1
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI
AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI
Fakultə : «Əmtəəşünaslıq»
Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi
B U R A X I L I Ş I Ş I
Mövzu: Mineral yapışdırıcı materialların ekspertizasının
keçirilmə qaydaları
Işin rəhbəri: dos. X.M.Abbasova
Tələbə: Abbasquliyeva Aynur Nizam
Bölmə: azərbaycan
Qrup: 310
«Təsdiq edirəm»
Kafedra müdiri :__________ prof.Ə.P.HƏSƏNOV
B A K I 2015
2
MÜNDƏRICAT
GIRIŞ
3
1. Mineral yapışdırıcı materialların keyfiyyətini formalaşdıran
amillər
4
2. Mineral yapışdırıcı materialların təsnifatı və çeşidi
10
3. Mineral yapışdırıcı materialların keyfiyyətinin
qiymətləndirilməsi
35
4. Mineral yapışdırıcı materialların keyfiyyət göstəriciləri və
onların təyin olunması
42
5. Mineral yapışdırıcı materialların qablaşdırılması, daşınması və
saxlanması
48
NƏTICƏ VƏ TƏKLIFLƏR
51
ƏDƏBIYYAT
53
3
G I R I Ş
Peşəkar fəaliyyəti növü kimi ekspertiza xalq təsərrüfatının müxtəlif
sahələrində çox geniş tətbiq edilir. Keyfiyyət ekspertizası uzun illərdir ki, malların
keyfiyyətinin qiymətləndirilməsində müvəffəqiyyətlə tətbiq edilir. Ekspertiza
bütün sahələrdə həlli xüsusi bilik tələb edən məsələnin tədqiqi deməkdir.
Əmtəə ekspertizasının məqsədi xidmətin xüsusiyyətinin əsasını təşkil edən
miqdari və sıra qiymətləndirilməsini, eləcə də onlara təsir edən proseslərin
qiymətləndirilməsinin aparılmasıdır. Lakin çox vaxt mal ölçüyə uyğun
gəlmədiyinə görə peşəkar ekspert mülahizələrinə əsaslanır. Ona görə də
məmulatların keyfiyyəti, istehlakçıların tələbinin tam ödənilməsinin müəyyən
edilməsi, ekspertin qarşısında duran vacib məsələlərdən biridir. Müasir dövrdə
məişətimizi mineral yapışdırıcılarsız təsəvvür etmək mümkün deyil.
Mineral yapışdırıcı maddələr inşaatda geniş istifadə edilir. Mineral
yapışdırıcıların ekspertizası çox böyük diqqət tələb edir. Mineral yapışdırıcı nə
qədər keyfiyyətli olsa belə, onun keyfiyyətinin qorunub saxlanılmasında
daşınmasının və qablaşdırılmasının böyük əhəmiyyəti var. Çünki bu şərtlərə əməl
etmədikdə mal keyfiyyətini itirə bilər və tamamilə korlana bilər. Ona görə də hər
bir ekspert mineral yapışdırıcılarla işləyərkən çox ehtiyatlı olmalı və mal
saxlanılan yerdə hər şeyə - şəraitə, temperatura, nəmliyə fikir verəndən sonra
keyfiyyəti yoxlanmalıdır. Ona görə də mən öz buraxılış işimdə mineral yapışdırıcı
maddələrin
çeşidini,
keyfiyyətini
formalaşdıran
amillərdən
keyfiyyət
göstəricilərindən və ekspert qiymətləndirilməsindən məlumat vermişəm.
4
1. MINERAL YAPIŞDIRICI MATERIALLARIN KEYFIYYƏTINI
FORMALAŞDIRAN AMILLƏR
Mineral yapışdırıcı materialların keyfiyyətinin formalaşmasına onların
hazırlandığı maddələrin keyfiyyət göstəricilərinin istehsal rejiminin düzgün
aparılması, həmçinin daşınma və saxlanma şərtləri təsir göstərir.
Havada bərkiyən əhəngə karbonat suxurlarının yandırılması yolu ilə alınan
məhsuludur. Yandırılma şəklində başlıca olaraq kalsium oksigendən və
maqnezium oksidi qatqısından ibarət ağ, yaxud boz parçalar əldə edilir. Bu
məhsula sönməmiş topa əhəng deyilir.
Topa əhəngi döyəndə narın əhəng əldə edilir. Sönməmiş əhəngi az miqdarda
suda (əhəng çəkilənə nisbətən 70-100%) emal edildikdə narın toz şəklinə düşür ki,
buna da plyonka deyilir. Burada aşağı keyfiyyətli əhəng alınır, çünki buna kül
qarışır.
Əhəng çoxlu suda, yəni əhəng çəkilənə nisbətən 3-4 qat artıq suda əhəng
xəmirinə, yaxud əhəng südünə çevrilir.
Ilk xammal arasıkəsilmədən yanan şaquli şaxta peçlərində 900-1200
0
temperaturda atmosfer təzyiqində yandırılır. Burada temperaturun dərəcəsi əhəngin
tərkibindəki kənar qatışıqların miqdarından asılıdır. Kənar qatışıqlar az olduğu
üçün əhəng daha yüksək temperaturda yandırılır ki, bu da əhəngin keyfiyyətinin
formalaşmasına mühüm təsir edir.
Əhəng yandırılan zaman əhəng daşında aşağıdakı reaksiya üzrə istilik
udulmaqla dissosasiya gedir.
CaCO
3
+ 42,5 kkal = CaO + CO
2
Burada yanacaq yerinə daş kömür, antrosit, yaxud qaz tətbiq olunur.
Bərk yanacaq tətbiq olunanda peçlər tökmə üsulu ilə işləyir, yəni yanacaq
təbəqələrlə, hər təbəqə arasında əhəng daşı tökməklə verilir.