112
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2012
UOT 94 (479.24)
SƏFƏVİLƏRİN TƏSƏRRÜFAT HƏYATINDA ŞƏHƏRLƏRİN ROLU
SƏYYAH GÜNDƏLİKLƏRİNDƏ
N.M.SÜLEYMANOV
Azərbaycan Dövlət İqtisad Universiteti
nizamisüleymanov@mail.ru
XVI—
XVII yüzilliklərdə şəhərlər ölkə daxilində ticarət əlaqələrinin qurulması və in-
kişafında mühüm rol oynayırdı. Səfəvi dövlətinin tarixinin görkəmli araşdırıcılarından olan
O.Əfəndiyev Azərbaycan şəhərlərini iqtisadi əhəmiyyətlilik baxımından qruplaşdırarkən
Təbriz, Gəncə, Ərəş, Ərdəbil və Culfa şəhərlərini ümumdövlət miqyaslı, Bərdə, Naxçıvan,
Marağa, Dərbənd şəhərlərini isə yerli-vilayət miqyaslı şəhərlər sırasına daxil etmişdir. Onun
mü
lahizələrinə görə, inzibati və siyasi mərkəz olmayan bir çox sənətkarlıq-ticarət məskənləri
də var idi ki, bunlar da ölkənin iqtisadi həyatında yuxarıda adı sadalanan şəhərlərdən az rol
oy
namırdı. Məqalə də məhz bu məsələləri əhatə edir.
Açar sözlər: Təbriz, Culfa, Dərbənd, Xəzər, Səfəvi, Osmanlı
XVI-
XVII yüzilliklərə aid mənbələrdə və səyyah gündəliklərində
Azərbaycanın daxili ticarətində və ölkədaxili iqtisadi əlaqələrdə mühüm rol
oynayan şəhərlər haqqında çox qiymətli məlumat vardır. Səyyah gündəliklə-
rin
də Azərbaycana dünyanın hər tərəfindən tacirlərin axışıb gəldiyi qeyd edilir.
Təbii ki, güclü sənətkarlığı və zəngin daxili bazarı olmayan heç bir şəhər
xarici tac
irləri belə cəlb edə bilməzdi. XV əsrin sonu üçün əvvəlki ticarət
əhəmiyyətini itirən Dərbənd şəhərinin yenidən dirçəlməsi haqqında holland
Yan Streysin gündəliyində qiymətli faktlar verilmişdir [2, 231, 232]. Bunlar
göstərir ki, Dərbənd şəhəri, xüsusilə XVII əsrdə Səfəvilərin Xəzər dənizinin
qərb sahillərində əsas iqtisadi-ticarət mərkəzlərindən biri idi. Qeyd etmək
lazımdır ki, Xəzər dənizi əsas su hövzəsi olmaqla, ölkənin daxili ticarətinin
inkişafında və xarici iqtisadi əlaqələrinin genişlənməsində böyük rol oynayır-
dı. Dənizin sahilində yerləşən şimal şəhəri Dərbəndin XV-XVI əsrlərdən fərqli
olaraq XVII yüzillikdə ölkənin daxili ticarətində əhəmiyyətinin artması, digər
iqtisadi mərkəzlərlə sıx əlaqələr saxlaması Y.Streysin verdiyi məlumatlarda
[3]
təsdiqini tapır.
Yan Streys Dərbənd şəhərinin ölkənin iqtisadi həyatında rolunu düzgün
qiy
mətləndirmiş, cənubda — Hindistan sərhədində Hambrun olduğu kimi,
113
onun şimalda xüsusi əhəmiyyət kəsb etdiyini, ölkənin qapısı və açarı olduğunu
bildirmişdir. Hollandiyalı qeydlərinin başqa bir yerində şəhərdə kölə alverinin
getdiyini və ancaq əvvəl yazdığının əksinə olaraq üstünlük təşkil etmədiyini
göstərmişdir. Streys Niyazabad-Şabran-Beşbarmaq yolu ilə Dərbənddən Şa-
maxıya altı günlük yol olduğunu yazır. Yan Streysin gündəliyindən aydın olur
ki, Dərbənddən təkcə Şamaxıya deyil, İsfahana da mal göndərilirdi [2, 236,
243-245].
Osmanlı-Səfəvi savaşlarına baxmayaraq, Şamaxı şəhəri əvvəllərdə oldu-
ğu kimi, qonşu şəhərlərlə və dövlətlərlə qızğın ticarət əlaqəsində idi. XVI əsrin
sonu –
XVII yüzillikdə təsərrüfatın bərpası və məhsuldar qüvvələrin inkişafı
ilə əlaqədar Azərbaycanda ticarət, əmtəə-pul münasibətləri genişlənmişdi. Bu
zaman Şamaxı şəhəri Şirvanda əsas iqtisadi mərkəzlərdən birinə çevrilmişdi.
1579-cu i
ldə burada olmuş ingilis taciri Xristofor Berrou Şamaxını ölkənin
canlı ticarət şəhəri kimi təsvir etmişdir [3, 169]. XVII yüzilliyin əvvəllərində
rus taciri F.Kotovun şəhərin bazarı, karvansara və dükanları haqqında verdiyi
məlumatlar da onun ölkədaxili iqtisadi əlaqələrdə rolunun artdığını göstərir. O
qeyd edirdi ki, Şamaxıda daşdan tikilmiş 7 karvansara vardır ki, onların
hamısına ətraf dağlardan yeraltı daş borularla su çəkilmişdir. Buradakı Ləzgi,
Gilan, Buxara karvansaralarından danışan tacir şəhər bazarlarında cürbəcür
malların, rəngli ipək və xam ipəyin bol olduğunu göstərir. F.Kotova görə, xam
ipək şəhər bazarına ətraf kəndlərdən gətirilib satılırdı. Tacir qızğın alver gedən
Şamaxı bazarına bir çox əcnəbi ölkələrdən, o cümlədən Türkiyədən də mal
gətirildiyini qeyd etmişdir [4, 72].
Şamaxının ölkədaxili ticarət əlaqələrində xüsusi əhəmiyyətə malik
ol
ması şəhərin həm daxili, həm də beynəlxalq karvan yolları üzərində
yerləşməsi ilə sıx bağlı idi. Şamaxı-Dərbənd, Şamaxı-Hambrun (İran körfəzi)
daxili kar
van yolları və şəhərin ölkədaxili iqtisadi əlaqələrdə əhəmiyyətli
mövqeyi haqqında Yan Streysin gündəliyində də tutarlı qeydlər vardır. Onun
yazdığına görə, XVII yüzilliyin 70-ci illərində Dərbənd və Şamaxı
şəhərlərində evləri olan Hacı Bayraməli çox varlı yerli tacirlərdən idi. Yan
Streys 1667-
ci ildə onun ticarət karvanı ilə Dərbənddən hərəkət edərək məşhur
ticarət şəhəri olan Şamaxıya gəldiklərini qeyd etmişdir [2, 243].
Bu məlumatlar Şamaxı şəhəri ilə Niyazabad, Şabran, Dərbənd arasında
qızğın ticarət əlaqəsinin olması haqqında da təsəvvür yaradır. Şamaxı
şəhərinin cənub hissəsində böyük bazarın olması və bu bazarda üstüörtülü,
yaraşıqlı dükan cərgələrində xəz, ipək, çit parçalar, qızıl, gümüş saplarla
toxunmuş parçalar, qılınc və digər sənətkarlıq məhsullarının satılması haq-
qında Hollandiya səyyahının verdiyi məlumatlar ölkənin daxili ticarət həya-
tında bu şəhərin böyük rolu olduğunu göstərir. Yan Streys həmçinin Şama-
xıdan Hambruna yola düşən 1000 baş at, dəvə, başqa yük heyvanı və 2000
nəfər şəxsdən ibarət ticarət karvanı haqqında məlumat verərək yazırdı ki, yerli
tacir Hacı Bayram İsfahana 20 at yükü şabalıd da aparırdı. Polşa elçisi Boqdan
tərəfindən Hacı Bayrama 150 abbası ödənilməsi nəticəsində köləlikdən azad
114
olan Yan Streys başqa bir karvanın tərkibində Şamaxı – Fakirli (kənd) –
Həsidi (kənd) – Cavad – Muğan çölü – Canlı (kənd) – Cəbədar (kənd) – Ər-
dəbil – Sultaniyyə – Qəzvin – Savə – Qum – İsfahan – Şiraz – Lar karvan yolu
ilə hərəkət edərək Hambruna gəldiklərini, Şirazla Lar arasındakı yolda
Hambrundan Şamaxıya gedən ticarət karvanı ilə qarşılaşdığını və çoxlu
adamın müşayət etdiyi dəvələrin, qatır və atların cürbəcür hind malları ilə yük-
ləndiyini göstərmişdir [2, 245, 281-337]. Səyyah və elçilərin verdikləri bu
məlumatlar XVII yüzillikdə əmtəə-pul münasibətlərinin, daxili ticarətin
təkamülünün ümumi mənzərəsini üzə çıxarmaqla yanaşı Dərbənddən Hambru-
na qədər uzanan karvan yolu boyunca yerləşən şəhərlərin və onlarla bağlı olan
digər yaşayış məskənlərinin qarşılıqlı iqtisadi əlaqələrini, daxili bazarların
inkişaf səviyyəsini müəyyən etməyə imkan verir.
XIV-
XV yüzillikdə Səfəvi dini ordeni və feodal mülkünün mərkəzi
ol
muş, XVI—XVII əsrlərdə xüsusi imtiyazlı statusu ilə seçilən Ərdəbil şəhəri
əsas iqtisadi mərkəzlərdən biri kimi ölkədaxili ticarət əlaqələrində böyük rol
oynayırdı. Alman elçisi Adam Oleari Ərdəbilin ölkənin çox qədim və məşhur
şəhərlərindən biri olduğunu qeyd etmişdir. Səyyaha görə, şəhərin şan-şöhrəti
əski şahların, xüsusilə onların dini məzhəbinin (Səfəviyyə sufi dərviş təriqəti –
N.S.
) əsasını qoyan Şeyx Səfinin burada yaşaması, onun müqəddəs məzarının
da burada yerləşməsi ilə, yerli tacirlərin əcnəbilərlə çox böyük ticarət əlaqələri
aparması ilə bağlı idi [5, 58]. Səfəvi ölkəsinin quzeyi ilə güneyini iqtisadi
cəhətdən bağlayan Dərbənd-Hörmüz və Gilan-Təbriz karvan yollarının da
Ərdəbildən keçməsi şəhəri ölkədə ən mühüm daxili bazarlarından birinə
çevirmişdi. O.Əfəndiyevin fikrincə, bu şəhər artıq XVI yüzillikdə ölkənin
dax
ili ticarət həyatında xüsusi rola malik idi [1, 210].
1555-
ci ildə Qəzvinin Azərbaycan Səfəvi dövlətinin paytaxtına çevril-
məsi, ölkənin güneyindən Ərdəbilə gələn karvan yolunun buradan keçməsi
XVI yüzilliyin II yarısından həmin şəhərin iqtisadi inkişafına müsbət təsir gös-
tərmiş və ölkənin daxili ticarətində əhəmiyyətli yer tutmasına gətirib çıxar-
mışdı. Bundan başqa, Qəzvin şəhəri Dərbənd-Hörmüz karvan yolu üzərində
yerləşirdi. İngilis taciri Artur Edvards 1566-cı ildə yazırdı ki, Qəzvində ən
mühüm və ən yaxşı tacirlər yaşayırlar. Bu şəhərin ərafında ölkənin ürəyi olan
Təbriz, Ərdəbil, Kaşan kimi şəhərlər yerləşir. Buranın əhalisi daha sivildir,
(mədənidir), tacirləri isə ləyaqətli və hörmətlidir. Bu məsələ barəsində qeyd
olunan ölkədə olmuş bir çox tacirlərdən, o cümlədən ruslardan, başqalarından
sorğu-sual etdim və onlar da mənim fikrimin doğruluğunu qəbul edərək, həm
də bildirdilər ki, bu şəhərə hər yerdən mal gətirilir. Artur Edvardsın şəhər
əhalisi barədə verdiyi məlumatlar XVII yüzilliyin əvvəllərində Qəzvində
olmuş rus taciri F.Kotovun qeydləri ilə səsləşir. O da yazırdı ki, meydanında
olduqca çoxlu ərzaq, tərəvəz satılan, bazarları və karvansaralarında çeşid-çeşid
mal olan şəhərdə oğurluq yoxdur [3, 127-128; 4, 76].
