11
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
MÜQƏDDƏS QUM ŞƏHƏRİ
2016 - 2017
İSLAM MƏZHƏBLƏRİ
və TƏRİQƏTLƏRİ
XƏYAL TOFİQOĞLU
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
1
BİSMİLLAHİR RƏHMANİR RƏHİM
1
Giriş
Əşairə və ya Əşərilər Əbul Həsən Əşərinin (260-324 h.q.) ardıcıllarına
deyilir. Gördüyümüz kimi Mötəzilə məktəbi böyük günahan bulaşanın
hökmü və iman və əməl məsələsində müəyyən dərəcədə iki ziddiyyətli
təriqət – Xəvaric və Murciə təriqətlərinin inikası idi. Əbul Həsən Əşəri isə
Mötəzilənin ağıldan maksimum istifadə metodu ilə Əhlul-hədisin ağıldan
minimum yararlanma üslubu arasında ortaq məxrəc tapmağa çalışırdı. Hicri
tarixlə ikinci yüzillikdə İslam dünyasında bu iki nəzəri cərəyan yayılmaqda
və bir-birinə qarşı gəlməkdə idi: birinci cərəyan ağılı etiqadlar müstəqil
qaynaq və İslamın müdafiəsindən ötrü bir metod hesab edərək,
istifadəsində ifrata yol verirdilər. Digər tərəfdən, ikinci cərəyan ağlın hər
hansı formada etiqadlarda istifadəsini mümkünsüz sayır, heç bir təhlil və
fikir yürütmədən nəqlin zahirini dini maarifdə meyar və sənəd göstərirdilər.
IV əsrin əvvəllərində Əşairə məzhəbi Əhlul-hədis etiqadlarının müdafiəsi adı
altında əməldə bu iki cərəyanı mötədilləşdirmək və orta yolu göstərmək
məqsədilə əqlə və nəqlə müvafiq formada meydana qədəm qoydu.
Əbul Həsən Əli ibn İsmayıl Əşəri gənclik dövründə mötəzili etiqadlarına
qəlbən tam bağlı idi. Onların etiqad prinsiplərini öz zamanında Mötəzilənin
1
Əşəriyyə, əşərilər
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
2
ən məşhur ustadlarından olan Əbu Əli Cubbainin yanında öyrənmişdi. O,
qırx yaşına kimi Mötəzilə müdafiəçilərindən sayılırdı və bu xüsusda çoxlu
kitablar yazmışdı.
Əşairənin banisi
Əşairə məzhəbinin banisi Əbul Həsən Əli ibn İsmail Əşəridir. O, Süffeyn
müharibəsində həkəmiyyətin qarşı tərəfini öhdəsinə alan Əbu Musa
Əşərinin nəvələrindəndir. Əbul Həsən Əşəri hicri tarixlə 260-cı ildə Bəsrədə
dünyaya gəlmiş 324-cü, yaxud 330-cu ildə isə Bağdadda vəfat etmişdir.
Atası Əbi Bişr adı ilə tanınan İsmail ibn İshaq Əhlul-hədisin tanınmış
ardıcıllarından idi. Bu üzdən Əşəri uşaqlıqda Əhlul-hədis etiqadı ilə tanış
oldu.
Atasının
ölümündən
sonra
anası,
Mötəzilənin
tanınmış
şəxsiyyətlərindən olan Əbu Əli
Cəbai
ilə nigaha girdi. Əbul Həsən o vaxtdan
etibarən anası ilə birlikdə atalığının evində yaşamağa və gənclik çağından
onun tərbiyəsi altında böyüməyə başladı. Əşəri uzun müddət Əbu Əlinin
şagirdi olmuşdur. Amma qırx yaşında ikən, Mötəzilə məktəbindən ayrılıb
növbəti dəfə Əhlul-hədisə üz gətirmiş və bu məzhəbin təbliğatçısına
çerilmişdir. O,
Cəbaidən
təhsil aldığı dövrlərdə Əhlul-hədis məktəbinin zəif
nöqtələrini anladığına görə, Mötəzilə məzhəbindən üz döndərdikdən sonra
onların öz kəlamı üslubundan istifadə edib etiqadi araşdırmalarda əqli
bəhslərdən faydalanmaqla həmin zəiflikləri aradan qaldırmaq istəmişdir.
