Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsi
Şöbə müdiri:
Rzayev Mazahir Yəhya oğlu, proqram rəhbəri
15.09.1942-ci ildə anadan olmuşdur. 1960-1965-ci illər ərzində Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunun aqronomluqfakultəsini bitirməklə “alim-aqronom” ixtisasını
almışdır.1969-1972-ci illər aspirant olub və elə həmin ildən də elmi fəaliyyətə
başlamışdır.
Rzayev M.Y. 1975-ci ildə “Kirovabad-Qazax bölgəsində kövşənlikdə yem
bitkilərinin becərilmə aqrtexnikası” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə
edərək k/t elmləri namizədi elmi dərəcəsialmışdır. 86 elmi əsərin müəllifidir.
Hal-hazırda “Respublikanın bölgələri üzrə tarla bitkilərinin becərilməsinin və
torpaq münbitliyinin idarə olunmasının elmi və praktiki əsaslarının öyrənilməsi”
mövzusu üzərində işləyir.
E-mail:
mazahir.rzayevekinci@inbox.ru
Şöbədə çalışan elmi əməkdaşlar:
Dünyamalıyev Sevindik Əbil oğlu – aparıcı elmi işçi, proqram rəhbəri
02.03.1955-ci ildə anadan olmuşdur. 1973-1978ci illərdə ADU-nin Biologiya
fakultəsini bitirmiş və təyinatla İnstitutda əmək fəaliyyətinə başlamışdır. 1988-ci ildə
“Aqrokimya” ixtisası üzrə “Üzvi, mineral gübrələrin və herbisidin qarğıdalı bitkisinin
məhsuldarlığına və torpağın münbitliyinə təsiri” mövzusunda dissertasiya işini
müdafiə edərək Kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. 35 elmi
əsərin və 1 sortun müəllifidir.
Abbasov Bəhlul Hüseyn oğlu - aparıcı elmi işçi
04.10.1934-cü ildə Naxçıvan MR-də anadan olumuşdur. 1953-1958-ci illərdə Gəncə
Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakultəsini bitirmişdir. 1961-1966-cı
illərdə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda "Tütün bitkisinin əkin
müddətinin və qida sahəsinin bioloji və təsərrüfat xüsusiyyətlərinə təsiri" adlı
dissertasiya mövzusunu müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi
almışdır.
B.Abbasov120 elmi əsərin, 6 tütün sortunun müəllifidir. Bu sortlar respublikanın
ümumi tütün əkini sahəsinin 70-75 faizini təşkil edir.
Abdullayeva Zahidə Məmmədrza qızı - aparıcı elmi işçi
30.09.1949-cu ildə anadan olmuşdur. 1967-1972-ci illərdə Azərbaycan Polotexnik
İnstitutunun “Hidrotexnika mühəndisi” ixtisasını bitirmişdir. 1973-cü ildən İnstitutda
əmək fəaliyyətinə başlamışdır. 1988-ci ildə “Abşeron şəraitində suvarma rejimi,
suvarma üsulları
və gübrə normalarının kövşənlikdə becərilən soyanın
məhsuldarlığına təsiri” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edərək
“Kənd təsərrüfatı” elmləri namizədi elmi dərəcəsi almışdır. 33 elmi əsərin müəllifidir.
Hazırda “Suvarma şəraitində müxtəlif bitkilərdən ibarət qısa rotasiyalı növbəli və
fasiləsiz əkinlərin torpağın bəzi münbitlik elementlərinə və bitkilərin məhsuldarlığına
təsirinin öyrənilməsi”nə dair elmi tədqiqat işi aparır.
Quliyeva Səhnə Allahverdi qızı - böyük elmi işçi
1961-ci ildə anadan olmuşdur. 1980-1984-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunu bitirərək “alim-aqronom” ixtisasını bitirmişdir. Bitirdikdən sonra
Az.ETƏİ-da işə başlamışdır. Dissertasiya işini yekunlaşdırmışdır. 12 elmi əsərin
müəllifidir. “Şəki-Zaqatala bölgəsində ətirli və yarımətirli tütün sortlarının əsas
əkində və arpadan sonra bioloji və təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi” mövzusu
üzrə dissertasiya işiüzərində işləyir.
Zamanova Rəhminə Məməş qızı - böyük elmi işçi
20.05.1966-cı ildə anadan olmuşdur. 1984-1989-cu illərdə Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunun Meyvə-Tərəvəzçilik və Üzümçülük fakultəsini bitirmişdir. 7
elmi məqalənin müəllifidir.
Hazırda “Mineral və üzvi gübrələrnin fonunda yem çuğunduru bitkisinin
məhsuldarlığına fizioloji aktiv maddənin təsiri xüsusiyyətləri” mövzusunda
dissertasiya işi üzərində işləyir.
İslamzadə Tarıverdi Allahverdi oğlu - kiçik elmi işçi
28.09.1990-cı ildə anadan olmuşdur. Mingəçevir Politexnik İnstitutunda təhsil
aldıqdan sonra, Sumqayıt Dövlət Universitetində magistraturanı bitirmişdir.
Hazırda “Lənkəran-Astara bölgəsində çəltik sortlarının əsas becərilmə üsullarının
tədqiqi” mövzusunda tədqiqat işi aparır.
Kazımov Qabil Adil oğlu - böyük elmi işçi
29.05.1963-cü ildə anadan olmuşdur. 1981-1986-cı illərdə Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunun bitirərək alim-aqronom ixtisasını almışdır.
Hazırda yem bitkilərinin becərilmə texnologiyası üzrə geniş elmi tədqiqat işləri
aparır. 18 elmi məqalənin müəllifidir.
Seyidov Nəriman Mustafa oğlu - elmi işçi
13.03.1941-ci ildə anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun
bitirmişdir. “Alim-aqronomdur”dur. Hazırda yem bitkilərinin qarışıq səpinlərinin
becərilməsi, mineral gübrələrin məhsuldarlığa və məhsulun keyfiyyətinə təsirinin
öyrənilməsi ilə məşğuldur.
Feyzullayev Hüseyn Mirzağa oğlu –kiçik elmi işçi
25.11.1991-ci ildə Cəlilabad şəhərində anadan olmuşdur. 1998 - 2009-cu illər
ərzində Cəlilabad şəhər, Z. Əliyeva adına 7 nömrəli orta məktəbdə təhsil almışdır.
2009 - 2013-ci illər Azərbaycan Dövlət Aqrar Universitetinin “Torpaqşünaslıq və
aqrokimya” ixtisasını bitirmişdir. 2013-2014-cü illər hərbi xidmətdə olmuşam.
2014-2016-cı illərdə Bakı Dövlət Universitetinin “Torpaqların ekoloji monitorinqi
və qorunması” magistr ixtisasına yiyələnmişdir. Azərbaycan Torpaqşünaslar
cəmiyyətinin üzvüdür. Hal-hazırda Əkinçilik ET İnstitutunun “Davamlı əkinçilik və
bitki diversifikasiyasi” şöbəsində kiçik elmi işçi vəzifəsində çalışır. “Cənubi
Muğan bölgəsində dəmyə şəraitində qısa rotasiyalı əkin dövriyəsinin torpağın
aqrofiziki xassələrinə və bitki məhsuldarlığına təsirinin öyrənilməsi” dissertasiya
mövzusu üzrə iş aparır.
Şöbənin fəaliyyət istiqamətləri:
Şöbə müxtəlif adlarlarda 1950-ci ildən fəaliyyət göstərir. Bu gün şöbə yeni
strukturadakı fəaliyyətinə institutun mödernləşdirilməsi proqramına Aqrar Elm
Mərkəzinin 03 saylı 29 mart 2009-cu il və Əkinçilik İnstitutunun 7/ş saylı 31 mart
2009-cu il tarixli əmrlərinə əsasən başlamışdır. Şöbədə 14 nəfər çalışır ki, onun da
10-u elmi işçidir. Bunlardan 4-ü aqrar elmləri üzrə fəlsəfə doktorudur. Şöbəyə aqrar
elmləri üzrə fəlsəfə doktoru, dosent Rzayev Məzahir Yahya oğlu rəhbərlik edir.
Şöbənin yarandığı ilk günlərdə elmi-tətqiqat işləri əsasən çoxillik və birillik paxlalı
və taxıl bitkiləri ilə aparılmışdır. Ilk dəfə olaraq pambıq yığımından sonra payızlıq
buğdanın əkini üzrə geniş miqyaslı istehsalat təcrübələri həyata keçirilmişdir. Pambıq
sələfindən sonra payızlıq buğdanın məhsuldarlığı 40% artması müəyyən olunmuşdur.
Respublikanın müxtəlif torpaq-iqlim şəraitlərində eyni sahədən ildə iki dəfə
məhsulun alınması imkanları və onun aqrotexniki əsasları, qarğıdalının paxlalı
bitkilərlə qarışıq əkinlərinin əhəmiyyəti və s. öyrənilmişdir. Həmçinin Şəki-Zaqatala
bölgəsində perspektivli sortların becərilməsi texnologiyası, qarğıdalı üçün minimal
torpaq becərmələri, səpin müddətləri, üsulları və normaları, tütün və dənli bitkilərdən
ibarət əkin dövriyyəsində herbisidlərin tətbiq olunma sistemləri də öyrənilmişdir.
Suvarma şəraitində payızlıq buğdada məhsulun əsas amillərinin (becərmə
texnologiyası, mineral qidalanma, fotosintez, suvarma rejimi) proqramlaşdırılması
üzrə geniş miqyaslı tədqiqatlar aparılmışdır.
Şəkidə Dağlıq Şirvanın quraqdəmyə şəraitində torpaq becərməsinin və torpaq
qoruyucu texnologiyanın yeni sistemləri tətbiq edilmişdir. Respublikanın müxtəlif
bölgələri üçün yeni təkmilləşdirilmiş əkin dövriyyəsi sxemləri işlənib hazırlanmışdır.
Bu gün şöbə müasir texnologiyaları tətbiq etməklə suvarmada dəmyə əkinçilikdə
bitkilərin məhsuldarlığının və keyfiyyətinin artırılması istiqamətində aşağıdakı
tədqiqat işlərinin aparılmasını nəzərdə tutmuşdur:
təsərrüfat gəlirlərinin artırılmasına xidmət edən bitkilərin diversifikasiyası, təbii
ehtiyatların davamlı istifadəsi və konservasiyasi;
torpaq becərmələrinin sayının azaldılması, sıfır becərmə, torpağın mühafizəsi –
münbitliyinin qorunması və eroziya məsələləri;
tirə əkinləri, quraq və suvarılan ərazilərdə sudn istifadənin səmərəliliyinin
artırılması;
zərərvericilərin inteqrə olunmuş idarəsi;
ətraf mühitə zərər vurmayan əkinçilik təcrübəsindən istifadə və istehsalat
vasitələrinin istifadəsinin optimallaşdırılması və s.
Təbii ehtiyatlardan istifadə
Əkinçilikdə təbii ehtiyatlar aşağıda göstərilənlər hesab olunur:
- Torpaq fondu
- Suvarma suyu
- İllik səmərəli temperatur
- İllik və vegetasiya dövründə düşən yağmurlar
Torpaqdan istifadə zamanı onun təbii münbitliyi aşağı düşməməlidir. Bunun
üçün bitkilərin torpaqdan apardıqları qida maddələri müxtəlif formalarda torpağa
qaytarılmalıdır ki, buna əkinçilikdə qida maddələrinin qaytarılması qanunu
deyilir. Torpaqdan aparılan və torpağa qaytarılan qida maddələrinin nisbəti balans
üsulu ilə müəyyən edilir.Qida maddələrinin balansı müsbət olduqda torpağın təbii
münbitliyinə xələl gəlmir.
Qlobal istiləşmə ilə əlaqədar su çatışmazlığı nəzərə alınaraq suvarma suyundan
qənaətlə istifadə olunmalıdır. Bunun üçün əkinçilikdə suvarma suyuna qənaətedici
texnologiyalar tətbi qolunur. Dənli bitkilərdə tirəli səpin texnologiyasının tətbiqi
nəticəsində suvarma suyuna 30-40% qənaət olunur. Kənd təsərrüfatı bitkilərinin
damcı üsulu ilə suvarılması sudan istifadənin ən səmərəli formasıdır. Təbii
temperature rejimindən səmərəli istifadə etmək məqsədilə eyni əkin sahəsindən bir
ildə 2 və daha çox məhsul alınması üçün aralıq, təkrar, kövşən
səpinləri sıxlaşdırılmış və qarışıq səpinlərdən istifadə olunur. Quraq dəmyə
şəraitində illik yağmurların miqdarının az olması əksər illərdə kənd təsərrüfatı
bitkilərindən məhsuldarlığını kəskin şəkildə aşağı salır. Ona görə də bu şəraitdə
torpaqbecərmə sistemləri nəmliyin toplanmasına və buxarlanıb itməməsinə xidmət
etməlidir. Quraq dəmyə şəraitində illik yağmurlardan səmərəli istifadə edilməsinin
(torpaqda toplanmasının) ən əlverişli üsülu isə qara heriklərin tətbiqidir.
Ekoloji əkinçilik
Mineral gübrələrdən və kimyəvi zəhərlərdən istifadə məhsulun keyfiyyətinə, ətraf
mühitə və canlı orqanizimlərə ekoloji təhlükə yaradir. Bu təhlükənin yaranmaması
üçün üzvi-bioloji (ekoloji) əkinçilik sistemlərinə geniş yer verilməlidir.
Ekoloji əkinçiliyin əsas elementləri aşağıdakılardır:
- Əkinçilikdə diversifikasiya yolu ilə bioloji müxtəlifliyin yaradılması.
- Çoxillik paxlalı bitkiləri (yonca, xaşa) əkin dövriyyəsinə daxil etməklə ot tarlalı
növbəli əkinlərin tətbqi.
- Bioloji humusdan, peyindən, yaşıl gübrələrdən, bitki və kövşən qalıqlarından
geniş istifadə edilməsi.
- Xəstəliklərə qarşı davamlı bitki sortlarının tətbiqi.
- Alaqlara qarşı aqrotexniki mübarizəyə üstünlük verilməsi.
Bunların əsasında ekoloji təhlükəsizlik texnologiyaları işlənib hazırlanır.
Dostları ilə paylaş: |