Torpaq və bitki analizləri laboratoriyası
Laboratoriya müdiri: a.e.ü.f.d. Haciməmmədov İmrali Mahmud Oğlu
Hacıməmmədov İmrali Mahmud oğlu 1939-cu ildə Qazax rayonunun Aslanbəyli
kəndində Kolxozçu ailəsində anadan olmuşdur. 1948-ci ildə Aslanbəyli kəndindəki
orta məktəbə daxil olub, 1958-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.
1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqrokimya və Torpaqşünaslıq
fakultəsinə daxil olmuş və 1963-cü ildə hərbi xidmətə getmişəm. 1965-ci ildə hərbi
xidməti başa vurduqdan sonra yenidən Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam
etdirərək 1967-ci ildə həmin İnstitutu bitirmişdir. hərbi xidmətdən qayıtdıqdan sonra
institutun elmi şurasına müraciətim əsasında icazə alaraq 4 semestrin imtahanlarını
ekstreni verməklə 4 il 6 ay ərzində 2 il 6 aya kənd təsərrüfatı institutunu bitirərək
Quba Bölgə laboratoriyasına işə göndərilmişəm.
1965-ci ildə Quba bölgə laboratoriyasında torpaqşünas-aqrokimyaçı, sonra isə
analıtik şöbənin rəhbəri vəzifəsində çalışmışdır. Professor R.Q. Hüseynovun
rəhbərliyi altında Qarabaq düzündə “Qatı və mürəkkəb gübrələrin payızlıq buğda
bitkisinin azot mübadiləsinə və məhsuldarlığına təsiri” mövzusu üzrə dissertasiya
işini 1972-ci ildə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. 1972-ci
ildən Az.ET Əkinçilik İnstitutunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və
2009-cu ildən Torpaq və bitki analizləri laboratoriyanın müdiri vəzifəsində
çalışmışdır. 72 məqalənin 2 plakatın, 6 kitabın müəllifi, 1 noxud və 1 qarğıdalı
sortlarının müəllifidir.
Laboratoriyada calışan elmi əməkdaşlar:
Əmirov Rəşadət Vasif oğlu – a.e.ü.f.d.,aparıcı elmi işçi
Vəliyeva Samirə Rasim qızı – böyük elmi işçi
Qəribova Samirə Aydın qızı - elmi işçi
Cəfərova Fatma Nüsrət qızı - elmi işçi
Əhmədova Əsmər Malik qızı – kiçik elmi işçi
Müsayeva Günel Familyat qızı – kiçik elmi işçi
İslamzadə Rəhilə Xankərəm qızı - kiçik elmi işçi
Laboratoriyanın fəaliyyət istiqamətləri:
Laboratoriya 1956-cı ildə ETƏİ-nun strukturunda öz ilkin fəaliyyətinə “Torpaq
analizləri” laboratoriyası adı altında başlayır. 1966-cı ildən laboratoriyanın adı
dəyişdirilərək Torpaqşünaslıq və Aqrokimya laboratoriyası adlandırılıb. 16 dekabr
1999-cu il tarixli 190 saylı qərarı ilə əsasən yaradılmış Aqrar Elm Mərkəzinin keçən
Elmi Tədqiqat Əkinçilik İnstitutunun nəzdində laboratoriyanın adı Aqrokimya və
torpaqşünaslıq adlandırılmış və bu adla laboratoriya 2009-cu ilə qədər fəaliyyət
göstərmişdir.
Aqrar Elm Mərkəzinin 03 saylı 29 mart 2009-cu il və Əkinçilik İnstitutunun
7saylı 31 mart 2009-cu il tarixli əmrinə uyğun olaraq institutun modernləşdirilməsi
proqramına əsasən laboratoriyanın adı “Torpaq və bitki analizləri alboratoriyası” adı
altında fəaliyyətə başlamışdır.
