1
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI
AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI
Fakultə : «Əmtəəşünaslıq»
Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi
B U R A X I L I Ş I Ş I
Mövzu: İplik və saplarin fiziki-mexaniki xassələrinin
ekspertizası
Işin rəhbəri: dos. M.A.Babayev
Tələbə: Məmmədov Röyal Füzuli
Bölmə:
azərbaycan
Qrup: 314
«Təsdiq edirəm»
Kafedra müdiri :__________ prof.Ə.P.HƏSƏNOV
B A K I 2015
2
MÜNDƏRICAT
GIRIŞ
3
1. Iplik və sapların təsnifatı və çeşid ekspertizası
7
2. Iplik və sapların fiziki xassələrinin ekspertizası haqqında
ümumi məlumat
15
3. Iplik və sapların hiqroskopik xassələrinin onların keyfiyyətinə
təsiri
17
4. Kondisyon nəmlik və kondisyon kütlə
19
5. Iplik və sapların hiqroskopik xassələrini təyinetmə üsulları
22
6. Iplik və sapların istilik xassələri
26
7. Iplik və sapların mexaniki xassələri haqqında ümumi məlumat
28
8. Iplik və sapların yarımdövrlü qırılma xassələri
30
9. Iplik və sapların birdövrlü, çoxdövrlü xassələri
40
10. Iplik və sapların deformasiyası
43
NƏTICƏ VƏ TƏKLIFLƏR
49
ƏDƏBIYYAT
50
3
G I R I Ş
Lifli materialların əksəriyyəti qısa və davamsız olduğuna görə, onlar
bilavasitə lif halında toxuculuq materialında tətbiq edilmir. Bu liflərdən əyirmə və
eşilmə yolu ilə iplik və sap alınır. Iplik nisbətən qısa liflərdən əyirilir. Sap isə uzun
liflərin bir neçəsinin bir yerdə eşilməsi (burma) yolu ilə alınır.
Əyirilmə zamanı qısa liflər eşilərək bir-biri ilə bükdərilir. Iplik üçün xammal
pambıq, yun, kətan, ştapel lifi və s. liflərdən ibarətdir. Təbii ipəkdən və uzun
kimyəvi liflərdən sap istehsal edilir.
Iplik əyirilməsində əsas məqsəd qısa liflərdən uzun, davamlı, eyni
yoğunluqda, toxuculuq üçün yararlı iplik alınmasından ibarətdir. Əyirilmə zamanı
liflər arasında əmələ gələn sürtünmə əmsalı ipliyin davamlı olmasını təmin edir.
Müxtəlif lifli materialların əyirilməsi üçün müxtəlif texnoloji proseslər tələb
olunur. Odur ki, ayrı-ayrı növ lifli materiallardan iplik və sapların əmələ
gətirilməsi xüsusiyyəti barədə məlumat vermək lazım gəlir.
Pambığın əyirilməsi. Pambıq əyirici fabrikə müxtəlif çəkilərdə olan
taylarda (kiplərdə) daxil olur. Pambıqdan iplik əldə etmək üçün kard, darama və
apparat əyirmə sistemindən istifadə olunur.
Pambığın kard sistemi üzrə əyirilməsində orta və uzun lifli pambıqdan
istifadə olunur. Bu sistem əyirmədə təmiz pambıq lifindən və eləcə də kimyəvi
liflərin qarışığından istifadə edilə bilər. Kard sistemi üzrə əyirmədə pambıqdan
83,3-11,8 teks iplik əldə edilir.
Darama sistemi ilə əyirmədə kard sistemindən fərqli olaraq aşağı və orta
yoğunluqda pambıq və qarışıq iplik emal edilir. Bu əyirmədə də uzun və orta lifli
pambıqdan istifadə olunur. Ona görə də kard sistemi ilə yanaşı, darama sistemi
üzrə əyirmədən də istifadə edilir ki, bu da daha nazik pambıq ipliyi əldə etməyə
imkan verir. Darama sistemi üzrə əyirmədə əsas 15,4-5,8 teks iplik alınır. Bu
ipliklər daha zərif, saya, bərabər yoğunluqda və möhkəm olur.
4
Apparat üsulu ilə əyirmədə əsas qısa pambıq liflərindən və əyirmə istehsalı
zamanı meydana çıxan tullantılardan istifadə olunur. Aparat üsulu ilə əyirilmiş
ipliklər daha yoğun olurlar (50-250 teks). Bu üsulla əldə edilən saplar boş, tiflikli
olmaqla, onların yoğunluğu və möhkəmliyində daha çox qeyri-bərabərlik özünü
göstərir.
Kətan lifinin əyirilməsinin özünəməxsus xüsusiyyətləri vardır. Kətan lifi
xalis kətan və eləcə də kimyəvi liflər ilə qarışıq halda emal edilir. Kətan lifləri
xüsusi daraqlı maşınlarda daranır. Bu zaman kətan lifi və qısa liflərə (kilkə) ayrılır.
Burada əsas məqsəd uzun lifləri paralelləşdirməkdən və onu toxuculuq üçün yararlı
hala salmaqdan ibarətdir. Liflərin düzləndirilməsi və paralelləşdirilməsi lent
maşınlarında icra edilir. Kətan lifi nazik lentlər vəziyyətinə gətirildikdən sonra
fasiləsiz işləyən maşınlarda əyirilir. Kətan lifi quru və yaş halda əyirilir. Daha
doğrusu,
əyirilmə
əməliyyatı
kətan
lifi
nəmləşdirildikdən
sonra
və
nəmləşdirilməmiş icra edilə bilər. Nəmləşdirilmiş vəziyyətdə əyirilən kətan
lifindən əldə edilən ipliklər nisbətən orta və nazik olmaqla hamar və daha davamlı
olur. Bu üsulla ən çox 69-20 teks ipliklər emal edilir. Yuxarıdakılardan aydın olur
ki, yaş halda əyirmədə uzun liflərdən bu ipliklər daha keyfiyyətlidir.
Quru halda əyirmə zamanı daha yoğun və tiftikli ipliklər əldə edilir. Ona
görə ki, bu üsulda uzun liflərdən istifadə etmək çətindir. Quru halda əyirmədə ən
çox kətan kilkəsindən istifadə edilir. Kilkə və liflərin daranması üçün kard əyirici
maşınlarından istifadə edilir. Belə ki, kilkə iplikləri quru və yaş üsullarla emal
edilir. Kilkədən quru əyirmə üsulunda 667-200 teks, yaş əyirmədə isə 200-100 teks
iplik emal edilir. Göründüyü kimi, kilkədən alınan ipliklər keyfiyyət və zərifliyinə
görə uzun liflərdən alınan ipliklərə güzəştə gedir.
Yunun əyirilməsində iki əyirmə sistemindən – apparat (mahud) və darama
əyirmə üsulundan istifadə olunur. Yun ipliklər pambıq və kimyəvi liflərin qarışığı
ilə də alınır.
Apparat əyirmə sistemi daha çox tətbiq olunan üsuldur. Bu üsul ən çox qısa
yun liflərindən ipliklərin alınması üçün tətbiq edilir. Apparat üsulu ilə əyirmədə