Pasportu Ümum müddəalar Marşrutun adı və növü: “Xaçmaza gələrsiz-görərsiz” Kim üçün nəzərdə tutulub



Yüklə 64,29 Kb.
tarix02.06.2018
ölçüsü64,29 Kb.
#47356

Xaçmaz rayonu üzrə turizm marşrutunun

Pasportu
Ümum müddəalar

1.1. Marşrutun adı və növü: “Xaçmaza gələrsiz-görərsiz”

1.2. Kim üçün nəzərdə tutulub: tarix və mədəniyyət abidələri ilə, ovçuluqla, dağçılıqla, azsaylı xalqların yaşayışı ilə, təbiətlə, nadir heyvan və quşlarla maraqlanan turistlər üçün.

1.3. Qrupun optimal sayı (nəfər): minimum 4-6 nəfər maksimum 20-25 nəfər.

1.4. Marşrutun müddəti (günlə): 2-4 gün.

1.5. Marşrutun məsafəsi (km): Bakı - Yalama 160-200 km.

1.6. Marşrutun çətinlik dərəcəsi (I-IV): İ

1.7. Marşrutun mövsümü: (bütün il boyu ).

1.8. İstifadə olunacaq nəqliyyat növü: avtobus, avtomobil.

1.9. Marşrut üzrə hərəkət üsulu (maşın, piyada, atla, qayıqla, velosiped).

Birinci gün

  • Bakıdan Xaçmaza avtobus və avtomobillə yola düşmə.

  • Xaçmazın girişində qarşılanma

  • Xaçmaz daxilində tarix və mədəniyyət abidələri və görməli yerlərlə tanışlıq

  • Nahar (günorta yeməyi)

  • Xaçmaz ilə tanışlığa davam

  • Tur proqrama daxil olan kəndə səfər (Qaraqutlu,Niyazabad,Şixlar,Muqtədir və Nabran)

  • Kənddə şam yeməyi

İkinci gün

  • Kənddə səhər yeməyi

  • Kənd ilə tanışlıq, ətraf ərazilərə səfər

  • Xaçmaza dönüş

  • Nahar yeməyi

  • Xaçmaz Turizm İnformasiya Mərkəzi tərəfindən təyyin olmuş oteldə qalma

  • Bakıya yola düşmə

1.10. Yaşayış və yerləşmə şəraiti: Xaçmazda otel və Nabranda teyin olunmuş istirahət Mərkəzi

1.12. Marşrut boyu qidalanma: restoran və piknik

1.13. Əsas ekskursiya məntəqələri: (yerləşdiyi ərazini və ünvanı göstərməklə):


  • ÇƏNLİBEL mədəniyyət və istirahət parkı.- Xaçmaz şəh. (Bakı-Xaçmaz yolu) (Bakı posdpekti)

  • Bayraq muzeyi - Xaçmaz şəh. (Bakı-Xaçmaz yolu) (Bakı posdpekti)

  • Heydər Əliyev adına Mədəniyyət Mərkəzi - Xaçmaz şəh. Heydər Əliyev adına mədəniyyət və istirahət parkı.(N.Nərimaov küç)

  • Əziz Əlyev muzeyi- Xaçmaz şəh (N.Nərimaov küç)

  • Şəxsiyyətlər muzeyi, - Xaçmaz şəh. (Heydər Əliyev küç)

  • Tarix Diyarşünaslıq muzeyi - Xaçmaz şəh. (Heydər Əliyev küç)

  • Rəsm Qalereyası,- Xaçmaz şəh. (Heydər Əliyev küç)

  • XX əsrin əvvəllərində (1900-1903-cu illər) tikilmiş dəmir yol stansiyası və su qulləsi - Xaçmaz şəh.(Vaqzal küç)

  • Fəvvarələr meydanı- Xaçmaz şəh. (H.Z.Taqiyev küçəsi)

  • Xalqlar dostluğu muzeyi - Xaçmaz şəh. (H.Z.Taqiyev küçəsi)

  • Usaq əyləncə parkı - Xaçmaz şəh. (H.Z.Taqiyev küçəsi)

  • Zərifə Əliyeva adına muzey (H.Z.Taqiyev küçəsi)

  • İlham bulaqı- Xaçmaz şəh.(Bakı-Xaçmaz yolu)-(Bakı posdpekti)

  • Heydər bulaqı- Xaçmaz şəh. (Bakı-Xaçmaz yolu)

  • Qaraqurtlu kəndində XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi - Xaçmaz şəh. Qaraqurtlu kəndi

