Pervane Bayram-Seyid Nigari Yaradiciliğinda Şerk Edebi-Nezeri Nümunelerinin Tecessümü



Yüklə 211,29 Kb.
Pdf görüntüsü
tarix06.10.2018
ölçüsü211,29 Kb.
#72539


 



SEYİD NİGARİ YARADICILIĞINDA ŞƏRQ ƏDƏBİ-NƏZƏRİ NÜMUNƏLƏRİNİN 



TƏCƏSSÜMÜ 

 

Pərvanə BAYRAM 



Qafqaz Universiteti  Pedaqoji Fakultəsi 

Türk Dili və Ədəbiyyatı Bölməsi 



Özet 

ŞARK EDEBİ-NAZARİ NUMUNELERİNİN SEYYİD NİGARİ SANATINDAKİ YERİ 

Seyid Nigari Azerbaycan klasik edebiyatının  başarılı şairlerinden biridir. O, Karabağ‟a bağlı Bergüşad 

ilinin Cicimli köyünde doğmuştur. Asıl ismi Mir Hamza olan şair, Rus sömürgeciliğine karşı savaşmış ve takip 

edilince Anadolu‟ya göçmek zorunda kalmıştır.  Seyid Mir Hamza Nigari, uzun süre Amasya‟da yaşamış ve aynı 

şehirde de vefat etmiştir. 

 

Abctract



 

EMBODIMENT OF EASTERN THEORETICAL-LITERARY EXAMPLES IN 

SEYID NIGARIS ACTIVITIES 

Seyid Nigari is one of the well-known poet of Azerbaijan classic literature. He was born in the village of 

Djimdjimly, in Bergushat, Karabakh. His original name was Myr Hamza and he opposed to Russian colonialism, 

therefore was obliged to migrate to Anadolu in his young ages.  Seyid Mir Hamza Nigarı lived a great part of his 

life in Amasya,Turkey and died in this city.  

 

XIX əsr klassik Azərbaycan ədəbiyyatının məşhur şairlərindən olan Seyid Mir Həmzə 



Nigari,  1805-ci  ildə  Qarabağın  Zəngəzur  qəzasının  (indiki  inzibati  sistemə  görə  Qubadlı 

Rayonunun)  Bərgüşada  bağlı  Cicimli  kəndində  anadan  olmuşdur.  Nigarinin  əsl  adı  Mir 

Həmzədir. Doqquz aylıq bir körpə ikən yetim qalan şair anası və qohumları tərəfindən himayə 

edilmiş,  təlim    və  tərbiyəsinə    xüsusi  diqqət  göstərilərək  ona  dini  elmlərlə  bərabər  Ərəb  və 

Fars dilləri də öğrədilmişdir.

1

  Bəzi mənbələrdə Nigarinin 15 yaşına qədər sistemli bir təhsil 



almadığı,  15  yaşından  sonra  Qaraqaş  kəndinə  gedərək  orada  Mahmud  Əfəndidən  və    daha 

sonra da Şəkinin Dəhnə kəndində Şikəst Abdulla Əfəndidən dərs alması haqqında məlumatlar 

vardır. 

Mir  Həmzə,  Qaraqaşda  təhsil  alandan  sonra  Kürdəmirə  yeni  qayıtmış  olan  Mövlana 

Xalid Bağdadinin birinci xəlifəsi İsmail Siracəddin Şirvani (öl. 1883) ilə tanış olaraq Şirvanda 

onun yanında təhsilini davam etdirmişdir.  

Azərbaycanda  rus  istilasına  qarşı  mübarizə  apardığına  görə  şairin  fəaliyyətlərindən  narahat 

olan Rus idarəsi onu Sibirə sürgün etmək istəyincə Seyid Nigari Türkiyəyə köçməyə məcbur 

olur.  Uzun  illər  Türkiyənin  müxtəlif  şəhərlərində  yaşayan  şair  Amasyaya  köçərək  irşad 

fəaliyyətlərinə orada davam edir.  

Seyid  Nigari,  Nəqşibəndilik  təriqətinin  XIX  əsrdəki  məşhur  təmsilçilərindən    olan 

İsmail Siracəddin Şirvanidən icazət alaraq Azərbaycanda və Türkiyənin müxtəlif şəhərlərində 

                                                 

1

 İbnülemin Mahmut Kemal İnal, Son Asır Türk Şairleri. Cild 3,  İstanbul, Dergah Yay., 1988, s. 1208. 