Bu illər ərzində laboratoriyada yerinə yetirilən tədqiqat işləri aşağdakıları əhatə
etmişdir:
• respublikanın müxtəlif bölgələrində dənli bitkilərin, yem və şəkər çuğundurunun
məhsuldarlığına təsir edəcək üzvi və mineral gübrələrin təsiri öyrənilmiş və bu əsasda
iqtisadi
cəhətdən
səmərəli
gübrələmə
sistemləri
təyin
edilmiş,
• mürəkkəb gübrələrin (diammofos və s.) payızlıq buğdaların məhsuldarlığına, dənin
keyfiyyətinə
və
zülalın
fraksiya
tərkibinə
təsiri
öyrənilmiş,
• şorlaşmış torpaqlarda müxtəlif kimyəvi meliorantların sınağı keçirilmiş və sulfat
turşusunun
səmərəli
təsir
dozaları
müəyyənləşdirilmiş,
• planlaşdırılmış məhsul almaq üçün mineral gübrə dozaları öyrənilmiş,
• mineral gübrələrin adi səpinlə müqayisədə lentvari və cərgəvi üsullarla sahəyə
verilməsinin qarğıdalıda dən məhsulunun və iqtisadi səmərənin artması müəyyən
edilmiş,
• müxtəlif torpaq iqlim şəraitlərdə paxlalı bitkilərlə atmosfer azotunun
mənimsənilməsi
baxımından
bakterial
gübrələrin
ən
yaxşı
ştamları
müəyyənləşdirilmiş,
• respublikanın müxtəlif regionların torpaqlarında qida elementlərinin çatışmamazlığı
və qida elementlərinin və humusun müsbət balansının müəyyənləşdirmək üçün
tövsiyələr hazırlanmışdır. Laboratoriyada institutun bölgə təcrübə stansiyalarındakı
və dayaq məntəqəsindəki torpaq örtükləri və tipləri, müxtəlif kənd təsərrüfatı bitkiləri
üçün üzvi və əsas mineral qida elementlərinin miqdarı, ehtiyatı və gübrələmə
sistemləri tədqiq edilir. Həmçinin laboratoriyada fermer və özəl torpaq
mülkiyyətçilərinə məxsus təsərrüfatlarda torpaq analizlərinin aparılması və müvafiq
tövsiyələrin verilməsi kimi servislərin göstərilməsi də nəzərdə tutulmuşdur. Hal-
hazırda laboratoriyanın seleksiya və davamlı əkinçilik, bitki deversifikasiyası ilə
bağlı proqramların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün torpaq və bitki analizləri
aparılır. Onun funksiyasına torpaqda ümumi humusun, pH-ın, karbonatlığın və əsas
qida maddələrinin (azot, fosfor və kalium) miqdarının, ümumi və asan mənimsənilən
formalarının, şoranlıq və şorəkətlik dərəcələrinin, bitkilərdə makro və mikro
elementlərin, dəndə azot və fosforun təyini, respublikanın müxtəlif torpaq-iqlim
şəraitində iqtisadi cəhətdən səmərəli məhsul alınmasını, torpaq münbitliyinin
bərpasını təmin edən qida rejimlərinin öyrənilməsi, bölgələr üzrə torpaqların
aqrokimyəvi analizləri ilə bağlı məlumat bazasının yaradılması, informasiyaların
yayılması və müvafiq tövsiyələrin verilməsi istiqamətlərində yayım əlaqələrinin
gücləndirilməsi daxildir. Laboratoriyanın əməkdaşları Tərtər, Zaqatala, Qobustan,
Cəlilabad bölgə Təcrübə Stansiyasında və Şəki Dayaq Məntəqəsində 1970-1980-cı
illərdə
təcrübə
stansiyalarının
torpaqlarının
aqrokimyəvi
göstəricilərini
müəyyənləşdirmişlər. Tərtər, Cəlilabad, Qobustan Bölgə Təcrübə Stansiyalarında
müxtəlif bioloji göstəricilərə və məhsuldarlığa malik payızlıq buğda sortlarının 1
sentner dən məhsulunun əmələ gəlməsinə azot, fosfor və kalium sərfini
müəyyənləşdirmək
bitkinin
torpaqdan
və
gübrədən
qida
maddələrini
mənimsənilməsinin üzvi və mineral gübrələrin norma və nisbətlərindən həmçinin
sələf bitkisindən asılılığını müəyyən etmək üçün tədqiqat işləri aparılır.
Zaqatala Bölgə Təcrübə Stansiyasında və Şəki Dayaq Məntəqəsində isə payızlıq
buğda və müxtəlif yerüstü biokütlə və məhsuldarlığa mali qarğıdalı sortlarının hər
sentner dən məhsulunun əmələ gəlməsinə azot, fosfor və kalium sərfini
müəyyənləşdirmək üçün üzvi və mineral gübrələrin müxtəlif norma və nisbətlərində
tədqiqat işləri aparılmış nəticələr təsərrüfatlarda tətbiq olunmuşdur.
Aparılan tədqiqat işlərinin nəticələrində əsasən respublikanın müxtəlif bölgələri
üçün payızlıq dənli bitkilər və qarğıdalı üçün sələf bitkisindən, torpaq-iqlim
şəraitindən, bitkinin potensial məhsuldarlığından asılı olaraq üzvi və mineral gübrə
normaları müəyyənləşdirilərək təsərrüfatlara tövsiyyə olunmuşdur.
Respublika müstəqillik əldə etdikdən sonra kolxoz vəsovxoz sisteminin ləfv
olunması fermer təsərrüfatlarının yaradılması, respublikaya mineral gübrələrin
gətirilməsinin və istifadəsinin kəskin azalması növbəli əkin sisteminin zəifləməsi
torpaq münbitliyinin azalmasına öz mənfi təsirini göstərmişdir. Ona görə də Tərtər,
Qobustan, Zaqatala və Cəlilabad Bölgə Təcrübə Stansiyasının əkin sahələrində
aqrokimya göstəricilərini tam müəyyənləşdirmək üçün torpaq tədqiqatı aparılmışdır.
Alınan nəticələrə əsasən torpaq münbitliyinin və torpaqda asan mənimsənilən əsas
qida maddələrinin (azot, fosfor və kalium) yaxşılaşdırılması üçün bitkilərin
növbələşdirilməsi, üzvi və mineral gübrələrin verilmə normaları müəyyənləşdirilərək
tövsiyyə olunmuşdur.
Bölgə Təcrübə Stansiyalarında aparılan tədqiqat işlərinin, respublikanın müxtəlif
iqtisadi bölgələrində laboratoriya əməkdaşlarının apardıqları layihənin (qrantların)
materiallarından istifadə edərək dəmyə və suvarma bölgələri üçün payızlıq dənli
bitkiləri üçün mineral gübrə normaları müəyyənləşdirilərək Nazirlər kabinetində
verilmişdir.
Nazirlər kabinetinin sorğusuna cavab olaraq müxtəlif iqtisadi bölgələrdə
apardığımız tədqiqat işlərinin və layihələrin nəticələrində istifadə edərək respublika
üçün tələb olunan mineral gübrə normaları (azot, fosfor və kalium)
müəyyənləşdirilmiş və Nazirlər kabinetinə göndərilmişdir.
Modernləşdirmə ilə əlaqədar laboratoriyanın əməkdaşları qarğıdalı proqramında,
müxtəlif stres amillərə davamlı, yüksək məhsuldar qarğıdalı sortlarının yaradılması
və yayılması üçün tələb olunan qida rejiminin yaradılması üçün kompleks iş aparırlar.
Laboratoriyanın əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasinda
2016-cı ildə Xızı rayonunda 8158 hektar sahədə əsaslı torpaq tədqiqatı aparılmasında
iştirak etmişdir. Tədqiqat zamanı 90 ədəd 2 metrlik kəsim qoyulmuş 530 torpaq
nümunəsi götürülərək laboratoriyaya gətirilmişdir.
Torpaq nümunələrində şorlaşma dərəcəsi, şorlaşmanın tipi, torpağın struktur
göstəriciləri, torpağın münbitliyi analiz olunaraq 10 minə qədər analiz ilkin hesabat
variantı hazırlanıb Kənd Təsərrüfatı Nazirliyinə göndərilmişdir.
Labiratoriyada elmlər doktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru dərəcəsi almaq
üçün elmi tədqiqatlar aparırlır.
Hal-hazırda laboratoriyada torpaqların keyfiyyət göstəriciləri, şorlaşma dərəcəsi
və şorlaşmanın tipləri, torpağın turşuluq-qələvilik (pH) göstəriciləri, karbonatlıq
dərəcəsi müxtəlif kənd təsərrüfatı bitkilərinə gübrə normalarını müəyyənləşdirmək
üçün torpaqda əsas qida maddələrinin azot, fosfor (P
2
O
5
) və kaliumun (K
2
O) asan
mənimsənilən formalarının miqdarını müəyyənləşdirmək üçün hər cür şərait
mövcuddur və təsərrüfatlara aidiyyatı köməklik göstərməyə tam hazırdır.
Dostları ilə paylaş: |