Orijinal Kitab
Piratçılığa qarşı müdafiə və müəllif hüquqlarının qorunması məqsədilə
bu kitab unikal kodla mühafizə olunmuşdur. Kitabda təqdim edilən
10 müxtəlif şirkət və təşkilata aid məsələləri həll etmək üçün əvvəlcə
kitabı qeydiyyatdan keçirmək lazımdır. Qeydiyyat üçün kitabın orijinal
oxucularına CD-də Oracle Book Manager (OBM) sistemi təqdim
edilmişdir. OBM sisteminin ən son yenilənmiş versiyasını www.kes.az
saytından endirə bilərsiniz.
Kitabın arxa cildinə unikal kod yapışdırılmışdır. Bu kod kitabı OBM
sistemində qeydiyyatdan keçirmək üçün istifadə olunur. Uğurlu
qeydiyyatdan sonra oxucu bu kitab üçün təchiz edilmiş Oracle verilənlər
bazasının serverinə giriş hesabı əldə edir. Bu hesab olmadan məsələ
həllərini icra etmək mümkün deyil.
Kitabın Qeydiyyatı
OBM proqramı açıldıqdan sonra menyu siyahısından "Qeydiyyat" bəndini
seçin. Qeydiyyat formasında ulduz (*) ilə qeyd edilən vacib sahələri daxil
edin (şəkil 1). Vacib olmayan sahələr kitab oxucularının statistikası üçün
nəzərdə tutulmuşdur. Qeydiyyat zamanı tələb olunan unikal kod əldə
etdiyiniz kitabda verilmişdir. Nəzərə alın ki, unikal kod yalnız və yalnız
kitabı əldə etdiyiniz andan etibarən 24 saat müddətində aktiv edilir. Hər
bir orijinal kitab bir unikal kodla nəşr edilmişdir. Bir unikal kodla yalnız bir
orijinal kitab qeydiyyatdan keçirmək mümkündür. Kitab yalnız bir dəfə
qeydiyyatdan keçirilir. Eyni bir unikal kodla kitabı təkrar qeydiyyatdan
keçirmək mümkün deyil.
Seymur Fərziyev
Oracle SQL və Verilənlər Bazasının Modelləşdirilməsi
250 Məsələ, 400 Həll
KES Nəşrləri İT və texniki sahələr üzrə metodik ədəbiyyatlar hazırlayan ilk
Azərbaycan şirkətidir. Ana dilimizdə bu sahələrə aid keyfiyyətli metodik
ədəbiyyatların yazılması tələbatlı olduğu qədər məsuliyyətli bir işdir. Kitab
yaradıcılığının mürəkkəb olmasının müxtəlif səbəbləri vardır. Biz bir qrup
azərbaycanlı mütəxəssis metodik İT ədəbiyyatların yaradıcılığına başlamışıq.
Ümid edirik, peşəkar qüvvələrin birləşməsi ilə bu sinifdən olan ədəbiyyatların
hazırlanması getdikcə sürətlənəcək. Bilirik ki, asan işə başlamamışıq.
Buna baxmayaraq əminik ki, ərsəyə gətirdiyimiz kitablar cəmiyyətimizin
maariflənməsində, ixtisaslaşmasında və sərbəst öyrənmə istiqamətində əvəzsiz
faydalar verəcək.
KES Nəşrləri İT və texniki sahələrdə çalışan təcrübəli azərbaycanlı mütəxəssisləri
əməkdaşlığa dəvət edir. Əlaqə: info@kes.az
Müəllif:
Seymur Fərziyev
Redaktor:
Oktay Əlizadə
Naşir:
Müşfiq XAN
Dizayner:
Teymur Fərziyev
Bu kitabın və onun tərkib hissələri olan CD həllər və Oracle Book Manager
sisteminin müəlliflik hüquqları KES Nəşrləri və Seymur Fərziyevə məxsusdur.
Müəllifin razılığı olmadan kitab və kitabın qeyd edilən tərkib hissələrinin
dəyişdirilməsi, nüsxələnməsi, yenidən hazırlanması, paylaşılması, tərcümə
edilməsi, satışı və müəllifə istinad etmədən məlumatlardan yazılı şəkildə istifadə
edilməsi qəti qadağandır!
© KES Nəşrləri
© Seymur Fərziyev
I nəşr: May, 2016
ISBN: 978-9952-464-04-7
Ölçü: 148 mm x 210 mm
Həcmi: 250 səhifə
vi
MÜNDƏRİCAT
Ön Söz ............................................................................................... 00
1
Giriş ................................................................................................... 0
03
Əlaqəli Verilənlər Bazası
003
KES
005
Minnətdarlıq
006
Kitab Kimlər Üçündür?!
006
Ön Biliklər
006
Kitabın Quruluşu
007
Konvensiya
007
Düzəlişlər
007
Təlimat .............................................................................................. 00
8
Ümumi Məlumat
008
OBM Lisenziya Müqaviləsi
008
OBM Sisteminin Quraşdırılması
008
Kitabın Qeydiyyatı
009
OBM Hesabı
009
Əlavə Proqramlar
010
CD Həllərin İşlədilməsi
010
Şifrənin Bərpası
011
Texniki Problemlər
011
Oracle SQL Forum
012
OBM Yeni Versiya
012