Q.Ş.Kazımov. Seçilmiş əsərləri. 1-ci cild. 560 səh.
Kitaba müəllifin «Əbdürrəhim bəy Haqverdiyevin
dramaturgiya dili («Dağılan tifaq» pyesi əsasında)»,
«Cəlil Məmmədquluzadənin sovet dövrü felyetonlarının
dili» monoqrafi-yaları, tarix və dil tarixi problemlərinə
həsr olunmuş (2001-2007) məqalələri daxil edilmişdir.
2008
098
4602000000
−
−
N
Qrifli nəşr
© «Nurlan»,
2008
4
GƏLƏCƏK SORAQLI YARADICILIQ
Filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov XX
əsr Azərbaycan filologiyasının 60-cılar nəslinin görkəmli
nümayəndələrindəndir. Təmsil etdikləri elmə müqəddəs məbəd,
etik səltənət, əxlaq mehrabı kimi baxmaq, istedadın və zəhmətin
gücünə arxalanmaq, araşdırdıqları mövzunun ən dərin qatlarına
enə bilmək, təkcə bilik ilə yox, həm də daxili bir şövqlə, isti
ürəklə, coşqun ilhamla yazmaq – bu nəslin aparıcı
nümayəndələrini birləşdirən ümumi və vahid tipoloji məziy-
yətlərdir. Onları məhrəm edən bir mühüm keyfiyyəti də qeyd
etmək olar: hərəsinin özünəməxsus tədqiqat sahəsi, fərdi elmi
ədası, təhlil mədəniyyəti olsa da, onlar məhdud sahə mütəxəs-
sisləri deyil, çox geniş tədqiqatçılıq imkanlarına malik olan
filoloqlardır.
Q.Kazımov geniş miqyaslı tədqiqat sahəsi və elmi maraq
dairəsi olan alimdir. Onun müasir Azərbaycan dilinin quruluşuna,
dil tarixi, bədii dil, üslubiyyat, etimologiya, leksikologiya, frazeo-
logiya məsələlərinə, yazılı abidələrə, aşıq yaradıcılığına, klassik
və çağdaş yazıçılarımızın sənətkarlıq xüsusiyyətlərinə dair
qiymətli kitab və məqalələri vardır. Müasir Azərbaycan ədəbi
dilinin inkişafında, onun leksik, üslubi-semantik və qrammatik
normalarının zənginləşməsində Cəlil Məmmədquluzadə,
Əbdürrəhim bəy Haqverdiyev, Mirzə İbrahimov, Bayram
Bayramov, İsa Hüseynov, Sabir Əhmədov, M.H.Şəhriyar, Hüseyn
Arif, Söhrab Tahir, Anar, Əkrəm Əylisli, Yusif Səmədoğlu və b.
söz ustalarının xidmətləri onun məqalə və kitablarında əsaslı
şəkildə şərh edilmişdir.
İstedadlı alim-dilşünas kimi böyük nüfuz qazanan
Qəzənfər Kazımov eyni zamanda gözəl müəllim-pedaqoq kimi
tanınır. O, 50 ilə yaxın bir müddətdə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda (indiki ADPU-da) və digər ali təhsil ocaqlarında
çalışmış, minlərlə Azərbaycan dili və ədəbiyyat müəlliminin
hazırlanmasında bilavasitə iştirak etmişdir. Ali məktəblərin
filologiya fakültələri və orta ümumtəhsil məktəblərinin müxtəlif
5
sinifləri üçün onlarca proqram, dərslik, dərs vəsaiti onun alim-
pedaqoq zəhmətinin canlı görüntüləridir.
Qəzənfər Kazımovun indiyə qədər müxtəlif nəşriyyatlarda
(təkrar nəşrlərlə) 56 kitabı, 300-dən artıq elmi və elmi-publisistik
məqaləsi çap olunmuş, 50-dən artıq müəllifin kitabı onun elmi
redaktorluğu ilə işıq üzü görmüş, həyatı və yaradıcılığı barədə
140-a qədər məqalə yazılmışdır. Alimin kitabları həmişə elmi
ictimaiyyətin diqqətini cəlb etmiş və həmkarları – Bəkir Nəbiyev,
Ağamusa Axundov, Zərifə Budaqova, Tofiq Hacıyev, Musa
Adilov kimi dilçi və ədəbiyyatşünas alimlər tərəfindən yüksək
qiymətləndirilmişdir.
Bütün bunlar Qəzənfər Kazımovu XX əsr Azərbaycan
dilçilərinin ən görkəmli, seçilmiş nümayəndələri sırasına daxil
edir və ona çoxcildlik «Seçilmiş əsərləri»ni çap etdirmək
səlahiyyəti verir.
***
Qəzənfər Şirin oğlu Kazımov 1937-ci il mart ayının 3-də
Cəbrayıl rayonunun Soltanlı kəndində ziyalı ailəsində
doğulmuşdur. Atası Şirin Allahverdiyev yaşadığı bölgənin sayılıb-
seçilən adamlarından olmuş,rus-tatar məktəbini bitirdikdən sonra
müxtəlif vəzifələrdə çalışa-çalışa orta məktəbi, 1941-ci ilin iyul
ayında isə Pedaqoji İnstitutu bitirmişdir. Şirin Allahverdiyev kənd
orta məktəbinin direktorluğundan orduya çağırılmış, 1943-cü
ildə cəbhədə həlak olmuşdur. Qəzənfər özündən kiçik bacısı və
qardaşı ilə birlikdə anasının himayəsində böyümüşdür. Orta
təhsilini Soltanlı kənd orta məktəbində almış, 1955-ci ildə V.İ.-
Lenin adına APİ-nin filologiya fakültəsinə qəbul olunmuşdur. Bir
il sonra bu fakültə tarix-filologiya fakültəsinə çevrilmişdir.
Tələbəlik illəri Q.Kazımovun qarşısında geniş ədəbi-
mədəni üfüqlər açır. O, Azərbaycanın M.Rəfili, Ə.Dəmirçizadə,
Ş.Qurbanov, İ.Şıxlı kimi görkəmli alim və yazıçılarını ilk dəfə
Pedaqoji İnstitutun auditoriyalarında görüb tanıyır. Bu ziyalılar,
xüsusilə yazıçı və şairlərlə keçirilən görüşlər, iştirakçısı olduğu
mədəni tədbirlər onun yaddaşında əbədi izlər buraxır. 1960-cı
ildə ali təhsilini başa vurub, təyinatını Cəbrayıl rayonuna alır. İki
6