 

xüsusən də Amasyada  uzun illər şeyx olaraq  fəaliyyət  göstərmişdir. 1886-cı  ildə vəfat  edən 



şairin  məzarı və türbəsi  Amasyadadır.  

Seyid  Nigarinin  türkcə  və  farsca  olmaq  üzrə  iki  divanı,  Çaynamə  və  Nigarnamə  adlı 

məsnəviləri,  İbn  Яrəbinin  Fütuhatı  Mekkiyə  adlı  əsərinə  yazdığı  Tavzihatı  və  özünün  həyat 

hekayətini  qələmə  aldığı  bir  “Mənaqib”ı  vardır.  Şair,  türkcə  divanındakı  şeirləri  həm  klasik 

tərzdə əruz vəzniylə, həm də xalq şeiri tərzində heca vəzniylə yazmışdır. 

Bir alim və sufi şair olmagla Nigari yaradıcılığı çoxşaxəlidir. Şair, şeirlərində həm ərəb 

həm    fars,  həm  də  türk  ədəbi  irsindən,  təsəvvüf  ənənələrindən  və  xalq  şeirindən 

bəhrələnmişdir.  

Həm  klassik  həm  də  novator  bir  şair  olan  Seyid  Nigari,  şeirlərində  XIX  əsrin  inkişaf 

etməkdə olan elm ve texnologiyasından istifadə etməklə birlikdə klasik ədəbiyyatdan və Şərq 

ədəbi-nəzəri  nümunələrindən  də  sənətkarlıqla  bəhrələnmiş,  istər  məzmun,  istərsə  də  forma 

yönümündən irs varislik ənənəsinə sadiq qalmışdır.  

Nigari  yaradıcılığında  ümumşərq  ədəbiyyatının  və  bu  ədəbiyyatın  məşhur 

nümayəndələrinin  böyük  təsiri  vardır.  Bilindiyi  kimi  İslamiyyətin  qəbulundan  sonra 

Azərbaycan  türk  ədəbiyyatı  məzmun  və  forma  yönümündən  klassik  ərəb  və  fars 

ədəbiyyatlarından  təsirlənmişdir.  Seyid  Nigari  yaradıcılığında  bu  təsirin  izləri  bariz  olaraq 

görünməkdədir. Onun şeirlərində məşhur ərəb şairlərindən Əbu Nüvas və Həssan Bin Sabitin 

adları  tez  tez  xatırlanır,  ərəb  təfsircisi  Zəmahşərinin  yazdığı  Kəşşaf  adlı  Quran  təfsirindən 

şairin şeirlərində poetik ziynət kimi istifadə olunur. Bundan başqa ərəb xalq rəvayətlərindəki 

eşq  qəhramanlarından  Leyli  və  Məcnun,  Vərqa  və  Gülşah,  Zeyd  ilə  Zeynəb  vb,  cahiliyyə 

dövrünün  məşhur  şairləri  və  onlarla  əlaqədar  xüsuslar,  bütün  insanlığa  indirilən  müqəddəs 

kitab  Quranı-Kərim  və  onun  ayələri,  bütün  peyqambərlər,  xüsusən  də  İslam  Peyqəmbəri  və 

onun  fəaliyyətləri,  İslam  tarixi,  İslam  xəlifələri,  İslamiyyəti  təbliğ  edən  şairlərlə  bağlı  ədəbi 

nümunələr Nigari şeirinin əsas mövzusudur. 

Aşağıdakı beytlərdə şair, ərəb və fars ədəbiyyatının məşhur eşq qəhramanlarından bəhs 

edərək yazır: 

Zeyd-asa „aşk-ı Zeynebden dem urma kuyda 

Kıl beyaban seyrini Mecnun gibi sahraya bah 

Gözün Leyla „ızar u mehveşin „Azra lebin Şirin 

 

Dilim Mecnun feryad u figanım Vamık u Ferhad 




 

Seyid Nigari, şeirlərində Şərq ədəbi və siyasi tarixində cərəyan edən bəzi hadisələrə də 



işıq  tutmuşdur.  Şair,  aşağıdakı  beytdə  Orta  Asiyada  ortaya  çıxan  Nəqşibəndiyyə  təriqətinin 

banisi Bəhaəddin Nəqşibənd və Əmir Teymur arasındakı münasibətə təmas etmişdir. 