Həqiqətdə o, Mötəzilənin əqlə ifratçı dərəcədə üstünlük vermələri ilə Əhlul-
hədisin zahiri mənaları əxz etmələri arasında olan orta mövqeli bir məzhəb
yaratmaq fikrində olmuşdu. Buna görə də Əhlul-hədisin etiqadi əsaslarında
və onların kəlami nəzərlərində müəyyən dəyişikliklər edərək və öz adı ilə
bağlı Əşairə məzhəbini yaratmışdı. Bundan sonra onun ardıcılları əşərilər
adlandırılmışdı.
Əbul Həsən Əşəri Mötəzilə məktəbindən üz döndərdikdən sonra bir çox
kitablar yazmışdı ki, bəzi tarixçilər sayının 300 cildə qədər olduğunu yazıb.
İbn Əsakir öz “Tarix” kitabında onun qələmə aldığı 93 kitabın adını qeyd
etmişdir. Əlbəttə, bizim günümüzə yazdığı əsərlərdən yalnız bir qismi gəlib
çıxmışdır. Bu kitablardan “əl-İbanətu ən usulid-diyanə”, “Məqalatul-
İslamiyyin vəxtilafil musəllin”, “İadətul-burhan”, “ət-Təbyin”, “əş-Şərhu vət-
təfsil”, “əl-Lumətu fi rəddi əla əhliz-ziyəci vəl-bidə”, “İstihsanul xuvzi fi ilmil
kəlam” kimi məşhur əsərlərin adını çəkmək olar. Bu kitablar arasında “əl-
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
3
İbanə”, “Məqalatul-İslamiyyin” və “Lumə” daha çox əhəmiyyət kəsb edir.
Çünki onlar Əşairə məzhəbi əqidəsinin məzmununu açıqlayır.
Nəzərə çarpan odur ki, Əşairə “əl-İbanə” kitabını Mötəzilə məzhəbindən
qayıtdığı və Əhlul-hədisin etiqadlarını müdafiə etdiyi dönəmdə yazmışdır.
Səbəbi isə bu kitabla Əhməd ibn Hənbəlin “əs-Sunnə” kitabı arasında ciddi
bənzərliyin olmasıdır. Amma “Lumə” kitabı “əl-İbanə” kitabı ilə əsaslı
şəkildə fərqlənir və orada Əşərinin xüsusi nəzərləri bəyan edilmişdir
2
.
Əşərinin görüşləri
Bu hissədə Əşərinin bəzi etiqadlarında əşəri metodunun nəticələrini
göstərməyə çalışacağıq. Bu üzdən onu etiqadı ilə Əhlul-hədis və Mötəzilə
etiqadı arasında müqayisə aparacağıq:
1.
Xəbəri sifətlər:
Kəlam elmində Allahın sifətlərini zati və xəbəri
sifətlərə bölürlər. Zati sifətlər dedikdə, ağlın Allah üçün isbat etdiyi
elm və qüdrət kimi kamal sifətlər nəzərdə tutulur. Xəbəri sifətlər isə
ayə və hədislərlə gələn və ağlın özbaşına Allah üçün isbat etmədiyi
sifətlərdir. Allahın əl, ayaq və üzə sahib olması kimi xəbəri sifətlər
xüsusunda kəlamçılar arasında fikir ayrılığı var.
Əhlul-hədisin “Muşəbbihətun həşəviyyə” adlanan bir qrupu
3
xəbəri sifətləri həmtay və bənzətmə ilə isbat edirlər. Onlara görə,
Allahın xəbəri sifətləri məxluqlarda olduğu keyfiyyətdə mövcuddur.
Bu üzdən Xaliq və məxluq arasında tam oxşarlıq vardır. Şəhristani
Əhlul-hədisin bəzirlərindən nəql edir ki, Allaha toxunmağın, əl-ələ
görüşməyin və boynuna sarılmağın mümkünlüyünə inanırlar
4
.
Əhlul-hədisin başqa bir qrupu xəbəri sifətlərdə təfvizə inanırlar.
Onlar Allahın xəbəri sifətləri haqqında nəzər bildirməkdən imtina
edir və mənalarını Allaha həvalə edirlər. Malik ibn Ənəsin Allahın
ərşə yüksəlməsi ilə bağlı suala cavabı bu görüşün göstəricisidir.
Amma Mötəzilə Allahı məxluqa bənzəməsindən uzaq bilirdikləri üçün
Onun əl, ayaq və üzə sahib olmasını inkar etmələri də aydın
məsələdir. Digər tərəfdən, Quran ayələri və Peyğəmbər (s)
hədislərində bu sifətlər dəfələrlə Allaha nisbət verilib. Mötəzilə bu
2
“İslam məzhəbləri ilə tanışıq”, səh. 58-59; “Kəlami məzhəb və təriqətlər”, səh. 63.
3
Allahı məxluquna bənzətdiklərinə görə bu qrupa “müşəbbihə”, “həşu” doldurmaq
mənasından olduğu üçün “həşəviyyə” deyilir.
4
“əl-Miləl vən-nihəl”, c. 1, səh. 105.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
4
problemin çıxış yolunu xəbəri sifətləri təvil və yozmaqda görmüşlər.
Misal üçün, Allahın əlini (yədullah) ilahi qüdrətə təfsir etmişlər.
Əşəri bir tərəfdən xəbəri sifətlərin isbatı ilə bağlı “Əshabu
hədis”in nəzərini qəbul edir, digər tərəfdən “bənzətməmək” və “tay
tutmamaq” qeydlərini bu sifətlərə əlavə edirdi. O deyir: “Həqiqətən
də, Allahın iki əli var, amma heç bir keyfiyyətə malik deyil. Necə ki,
Allah özü buyurur: “Əksinə, onun hər iki əli açıqdır” (Maidə:64).
Habelə Allahın gözü var, amma keyfiyyəti yoxdur. Necə ki, Allah
buyurur: “... gözlərimiz önündə üzüb gedirdi” (Qəmər: 14)
5
.
2.
Cəbr və ixtiyar:
Əhlul-hədisin ilahi qəzavü-qədərə etiqad bəsləməsi
və bu etiqadı insanın ixtiyarı ilə bir yerə sığdıra bilməməsi
səbəbindən praktiki olaraq insanın öz işində rolunu təsvir edə
bilmədilər. Bu üzdən cəbr (məcburilik) nəzəriyyəsinə düçar oldular.
Bu mövzu Əhməd inb Hənbəlin Etiqadnaməsində gələn cümlələrdə
aydın gözə dəyir. Bundan fərqli olaraq, Mötəzilə insanın ixtiyari
işlərində mütləq azadlığına inanır və bu kimi işlərdə ilahi qəzavü-
qədərə yer görmürdülər.
Əşərinin etiqadına görə ilahi qəzavü-qədər ümumilik daşıyır,
insanın ixtiyari işlərini də Allah yaradır. Digər tərəfdən insanın ixtiyari
işlərinə rol qazandırmağa çalışdı. O, bu rolu kəsb nəzəriyyəsi
şablonunda bəyan etdi. Belə ki, sözügedən nəzəriyyə Əşərinin
nəzərləri arasında ən mühüm və ən mürəkkəb nəzəriyyədir. Həmin
nəzəri təfsilatı ilə bəyan edirik:
“Kəsb” Quranda gələn kəlmələrdən biridir. Bir çox ayələrdə bu
kəlmə və eyniköklü sözlər insana nisbət verilmişdir
6
.
Bəzi kəlamçılar Əşərinin bu kəlmə ilə bağlı fikrini açıqlayan
sözlərindən faydalanıblar. O, “kəsb”ə xüsusi məna verməklə, onu
cəbr və ixtiyar məsələsi və insanın ixtiyarı işinin tərifində öz nəzərinin
mehvəri qərar verdi. Hərçənd, Əşəridən öncə də kəlamçılar bu
xüsusda söz demişdi, amma Əşəridən sonra “kəsb” kəlməsi onun
adına elə yazıldı ki, kəsb nəzəriyyəsinə işarə edildiyi zaman ixtiyarsız
olaraq, Əşəri adı zehnə gəlirdi.
5
əl”İbanə”, səh. 22.
6
Nümunə üçün baxın: “Bəqərə”: 81; “Nisa”: 11-112; “Tur”: 21; “Muddəssir”: 38; “Rum”:
41; “İbrahim”: 51.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
5
Ondan sonra əşəri məslək kəlamçıların hər biri Əşərinin
dediyindən fərqlənən xüsusi təfsirlər verməyə başladılar. Burada
yalnız Əşərinin öz təfsiri əsasında kəsb nəzəriyyəsini bəyan edəcəyik.
Onun nəzəriyyəsinin qaydaları belədir:
1.
Qüdrət iki növdür: Yalnız Allaha məxsus və feili icad etməkdə
təsirli olan “qədim qüdrət”, bir də feilin icadında təsiri
olmayıb yeganə faydası sahibinə özündə azadlıq və ixtiyar hiss
etdirən və işi bacarmaq təəssüratı yaradan “hadis qüdrət”.
2.
İnsanın feili Allahın məxluqudur. Bu mövzu Əşəri üçün ümumi
bir qaydadır. Belə ki, Allahdan başqa qüdrət yoxdur və hər
şey, o cümlədən insanın bütün işləri Allahın məxluqudur. O,
israrla bildirir ki, “işlərin həqiqi faili Allahdır”
7
. Çünki
yaradılışda təkcə qədim qüdrət təsirlidir və bu qüdrət Allaha
məxsusdur.
3.
İnsanın rolu işi kəsb etməkdir. Allah insanın işlərini yaradır və
insanın onun üçün yaradılmış işləri kəsb edir.
4.
Kəsb, fəaliyyət yaradılışının insandakı hadis qüdrətin yaradılışı
ilə qovuşmasıdır. Əşəri yazır: “Mənim həqiqət bildiyim budur
ki, kəsbin mənası, fəaliyyətin hadis qüvvəsi ilə birgə və eyni
vaxtda meydana gəlməsidir. Deməli, feili kəsb edən o şəxsdir
ki, iş hadis qüdrətlə birgə onda meydana gəlmişdir
8
. Misal
üçün, şəxs yol gedir və ya yol getməyi kəsb edir – dediyimiz
zaman, yəni Allahın yol getməyi şəxsdə xəlq etməsilə yanaşı
onda hadis qüdrət də yaradır ki, işi öz ixtiyarı ilə yerinə
yetirdiyini hiss eləsin.
5.
Bu nəzəriyyədə ixtiyari işlə qeyri-ixtiyari işin fərqi budur:
ixtiyari işdə insan işi yerinə yetirdiyi zaman hadis qüdrətə
sahib olduğu üçün, azadlıq hiss edir. Qeyri-ixtiyari işdə isə
insan belə bir qüdrətə sahib olmadığından dolayı məcburiyyət
və zərurət hiss edir
9
.
6.
İnsan bir işi kəsb etməsinə rəğmən, kəsb özü də Allahın
məxluqudur. Əşəriyə görə bu məsələnin səbəbi tam aydındır.
Birincisi, əvvəlki qaydaya əsasən, hər şey, o cümlədən kəsb
7
“əl-Lumə”, səh. 39.
8
“Məqalatul-İslamiyyin”, c. 2, səh. 199; “əl-Lumə”, səh. 42.
9
“əl-Lumə”, səh. 41.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
6
Allahın yaratdığıdır. İkincisi, kəsb feil və hadis qüdrətin
insanda birləşməsidir. Həm işi, həm də hadis qüdrəti Allah
xəlq etdiyi üçün, bu ikisinin yaxınlığı və birləşməsi də Allahın
məxluqudur. Əşəri bu məsələni bəyan edərkən Quran
ayəsindən dəstək alır: “Allah sizi və əməl etdiklərinizi xəlq
etmişdir”. (Saffat: 96)
10
.
7.
Belə bir sual yaranır ki, əgər kəsb məxluqdursa, niyə insana
aid edir və onun əməli olduğunu deyirik.
Cavab olaraq, Əşəri inanır ki, kəsbedici olmağın meyarı
kəsbi yaratmaq yox, kəsb obyekti olmaqdır
11
. Misal üçün,
hərəkəti yaradana deyil, hərəkətin nüfuz etdiyi şeyə mühərrik
deyirlər. Burada da, insan kəsbin ünvanı, yeri olduğu üçün
kəsbedici deyirlər
12
.
Nəticədə, ilahi ənənəyə müvafiq olaraq, muxtar insandan
bir iş baş verdiyi zaman, Allah vahid zamanda işi və hadis
qüdrəti insanda xəlq edir. İnsan yalnız iş və hadis qüdrətin və
nəticə etibarı ilə kəsbin obyektidir. Deməli, Əşərinin insanın
ixtiyarı işindən anladığı cəbrdən başqa bir şey deyil. Hansı ki,
Əhlul-hədis və Cəbriyyə daha öncə kəşf etmişdilər.
Bu mövzuda Əşərin Əhlul-hədisdən fərqi nəzəri və əqli
çalışqanlığıdır. O iş ki, Əhlul-hədisin nəzərində nalayiq və
faydasızdı.
3.
Allahın kəlamı:
Əhlul-hədisə görə ilahi kəlam həmin səs və
hərflərdir, hansı ki, Allahın zatına bağlı və qədimdirlər. Onlar bu
mövzuda o qədər mübaliğəyə yol verdilər ki, bəziləri Quranın cild və
vərəqlərini belə qədim saydılar.
Mötəzilə də Allahın kəlamını səs və hərfdən ibarət bilirdi,
amma qədim saymırdı. Onlara görə, Allah öz kəlamını “Lövhi-
məhfuz”da və ya Cəbrayılda, yaxud Peyğəmbərdə (s) xəlq edir. Bu
üzdən Allahın kəlamı hadisdir.
Əşəri orta yol tapmaq cəhdi ilə kəlamı iki qismə böldü; birinci
qisim səs və hərflərdən təşkil olunan adi sözlərdir. Bu xüsusda
Mötəziləyə haqq verərək adi kəlamı hadis saydı. İkinci qisim kəlamı
10
“əl-Lumə”, səh. 37.
11
“əl-Lumə”, səh. 40.
12
“əl-Lumə”, səh. 40.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
7
isə nəfsi (subyektiv) bilərək Əhlul-hədis kimi Allahın kəlamını zata
bağlı və qədim hesab etdi. Həqiqi kəlam da nəfsi kəlamdır, hansı ki,
nəfsə köklənir və sözlər vasitəsilə bəyan edilir. Nəfsi kəlam vahid və
sabit olduğu halda, adi söz kəlamı qeyri-sabitdir. Nəfsi kəlamı fərqli
ifadələrlə bəyan etmək olar
13
.
4.
Allahın görünməsi:
“Müşəbbihə həşəbiyyə” adlanan bir qrup Əhlul-
hədis ardıcılları Allahı gözlə görməyin mümkünlüyünə inanırdı.
Mötəzilə isə Allahı hər şəkildə görməyi inkar edirdi. Əşəri bu
mövzuda da, ifrat və təfritə uğramamaqdan ötrü ortaq məxrəc
axtararaq, Allahın görünən olması qənaətinə gəlir. Amma ona görə
Allahın görünməsi digər cisimlərin görünməsi kimi deyil. Allahın
görməyin tələbi onu məxluqata bənzətmək deyil
14
.
Əşairənin “dəlilul-vücud” kimi məşhur əqli sübutuna əsasən,
mövcud olan hər şey görünə biləndir, arada maneənin olması halı isə
istisnadır. Daha dəqiq desək, əşyaların sırf varlığı görünmə imkanını
qaçılmaz edir. Allah da bir varlıqdır, görünmə zərurəti qeyri-
mümkünlüyü gərəktirmədiyi üçün, əqli baxımdan görünməsi
mümkündür
15
.
5.
İşlərin yaxşı və pisliyi:
Mötəziləyə görə işlər həqiqi və zati olaraq
yaxşı və pisdir, ağıl da - ən azından bəzi məqamlarda – bu yaxşı və
pisi dərk etməyə qadirdir. Əhlul-hədis isə bir qayda olaraq, işlərin
yaxşı və pis olmasını inkar edirlər. Əşairə yaxşı və pisi şəri hesab edir.
Çünki, bütün fəaliyyətlər maddidir və heç bir iş öz-özlüyündə tərif və
ya məzəmmət, mükafat və cəza gərəktirmir. Təkcə şəriət sahibinin
əmri ilə belə bir xüsusiyyət tapır.
6.
İmkandan artıq vəzifə:
Taqətdən artıq təklif bu mənadadır ki, Allah
bəndəsinə bacarmadığı bir iş tapşırsın. Sual bundadır ki, insana belə
bir vəzifəni rəva görmək və icra etmədiyinə görə cəzalandırmaq
olarmı? Mötəzilə yaxşı və pisin əqli olduğunu qəbul etdikləri üçün,
belə bir təklifi ağılasığmaz və qeyri-mümkün sayırlar. Allahın belə bir
iş görməsi yolverilməzdir. Əşairə yaxşı və pisin əqli olmasını inkar
etməsi və bir işin Allaha vacib olmadığını qəbul etdiklərinə görə,
13
“Şərhul-məvaqif”, c. 8, səh. 115-116.
14
“əl-Lumə”, səh. 32.
15
“əl-Lumə”, səh. 32; “əl-İqtisad fil-itiqad”, səh. 41-46; “əl-Mətalibul-aliyyə”, c. 2, səh. 81-
87.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
8
Allah üçün hər işin mümkün olduğuna inanırlar, hətta insana
bacarmadığını yükləsə belə. Ondan sadir olan hər əməl gözəldir
16
.
Əşəri məzhəbinin təkamülü
Əşəri düşünə meydanına elə bir zamanda qədəm qoydu ki, onun
etiqadlarını qəbul etmək üçün ictimai-mədəni şərait tam hazır idi. Digər
tərəfdən mötəzililərin öz qızıl dövründə kəskin mövqe sərgiləməsi
müqəddəs qəzəbləri oyatmış, ümumi əhalinin qəzəbini də öz ardınca
gətirmişdi. Belə bir şəraitdə Əşairə, Maturidiyyə və Təhavinin meydana
gəlməsi müsbət qarşılandı. Əşəri öz düşüncələrini İbn Hənbəl görüşlərinin
davamı sayırdı. O, bu xüsusda deyirdi: “Etiqad bəslədiyimiz din Allahın
kitabı, Peyğəbərimizin (s) sünnəsi və böyüklərdən, yəni səhabə, tabein və
hədis öndərlərindən nəql edilənlərdir. Biz bundan yapışmışıq. Və Əbu
Abdullah Əhməd ibn Məhəmməd ibn Hənbəlin... dediklərinə inanır, onun
əqidəsinə zidd olanlara qarşıyıq”
17
. Hənbəlilərin ona tərəddüd etməsinə
rəğmən, bu görüş o dövrün alim və fəqihləri tərəfindən müsbət qarşılandı
və təsdiqləndi.
Məlum olduğu kimi Əşəri təfəkkürünün yayılması və sonralar Əhli-sünnə
məzhəbi adı alması münbit zəmindən əlavə, iki cərəyana borcludur:
a)
İki ayrı sahə üzrə bu məzhəbi gücləndirən bir qrup həmfikir alim və
ya Əşəri təfəkkürü tərəfdarlarına:
-
Alimlərin bir hissəsi məzhəb xaricindən onu gücləndirir, xalqı
Əşəriliyə dəvət edirdilər. Nümunə üçün, Əbu İshaq Şirazi (vəfatı:
476 h.q.) fitva vermişdi ki, Əşərilər Əhli-sünnənin dostları və
şəriətin köməkləridir. Belə ki, bidətçi, qədəri və rafizinin
rəddindən ötrü meydana gəlmişdi. Kim onları diqqətə almasa,
Əhli-sünnəni xırda tutmuşdur
18
.
-
Digər bir hissəsi isə məzhəb daxilindən Əşəri təfəkkürünün
prinsiplərini gücləndirməklə məşğul idi; onları təkmilləşdirir və
başqalarına çatdırırdılar.
b)
Əşərinin dünyaya gəlməsindən və Əşəri təfəkkürünün yayılmasından
öncə qurulan hökumətin əməli təsdiqinə.
16
İmkandan artıq təklifin dərəcələri haqqında bilmək üçün müraciət edin: “Şərhul-
məvaqif”, c. 8, səh. 200-202.
17
İbrahim Həsən, “Tarixul-İslam”, c. 2, səh. 162-163.
18
“İslam təriqətləri tarixi,” c. 1, səh. 237.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
9
Əşərinin doğumundan on iki il öncə Mütəvəkkil Abbasinin taxta
çıxması ilə xalq Mötəzilə ilə həmrəy və əməkdaş olmaqdan
çəkinməyə başladı.
Əşərinin kəlami böyükləri
Bu hissədə Əşairənin məşhur kəlamçılarının bir neçəsini – hansı ki,
məzhəb banisindən sonra Əşəri kəlamının təkmilləşməsi və rəvacı
istiqamətində mühüm rol oynamışdılar – müxtəsər formada qeyd edirik:
1.
Qazi Əbu Bəkr Məhəmməd ibn Təyyib Baqilani (vəfatı: 403 h.q.):
Bəsrədə
dünyaya gəlmiş və Bağdadda vəfat etmişdir. Əşəri kəlamçılarının
öndərlərindəndir. Belə ki, Əşairə məktəbinin yayılmasında olmazın
xidmətlər göstərmişdir. İbn Xəldun onun barəsində deyir: “Əşairənin
kəlami məktəbinə rəhbərlik edirdi. Onda islahatlar apardı və kəlami
sübutların əsaslandırıla biləcəyi əqli müqəddimələr yaratdı... lakin
onlar fəlsəfi elmlərə bənzədiyi üçün (əşəri) kəlamçıları tərəfindən
müsbət qarşılanmadı
19
. Baqilanın çoxl təlifi olduğunu desələr də
hazırda mövcud olanları bunlardır: “İcazul-Quran”, “Təmhidul-əvail
və təlxisul-dəlail” və “əl-İnsaf fi əsbabil xilaf”.
2.
Əbdul Məlik Cüvəyni (vəfatı: 478 h.q.):
“İmamul-hərəmeyn”kimi
məşhurdur. Cüvəyni Nişapurda dünyaya gəlmiş, elə orada da, dini
təhsil almağa başlamışdır. Şafiinin fiqhində və Əşərinin kəlamında
müctəhid və nəzər sahibi oldu. O, cəbr və ixtiyar məsələsində Əşəri
nəzəriyyəsinə qarşı çıxaraq, ixtiyar nəzəriyyəsini irarxik və şaquli
səbəblər əsasında təhlil etmişdir. Buna görə də Şəhristani demişdir:
“O, bu nəzəriyyəni ilahi hikmət sahiblərindən iqtibas etmiş və kəlam
örtüyü altında dilə gətirmişdir”
20
.
Cüvəyninin kəlam sahəsində ən məşhur iki təlifi – “əş-Şamil fi
usulid-din” və “əl-İrşad fi usulid-din” kitablarıdır.
3.
İmam Məhəmməd Qəzali (vəfatı: 505 h.q.):
Hicri tarixlə 450-ci ildə Tus
ətrafında dünyaya gəlib. Dini təhsil almaqdan ötrü Nişapura yollana
Qəzali “İmamul-hərəmeyn”i tanıyandan sonra onun şagirdi olur.
Sonra Nizamul-Məliklə münasibət yaradır və 484-cü ildə Bağdadın
Nizamiyyə universitetinin ustadı seçilir. O, həyatının otuz altıncı
ilində dərin fikri və ruhi böhranla üzləşir. Bu üzdən tədris kürsüsü və
19
“İbn Xəldunun müqəddiməsi”, səh. 465.
20
“əl-Miləl vən-nihəl”, c. 1, səh. 99.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
10
ailə mühitini tərk edərək, on il müddətində İslam şəhərlərini
təkbaşına gəzib dolaşır. Bütün vaxtını təfəkkürə, sufi sayağı ruhi
riyazətlərə sərf etdi. Qəzali bu müddətdə ən məşhur kitablarını,
xüsusilə “İhyau ulumid-din”i qələmə aldı. Nəhayət, 499-cu ildə
səfərdən dönüb Nişapura, tədris etdiyi Nizamiyyət mədrəsəsinə
qayıtdı
21
. Amma iki ildən sonra növbəti dəfə tədrisi tərk edərək, Tusa
yollandı və 505-ci ildə doğulduğu vətənində vəfat etdi. Qəzalinin
kəlam elmi xüsusunda iki ziddiyyətli nəzəri vardır: bir yerdə
afətlərindən dolayı bu elmlə məşğul olmağı qadağan edir və yalnız iki
dəstəyə - qəlbində şübhə yaranan və nəsihətli, adi sözlərə və eləcə
də Allah Rəsulundan (s) nəql edilən xəbərlərlə toxtamayan, bir də
dini şübhəyə düçar olmayıb, lakin kəlam elmini öyrənib şübhəyə
düşmüşə çarə etmək istəyən şəxslərə - kəlamı oxumağa icazə verir.
Başqa yerdə isə kəlamı tərifləyir və onu öyrənməyi vacib bilərək,
deyir: “Tövhid elmi elmlərin ən əşrəfi, ən gözəli və ən kamilidir. Bu
elm zəruri və təhsili – şəriət sahibinin: “Elm öyrənmək bütün
müsəlmanlara vacibdir” dediyi kimi – əqli baxımdan hamıya
vacibdir”
22
. Bu iki nəzəri bir yerə yığmaq istəsək, birincisi o dövrdə
rəvac tapmış topik arqumentlərə əsaslanan kəlami metodlara,
ikincisi kəlam elminin özünə aiddir.
4.
Fəxrəddin Razi (vəfatı: 606 h.q.):
Əşairə məktəbinin təfəkkürünü
darma-dağın edən məşhur əşəri kəlamçılarındandır. O, fəlsəfə,
kəlam, məntiq, əxlaq, usuli-fiqh, fiqh, riyaziyyat, astronomiya, tibb və
s. kimi müxtəlif əqli və nəqli elm ixtisasları üzrə təhsil almış,
tədqiqatlar aparmış və əsərlər yazmışdır. Bunların arasında kəlam
elminə dair əsərləri daha zəngindir. Razinin məşhur kəlami
əsərlərindən bəziləri bunlardır: 1. “əl-Ərbəin fi usulid-din”; 2.
“Əsasut-təqdis” (Təsisut-təqdis); 3. “Şərhu Əsmaillahil-husna”; 4.
“Muhəssilu əfkaril-mütəqəddimin vəl-mutəxxirin”; 5. “əl-Mətalibul-
aliyə”.
Fəxrəddin Razi qayda və prinsiplərdə əşəri məktəbinə tabe olsa
da, amma öz arqumentlərində məntiq və fəlsəfədən yararlanırdı. Bu
baxımdan Əşairə kəlamını dəyişdi və ona güc verdi.
21
Müraciət edin: “İslam fəlsəfəsinin tarixi”, səh. 242-244; “İslam dünyasının fəlsəfə tarixi”,
c. 2, səh. 518-521.
22
“İslam dünyasının fəlsəfə tarixi”, c. 4, səh. 541.
------------------------------------------------------------------------------------ İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
11
5.
Əbdul Kərim Şəhristani (vəfatı: 548):
O, hicri tarixlə 479-cu ildə
Xorasanda yerləşən “Şəhristan”da dünyaya gəldi. Şəhristani məşhur
“əl-Miləl vən-nihəl” kitabının müəllifidir. İslam məzhəbləri və
təriqətləri mövzusunda bu təlif ən məşhur kitablardandır. O da, əşəri
kəlamının nəzər sahiblərindən olmuş və “Nihayətul-iqdam fi ilmil-
kəlam” əsərini bu xüsusda təlif etmişdir.
ARDI VAR...
Dostları ilə paylaş: |