XVI əsrin əvvəllərində 300 min əhalisi olan Təbriz şəhəri də ölkənin ən
mühüm sənətkarlıq və ticarət mərkəzlərindən biri idi. Şübhəsiz ki, XVI əsrin
115
30-50-
ci illərində baş vermiş Osmanlı-Səfəvi savaşları Təbriz şəhəri və
şəhərətrafı bölgələrin iqtisadiyyatına böyük ziyan vurmuşdu. Ingilis taciri
An
toni Cenkinson bu savaşların daxili ticarətə mənfi təsir göstərməsi ilə bağlı
yazırdı ki, Təbriz keçmişdən ölkənin ən böyük şəhəri idi. Ancaq indi ticarət və
tacirlər üçün əvvəlki əhəmiyyətini itirmişdir [3, 113].
Qeyd etməyi lazım bilirik ki, Təbriz şəhərinin ölkənin daxili ticarət
əlaqələrində rolu qarşılıqlı iqtisadi tələbatdan birbaşa asılı olduğundan, onun
tam çökməsi mümkün deyildi. Anonim Venesiya taciri və digər italyan
səyyahlarının məlumatlarına görə, bu dövrdə Şamaxı, Gəncə, Şəki şəhərlərin-
də ipək, Mahmudabadda balıq kürüsü, Gilanda sitrus meyvələri və düyü,
Dizmarda nar, Ordubadda qırmızı boyaq, Bakıda neft, Xoyda qırmızı boyaq və
meyvə qurusu, Meşkində kişmiş istehsalı üstünlük təşkil edirdi. Şəhərlər
həmin məhsulları qarşılıqlı şəkildə bir-birlərinin bazarlarına çıxarırdılar. Adı
çəkilən şəhərlərin məhsulları daha çox Təbriz bazarına gətirilirdi. Təbriz
şəhərinin iqtisadi həyatı haqqında təzadlı məlumatlar verən Vinçento de
Alessandri qeydlərinin birində Təbriz bazarının kasadlığını Osmanlı-Səfəvi
savaşları ilə əlaqələndirsə də, gündəliyinin başqa bir bölməsində şəhərdə
qızğın ticarət getdiyini deməklə əslində öz əvvəlki fikrini bir qədər
dəyişdirmişdir. Alessandri yazırdı: «Bu, ticarət şəhəridir, çünki bura krallığın
bütün yerlərindən karvanlarla mallar gətirilir» [6, 34-336, 444-446].
Təbriz ölkənin əsas sənətkarlıq mərkəzlərindən biri idi. Təbrizdə
toxunan at
las, qumaş, darai, məxmər parçalar daxili bazarda satılmaqla yanaşı
başqa ölklərə də ixrac olunurdu. Təbrizdəki topdansatış ticarət mərkəzlərindən
Cəfər paşa, Papaqtikənlər, Bəndər, Bəyim, Baba Həqqi adı ilə məşhur olan
ticarət saraylarında yerlilərlə yanaşı əcnəbi tacirlər də alver edirdilər. E.Çələbi
yazırdı: «Bütün əmtəə və mallar bu bazarlarda satılırdı». Təbrizdə Çarşı
(ba
zar), Bədestan (Qeysəriyyə-üstü tacbəndlərlə örtülü bazar) və 7000 dükan
vardı. Təbrizin dükanları kərpicdən tikilmişdi və səyyaha görə, bu dükanlarda
tacirlər hər cür mal satırdılar. Evliya Çələbinin qeydlərindən aydın olur ki,
ölkənin iqtisadi həyatında xüsusi rola malik olan Ərdəbil və Təbriz şəhərləri
mühüm ticarət mərkəzləri idilər [7, 24, 42-43].
Osmanlı-Səfəvi savaşlarından sonra, XVII yüzilliyin 30-40-cı illərində
şah Səfinin verdiyi qanunlar və həyata keçirdiyi iqtisadi tədbirlər ölkənin
təsərrüfat həyatına müsbət təsir göstərmiş, əmtəə-pul münasibətləri güclənmiş
və ölkə daxilindəki kiçik yaşayış məntəqəlri ilə şəhərlər arasında iqtisadi
əlaqələr bərpa olunmuşdu. Təbrizin ticarət həyatı haqqında məlumat verən
Şarden dükanların yaşayış binalarından ayrı olduğunu, onların əksəriyyətinin
enli və uzun küçələrdə yerləşdiyini bildirir. O yazırdı ki, belə küçələr bazar
adlanır, əsas bazarlar isə şəhərin mərkəzində yerləşir. E.Çələbinin Bədestan
adı ilə qeyd etdiyi üstüörtülü Təbriz bazarı Şardenin də diqqətini cəlb etmişdi.
Tacir yaz
ırdı: «Şəhərdə bahalı mallar, cəvahirat satılan bazar Qeysəriyyə
ad
lanır. Bu da «şah bazarı» deməkdir. Bu bazar çox geniş olub, səkkizbucaqlı-
116
dır və Asiyanın ən gözəl bazarıdır... Böyüklüyü, nəhəng günbəzləri, malları,
alıcı-satıcısının çoxluğu bazarın əzəmətini göstərir» [8, 403-404].
Dərbənd-Hörmüz ticarət yolunun üzərində yerləşən İsfahan şəhəri Şah
Abbasa qədər ölkənin iqtisadi həyatında Təbriz və bir çox başqa şəhərlərin
oy
nadığı qədər böyük iqtisadi rola malik deyildi. Ancaq şah Abbas 1598-ci
ildə ölkənin paytaxtını Qəzvindən İsfahana köçürdükdən sonra iqtisadi
inkişafla əlaqədar burada əhalinin sayı 100 min nəfərdən artaraq 500 min
nəfərə çatmışdı və şəhər ölkə miqyasında mühüm ticarət mərkəzlərindən birinə
çevrilmişdi. Şəhərin mərkəzində uzunluğu 500 metr, eni 160 metr olan «Şah
Meydanı» inşa edilmişdi [9, 72]. İsfahan şəhərinin iqtisadi inkişafında və
ümumdövlət miqyaslı ticarət mərkəzinə çevrilməsində I Şah Abbas və onun
xələflərinin xüsusi qayğısı ilə yanaşı onların həyata keçirdikləri iqtisadi
tədbirlərin də rolu az olmamışdı. Belə ki, yeni bazarlar, karvansaralar və ya-
şayış binalarının tikilməsi ilə iqtisadiyyatı daha da canlanan şəhərin əhalisinin
sayı xeyli artmışdı. Artıq 12 darvazası və çoxlu karvansarası olan bu şəhərin
ərazisi 40, yaxud 100 km (şəhərin çevrəsinin uzuluğu nəzərdə tutulur – N.S.)
əhalisinin sayı isə təqribən 600 minlə 1 milyon yüz min nəfər arasında idi.
Şəhər ətrafında 1500 kənd yerləşirdi [10, 161-162, 172].
Adam Oleari də İsfahanın XVII yüzillikdə ölkənin mühüm ticarət
mərkəzi olduğunu göstərmişdir. İsfahandakı şəhər meydanı və onun aşağı
tərəfindəki Qeysəriyyə haqqında ətraflı məlumat verən səyyah ən bahalı
mal
ların bu bazarda satıldığını və onun üstüörtülü dalanlara bölündüyünü,
burada hər cür mal olduğunu, hər bir malın müvafiq dükanlarda satıldığını
qeyd et
mişdir [5, 727].
1671-
ci ildə kölə həyatını başa vurub İsfahana gələn Yan Streys bu
şəhərdə Hollandiyanın Ost-Hind şirkətinin Fredrik Bent, baş tacir Kassenbort
və kiçik tacir Heybert Baldedən ibarət nümayəndəliyinin olduğunu və xüsusi
binada yerləşdiyini yazmışdır. Streys göstərirdi ki, Holland evi, yaxud
karvan
sarası şah sarayının yaxınlığında görkəmli bir yerdə olub, yaşayış üçün
çox gözəl və rahatdır. Yan Streys Lar şəhərində də holland Ost-Hind şirkətinin
iqamətgahının — karvansarasının olduğunu yazmışdır [2, 307, 308, 334].
XVI-
XVII əsrlərdə ölkənin mühüm daxili ticarət mərkəzlərindən biri də
Hörmüz-
Təbriz yolu üzərindəki Kaşan şəhəri idi. 1617-ci ildə İspaniyalı elçi
Don Qarsiya de Silva bu şəhəri Farsla Azərbaycan arasında bağlı-baxçalı və
zəngin bir şəhər kimi təsvir edərək yazırdı ki, onun ticarət mərkəzi olan
meydanının ətrafında olduqca geniş və rahat karvansara yerləşir. Elçi şəhər
kənarında əcnəbilərin yaşadığı və hər cür şəraiti olan karvansaralar haqqında
da məlumat vermişdir [11, 246, 247] Yan Streys isə yazırdı ki, indi Kaşan
İranın (Səfəvi – N.S.) ən məşhur və əhalisi çox olan ticarət şəhəridir. Burada
əla və yüksək səviyyəli, çoxlu qübbəsi, girişləri olan bazar və meydan vardır.
İrandakı ipək və digər parçaların çox hissəsi burada hasil edilir və başqa
ölkələrə satılır. Şəhərdə məxmər və atlas parçaların çoxu Avropa üsulu ilə
toxunur. Şah Venesiyadan yaxşı ustalar gətirmək üçün ora tez-tez elçilər
117
göndərmiş, ancaq onlar çox vaxt əliboş geri dönmüşdülər. Yan Streys sözünə
davam edərək yazırdı ki, Kaşanda olduqca çox, ölkənin başqa şəhərlərin-
dəkindən yaraşıqlı və rahat karvansaralar vardı [2, 304, 305].
Səfəvi imperiyasının quzeyində ticarət qapısı olan Dərbənddən ölkənin
güneyinə doğru uzanıb gedərək bütün iqtisadi bölgələri bir-biri ilə
əlaqələndirən karvan yolunun İran körfəzinə açılan qapısı isə Hambrun liman
şəhəri idi. Yan Streysə görə Hambrun şəhərini İranlılar (Səfəvilər – N.S.)
Dərbənd kimi Bəndər (yəni liman – N.S.) və ölkənin açarı adlandırırlar.
Əvvəllər balıqçı qəsəbəsi olan Hambrun, indi böyük bir ticarət şəhəridir.
Bu
rada İranlılar, hindlilər, mavrlar (Afrikanın şimal-qərbində yaşayan ərəblər
– N.S.
), hollandlar, ingilislər və fransızlar böyük ticarət işləri ilə məşğul
olurlar. Şəhərin ticarət əlaqələri barədə Yan Streys belə yazırdı ki, Hambruna
İranlılar və ermənilər İsfahan yolu ilə, ərəblər isə Bağdaddan bir neçə min
dəvə, eşşək, at və başqa yük heyvanlarından ibarət qoşuna bənzər karvanla
gəlirlər [2, 337-339]. Hambrunun ölkə miqyasındakı iqtisadi əhəmiyyəti onun
İran körfəzi sahilindəki əlverişli təbii-coğrafi mövqeyi ilə bağlı idi. İran
körfəzi ta qədimdən bəri mirvari hasilatı və dünya bazarına çıxarması ilə
məşhur idi. Körfəzin bazarlarına yerli balıqçıların emal etdikləri çox miqdarda
quru balıq çıxarılırdı. İran körfəzi sahillərinin daxili bazarlarda satılan və ixrac
olunan əsas məhsulu isə xurma idi. Dünyada ən yaxşı xurma növləri körfəzin
sahilboyu bölgələrində yetişdirilirdi. Çox qədim zamanlardan İran körfəzi
bazar
larına ölkə daxilindən taxıl və sitrus meyvələri gətirilirdi. Körfəzdəki
bazar
ların olduqca böyük mal dövriyyəsi vardı. Belə ki, körfəzin Bəsrə, Kiş,
Hör
müz və Maskatdakı bazarlarında daxili məhsullarla yanaşı Avropa, Afrika
və Uzaq Şərqdən gətirilən mallar satılırdı. Avropadan bu bazarlara şüşə,
qur
ğuşun, mis, dəmir və ondan hazırlanan məmulatlar, yun, iplik parçalar;
Afrika, Hindistan və Çindən ipək, ətriyyat, ədviyyat, fil sümüyü, qara-ağac,
qoz, pam
bıq, qiymətli daş-qaş gətirilrdi [11, 30-31]. XVI-XVII əsrlərdə Səfəvi
döv
lətinin iqtisadi inkişafının başlıca səciyyəvi xüsusiyyəti şəhərlərin böyü-
məsi, ticarət və sənətkarlığın inkişafı ilə müəyyən olunur. Bu dövrdə Mərkəzi
və Qərbi İranın İsfahan, Şiraz, Kaşan, Yəzd, Girman, Azərbaycanın Təbriz,
Ərdəbil, Qəzvin, Həmədan, Gəncə, Şamaxı, Bakı, Ərəş şəhərləri getdikcə bö-
yümüş və ölkənin iqtisadi həyatında onların nüfuzu artmışdı. Həmin şəhərlər
ölkədaxili ticarətin və xarici iqtisadi əlaqələrin mərkəzlərinə çevrilmişdi.
ƏDƏBİYYAT
1.
Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb, 2007, 344 s.
2.
Стрейс Я.Я. Три путeшествия. Пер. с немец. на рyсск. Э.Борoдиной. М.: ОГИЗ-
СОЦЭКГЗ, 1935, 415 с.
3.
Путешественники об Азербайджане. Т.1, Составил З.И.Ямпольский. Баку: АН
Азерб. ССР, 1961, 497 с.
4.
Хожение купца Федота Котова в Персию. М., 1958, 110 с.; Джидди Г.А. СредНеве-
ковый город Шемаха (IX–XVIII века). Баку: Восточная литература, 1981, 106 с.
5.
Адам Олеaри. Подробное описание путешествия Гольштинского посольства в
118
Московию и Персию в 1633, 1636 и 1639 гг. Пер. с немец. П.Барсова. М.:
Университетская типография, 1870, 1033 с.
6.
Səfərnameha-ye Veneziyan dər İran. Tərcome-ye Mənuçöhr Əmiri, Tehran, Enteşarate
Xarəzmi, 1349, 450 s.
7.
Evliya Çələbi. Səyahətnamə. Türk dilindən işləyəni və şərhlərin müəllifi prof. S.Onullahi.
Bakı: Azərnəşr, 1997, 87 s.
8.
Səfərname-ye Şarden.Tərcome-ye Məhəmməd Abbasi, c.II, Tehran, Enteşarate Əmire
Kəbir, 1335, 301 s.
9.
Иванов М.С. Очерки истории Ирана. М.: Государственное издательство
политической литературы, 1952, 467 с.
10.
Rocer Seyvori. İran əsre Səfəvi. Tərcome-ye Kambiz Əzizi. Tehran, Nəşre mərkəz, 1374,
390 s.
11.
Səfərname-ye don Qarsiya de Silva Fiqeroa. Tərcome-ye Qulamrza Səmia. Tehran,
Çapxana-
ye kətbiyye, 1363, 530 s.
РОЛЬ ГОРОДОВ В ЭКОНОМИЧЕСКОЙ ЖИЗНИ СЕФЕВИДОВ ПО
МАТЕРИАЛАМ ПУТЕШЕСТВЕННИКОВ
Н.М.СУЛЕЙМАНОВ
РЕЗЮМЕ
Развитие внутриэкономических отношений привело возрождению некоторых
городов и превращение их в экономический центр. Весь комплекс этих вопросов
анализирован на основе местных источников и по сведениям путешественников
посетивших Азербайджан в XVI-XVII веках.
Ключевые слова: Тебриз, Джульфа, Дербенд, Хазар, Сефеви, Османлы
THE ROLE OF THE CITIES IN THE ECONOMIC LIFE OF SAFAVYDS ON THE
BASIS OF WORKS OF TRAVELERS
N.M.SULEYMANOV
SUMMARY
The development of domestic economic relations resulted in the rennaisance of several
cities and transformed them into economic centers. The complex of these issues are analyzed
on the basis of local sources and the works of travelers visiting Azerbaijan in XVI – XVII
centuries.
Key words: Tabriz, Julfa, Derbend, Khazar, Safavid, Ottoman
Dostları ilə paylaş: |