2
Mündəricat
Xülasə............................................................................................................... 3
Giriş.................................................................................................................. 4
1.
Beynəlxalq təcrübə...................................................................................... 5
1.1.
Rusiya Federasiyası.............................................................................. 5
1.1.1.
Tümen vilayətində neftqaz maşınqayırma və servis klasterinin
reallıqları və inkişaf perspektivləri.............................................. 5
1.1.2.
Samara vilayətində maşınqayırmanın inkişaf ssenariləri........... 21
1.1.3.
Başkortostan
Respublikasının
Tuymazı-Oktyabrsk
ərazi
mikrosistemində klaster............................................................. 22
1.1.4.
Perm diyarının neft və dağ-mədən maşınqayırma klasteri........ 26
1.1.5.
Krasnoyarskda neftservis və nefthazırlıq klasteri...................... 27
1.2. Qazaxıstan Respublikasında iqtisadiyyatın inkişafında klaster
yanaşması............................................................................................... 28
Nəticə.............................................................................................................. 52
İstifadə edilmiş ədəbiyyat............................................................................... 58
3
Xülasə
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun 2015-ci ilin Elmi-Tədqiqat İş
Planına əsasən “Neft maşınqayırma klasteri: beynəlxalq təcrübənin tədqiqi”
mövzusunda tədqiqat işi yerinə yetirilmişdir. Tədqiqat işində Rusiya Federasiyası
(Tümen vilayətində neftqaz maşınqayırma və servis klasterinin reallıqları və
inkişaf perspektivləri, Samara vilayətində maşınqayırmanın inkişaf ssenariləri,
Başkortostan Respublikasının Tuymazı-Oktyabrsk ərazi mikrosistemində klaster,
Perm diyarının neft və dağ-mədən maşınqayırma klasteri və Krasnoyarskda
neftservis və nefthazırlıq klasteri) və Qazaxıstan Respublikasında iqtisadiyyatın
inkişafında klaster yanaşmasına dair təcrübələri baxılaraq ümumiləşdirilmiş
nəticələr əks edilmişdir.
Tədqiq edilmiş təcrübə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye
nazirinin 2 fevral 2015-ci il tarixli F-14 nömrəli əmri ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün
Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin aidiyyəti üzrə icrasına dair
Tədbirlər Planının 1.11.-ci “Neft maşınqayırma sahəsinin inkişafı ilə bağlı
təkliflərin hazırlayıb aidiyyəti üzrə təqdim olunması” və 3.6.-cı “Sənaye
klasterlərinin yaradılmasına dair təkliflər hazırlanması və müvafiq tədbirlərin
həyata keçirilməsi” bəndlərinin icrasında istifadə edilə bilər.
4
Giriş
Dövlət, iqtisadiyyat, elm və təhsil arasında obyektiv motivasiya edilmiş
tərəfdaşlığın inkişafı iqtisadiyyatın müasir mərhələdə inkişafının ümumi
qanunauyğunluqları ilə şərtləndirilmiş klasterlərin yaradılmasının aktuallığını
şərtləndirmişdir. Klaster məhsulun işlənib hazırlanması, ilkin istehsalından
başlayaraq və satış və servis xidmətləri ilə qurtararaq onun bütün istehsalının vahid
zəncir ilə gedən sxemə yönəlir ki, bu da klasterin nəinki optimal quruluşu, hətta
bütün struktur elementləri xüsusən klasterin “özək”lərinin qarşılıqlı fəaliyyət və
fəallıq səviyyəsi ilə müəyyən edilir.
Ölkədə klasterlərin formalaşdırılması məsələləri Azərbaycan Respublikası
Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmışdır. Belə ki,
iqtisadiyyatın klasterlər əsasında inkişafı çərçivəsində neft, qaz emalı və neftkimya
zavodlarından ibarət kompleksin inşası planlaşdırılır ki, onun təşkili zəruri
investisiyaların cəlb edilməsinə, ekoloji normativlərə riayət olunmasına, son
məhsulun istehsalına qədər olan texnoloji zəncirin qurulmasına, hazır məhsulun
rəqabət qabiliyyətinin yüksəldilməsinə, bu sahədə ixracın həcminin və çeşidinin
genişlənməsinə imkan yaradacaqdır, və ölkənin bölgələrində onların sosial-iqtisadi
inkişafını sürətləndirəcək iqtisadiyyatın prioritet sahələri üzrə ərazi-istehsal
klasterlərinin yaradılması qeyd edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli 964
nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin
inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda isə maşınqayırma,
xüsusən, neft maşınqayırması sənayesinin inkişafının diqqət mərkəzində
saxlanılması, bu sahədə istehsal olunan mal və avadanlıqların daxili tələbatın
ödənilməsində payının artırılması istiqamətində tədbirlərin görülməsi qeyd
edilmişdir. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına isə “Neft
maşınqayırma sahəsinin inkişafı ilə bağlı təkliflərin hazırlanıb aidiyyəti üzrə
təqdim olunması” adlı 1.11-ci bənd daxil edilmişdir.