əks etdirən rəsmi müraciəti Təşkilatın Şurasına təqdim
edir.
2.
Sazişə qoşulmaq haqqında sənədlər depozitari hökumətə saxlanca verilir.
M a d d ə 2 3
Bu Saziş qüvvəyə mindikdən sonra öz ratifikasiya sənədlərini və ya qoşulma haqqında
sənədlərini saxlanca vermiş hökumətlər üçün Saziş, göstərilən aktların saxlanca verildiyi
gündən qüvvəyə minir.
M a d d ə 2 4
Bu Sazişə düzəlişlər, həmin düzəlişləri qəbul etmiş Razılığa gələn hər bir Tərəfə
münasibətdə, düzəlişlər Razılığa gələn Tərəflərin üçdə ikisi tərəfindən təsdiq edildikdə
qüvvəyə minir. Qüvvəyə minmiş düzəliş Razılığa gələn digər Tərəflərə münasibətdə, onlar
tərəfindən qəbul edildikdən sonra məcburi olur.
M a d d ə 2 5
1.
Bu Sazişin depozitari hökumət hər bir imzalama tarixi, hər bir ratifikasiya sənədinin və
qoşulma haqqında sənədin saxlanca verildiyi tarix, Sazişin qüvvəyə mindiyi tarix, habelə onun
aldığı bütün digər bildirişlər haqqında Razılığa gələn bütün Tərəflərə məlumat verir.
2.
Bu Saziş Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə Müvafiq olaraq
depozitari hökumət tərəfindən qeydə alınacaq.
M a d d ə 2 6
Rus, ingilis, ispan və fransız dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu Saziş
depozitari hökumətin arxivinə saxlanca verilir. Sazişin lazımi qaydada təsdiqlənmiş surətləri
depozitari hökumət tərəfindən Razılığa gələn Tərəflərə göndəriləcək.
Bunun təsdiqi olaraq, lazımi qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər bu Sazişi
imzaladılar.
1971-ci il noyabrın 15-də Moskva şəhərində imzalanmışdır.
Dostları ilə paylaş: |