Tasarruf eylemiş Timur tek avaze-i „aşkım 

Cihanı ser-be-ser kim bende-i Şah-ı Bahayız biz  

 Ümumşərq  İslam  mədəniyyəti  kontekstində  Fars  ədəbiyyatının  görkəmli  simaları  da 

Nigari şeirlərinin əsas qəhramanlarındandır. Şair, şeir sənət vadisində bəzən özünü bu şairlərə 

bənzədir,  bəzən  də  onlarla  müqayisə  edərək  onlardan  üstün  olduğunu  bildirir.  Bu  şairlər 

içində ən çox Firdovsi, Əttar, Sədi, Xacu Kirmani, Kaşifi, Cami, Hafız Şirazi və başqalarının 

adları anılır. Bütün Şərqdə əsrlər boyunca mədrəsələrdə dərslik kimi istifadə olunan Sədinin 

Gülüstan  və  Bostanı,  Caminin  Baharistan,  Nəfahatül  Üns,  Hüseyin  Vaiz  Kaşifinin  Rəşəhatı 

eynil-həyat adlı əsərləri də Nigarinin şerilərindəki əsas poetik məzmunlardandır. 

Meded ey mey-i Ahrar el-meded ey saki-i Attar 

Meded ey Hünkar el-meded ey saki-i Tebriz  

Onun  şeirlərində  Fars  mifologiyasındakı  məşhur  qəhramanlardan  Rüstəm  Zal,  Fərhad, 

Xosrov Pərviz, Cəmşid, İsfəndiyar, Zöhhak, Dara vb.nin adları çox işlənilir, bu qəhramanlarla 

bağlı məzmunlardan geniş istifadə olunur. Aşağıdakı beytlər buna misal göstərilə bilər: 

Gerşasb u Neriman dahi Behram-ı kemendar 

Ey kaşı keman kiprigi peykan sana kurban 

Derviş ü gani şah ü geda bay ü mesakin 

Çengiz-i cihangir Hülagu-yı bed-ayin 

Bu Rasib ü Cemşid ü Cem ü cam-ı cihan-bin 

Dahhak ü Feridun ü Kubad-ı sahib-i temkin 

Keykavus u Keyhusrev ü şahan u havanin 

Lehrasib ü Geştasib ü Ercasib-i hod-bin 

Seyid  Nigarinin  yaradıcılığı  qaynağını  Şərqdən  alsa  da  onu  təkcə  Şərqlə 

hüdudlandırmaq doğru olmaz. Şair, şeirlərində zəngin bir coğrafiya və tarixdən bəhs edir. Bu 

coğrafiya  Moskva,  Çin,  İran,  Turan,  Xorasan,  Hindistan,  Nişabur,  Bəlx,  Xarəzm,  Şiraz, 

Səmərqənd, Bağdad, Məkkə, Mədinə nəhayət Azərbaycan, Anadolu vb. yerləri əhatə edir. 

Yunan ve Latın mədəniyyətindən, fəlsəfəsindən məşhur isimlər də Nigarinin şeirlərində 

çok  keçməkdədir.  Bunlardan  Əflatun,  Aristotel,  Hippokrat,  Sokrat,  Fales,  Hermis  vb.nin 

adları daha çox anılır. Şair aşağıdakı beytdə Əflatun və Aristonu öz şagirdi olaraq görür: 



 

Nola Eflatun Aristoya diyem şakirdim 



Fikr-i cümle hukema hal-i hayalatımdır 

Bir başqa şeirdə isə 

 

 

Camasb Aristalis ü Milos heme derman 



 

 

Tabhane-i efrenc ü şifahane-i Hindan 



 

 

Kaytun dahi Behram-ı Hakim Minkebe Mihran 



 

 

Fermos ü Sokrat Hermis ü Valis tabiban 



 

 

Forfur ü Yelinas-ı hakim Talis-i tıb-dan 



 

 

Eflatun Aristo Bokrat hazik-i Yunan...... 



-deyərək bu şəxslər və onların məsləkləri haqqında məlumat verir. 

Nigari,  klasik  Şərq  ədəbiyyatındakı  nəzəri  məsələlərə  də  biganə  qalmamışdır.  Şairin 

Türkcə  divanında  istifadə  etdiyi  klasik  Şərq  ədəbiyyatının  məşhur  janrlarından  olan  qəzəl, 

qəsidə, qitə, rübai, məsnəvi, saqinamə və müstəzadlar da öz bitkinlikləriylə diqqəti cəlb edir. 

O,  bu  şeir  şəkillərinə  özünə  xas  əlavələr  etmiş  və  bu  yönümüylə  klassik  türk  ədəbiyyatı 

nəzəriyyəsinə  önəmli  yeniliklər  gətirmişdir.  Seyid  Nigarinin    türkcə  divanındakı  önəmli 

xüsuslardan  biri  də  onun  özünə  qədər  divan  tərtibi  sistemində  istifadə  olunmayan  bir 

yöntəmdən-  sakinamə  rübailərdən  istifadə  etməsidir.  Şair  bunu  da  alfabetik  bir  şəkildə 

düşünmüş  və  klassik  ərəb  ədəbiyyatında  hamriyyə  olaraq  adlandırılan  bu  tür  şeirlərə 

divanında  geniş  yer  vermişdir.  Seyid  Nigari,  divanındakı  şeirlərə  saqinamələrlə  başlarkən 

daha  çox  XII  əsrin  məşhur  şairi  Nizami  Gəncəvidən  təsirlənmişdir.  Nizami  Gəncəvi  də 

məsnəvilərində  hər  yeni  mövzuya  keçərkən    “gəl  ey  saqi”,  “ey  saqi  mey  sun”  şəklindəki 

girizgahlardan istifadə etmişdir ki, bu da Nigarinin özündən əvvəlki nəzəri nümunələri təqib 

edərək  sənətində  tətbiq  etdiyini  göstərir.  Şair  bu  şeirlərdə  təsəvvüfün  bütün  incəliklərindən 

istifadə  etmiş,  “gəl  ey  saqi”  deyərkən    mürşidi-kamilə  xitab  edərək  ondan  feyz  almaq  üçün 

ilahi eşqin şərabını istəmişdir.  

Seyid  Nigarinin  türkcə  divanına  istinadən  verdiyimiz  bu  nümunələrdən  sonra  belə  bir 

qənaətə gəlirik ki, XIX əsrdə  yaşayan və fəliyyət göstərən şair, siyasi xadim, Nəqşibəndiyyə 

təriqətinin  son  dönəmlərdəki  məşhur  şeyxlərindən  olan  Seyid  Nigari,  bir  şərqli  olaraq  bütün 

həyat  və  sənətini  Şərq  əxlaq  kontekstinə  və  qanunlarına  görə  sürdürmüşdür.  Xüsusən  ədəbi 

yönünü işıqlandırdığımız bu kiçik yazıda onun bütün yaxın və orta şərq tarixindəki şəxsiyyət 

və  hadisələrə  aşina  olduğunu  və  bu  bilgiləri  əsərlərində  poetik  obrazlar  içində 

dəyərləndirdiyinə diqqət çəkmək istədik. 

 

 




 



ƏDƏBİYYAT 

Algar,  H.  “Bahaeddin  Nakşibend”  Maddesi,  Türkiye  Diyanet  Vakfı  İslam  Ansiklopedisi 

yayınları, Cilt 4, İstanbul, 1991. 

Algar,  H.  “Hacegan”  Maddesi,  Türkiye  Diyanet  Vakfı  İslam  Ansiklopedisi  Yay.,Cild  14, 

İstanbul, 1996. 

Ateş A. “Hassan  Bin  Sabit” Maddesi, Milli  eğitim Bakanlığı  İslam Ansiklopedisi, Cild 5/1. 

İstanbul, 1977. 

Divan-ı Seyyid Nigari, Hazırlayan Doç Dr. Azmi Bilgin, Kule Yayınları. İstanbul, 2003. 

Divan-ı Seyid Nigari Be-Zeban-ı Türki, İstanbul, 1301. 

İnal,  İbnülemin  Mahmut  Kemal,  Son  Asır  Türk  Şairleri.  Cild  3.  İstanbul,  Dergah 

Yayınları.İstanbul, 1988. 



 

Yüklə 211,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə