1
AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y
AZƏRBAYCAN DÖVLƏT QT SAD UN VERS TET
MAG STRATURA MƏRKƏZ
Ə
lyazması hüququnda
MAHMUDOVA NURANƏ SAH B qızı
“XƏZƏR PROBLEM D PLOMAT K MÜNAS BƏTLƏRDƏ”
mövzusunda
MAG STR D SSERTAS YASI
xtisasın şifri və adı:
060213 “Beynəlxalq münasibətlər”
xtisaslaşma:
“Beynəlxalq münasibətlər və diplomatiya”
Elmi rəhbər:
Magistr proqramının rəhbəri:
t.e.d., prof. Abdullayev B.M.
t.e.n., dos. Qurbanov R.M.
Kafedra müdiri:
t.e.d., prof. Abdullayev B.M.
BAKI – 2015
2
MÜNDƏR CAT
Giriş..........................................................................................................................3
I Fəsil. Müasir beynəlxalq münasibətlər sistemində Xəzərin hüquqi statusu
problemi....................................................................................................................6
1.1.
Xəzərin hüquqi statusu probleminin yaranmasını şərtləndirən amillər..........6
1.2.
Xəzərin hüquqi və beynəlxalq hüquqi statusu: problemin həllinə müxtəlif
yanaşmalar və beynəlxalq təcrübə.................................................................16
1.3.
Xəzərin hüquqi statusunun müəyyən edilməsində Xəzəryanı dövlətlərin
mövqeyi.........................................................................................................28
II Fəsil. Regiondankənar aktorların xarici siyasətində Xəzər bölgəsinin yeri və
rolu..........................................................................................................................44
2.1. ABŞ-ın xarici siyasətində Xəzər regionu.........................................................44
2.2. Avropa ttifaqının enerji təhlükəsizliyində Xəzər regionunun əhəmiyyəti......54
2.3. Xəzər regionu Türkiyə və qabaqcıl Asiya dövlətlərinin xarici siyasətində......68
III Fəsil. Azərbaycanın xarici siyasətində Xəzərin hüquqi statusu problemi və
enerji ehtiyatlarının nəqli siyasəti........................................................................76
3.1. Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı Azərbaycanın
diplomatik fəaliyyəti................................................................................................76
3.2. Azərbaycanın Xəzərin enerji ehtiyatlarının nəqli siyasəti və onun
perspektivləri...........................................................................................................92
Nəticə və təkliflər..................................................................................................102
stifadə edilmiş ədəbiyyat siyahısı.........................................................................105
3
G R Ş
Mövzunun aktuallığı. SSR -nin süqutundan sonra Xəzər regionunda yeni
müstəqil dövlətlərin yaranması Xəzərin hüquqi statusunun müəyyən edilməsi
məsələsini gündəmə gətirdi. Beləliklə, Xəzəryanı dövlətlərin sərhədlərinin
müəyyənləşdirilməsi və Xəzərdən istifadə məsələsinin həllinin zərurəti ortaya
çıxdı. Xəzərin hüquqi statusu probleminin həll edilməsi ilə bağlı 1992-ci ildən
etibarən sahilyanı dövlətlər arasında danışıqlar prosesi başlandı. Uzun müddət
ə
rzində hələ də Xəzərin hüquqi statusunun müəyyən edilməməsi və yekun
konvensiyanın qəbul edilməməsi səbəbindən bu problem Xəzəryanı dövlətlər
arasında əsas müzakirə mövzusu olaraq qalır.
Eyni zamanda qeyd etmək lazımdır ki, regionda nüfuz qazanmaq, enerji
ixrac kəmərlərinin təhlükəsizliyi ilə bağlı beynəlxalq aktorların iqtisadi və
geosiyasi maraqları toqquşur. Xəzərin hüquqi statusu problemi isə beynəlxalq
məsələdir və bu müstəvidə dünyanın aparıcı dövlətləri olan ABŞ, Avropa ttifaqı
ölkələri, Türkiyə və digər Asiya dövlətlərinin, o cümlədən region ölkələrinin
maraqları kəsişir. Bu dövlətlərdən hər biri yaxşı anlayır ki, Xəzərdə mövqelərini
gücləndirməklə bütövlükdə Qafqaz və Mərkəzi Asiya kimi regionlarda üstünlüyə
nail olmaq olar.
Bu baxımdan, Xəzərin hüquqi statusu məsələsinin tezliklə həll olunması
müasir dövrdə mühüm əhəmiyyət kəsb edən Xəzər regionunda böyük həcmdə
enerji ehtiyatlarının sərbəst istismarına və istifadəsinə, həmin ehtiyatların dünya
bazarına daşınmasına, regionun enerji təhlükəsizliyinin, eyni zamanda burada
dövlətlərin iqtisadi, siyasi maraqlarının təmin edilməsinə, bütövlükdə regionda
sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına öz təsirini göstərəcəkdir.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqat işinin məqsədi sahilyanı
dövlətlər arasında artıq uzun müddətdir ki, mübahisə mövzusuna çevrilmiş Xəzərin
hüquqi statusu problemini məsələnin həlli ilə bağlı müxtəlif yanaşmalar,
beynəlxalq hüquq normaları və təcrübənin təhlili əsasında araşdırmaq, həllinin
ə
həmiyyətini müəyyənləşdirmək və mümkün həll variantını tapmaqdan ibarətdir.
Dostları ilə paylaş: |