  • Şixlar kəndində Şeyx Yusif məscidi (XV esr) - Xaçmaz şəh. Şıxlar kəndi

  • Vələmir pri-- Xaçmaz şəh. Müqtədir kəndi

  • Gulalan gölü-Gülalan kəndi

  • Böyuk mesenat Haci Zeynalabdin Tagiyevin vesaitinə 1900-1913-cu illerdə tikilmiş Şollar su anbari və su kəməri-Şollar kəndi

  • İstirahət Mərkəzləri-Nabran kəndləri ərazisinə

1.14. Bələdçilərin sayı: turistlərin sayından asılı olaraq 1-3 nəfər.

1.15. Əsas xidmət xərcləri (nəqliyyat xərcləri, qidalanma, yerləşmə və s.): turistlərin sayından asılı olaraq müəyyən olunur.

1.16. Yaşayış məntəqələri və yol şəbəkələri də daxil olmaqla marşrut boyu əsas məntəqələr: Bakı-Xaçmaz yolu boyunca əsas yaşayış məntəqələri :

  • Xızı rayonu

  • Siyəzən rayonu

  • Şabran rayonu


4.jpg

Tarixi

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonu 1930-cu ildə yaradılmışdır. Xaçmaz 1936-1937-ci illərdə şəhər tipli qəsəbə olmuşdur. 1963-cü ildə Xaçmaz rayonu ləğv edilib, ərazisi Quba və Qusar rayonlarına verilmişdir. 1965-ci ildə rayon yenidən bərpa edilmişdir.



xacmaz.jpg

Belə güman edirlər ki, Xaçmaz adı vaxtilə bu ərazidə yaşamış və mübariz Hunn qəbilələri birliyinə daxil olmuş xaçmataka (xeçmatek) qəbiləsinin adından əmələ gəlmişdir. Sonradan bu ad transformasiyaya uğramışdır. VII əsrin ortalarından başlayaraq, mənbələrdə Xaçmaz şəklində rast gəlinir. Maraqlıdır ki, VII əsrin ikinci yarısında bu qəbilənin bir hissəsi indiki Oğuz rayonu ərazisinə köçub getmiş və orada Xaçmaz adlı kənd və eyni adlı qala tikmişlər.

Vaxtilə Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərin üzərinə hərbi yürüşlər və basqınlar etmiş işğalçıların yolu Xaçmaz ərazisindən keçmişdir. Eramızdan əvvəl VIII-VI əsrlərdə tikilmiş məşhur Bab əl Əbvab (ərəbcədən "Qapıların Qapısı", Dərbənd qapıları) istehkamları bu işğalçıların yolunda dəf edilə bilməyəcək bir maneə kimi dayanmışdır. V əsrdə Sasani padşahı Yezdigərdin dövründə Dərbənd aşırımında işğalçıların qarşısını almaq üçün möhtəşəm daş sədd tikilmişdir. Bu hərbi istehkamlar sistemini dəf etməyə müvəffəq olanlar dərhal Azərbaycanın bərəkətli torpağına düşürdü. Skiflər, alanlar, xəzərlər, səvirlər və digər qəbilələr Azərbaycan ərazisinə bu yolla keçmişdilər.

Rayonda 1999-cu ildə ilk bələdiyyə seçkiləri zamanı 61 bələdiyyə təşkil edilmiş, 2004-cü ilin seçkiləri zamanı isə bələdiyyələrin sayı 70 olmuşdur. 2004-cü ildə 2 şəhər, 2 qəsəbə və 66 kənd bələdiyyəsinə 572 nəfər üzv seçilmişdir. 2004-cü ildə Rusiya və Azərbaycan arasındakı hökumətlərarası razılaşmaya əsasən Rusiyaya əvvəllər icarəyə verilmiş iki kənd, Xraxoba və Uryanoba kəndləri Xaçmaz rayonunun tərkibinə qaytarılmışdır.


Coğrafi mövqeyi


Xaçmaz rayon Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Samur-Dəvəçi ovalığının bir hissəsi bu rayonun ərazisinə aiddir. Xaçmaz rayonu şimaldan Rusiya Federasiyası, qərbdən Qusar və Quba rayonları, cənubdan Şabran rayonu, şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Rayonun dəniz sərhəddi 70 km, Rusiya ilə sərhəddi 14 km təşkil edir. Rayon ərazisindən magistral avtomobil yolu və Bakı-Moskva dəmir yolu keçir.

503987_002.jpg18512888_805502132932740_7540731634148966400_n.jpg


Təbiəti


Rayon ərazisinin 20.800 hektarı meşələrlə örtülmüşdür. Burada 8 çay, 3 süni göl var. Rayonun florasında itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir. Sahil suları balıqla (külmə, kilkə, şamayı və s.) zəngindir. Termal və mineral su bulaqları vardır. Xaçmazda ovçuluq və balıqçılıq uçun yaxşı şərait var, Ovçular Cəmiyyəti fəaliyyət gostərir. "Gülalan gölu" qoruğu bu Cəmiyyətin nəzdindədir.

