Pedaqoji texnologiyaların tarixi, inkişaf yolları və onların təlim prosesində sistemli istifadəsi haqqında ətraflı



Yüklə 218,56 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix26.05.2018
ölçüsü218,56 Kb.
#46274
  1   2   3   4   5   6   7


1

Pedaqoji texnologiyaların tarixi, inkişaf yolları və onların 

təlim prosesində sistemli istifadəsi haqqında ətraflı 

məlumat aşağıdakı hansı Azərbaycan alimləri tərəfindən 

verilmişdir? I.A.Mehrabov II.Y.Kərimov III.Ə.Paşayev 

IV.Ə.Abbasov V.A.Əliyev A) yalnız I,II B) yalnız II,III C) 

yalnız IV,V D) yalnız I,V E) hamısı

2

Pedaqoji texnologiyaların sosial mahiyyəti aşağıdakı 



hansı Azərbaycan alimlərinin «Pedaqoji texnologiyalar» 

monoqrafiyasında geniş şərh olunmuşdur? A) Y.Kərimov, 

Ə.Paşayev B) Ə.Abbasov, A.Əliyev C) Ə.Paşayev, 

A.Mehrabov D) Ə.Abbasov, A.Mehrabov E) Y.Kərimov, 

A.Əliyev

3

Aşağıdakılardan hansı pedaqoji texnologiyanın növünə 



aid deyil? A) təlim texnologiyası B) tərbiyə texnologiyası 

C) əxlaq texnologiyası D) inkişaf texnologiyası E) 

diaqnostika texnologiyası

4

Pedaqoji texnologiya anlayışını üç aspektdə təqdim 



edirlər. Bunlar hansılardır? I.elm II.tərbiyə III.təhsil 

IV.məzmun V.prosessual-təsviri VI.prosessual-təsiri A) 

I,II,III B) III,IV,V C) II,IV,V D) I,V,VI E) IV,V,VI

5

Texnoloji yanaşmanın şaquli strukturuna aşağıdakılardan 



hansı aid deyil? A) metatexnologiya B) ortotexnologiya 

C) makrotexnologiya D) mezatexnologiya E) 

mikrotexnologiya

6

Bu texnologiya tədris müəssisələrində təlimin müəyyən 



mərhələsində təhsil prosesinin layihələşdirilməsinin elmi 

əsaslarını açıqlayır. Bu ifadə pedaqoji texnologiyaların 

hansı səviyyəsinə aiddir? A) lokal pedaqoji texnologiya 

B) ümumpedaqoji texnologiya C) xüsusi pedaqoji 

texnologiya D) lokal və ümumpedaqoji texnologiya E) 

xüsusi və lokal texnologiya

7

Aşağıdakılardan hansı şəxsiyyətyönümlü təlim 



texnologiyasına aid deyil? A) əməkdaşlıq təlimi B) 

müxtəlif səviyyələrin təlimi C) biliklərin tam 

mənimsənilməsi D) inkişafetdirici təlim E) modullarla 

təlim


8

İdrak fəaliyyətinin dördüncü səviyyəsi hansı sırada 

düzgün verilmişdir? I.bilmək II.anlama III.tətbiqetmə 

IV.analiz V.sintezetmə VI.dəyərləndirmə A) I,II,III B) 

II,IV,VI C) IV,V,VI D) I,III,V E) I,III,VI

9

Hansı şəxsiyyətyönümlü təlim texnologiyası məktəblərdə 



daha geniş istifadə olunur? A) modullarla təlim B) 

biliklərin tam mənimsənilməsi texnologiyası C) müxtəlif 

səviyyələrin təlimi D) əməkdaşlıqla təlim E) layihələr 

metodu ilə təlim




10

Aşağıdakılardan hansı əməkdaşlıqla təlim 

texnologiyasının üstünlüklərinə aid deyil? A) şagirdlərdə 

məntiqi təfəkkür və anlama vərdişləri təkmilləşdirir B) 

şifahi nitq proseslərində şagirdlərin fikri, fəaliyyət 

vərdişləri inkişaf edir C) qruplarda işləyən hər bir şagird 

özünü sərbəst hiss edir D) şagird yalnız öz işinin nəticəsi 

üçün məsuliyyət daşıyır E) şagirdlərdə öz şəxsi 

keyfiyyətlərini, üstünlüklərini və çatışmazlıqlarını 

qiymətləndirmək bacarığı forpmalaşır

11

Kompetensiya anlayışı necə başa düşülür? A) 



keyfiyyətlərə və dəyərlərə malik, hafizəli şəxsiyyət B) 

gərəkli xüsusiyyətləri özündə cəmləşdirən şəxsiyyət C) 

kontekstual biliklərə malik şəxsiyyət D) prosedural biliyə 

və vərdişlərə malik şəxsiyyət E) yalnız bilik və bacarıqları 

olan şəxsiyyət

12

XXI əsrin xüsusiyyətlərini formalaşdırmaq üçün tədris 



prosesi hansı tələblər ilə həyata keçirilməlidir? A) 

kurikulum tələbləri ilə B) fəal təlimin tələbləri ilə C) 

konstruktiv tələblərlə D) klassik təlim tələbləri ilə E) 

ənənəvi təlim tələbləri ilə

13

Məntiqi ardıcıllığı müəyyənləşdirin: A) 



metakompetensiyalar-standartlar təlim nəticələri-

bacarıqlar B) kompetensiyalar-məqsəd-üsullar-metodlar 

C) təlimin nəticələri-hədəflər-standartlar-vərdişlər D) 

bilik-bacarıq-təlimin növləri-dəyərlər E) bilik-bacarıq-

hədəflər-dəyərlər

14

Standart nədir? A) təlim-tədris prosesi B) təlimin təşkilinə 



verilən tələblər C) təlimin nəticələrinin 

müəyyənləşdirilməsinə istiqamətlənmiş nəticələr D) fəal 

təlim üsulları E) inteqrasiya

15

Kurikulum ifadəsi beynəlxal termin kimi ilk dəfə nə 



zaman işlənməyə başlanmışdır? A) 1876 B) 1879 C) 1918 

D) 1930 E) 1933

16

Doğru fikri müəyyənləşdirin: A) Kurikulumun əsasını 



tərtib, tətbiq, qiymətləndirmə, təhlil təşkil edir. B) 

Kurikulumun əsasını fəal təlim, taksonomiyalardan 

yayınma, təhlil təşkil edir. C) Kurikulumun əsasını 

konstruktiv yanaşma, tətbiq, müəllimyönümlük təşkil edir. 

D) Kurikulumun əsasını konseptual sənədlərlə işləmək, 

təklifyönümlülük təşkil edir. E) Kurikulumun əsasını 

müəllimyönümlülük, təklifyönümlülük, tətbiq təşkil edir. 

17

Respublikamızda təhsilin pillələrinə aid deyil: A) 



məktəbəqədər təhsil pilləsi B) distant təhsil pilləsi C) 

ümumtəhsil pilləsi D) ali təhsil pilləsi E) magistratura




18

Pedaqoji proses hansı prinsiplər nəzərə alınmaqla 

qurulur? I.pedaqoji prosesin tamlığı II.təlim 

nailiyyətlərinin monitorinqi III.təlimdə fərdi imkanların 

yaradılması IV.şagirdyönümlülük V.inkişafyönümlülük 

VI.dəstəkləyici mühitin yaradılması A) I,II,III,V,VI B) 

II,III,IV,V,VI C) I,II,III,IV,V,VI D) I,III,IV,V,VI E) 

II,IV,V,VI

19

«Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu 



neçə maddədən ibarətdir? A) 40 B) 47 C) 54 D) 60 E) 65

20

Fənn kurikulumuna aid olmayanı göstərin: A) məzmun 



standartı B) məzmun xətti C) alt standart D) həftəlik dərs 

saatlarının miqdarı E) ümumi təlimin nəticələri

21

Fənnin məzmununu xronoloji ardıcıllıqla seç: I. məzmun 



xətləri II.məzmun  standartları III.ümumi təlimin 

nəticələri IV.məzmun xətləri üzrə təlimin nəticələri A) 

I,II,III,IV B) III,I,IV,II C) I,III,IV,II D) I,IV,III,II E) 

I,II,IV,III

22

İdraki taksonomiyaya aid olanları seçin: I.rəqs etmək 



II.şərh etmək III.tanımaq IV.istifadə etmək V.tədqim 

etmək VI.yazmaq VII.nümunə göstərmək VIII.təhlil etmək 

IX.reaksiya vermək A) I,II,IV,V B) I,VII,VIII,IX C) 

II,V,VI,IX D) III,IV,VI,VII E) III,IV,VII,VIII

23

Bunlardan hansı taksonomiya səviyyəsinə aiddir? I. 



yaratmaq II.bilik III.plan  tutmaq IV.anlamaq 

V.xatırlamaq VI.unutmaq VII.cümlə qurmaq VIII.sintez 

etmək IX.yazmaq A) III,V,VII B) II,V,IX C) III,IV,VI D) 

I,III,V E) II,IV,VIII

24

Təhsil taksonomiyaları hansılardır? A) idraki, emosional



psixomotor B) deklorativ, emosional, idraki C) 

psixomotor, prosedural, koqnitiv D) idraki, kontekstual, 

emosional E) deklorativ, koqnitiv, psixomotor

25

İdraki taksonomiyalar kim tərəfindən təsnif olunub? A) 



E.J.Simpson, 1972 B) Benjamen Bulum, 1956 C) 

K.D.Mur, 1972 D) D.Krassvool, 1964 E) İ.Kant, 1962

26

Biliyin kateqoriyaları hansı bənddə düzgün 



göstərilmişdir? A) emosional, koqnitiv, kontekstual B) 

emosional,prosedural, kontekstual C) deklorativ, 

prosedural, kontekstual D) deklorativ, koqnitiv, 

kontekstual E) koqnitiv, emosional, deklorativ

27

Fəaliyyətin icrasına dair prosedura qaydaları əhatə edən 



biliklər hansı kateqoriyaya aiddir? A) deklorativ B) 

prosedural C) koqnitiv D) kontekstual E) emosional




Yüklə 218,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə