Pedaqoji ali məktəb tələblərinin peşə fəaliyyətinə hazırlığının



Yüklə 69,53 Kb.
Pdf görüntüsü
tarix08.12.2017
ölçüsü69,53 Kb.
#14627


 



Ali pedaqoji təhsil sistemində elmi və texnoloji innovasiyalar 



Səriştəli kadr hazırlığının zəruri amili kimi 

 

N.Z.Çələbiyev Azərbaycan Müəllimlər İnstitutunun 

 Şəki filialının elmi işlər üzrə direktor müavini, 

 pedaqogika üzrə fəlsəfə doktoru,dosent 

 

Zamanəmizdə  iqtisadiyyatın  hərbdə  elmin,  səhiyyənin  və  mədəniyyətin,  təhsilin, 

rabitə,  nəqliyyat  habelə  ictimai  həyatın  və  praktikanın  bir  çox  digər  sahələrində  elmi  və 

texnoloji  innovasiyalar  dərindən  nüfuz  etməkdədir.  Nonotexnologiyalar,  “G”  və  “D” 

indeksli  innovativ texnologiyalar surətlə inkişaf edir. 

Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında elmi potensialın və 

innovasiya  fəaliyyətinin  dəstəklənməsi  prioritet  kimi  nəzərdə  tutulmuşdur.  Strateji 

əhəmiyyətli bu sənəddə qeyd olunmuşdur ki, ölkədə “bilik iqtisadiyyatı”nı formalaşdırmaq, 

elm tutumlu texnologiya, məhsul (işlər ,xidmətlər) yaradılmasını sürətləndirmək məqsədilə 

innovasiya  fəaliyyətinin  genişləndirilməsi  əsas  istiqamətlərdən  birini  təşkil  edəcəkdir. 

Konsepsiyada  milli  innovasiya  sisteminin  yaradılması,  elmtutumlu  texnologiyaların 

işlənilməsi və tətbiqi üçün texnologiyaların və innovasiya zonalarının yaradılması nəzərdə 

tutulur. 

“Azərbaycan  2020:  Gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasında,  “Azərbaycanda 

təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda   və artıq qəbul edilmə ərəfəsində olan  “Elm 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  elmin  və  təhsilin  inkişafı,  onlar 

arasında  inteqrasiyanın  gücləndirilməsi,  milli  innovasiya  sistemi  və  texnologiyaların 

inkişafı, ölkə iqtisadiyyatında elm tutumlu sahələrin genişləndirilməsi, texnoloji tərəqqinin 

daha  da  inkişaf  etdirilməsi  dəstəklənir,  resursların  elmin  və  texnologiyaların  inkişafının 

prioritet  istiqamətlərinə  yönəldilməsi,  elmi  tədqiqatların  nəticəyönümlüyü,  perspektiv 

əhəmiyyətli layihə və proqramlara xüsusi önəm verilməsi diqqəti cəlb edir. 

 

Elm  sektorunun  həm  büdcə,  həm  də  büdcədənkənar  vəsaitlər,  o  cümlədən  Elm 



Fondu  vəsaitləri  hesabına  maliyyələşdirilməsi  son  illər  dövlət  siyasətinin  vacib 

sahələrindən biridir. 

 

Yüksək ixtisaslı elmi kadrların hazırlanması, fundamental elm sahələrinin üstün, 

inkişaf  etdirilən  sahə  kimi  gücləndirilməsi,  təhsil  və  elmi  fəaliyyətlərin  inteqrasiyası,  ali 

məktəblərdə elmlərin inkişafı, elm və təhsil mərkəzlərinin yaradılması, elmi müəssisələr və 

ali  məktəblərin  qarşısındakı  süni  maneələrin,  elmdə  qocalma  tendensiyasının  aradan 

qaldırılması dövlətimizin elm və təhsil siyasətinin strateji hədəfləridir. 

 

Əmək  bazarının  inkişaf  perspektivlərini  və  tendensiyasını  nəzərə  almaqla  ali  peşə-



ixtisas təhsili pilləsində çevik və modul  təhsilləndirici proqramların tətbiqi, gənc elmi 

qüvvələr  hesabına  elmi  və  təhsil  müəssisələrinin  kadr  potensialının  gücləndirilməsi  elmi 

müəssisələrin  və  ali  təhsil  müəssisələrinin  müasir  avadanlıqlar,  materiallar,  cihaz  və 

qurğularla  təchizatının  və  eksperimental  bazasının  gücləndirilməsi  vasitəsilə  elmi 

müəssisələrin infrostrukturunun inkişaf etdirilməsinə son illər diqqət daha da artırılmışdır. 