643693_431869.jpg

İqlimi

Xaçmaz rayonu üçün yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi səciyyəvidir. Yanvarda orta temperatur 1-2 °C, iyulda 23-24 °C-dir. İllik yağıntıların miqdarı 300–400 mm-dir. Azərbaycanda çox populyar olan Nabran istirahət zonası Xaçmaz rayonunun ərazisindədir.


İqtisadi xarakteristikası


Xaçmaz rayonu Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. 2003-cü ilə nisbətdə 2010-cu ildə rayonda ümumi məhsul buraxılışı 3,3 dəfə artaraq 300209,9 min manata, sənaye məhsulu 6,9 dəfə artaraq 32300 min manata, kənd təsərrüfatı məhsulu istehsalı 2 dəfə artaraq 138776,9 min manata, əsas kapitala investisiyalar 12 dəfə artaraq 45729,6 min manata, pərakəndə əmtəə dövriyyəsi 5,2 dəfə artaraq 205939 min manata, pullu xidmətlərin həcmi 8,6 dəfə artaraq 41554,5 min manata çatmışdır. Yerli büdcənin gəlirləri 912,5 min manatdan 8523,9 manata, xərcləri 4239,7 min manatdan 23717,7 min manata yüksəlmişdir. Bu dövr ərzində adambaşına pul gəlirləri 3,3 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə artmışdır. 2003-2011-ci illərdə rayonda 15337 yeni iş yeri açılmışdır ki, bunun da 7749-u daimi iş yerləridir._azpressaz_pomidor_saglamliq_qida_keyfiyyet_.jpg

1 iyul 2011-ci il tarixə olan məlumata görə rayonda ümumi məsul buraxılışı 109,6 milyon manat, sənaye məhsulunun ümumi həcmi 16,9 milyon manat, kənd təsərrüfatı məhsulunun həcmi 30,4 milyon manat təşkil etmişdir. Yarım il ərzində pərakəndə əmtəə dövriyyəsi 98,8 milyon manat, pullu xidmətlərin həcmi 19,1 milyon manat, əsas kapitala investisiyalar 30,2 milyon manat olmuşdur. Rayonun təsərrüfatlarında 5269 hektar sahədən 12429 ton taxıl (hər hektardan 23,6 sentner olmaqla), 2587 ton kartof, 10008 ton tərəvəz, 1613 ton meyvə yığılmışdır. 6 ayda 4114 ton ət (diri çəkidə), 18388 ton süd, 9,6 milyon ədəd yumurta, 174 ton yun istehsal olunmuşdur.[5]1499184063358519956_1000x669.jpg


Mədəniyyət, təhsil və səhiyyə müəssisələri


Xaçmazda 122 ümumtəhsil məktəbi, 24 məktəbəqədər uşaq müəssisəsi fəaliyyət göstərir. Rayonda ənənəvi xalq sənətlərindən xalçaçılıq daha geniş inkişaf etmişdir. Xaçmaz litseyində xalçaşunaslıq fakültəsi mövcuddur. Xaçmaz rayonunda mədəniyyət obyektlərinin çox geniş şəbəkəsi fəaliyyət göstərir. 13 mədəniyyət evi, 102 kitabxana, 44 klub, 3 musiqi məktəbi, mədəniyyət və istirahət parkı və s. rayon əhalisinə xidmət göstərir. Bundan başqa Rayonda 91 səhiyyə müəssisəsi, 2 özəl tibb klinikası var.

4477884.jpg503987_002.jpg

Son illər Xaçmaz və Xudat şəhər Mədəniyyət evləri, rayon Tarix-Diyarşünaslıq muzeyi əsaslı təmir edilmiş, Heydər Əliyev Mərkəzi və onun Xudat şəhərində və sərhədyanı Yalama kəndində filialları yaradılmışdır. Xaçmaz şəhərində Azərbaycan ədəbiyyatı, incəsənəti və elminin 40 nəfər dahi şəxsiyyətinin abidələrinin ucaldıldığı açıq səma altında Şəxsiyyətlər muzeyi fəaliyyət göstərir. Eləcədə rayonda Xalqlar Dostluğu muzeyi, Əziz Əliyev və akademik Zərifə Əliyeva muzeyləri, Rəsm Qalareyası yaradılmışdır. Hazırda Xalça Muzeyi üçün iki mərtəbəli əzəmətli binanın tikintisi başa çatmaq üzrədir.



503987.jpg

Xaçmaz şəhərinin əzəmətli Giriş qapısı, Qoşa qapı kompleksi, 4 ölkənin vaxtını göstərən Saatlar qülləsi, Heydər Bulağı və İlham Bulağı kompleksləri, Avropa üslubunda tikilmiş Heydər Əliyev prospektinin girişi, Koroğlunun, Babəkin, Şah İsmayıl Xətainin at üstündə abidələri Xaçmaza xüsusi gözəllik verir. Hazırda “Heydər Bulağı” və “İlham Bulağı” komplekslərini birləşdirən 4 hektar ərazidə müasir üslubda gözəl bir park salınır, burada hündürlüyü 12 metr olan samovar, 100 ədəd fəvvarə, 2 şəlalə, istirahət köşkləri tikilmiş, yaşıllıq zolaqları arasında yeni səkilər salınmışdır. Kompleksdə işlərin yaxın günlərdə başa çatdırılması planlaşdırılır.



xacmazda yoolar-2.jpg xacmazda yoolar.jpg

07 dekabr 2006-cı ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə rayonda Xalça muzeyinin açılışı həyata keçirilmişdir. Açılış zamanı möhtərəm Prezidentimiz 140 m² sahəsi olan bu muzeyin gələcəkdə daha da genişləndirilməsini tövsiyə etmişdir. Cənab Prezidentin bu tövsiyəsini həyata keçirmək məqsədi ilə tərəfimizdən 2011-ci ilin yanvar ayında həmin bina sökülərək, yerində hər mərtəbəsi 1200 m² olmaqla yeni bir bina tikilmişdir. Binanın fasadı üzlük daşla işlənmiş, pəncərələri ağac şəbəkədən hazırlanmış, binanın üzərinə mərmər fiqurlar qoyulmuşdur. Binanın birinci mərtəbəsində Xalça muzeyi, ikinci mərtəbəsində Uşaq və Gənclər kitabxanaları, eləcə də Elektron kitabxana yerləşəcəkdir. Binanın qarşısında Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndələri olan Seyid Əzim Şirvani, Abbas Səhhət, Süleyman Sani Axundov və Abdulla Şaiqin abidələri qoyulmuşdur. Binanın yerləşdiyi Mədəniyyət və istirahət parkının ərazisində yenidənqurma işləri aparılmış, mövcud 4 fəvvarə yenidən qurulmuş, yeni ot örtüyü salınmış, dekorativ ağ və kollar əkilmişdir. Yaxın günlərdə bina açılışa tam hazır vəziyyətdə olacaqdır.06.jpg



Maddi-mədəni irsi

Xaçmazda 60-dan cox tarix və mədəniyyət abidəsi qorunub saxlanmışdır. Rayonun ərazisindəki ən qədim arxeoloji abidələr Sərkərli,  Mollabürhanlı, Hülövlü, Qaracik, Həsənqala kəndlərinin yaxınlığındakı tunc dövrünə aid qədim məskənlər və kurqanlardır. Canaxır, Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məskənləri də bu qəbildəndir. Çoxsaylı tarix və mədəniyyət abidələri var. Moruqoba, Qalağan, Uzunoba, Tağaroba kəndlərində XX əsrdə tikilmiş məscidlər, Qaraqurdlu kəndində XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi, Şıxlar kəndində Şeyx Yusif məscidi (XV əsr) qorunub saxlanılmışdır.515155_2.jpgrest-gallery-679.jpgqaraqurdlu3.jpg



Niyazabad limanı XVI əsrdən Azərbaycanın qonşu ölkələrlə əlaqələrin yaradılmasında mühüm rol oynamışdır. Xaçmaz rayonunun ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tunc dövrünə aid qəbirlər, eləcə də əmək və ov alətləri və məişət muxəlləfatı əşyaları aşkar edilmişdir. Qədim qala-şəhərlərdən biri olan Xudat (Xudat sözünün mənası Allahın neməti deməkdir) Xaçmaz rayonunda yerləşir. XX əsrin əvvəllərində (1900-1903-cu illər) tikilmiş dəmir yol stansiyası və su qülləsi, Hacı Zeynalabdin Tağıyevin vəsaitinə 1900-1913-cü illərdə tikilmiş Şollar su anbarı və su kəməri də maraq doğururlar. Bu tikililər indi də texniki cəhətdən işləkdirlər.1396955656_2-4743.jpgdsc_0010(6).jpgrest-gallery-681.jpg

1427934317_44_menzere.jpg20935.jpg14625237582480656818_1000x669.jpg

khachmaz.jpg
Yüklə 64,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə