1
SEY D CƏFƏR P ŞƏVƏR
XAT RƏLƏR
(1941-1945)
21 Azər Hərəkatının 60-cı illiyinə həsr olunur
Azərbaycan Demokrat Firqəsinin nəşri
Bakı 2005
Tərtib edən: Yədulla Kənani (Nəminli)
Kompüter: Jalə Nadir qızı
Azərbaycan Milli Hökumətinin yaranmasında Mürsəl
Hatəmzadə bir fədai başçısı kimi iştirak etmişdir. O, mühacirət
illərində tibb sahəsində alimlik dərəcəsinə qədər yüksəlmişdir.
Mərhumun oğlu Elşən Hatəmzadə atasının 80 illiyi ilə əlaqədar
bu kitabın nəşrinə yardım etmişdir.
S.C.Pişəvəri.
Xatirələr. Bakı, ( ), 2005. 395 s
Tərtibatçıdan:
Oxucuya təqdim olunan bu dəyərli əsər Seyid Cəfər
Pişəvərinin Azərbaycan Respublikasının siyasi partiya və
ictimai təşkilatlar arxivində saxlanılan əlyazmasından
köçürülmüşdür. Seyid Cəfər Pişəvərinin bu zəngin əsərində
tamamilə onun yazı forması qorunmuş, yalnız bəzi sözlərin
mənası müasir Azərbaycan dilinə uyğun və habelə aydın
olmayan sözlərin yerinə mötərizə içində izah edilmişdir.
2
S.C.Pişəvəri öz xatirəsində Milli Hökumətdən qabaqkı dövrü
yəni ikinci dünya müharibəsi və müttəfiqlərin rana daxil
olmasını və həmçinin Milli Hökumət quruluşunu bütün
təfərrüatilə açıqlamışdır. O, bu əsərdə fədai başçıları Məcid
Məhəmmədivənd, Aram Zadəgan, Məmiqulu Sadiqi və Mir
Ə
bülfəzl Haşiminin fədai dəstələrinin fəaliyyəti haqqında
yazdıqları xatirələri əks etmişdir. Azərbaycan Demokrat Firqəsi
rəhbərliyinin göstərişinə əsasən Azərbaycanın görkəmli şairi
Haşım Tərlanın “21 Azər” Pişəvəri” poeması və “Firqə” adlı
ş
erləri bu qiymətli əsərin sonuna əlavə edilmişdir. Qeyd
etməliyik ki, bu əsər Azərbaycan xalqının gələcək milli azadlıq
mübarizəsində təcrübə cəhətdən son dərəcə önəmli və zəngin
bir əsərdir. Azərbaycan xalqının bütün mübariz oğul və
qızlarına bu əsəri oxumağı tövsiyə edirik.
Yədulla Kənani (Nəminli)
Ön söz
Oxucuya təqdim olunan bu əsərdə S.C.Pişəvərinin 1320-
1325 (1941-1946) -cı illər arasında Azərbaycanda baş verən
hadisələrlə əlaqədar xatirə və mülahizələri bütün incəlikləri ilə
öz əksini tapmışdır.
Müttəfiqlərin rana daxil olması ilə diktatorluq rejiminin
dağılması ölkədə yeni vəziyyətin yaranmasına səbəb oldu.
Azərbaycanda xalq hərəkatı canlanmağa başladı. Müxtəlif
cəmiyyətlər və təşkilatlar yarandı. Bu geniş xalq hərəkatının
ə
leyhdarları da sakit oturmadılar. S.C Pişəvəri Azərbaycanda
başlanan azadlıq mübarizəsinin geniş miqyas almasından və
buna qarşı çıxan dövlət məmurların fitnə və törətdikləri
cinayətlərdən geniş söz açır. Eyni zamanda alman faşizminin
371
***
Mən inqilab sırdaşı,ömrüm şəkdə,gümanda
“Sağlar”qərbin oynaşı,gəzir əmn-amanda
Ulduzlar qatarlarindan,sabah şən asimanda
Yazilacaq bu yurdun növrağidir Firqəmiz
370
Sağ qolum qət olsada,qürrələnmmə solum var
Solum varsa bədəndə.bəs deməli qolum var
Mən al günəşdən duru,cəhanşumul yolum var
Bu yollarin sönməyən ocağıdır Firqəmiz
***
ldırımlar dəm bə dəm,başım üstə çaxsa da
Varlığıma iftira,böhtan daşi yağsa da
Son nəfısim dodaqdan qətrə-qətrə axsada
Yurdumuzun nəgməkar dodağıdır Firqəmiz
***
Mən aşiqəm.şührətim bu ellərə bəllidir
Sədaqətim gün kimi nəsillərə bəllidir
Sədaqətim gün kimi nəsillərə bəllidir
Bu ellərin haqq deyən dodağıdır Firqəmiz
***
Bu səngərdən döyüşdə, o səngərə süründüm
Ş
ahların addımından qopan toza büründüm
nqilab sınaqdan çıxıb, başda göründü
Bu yollarin dalğalı bayrağıdır Firqəmiz
***
ndi məqam başında,sağlar qolu çomaqlı
Ş
uarlari inqilab,üzü qərbə adaxli
Zahirdə təmtəraqlı, batində min yamaqlı
Niqablı vicdanlarin dustağıdır Firqəmiz
3
Avropada irəliləməsinə göz tikən mürtəce qüvvələr əleyhinə
Azərbaycanın qabaqcıl şəxsiyyətləri və zəhmətkeş kütlələri
onlara qarşı mübarizəyə qalxaraq, antifaşist təşkilatı yaratdılar.
S.C.Pişəvəri Azərbaycanda yaranan digər təşkilatlara öz
xatirələrində geniş yer verir. Azərbaycan Zəhmətkeşlər
Təşkilatının yaranmasını geniş surətdə izah edir və bu sahədə
daha artıq fəaliyyət göstərən bir neçə nəfərin o cümlədən srafil
Qadiri, Hüseyn Rizvan, Əhməd slamidən ad aparır. Bu
təşkilatın təkcə Təbrizdə yox, Azərbaycanın başqa şəhərlərində
ş
öbələrinin də yaranması haqda məlumat verir. Azərbaycan
Zəhmətkeşlər Təşkilatı əsasən aşağı təbəqəyə mənsub
olduğundan Tehrana az əhəmiyyət verirdi. Bu təşkilatın
rəhbərləri Azərbaycan dilinin yayılmasını və onun nə qədər
ə
həmiyyətə malik olduğunu dərk edirdilər.
Azərbaycan zəhmətkeşlərinin xüsusilə fəhlə sinfinin
mənafeyini müdafiə edən Həmkarlar ttifaqı da fəaliyyətə
başladı. Həmkarlar ittifaqının yaradıcılarından olan Qulam
Adəmpəra və Məşədi Qüdrət kəlkətəçi fabrikində fəhlə
həmkarlar ittifaqı yaratdılar. Azərbaycan valisi Fəhimi
yüksəlməkdə olan fəhlə hərəkatına və azadlıq uğrunda aparılan
mübarizəyə qarşı fitnələrə əl atsa da xalq hərəkatının qarşısını
almaq mümkün olmadı. Xəlil nqilab kimi avantüristlərdən
istifadə edərək, yeni Həmkarlar ttifaqının yaradılması da baş
tutmadı. Baxmayaraq ki, Xəlil nqilab özünün avantürist
hərəkətləri ilə polis və fəhlələr arasında toqquşma yaranmasına
zəmin hazırladı və nəhayət məğlubiyyətə uğrayan Xəlil nqilab
Tehrana sürgün edildi. Mötərizədə qeyd edək ki, Qulam
Adəmpəra 21 Azər hərəkatının fəal iştirakçılarından biri olmuş.
O, ailə və qardaşı Surxay ilə birlikdə 1946-cı ilin dekabrında
Sovet Azərbaycanına mühacirət etmiş, və Ağdam şəhərində
məskunlaşmış, uzun müddət ADF Ağdam şəhər komitəsinin
sədri işləmişdir.
S.C Pişəvəri Azərbaycan Cəmiyyəti adı ilə fəaliyyət göstərən
təşkilata da öz münasibətini bildirib. lk dəfə Azərbaycan və
Dostları ilə paylaş: |