Məlumdur  ki,  innovativ  fəallıq  müasir  iqtisadiyyatın  və  sosial  həyatın    rəqabət 

qabiliyyətliliyini  təmin  edən  əsas  amildir.    Elm,  təhsil  və  biznesin,  innovativ 

infrastrukturun  inteqrasiyası,  proqressiv  texnologiyaların  tətbiqi  rəqabətqabiliyyətli  kadr 

hazırlığının  vacib  şərtidir.  Milli  innovasiya  sisteminin  infrastrukturunun  yaradılması  

texnologiyaların  transferi,  innovativ-texnoloji  sərbəst  iqtisadi  zonaların    texnoloji 

inkubatorların yaradılması yolu ilə həyata keçirilməkdədir. 



 

XXI    əsrdə  seçkilərin  keçirilməsi,  münaqişələrin  alovlandırılması,  rəngli  inqilab  və 



çevrilişlərə  rəvac  verən  sosial  şəbəkə  texnologiyaları  geniş  yayılmaqda,  süni  intellektlə 

yanaşı, canlı orqanizmlərin təbii orqan və texumalarının oxşarı olan süni nanomateriallaın 

və  peraparatların  hazırlanması,  süni  böyrək,  ilik,  tük,  dəri  və  s.köçürmələri  üzrə  tibbi 

əməliyyatlar geniş vüsət almaqdadır. 



Təhsildə innovasiyalar müasir təhsilin təkamülündə özünü göstərən, həyati zərurətə 

çevrilmiş,    geniş  və  çoxcəhətli  təşəbbüs  və  yenilikləri  özündə  əks  etdirən,  sosial  və 

pedaqoji  cəhətdən  aktuallıq  kəsb  edən  təlimin  bütün  forma  və  vasitələrinin  inkişafına 

pozitiv təsir göstərən yeniləşmə tendensiyasıdır. 

 

Məlumdur  ki,  təhsil  sistemləşdirilmiş  bilik,  bacarıq  və  vərdişlərin  mənimsənilməsi 



prosesi və onun nəticəsi, innovativ fəaliyyət müasir təhsil sisteminin reallığı və təlabatıdır. 

O,  təhsilin  məzmununun  yenidən  qurulmasına  yönəlmiş,  təhsilləndirici  prosesin  texnoloji 

əsasları  vasitəsilə  təhsil  xidmətlərinin  keyfiyyətinə,təhsil  müəssisələrinin  və  məzunların 

rəqabətqabiliyyətliliyinə etibarlı təminat yaradır. 

 

Azərbaycanın milli təhsil sistemində innovasiyalar (elmi və texnoloji innovasiyalar) 



qanunauyğun    xarakter  kəsb  edir.  Məlum  olduğu  kimi,  təhsilin  məzmunu,  forma  və 

vasitələrinin tətbiqi bəşəriyyətin inkişaf səviyyəsi ilə şərtlənir, cəmiyyətdə aparılan sosial-

iqtisadi, hüquqi, mənəvi və siyasi proseslərlə sıx bağlıdır. Milli təhsil sistemimizdə tətbiqi 

genişlənməkdə  olan  innovasiyalar  sosial  məzmun  daşıyır  və  başlıca  olaraq  Azərbaycan 

təhsilinin modernləşdirilməsi və informasiyalaşdırılması ilə diqqəti cəlb edir. 

 

İnnovasiyaların  yeniliyi  elmi  və  texnoloji  parametrlərinə  və  bazar  mövqeyinə  görə 



müəyyən  olunur.  Müasir  dövrdə  alimlər  innovasiyaların  texnoloji,  istehsal,  iqtisadi, 

ticarət,  sosial  idarəetmə    innovativ  strategiya  olmaqla  6  başlıca  növünün  adını 

çəkirlər.  Müşahidələr  göstərir  ki,  bir  çox  müəllimlər  “innovasiya”    “texnologiya” 

anlayışlarını  düzgün  mənalandırmır  və  adətən  informasiya-kommunikasiya  və  fəal, 

interaktiv  təlim  texnologiyalarını  nəzərdə  tuturlar.  Halbuki,  müasir  təhsil  strategiyasının 

texnoloji bazasında 20-dək ən müxtəlif təhsil texnologiyasının adı çəkilir.  

 

Təhsilin  modernləşdirilməsinin  əsas  məqsədi  təhsil  sisteminin  dayanıqlı  inkişaf 



mexanizmlərinin  yaradılmasından,  XXI  əsrin  çağırışlarına,  ölkənin  sosial  və  iqtisadi 

təlabatlarına uyğun etibarlı təhsil sistemi yaratmaqdan ibarətdir. Həyata keçirilən texnoloji 

innovasiyalar  sırasında  müasir  informasiya  və  telekommunikasıya  texnologiyaları  başlıca 

yer tutur. Çağdaş pedaqoji reallıq ənənəvi informasiya texnologiyalarının tədricən öz yerini 

daha  səmərəli,  məqsədə  tez  çatmağa  təminat  verən  müasir  texnologiyalara  verməsi  ilə 

səciyyələnir.  Təhsilin  informasiyalaşdırılmasının  vacib  istiqamətləri  sırasında  təhsil 

müəssisəsi  səviyyəsində  virtual  informasiya  mühitinin  formalaşdırılması,  təhsillə 

informasiya  texnologiyalarının  sistemli  inteqrasiyasının  yaradılması,  elmi  tədqiqatların 

nəticələri  əsasında  elmlə  təhsilin  inteqrasiyanın  genişləndirilməsi,    yeni  elmi-texniki  və  

elmi-metodiki  informasiyaların,  konpyuter  proqramlarının,  informasiya  təminatına  

yönəlmiş geniş informasiya şəbəkələrinin yaradılması və s. daxildir.  

 

Təhsildə  innovasiya  texnologiyalarının  tətbiqi  təlimə  yeni  yanaşmaya  əsaslanan 

müasir təhsilləndirici texnologiyaların tətbiqini tələb edir. 

Müasir 


təhilləndirici 

texnologiyalar  ilk  növbədə  kreativ  pedaqoji  təfəkkürə  əsaslanmalı,  hər  bir  təhsil  alanın 

şəxsiyyətinin, yaradıcılıq potensialının inkişafına xidmət etməlidir.   Təhsil texnologiyaları 

özündə təhsilləndirici prosesə aid olan istənilən sahəni – təhsil sisteminin idarə olunması, 

təhsil müəssisəsinin inkişafı, pedaqoji kollektivin formalaşması və s. aid olan fəaliyyətləri 

birləşdirir.  Təhsilləndirici  texnologiyaların    strukturuna  pedaqoji  məqsədəyönəlmişlik, 

monitorinq  və  qiymətləndirmə,  sərbəst  şəkildə  dünya  təhsil  məkanına  çıxış,  elektron 



 

resurslardan və şəbəkə texnologiyalarından, mobil telefon, İnternet, faks, elektron poçtdan, 



elektron lövhələrdən sərbəst istifadə və s. daxildir. 

 

Müasir  statistikaya  görə  dünyanın  ən  güclü  ölkəsi  olan  ABŞ-ın  təhsil  xidmətləri 



bazarında İnternet seqmentinin çəkisi 1998-ci ildə 2%, 2003-cü ildə 14%, 2013-cü ildə isə 

62%-ə çatmışdır. Distant təhsil xidmətləri göstərən Amerika Universitetlərinin 1998-ci ildə 

48%-i  ,  hazırda  isə  96%-i  şəbəkə  təhsili  texnologiyalarından,  informasiya  –təhsil 

portallarından istifadə edirlər. 

 

Təhsildə  elmi  və  texnoloji  innovasiyaların  əsas  vasitəsi  olan  təhsil  portalı  özündə 



tədris-metodiki  və  proqram-texniki  kompleksi  birləşdirən,  təhsil  müəssisəsinin  idarə 

edilməsinə  təminat  verən,  təhsil  üçün  zəruri  olan  elmi-metodiki  informasiya  resursları, 

dövlət təhsil standartları və müasir təhsil texnologiyalarına aid istənilən digər məlumatları 

əks etdirən lokal şəbəkə resursudur. Belə portallardan daha çox açıq, qeyri-formal təhsil və 

distant  təhsil  formalarında  və  virtual  universitetlərdə  istifadə  olunur.  Hazırda  Rusiya 

Federasiyasında Təhsil Nazirliyi tabeliyindəki 100-dən çox açıq təhsil verən Universitetin 

belə portalları vardır. (

http://www

. openet.ru)  

Vaxtilə  akademik  S.P.Kapitsa  uzaqgörənliklə  demişdi:  “Təhsil  gələcəyə  yönəlmiş 



sənaye  sahəsidir”.  Bu  fakir  nəinki  ötən  əsrin  50-60,  hətta  70-80-ci  illərdə  də  qəribə  və 

təəccüblü görünərdi. 

Ancaq  akademikin  bu  fikri  ötən  əsrin  sonlarında  artıq  gerçəyə  çevrilirdi.Məktəbə 

təlimin  texniki  vasitələri  daxil  olmağa  başladı.  Əvvəlcə  təlim,  daha  sonra  tərbiyə 

texnologiyası  anlayışları  işlənməyə  başladı  və  bütövlükdə  “pedaqoji  texnologiya”  adını 

aldı. Müasir pedaqoji texnologiyalar təlim, tərbiyə, inkişaf  diaqnostika texnologiyaları 

olmaqla 4 əsas qrupa ayrılır. 

XX  əsrin  əvvəllərində  yer  üzərində  elmi-texniki  inqilab,  sonlarında  isə  texnoloji 



inqilab baş verdi. Bu məktəbdə də öz təsirini göstərdi. 

Texnologiya  yunanca  “techne”-sənət,  peşə,  “loqos”  elm  deməkdir  və  istehsalat 

proseslərinin, məsələn, metalların  texnologiyası, emal  texnologiyası, kimya texnologiyası, 

tikinti  texnologiyası  və  s.  haqqında  iş  üsulları  və  prosesləri  haqqında  biliklərin 



məcmuyunu  əks  etdirir.  Bu  anlayış  texnikanın  inkişafı  ilə  bağlı  uğurların  fonunda 

meydana gəlmişdir. Müasir pedaqogikada “pedaqoji texnologiya” anlayışının onlarla tərif 

olsa da, əslində o, mahiyyət etibari ilə “təlim-tərbiyə proseslərinin layihələşdirilməsinin 

sistemli  metodu” kimi səciyyələndirilir. Bu anlayış prosessual kateqoriya kimi bilavasitə 

tədris və tərbiyə prosesi ilə - müəllim və şagirdlərin fəaliyyəti , onun strukturu, vasitələri, 

metodları və s. bağlıdır. 

Milli  təhsil  sisteminin  Avropa  və  dünya  təhsil  məkanına  inteqrasiyası  XXI  əsrdə 

təhsil  sferasının  daha  önəmli  və  aktual  problemlərindən  biridir.  Bu  inteqrasiya  müasir 

Azərbaycanda  həyata  keçirilən  iqtisadi  və  sosial-mədəni  islahatlar  və  çağırışlar  fonunda 

baş  verir.  Hazırda  respublikamızın  ümumtəhsil  məktəbləri  radikal  islahatlar,  bir  çox 

ənənəvi stereotiplərdən imtina dövrünü yaşayır. Müasir dövrdə pedaqoji kadrların peşəkar 

hazırlıq  səviyyəsinin  yüksəldilməsinə  tələbkarlıq  artır,  həyatın  diqtə  etdiyi  yeni 

keyfiyyətlərin  qazanılması  həyati  zərurətə  çevrilir.  Müasir  şəraitdə  ali  pedaqoji  təhsil 

müəssisələrində kadr hazırlığı prosesinin məzmunu  və təşkili əhəmiyyətli şəkildə dəyişir, 

kadr  hazırlığının  keyfiyyəti,  gələcək  müəllimlərin  yalnız  ixtisas  üzrə  deyil,  pedaqoji-

psixoloji,  ümumtəhsil  və  peşəkarlıq  üzrə  mükəmməl  bilik  və  kommunikativ  bacarıqlara 

yiyələnməsi həyati təlabata çevrilir. 

