100
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda
Mərdanova Oksana Rəşad qızı
“Büdcə kəsirinin maliyyələşdirilməsində
dövlət kreditinin rolu”
mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı
060403 Maliyyə
İxtisaslaşmanın adı
Maliyyə Nəzarəti və Audit
Elmi rəhbər Magistr proqramının rəhbəri
i.e.n prof. A.M.Kərimov i.e.d prof. M.X.Həsənli
Kafedra müdiri: prof. M.X. Həsənli
BAKI – 2015
MAGİSTR DİSSERTASİYASININ İŞ PLANI
Magistr dissertasiyasının adı: “Büdcə kəsirinin maliyyələşdirilməsində
dövlət kreditinin rolu”.
GİRİŞ
FƏSİL I.
Bazar münasibətləri şəraitində fiskal idarəetmənin nəzəri və metodoloji
əsasları.
1.1 Fiskal siyəsətin iqtisadiyyatın tənzimlənməsində rolu.
1.2 Muasir dövrdə Azərbaycanda fiskal siyyasət və onun makroiqtisadi sabitliyin
təmin olunmasında rolu.
1.3 Büdcə kəsiri, onun yaranma səbəbləri və iqtisadiyyata təsiri.
FƏSİL II. Büdcə kəsirinin maliyyələşdirilməsi mənbəələri və dövlət kreditinin
muasir vəziyyəti.
2.1 Azərbaycanda büdcə kəsirinin makroiqtisadi göstəricilərlə əlaqəsinin təhlili.
2.2 Azərbaycanda büdcə kəsirinin maliyyələşdirilməsi təcrübəsi və bu məqsədlə
dövlət kreditinin istifadə olunmasının təhlili.
2.3. Azərbaycanda büdcə kəsirinin maliyyələşdirilməsi təcrübəsi.
FƏSİL III. Büdcə kəsirinin maliyyələşdirilməsi mənbəələrinin tənzimlənməsi.
3.1 Azərbaycanda dövlət krediti siyasətinin perspektivləri.
3.2 Dövlət borcunun (kreditinin) planlaşdırılması və ödənilmə mexanizminin
təkmilləşdirilməsi.
3.3 Dünya təcrübəsində büdcə kəsirinin örtülməsi üsulları və Azərbaycan reallığına
tədbiqinin qiymətləndirilməsi.
Nəticə və Təkliflər
Ədəbiyyatın siyahısı
Rezume
Summary
Magistrant: Mərdanova Oksana Rəşad qızı
Elmi rəhbər: i.e.n. prof. Kərimov A.M.
GİRİŞ
Dövlət özünün funksiyalarını həyata keçirmək üçün müxtəlif mənbələrdən pul
vəsaitlərini səfərbərliyə alır. Lakin dövlət əz xərclərini fasiləsiz və kəsirsiz
maliyyələşdirmək üçün bəzi hallarda dövlət büdcəsində mövcud gəlirlər kifayət
etmir. Ona görə də müəssisələrin, habelə əhalinin sərbəst pul vəsaitini cəlb etməli
olur. Müəssisələrin, əhalinin sərbəst pul vəsaitlərinin cəlb edilməsinin əsas
formalarından biri də dövlət kreditidir. Deməli, dövlətin gəlirləri xərclərini
ödəmədikdə və büdcə kəsiri əmələ gəldikdə dövlət borc almalı olur. Ölkə daxilində
dövlət kredit əməliyyatlarını həyata keçirərkən dövlət borc alan kimi müəssisə,
təşkilatlar və əhali kreditor, yəni borc verən kimi çıxış edirlər.
Dövlət borcları və ya dövlət krediti dedikdə ölkənin bütün borcları deyil,
dövlətin borcları nəzərdə tutulur.
Dövlətin borcu mahiyyətcə gələcəkdə əldə ediləcək gəlirlər hesabına ödənilən
kreditləridir. Borclar müsbət hal kimi qiymətləndirilməsə də, həmin borcların
alınması zərurət kimi özünü göstərir. Dövlət kreditinin əsas səbəbi dövlətin
xərclərinin tam maliyyələşdirilməsi zəruriliyidir.
Bildiyimiz kimi, kredit münasibətlərinin prinsiplərindən biri də müddətlilik
prinsipidir. Bu prinsipə uyğun olaraq borc vəsaitini əldə edən subyekt müqavilədə
göstərilən müddət başa çatdıqdan, sonra həmin borc vəsaitini geri qaytarmalıdır. Belə
ki, kreditor bir müddət vəsaitinin yığımı ilə məşğul olur, sonra isə həmin sərbəst pul
vəsaitini borc alana təqdim edir. Borc alan da bu vəsaiti öz fəaliyyət istiqamətinə
yönəldir. Bu zaman kredit müqaviləsi müəyyən müddəti əhatə etdiyindən, borc alan
subyekt bu vəsaiti həmin müddətə qaytarmalı olduğundan, həmin vəsaiti səmərəli
şəkildə istifadə etməyə məcbur olur. Düzdür, əgər dövlət krediti münasibətlərində
ssuda vəsaitinin dövr etmə müddəti nə qədər uzun olursa, səmərəlilik bir o qədər
artmış olur. Ona görə ki, borc alan ssuda məbləğini daha uzun müddətə dövr
etdirdikdə daha çox mənfəət əldə etmiş olur. Müddət başa çatdıqdan sonra borc alan
həmin krediti sahibinə geri qaytanr. Göründüyü kimi, biz kredit münasibətinin vahid
zaman ərzində mövcudluğunu izlədik.
Dövlət borcu münasibətləri dünya və ölkə miqyasında iqtisadiyyatın aktual
məsələlərindən birinə çevrilmişdir. Dövlət borcu hökumət tərəfindən həyata keçirilən
məqsədli maliyyə-kredit siyasətinin vacib həlqələrindən biri olmaqla yanaşı,
ölkənin iqtisadi təhlükəsizliyini ifadə edən başlıca göstərici kimi də xarakterizə olunur.
Hazırkı dövrdə borcları ilə bağlı məsələlər böyük əhəmiyyət kəsb etdiyindən həm
Mərkəzi iqtisadiyyat, həm də dünya miqyasında bu məsələnin dərindən
öyrənilməsinə ehtiyac yaranır.
Mövzunun aktuallığı.
Yaşadığımız son on illik dövr Azərbaycan iqtisadiyyatında görülən işlərin, əldə
olunmuş nailiyyətlərin miqyası baxımından böyük tarixi inkişaf dövrüdür. Bu
mənadə ötən on ildə iqtisadi inkişafın konseptual əsaslarını nəzərdən keçirmək və
əldə edilmiş nəticələri təhlil etmək böyük maraq kəsb edərdi. Nəzərə almaq lazımdır
ki, 10 illik qısa tarixi inkişaf dövründə ölkədə iqtisadi quruculuq sahəsində əldə
edilən uğurlar nə qədər çətin olsa da həyata keçirilən müstəqil dövlət quruculuğunun
güclü sosial-iqtisadi bazasının formalaşdırılmasında həlledici rol oynamışdır.
Bazar münasibətlərinə doğru hərəkət etdiyimiz bir vaxtda yeni sistemin
tərkibində mühüm rol oynaya biləcək məsəllərdən biri maliyyə sistemidir. Maliyyə
sisteminin aparıcı həlqəsini isə Dövlət Maliyyəsi təşkil edir ki, onun da mühüm
elementlərindən biri dövlət büdcəsidir. Dövlət büdcəsi isə iqtisadiyyatda çox
iqtisadiyyatda çox önəmli əhəmiyyətli rol oynayır.
Dövlət büdcəsinin tərkibində təhlillə ehtiyacı olan məsələlərdən biri büdcə
kəsiridir. Büdcə kəsiri iqtisadiyyata çox aktiv təsiri olan mürəkkəb bir anlayışdır.
Müasir iqtisadi şəraitdə bu məsələ aktual problem olduğundan, məhz buna görə
də mən bu mövzunu seçmişəm və çalışmışam ki, araşdırmalar və təhlillər aparmaqla
bu məsələ ilə bağlı bəzi problemləri açıqlayam.
Tədqiqatın məqsədi. Bazar iqtisadiyyatına keçid dövründə olan Azərbaycanda
iqtisadiyyatın mövcud şəraitində büdcənin gəlir və xərcləri tarazlaşdırmalıdır, yəni
Dostları ilə paylaş: |