Azərbaycanın milli təhsil sistemində həyata keçirilməkdə  olan davamlı islahatlar və 

innovasiya  proseslərinin  məzmununda  ali  təhsil  sahəsində  mütərəqqi  yeniləşmə  meylləri  




 

özünəməxsus  yer  tutur.  Tələbə  -gənclərin  pedaqoji  peşə  fəaliyyətinə  hazırlanması  ilə 



məşğul olan ali pedaqoji təhsil müəssisələrinin qarşısında duran mühüm tələblərdən biri də 

gənc pedaqoqların peşəkar pedaqoji fəaliyyətə yüksək hazırlığını təmin etməkdən ibarətdir. 



19  may  2005-ci  ildə  Azərbaycan  Baloniya  prosesinə  qoşularaq,  Avropa  təhsil 

məkanına  daxil  olmuş  və  öz    üzərinə  bir  sıra  öhdəliklər  götürmüşdür.  İlk  növbədə 

Avropanın  norma  və  standartlarına  müvafiq  olaraq  ali  təhsil  sahəsində  qanunvericiliyin 

təkmilləşdirilməsi 

istiqamətində  təşəbbüslər 

genişlənmiş,  kredit  sisteminə  dair 

“Əsasnamələr”  hazırlanmış,  2008-ci  ildən  etibarən  ali  təhsil  müəssisələrinin  Baloniya 

sisteminə  tam  keçidi  təmin  edilmişdir.  Azərbaycanın  2005-ci  ildə  qoşulduğu  “Baloniya 



Bəyənnaməsi”  milli  təhsil  sistemimizin  inkişaf  meyllərini  müəyyənləşdirməklə  yanaşı, 

onun  başlıca  prioritetlərini,  milli  təhsil  standartlarının  və  modellərinin  optimal  seçiminə, 

təlim texnologiyalarının müasirləşdirilməsinə geniş meydan açmışdır.  

Pedaqoji  texnologiyanın  statusu  elmi  və  innovativ  əlamətlərlə  səciyyələnir. 

Məqsədin  qoyulması,  istifadə  edilən  diaqnostik  vasitələr,  təhsilverənlərlə  təhsil  alanların  

qarşılıqlı təsir formaları, pedaqoji prosesin layihələşdirilməsi, pedaqoji məqsədlərə çatmaq 

üçün  təminat  verən  şərait  və  vasitələrin  sistemi,  pedaqoji  fəaliyyətin  nəticələri  kimi 

komponentlər pedaqoji texnologiyanın əsas elementləridir. 

 

Təhsilin  məqsədlərində  və  məzmununda  baş  verən  dəyişikliklər,  yəni  yeni  təhsil 



standartları, təlimin yeni vasitələri (kompyuter təlimi), yeni tərbiyə konsepsiyaları pedaqoji 

innovasiyaların  başlıca  xüsusiyyətidir.  yeni    ictimai-  iqtisadi  və  mənəvi  münasibətlərin 

bərqərar  olduğu  indiki  dövrdə  tənqidi  təfəkkürü,  demokratik  prinsipləri  və  birgə 

əməkdaşlığı  artıran,  onların  inkişafına  təsir  göstərən  öyrənmə  üçün  ən  səmərəli 

strategiyalara  yiyələnmək  yeniləşən  Azərbaycanın  yeni  məktəbinin  müəllimləri  qarşısında 

duran  başlıca  prioritetlərdəndir.  Bununla    yanaşı,  təhsilin  bütün  pillələrində  olduğu  kimi, 

ali təhsil pilləsində də öz həllini gözləyən bir sıra  problemlərin mövcudluğu diqqəti cəlb 

edir.  


Müasir  qloballaşan  dünyada  ictimai,  siyasi,  iqtisadi  və  mənəvi  münasibətlər  dərin 

dəyişikliklərə  məruz  qalır.  Yaşadığımız  açıq  cəmiyyətdə  insan  münasibətlərinin 

xarakterində  baş  verən  dəyişikliklər  cəmiyyətin  ən  fəal  sosial  təbəqəsi  olan  gənclərə  daha 

güclü  təsir  göstərir.  Özünün  gələcək  həyat  və  fəaliyyətini  pedaqoji  peşə  ilə  bağlamaq 

yolunu  seçmiş  tələbə-gənclərdə  ali  təhsil  dövründə  ixtisas  və  peşə  hazırlığı  gedişində  

pedaqoji  peşə  fəaliyyətinin  spesifik  cəhətləri,  müəllim  əməyinin  psixoloji  xüsusiyyətləri, 

peşəkar müəllimin şəxsiyyətinin spesifik psixoloji siması və bu peşənin digər peşə qrupları 

ilə müqayisədə məxsusi əlamətlərinin öyrədilməsi ali təhsil müəssisələrində pedaqoji kadr 

hazırlığı qarşısında duran xüsusi önəm kəsb edən məsələlər sırasındadır. 

Ali məktəb tələbələrinin peşəkar pedaqoji fəaliyyətə hazırlığının başlıca amillərindən 

biri  onlarda  pedaqoq  şəxsiyyəti  keyfiyyətlərinin,  xüsusilə  pedaqoji  bacarıq,  vərdiş  və 

qabiliyyətlərin formalaşdırılması, peşəkar fəaliyyətə psixoloji hazırlığın təmin edilməsidir. 

Burada  əsas  diqqət  yaxşı  müəllim  olmaq  üçün  zəruri  olan  keyfiyyətlərin 

müəyyənləşdirilməsi  zərurətinin  dərk  edilməsinə  və  onların  mənimsənilməsinə 

yönəldilməlidir.  

Pedaqoji texnologiyanın 3 əsas səviyyəsi fərqləndirilir: 

-

 



Ümumpedaqoji  texnologiya  -  müəyyən  bir  regionda,  tədris  müəssisəsində 

təhsil prosesinin layihələşdirilməsi; 

-

 



Xüsusi  metodik  (fənn)  səviyyəsində  :  bir  fənn,  bir  sinif,  bir  müəllim 

səviyyəsində təhsil prosesinin layihələşdirilməsi; 




 

-



 

Lokal  (modul)  səviyyə-  təlim-tərbiyə  prosesinin  müəyyən  bir  tərkib  hissəsinin, 

məsələn, 



bir 

dərsin, 

anlayışın 

formalaşdırılması,  yeni  biliklərin 

mənimsənilməsi, materialın təkrarı, müstəqil iş və s. texnologiyası 

Ötən  əsrin  70-80-ci  illərində  aydın  hiss  olunurdu  ki,  ənənəvi  didaktik  sistem  get-

gedə  öz  əhəmiyyətini  itirir.Ənənəvi  üsullarla  işləyən  müəllimlərin  uğursuzluğu  aydın 

görünürdü.  Həmin  dövrdə  “Müasir  dərs”  anlayışı  meydana  gəlsə  də,  onun  texnoloji 



bazası yox idi.  

Müasir dövrdə pedaqoji fəaliyyətin yaradıcılıq növlərindən biri olması problemi də 

maraq doğurur. Bu hər şeydən əvvəl fəaliyyətin icrasını şərtləndirən amillərin, mexanizm 

və  qanunauyğunluqların  irəlicədən  planlaşdırılması  ilə  bağlıdır.  Məsələ  bundadır  ki,  

pedaqoji  əməyin  yaradıcı  əmək  olması,  onun  romantikası  haqqında  tez-tez  danışılır,  lakin 

bu fikirlər təəssüf ki, deklorativlikdən uzağa getmir. Hər bir pedaqoq öz sosial missiyasını 

düzgün  anladıqda  tərbiyənin  mənəvi  yaradıcılıq  prosesi  olması  məsuliyyətini  dərk  etmiş 

olur.  Təlim  də  yaradıcı  prosesdir,  elmdə  və  ictimai  praktikada  əldə  edilmiş  naliyyətlərin  

konkret pedaqoji situasiyada tətbiqinə əsaslanan öyrətmə fəaliyyətidir. 

Gənc  müəllimlərin  peşə  hazırlığında  xüsusi  biliklərin  və  bacarıqların    müstəsna 

dərəcədə əhəmiyyəti vardır. Uzun illik təcrübə və müşahidələr göstərir ki, gənc mütəxəssis 

nəzəri və təcrübi baxımdan nə qədər yaxşı hazırlığa  malikdirsə, o, əmək fəaliyyətinə bir o 

qədər  inamla  başlayır.  Ali  pedaqoji  təhsil  müəssisəsində  tələbənin  uğurları  heç  də  həmişə 

müstəqil  əmək  fəaliyyəti  üçün  səmərəli  başlanğıcı  təmin  edə  bilmir  vəpeşə  fəaliyyəti 

zamanı gənc mütəxəssisin qarşılaşdığı çətinliklər və risk situasiyaları onun  seçdiyi peşəyə 

neqativ  münasibətinin  yaranmasına  səbəb  olur.  Peşə  hazırlığında  şəxsiyyətin  fərdi 

xüsusiyyətlərinin,  xüsusən  şəxsiyyətin  idrakı  və  emosional  komponentlərinin  və 

münasibətlər sisteminin önəmli rolu vardır. Bu amillər peşəseçmə və fəaliyyət növləri ilə 

sıx bağlıdır və onların peşə fəallığının  inkişafında rolu eyni deyildir. Əgər peşə insanı cəlb 

edirsə və o seçdiyi peşənin romantikası ilə yaşayırsa, müvəqqəti böhranlar, əhvalın enməsi 

halları təhlükəli deyil. 

Rus  psixoloqu  L.M.Mitina  müəllim  şəxsiyyətinin  ierarxik-struktur  modelini  tərtib 

etmiş və buraya müəllim şəxsiyyəti üçün zəruri olan işgüzarlıq, uşaqların uğursuzluğuna 



ehtiyatlı  münasibət,  uşaqları  sevmə,  ideya  inamı,  pedaqoji  erudisiya,  ciddilik, 

emosionallıq və s. daxil olmaqla, 49 şəxsiyyət keyfiyyətinin adını daxil etmişdir. 

“Gənc  müəllim”  anlayışı  pedaqoji  peşə  fəaliyyətinə  qoşulan  şəxsin  sosial 

xarakteristikasının  əsas  cəhətidir  və  burada  yaşın  gənc  müəllimin  psixikasına  və 

davranışına təsirini nəzərə almaq  vacibdir. Gənc mütəxəssis müstəqil peşə fəaliyyətinə ilk 

addımlarını  atarkən  onun  yaşadığı  və  işlədiyi  mühitin,  buradakı  şəxsiyyətlərsarası 

münasibətlərin  xarakterinin,  kollektivdəki    psixoloji  iqlimin  və  rəhbərlik  üslubunun 

xüsusiyyətlərinin  nəzərə  alınması  ciddi  amildir.  Gənc  müəllim  peşə  fəaliyyətinə  ailə 

tərbiyəsinin və ətraf mühitin təsiri ilə formalaşmış müəyyən dəyərlər sistemi ilə daxil olur.  

Ali  məktəbdə  təhsil  alaraq  gələcək  müəllimlik  fəaliyyəti  üçün  hazırlıq  keçən  tələbələr 

təhsil  dövründə  yeni  pedaqoji  texnologiyaları  və  innovasiyaları  fəallıq  və  yaradıcılıqla 

mənimsəməli,  peşəkar  fəaliyyət  üçün  zəruri  olan  praktik  ixtisas  hazırlığına  malik 

olmalıdırlar. 

 

ƏDƏBİYYAT 

1.

 



“Azərbaycan: 2020. Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, B, 2012. 

2.

 



Кан–Калик  В.А.,  Никандров  Н.Д.  Педагогическое  творчество.  М., 

«Педагогика», 1990. 




 

3.



 

Ковалев  Н.Е.,  Райский  Б.Ф.,  Сорокин  Н.А.  Введение  в  педагогику.  М., 

«Просвещение», 1975. 

4.

 



Митина  Л.М.  Учитель  как  личность  и  профессионал  (психологические 

проблемы) М., «Пед. Общ. России»., 1994. 

5.

 

Педагогика.  Педагогические  теории  ,  системы,  технологии,  (Пед.ред. 



С.А.Смирнова). М.,  «Академия», 2003. 

6.

 



Педагогическая  психология.  (Пед  ред.  Н.В.Клюевой)  М.,  «Владос  –пресс», 

2003. 


7.

 

Профессия учитель: беседы с молодыми учителями. /Под. ред. В.Г.Онушкина, 



Ю.Н.Кулюткина, С.Г.Вершловского.) М., «Педагогика», 1987.  

8.

 



Сластенин В.А., Исаев Н.Ф., Шиянов Е.Н. Педагогика. М.,«Академия», 2002. 

9.

 



Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. B., “Qanun”, 2010. 

10.


 

Təsilin aktual problemləri. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. B. 

2007. 

11.


 

Щуркова Н.Е. Педагогическая технология. М., «Пед. Общ. России»., 2002. 



 

                                                         



 

Yüklə 69,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə