План: Reklamın mahiyyəti, marketinq təsnifatı və formalrı



Yüklə 331 Kb.
səhifə1/5
tarix14.01.2018
ölçüsü331 Kb.
#20606
  1   2   3   4   5

Mövzu 4. Reklam –marketinq kommunikasiyasının elementi kimi

План:
4.1.Reklamın mahiyyəti, marketinq təsnifatı və formalrı

4.2.Reklam strategiyasının hazırlanması və yayım vasitələrinin seçilməsi.

4.3.Müraciətin strategiyası və taktikası.

4.4.Reklam büdcəsi üzrə qərarlar.

4.5.Reklam kompaniyasının planlaşdırılması və həyata keçirilməsi prosesi.

4.6.Azərbaycanda reklam bazarının formalaşması və inkişaf meylləri.
1.Reklamın mahiyyəti, marketinq təsnifatı və formalrı

Marketinq fəaliyyətində əmtəənin irəlilədilməsini təmin edən kommunikasiya sisteminin əsas ele­ment­lərin­dən biri kimi reklam məqsədli auditoriyaya zəruri mə­lu­matların ötürülməsi yolu ilə istehlakçılarda məh­sula tələ­bat formalaşdırmaq, firmaların imicini yük­səltmək, son nəticədə məhsul satışını artırmağa imkan verir. Firmala­rın fəaliyyəti keyfiyyətli məh­sul istehsal etmək və onu ba­zara çıxarmaqla tamamlanmır. Odur ki, firmalar məq­sədli auditoriyanı məhsul, onun istehlak xüsusiyyətləri barədə məlumatlandırmalıdırlar. Bu məqsədlə reklam tədbirlərindən istifadə edilir.

Reklam, alıcılara effektli təsir göstərmək üçün digər sahələrin: marketinq, psixologiya, jurnalistika, ədə­biy­yat, pablik rileyşnz və s. fəaliyyət növlərinin təc­rü­bə­sindən istifadə etməklə həyata keçirilir. Reklama ümumi kommunikasiya sisteminin tərkib hissəsi kimi baxıl­malı­dır. Kommunikasiya sisteminin müxtəlif tərkib hissələri, fəaliyyət növləri qarşılıqlı əlaqəyə ma­lik­dirlər və bu da onları vahid bir mexanizmə çe­virir, əlaqəli şəkildə işlə­məyə imkan verir ki, bu da, marketinqin əsas məqsədinə nail olmağa şərait yaradır.

Reklam fəaliyyətinin bəzi istiqamətlərinin, o cüm­lə­dən, reklamın planlaş-dırılması və həyata keçi­ril­mə­si­nin kommu­nikasiya sisteminin digər elementləri ilə əlaqələn­dirilməsi əmtəənin irəlilədilməsində, məhsula tələbat for­malaşdırmaqda və onun satışını stimul­laş­dır­maqda çox mühüm əhəmiyyət kəsb edir. Belə əlaqə­lən­dirmənin iki növü mövcuddur:



1. Daxili əlaqələndirmə. Bu zaman reklam kompa­niyasının və ya reklam proqramının ayrı-ayrı element­lə­rinin yerinə yetirilmə dövrülüyünə və vaxtına görə kom­munikasiya sisteminin digər elementləri ilə əlaqə­lən­dirilməsi nəzərdə tutulur.

2. Xarici əlaqələndirmə. Reklam – firmanın satış pro­qramının müvəffəqiy-yətlə yerinə yetirilməsinə təsir edən əsas elementlərdən biridir. Firmanın marketinq fəaliyyətinin müvəffəqiyyəti məhsulun bazarın tələb­lə­rinə uyğun gəlməsindən, düzgün seçilmiş bölgü kanalla­rından, qiymətin düzgün müəyyən edilməsindən asılı olduğu kimi, şəxsi satış və reklamdan da çox asılıdır. Müxtəlif marketinq proqram­larında reklam müxtəlif rol oynayır. Lakin onun oynadığı roldan və yerinə yetirdiyi funk­si­yadan asılı olmayaraq bütün hallarda reklam ümumi mar­ketinq siyasətinə uyğun olmalı, reklam fəa­liyyəti mar­ketinq fəaliyyətinin digər isti­qamətləri ilə əla­qələn­di­rilməlidir.

Firmanın ümumi marketinq fəaliyyətində, o cümlədən, kommunikasiya kompleksində reklamın yeri və rolu məhsul markasının ümumi irəlilədilmə strategiyasına və bundan irəli gələn məqsədlərə uyğun olaraq formalaşır. Bu zaman kommunikasiya kompleksinin digər elementləri, o cümlədən satışın həvəslən-dirilməsi, şəxsi satış, birbaşa marketinq, ictimaiyyətlə əlaqə, onlardan istifadə səviyyəsi nəzərə alınmaqla reklamın rolu müəyyənləşdirilir. Əgər firma öz fəaliy-yətində reklam tədbirlərini həyata keçirirsə, deməli, artıq kommunikasiyanın cəlbetmə strategiyasını tətbiq etmiş olur.

Bir çox inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatının inkişafı reklam fəaliyyəti ilə sıx əlaqədardır. Reklam bazarın inkişafına təsir göstərən ən vacib alətlərdən biridir. Bütün bunlara uyğun olaraq reklamın marketinq mahiyyətini aydınlaşdırmaq ol­duqca vacib bir məsələdir.

İqtisadi ədəbiyyatlarda bəzən reklama ticarəti hərə­kətə gətirən qüvvə kimi baxılır və reklama bu cür ya­­naşma onun, əmtəənin irəlilədilməsində və ümu­mi­likdə kommunikasiya sistemində oynadığı yüksək roldan irəli gəlir. Təsadüfi deyildir ki, reklam mar­ketinqin əsas fun­ksiyalarından birinin-reklam və satışın həvəslən­dirilməsi funksiyasının əsasını təşkil edir, məqsədli auditoriyaya firma və ya onun məhsulu haq­qında məlu­mat verilməsini təmin etməklə, potensial alıcıların malla tanış edilməsi, onların həmin məhsulu almağa inan­dırıl­ması kimi əsas vəzifələri yerinə yetirir. Reklama sadəcə informasiya yayılması üsulu kimi baxmaq düzgün olmaz. O, konkret məqsədlə – məhsula tələbatın formalaş­dırıl­ması və ya firmanın imicinin yüksəldilməsi məqsədilə həyata keçiri­lir.

J.J. Lambenin qeyd etdiyi kimi, firma özünün məhsullarını reklam etməklə, faktiki olaraq marketinq kommunikasiyasının cəlbetmə strategiyasını tətbiq edir. Əgər ticarət heyəti məhsulların bazara irəlilədilməsinın tətbiqi zamanı ən yaxşı vasitədirsə, reklam da istehlakçıların məhsula cəlb edilməsinin ən yaxşı vasitəsidir (11 s. 908).

Marketinqin kommunikasiya sisteminin tərkib ele­menti kimi reklam bir çox vəzifələri və funksiyaları yerinə yetirir. Məhz buna görə də, iqtisadi ədəbiyyatlarda reklamın çox sayda tərifi mövcuddur.

F. Kotler: - Reklam konkret sponsor tərəfindən haqqı ödənilməkıə, Kütləvi İnformasiya Vasitələrinin köməyilə ideyaların, məhsulların və xidmətlərin qeyri şəxsi irəlilədilməsi və təqdim olunmasıdır.

J. Lamben: - Reklam firmanın potensial alıcılarla birbaşa əlaqə yaratmadan məlumatları onlara çatdırdığı kommunikasiya üsuludur.

Q. Baqiyev: - Reklam məlum sponsor adından haqqı ödənilməklə ideya, məhsul və xidmətlərin qeyri – şəxsi formada təklif olunmasıdır.

Ümumiləş­dirilmiş formada reklama fiziki və ya hüquqi şəxslər tərə­findən haqqı ödənilməklə, şəxsin iştirakı olmadan, məh­sul və ya firma haqqında məlu-matların kütləvi infor­ma­siya vasitələrindən istifadə edilməklə məqsədli auditoriy­a­ya çatdırılması kimi baxılır.

Azərbaycan Respublikasının «Reklam haqqında» qanununda rek­lama aşağıdakı kimi tərif verilmişdir:

«Reklam – fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər haqqında maraq formalaşdırmaq və ya bu ma­rağı saxlamaq, əmtəə, ideya və yeniliklərin realizə olun­masına kömək göstərmək məqsədi güdən infor­ma­siya xidmət sahəsidir. Bu qanun Azərbaycanda reklam fəa­liyyətinin formalaşmasına və inkişafına zəmin ya­radır, həyata keçirilməsinin hüquqi bazasını təmin edir, haqsız reklam hallarının qarşısını almağa imkan verir, reklamın dövlət tənzimlənməsini nəzərdə tutur».

Digər xarici ölkə mütəxəssisləri özlərinin elmi və prak­tiki təcrübəsinə əsaslanaraq reklama bir qədər başqa for­ma­da tərif verirlər. Lakin onların əksəriy-yəti bir qayda olaraq qeyd edirlər ki, reklam marketinq fəa­liy­yətinin vacib tərkib hissəsi kimi potensial istehlakçı­lara, müştərilərə və işgüzar tərəf müqabillərinə xüsusi məlu­mat­ların çatdırılmasından ibarətdir.

Bir çox firmalar reklamdan istifadə edirlər ki, özləri və ya istehsal etdikləri məhsullar haqqında məqsədli audito­riyaya zəruri informasiya ötürsünlər və nəticədə cavab reaksiyası əldə etsinlər. Cavab reaksiyası olduqca müxtə­lif ola bilər. Məsələn, istehlakçılarda firma və ya məhsul haqqında müsbət fikir yarana bilər. Bundan başqa, isteh­lakçılarda reklam olunan məhsulu almaq fikri də forma­laşa bilər.

Reklam fəaliyyətinin qarşısında bir sıra məqsədlər qoyulur və bu məqsədlər onun yerinə yetirdiyi vəzifələri və funksiyaları müəyyənləşdirir. Firmalar reklam fəa­liyyətini həyata keçirməzdən əvvəl, ilk növbədə məq­səd­ləri müəyyənləşdirirlər. Reklamın məqsədləri firmanın nə əldə etmək istəməsi ilə əlaqədar olaraq müəyyənləşdirilir. Bu zaman firmanın məhsullarının bazar mövqeyi, onların həyat dövranının hansı mərhələsində olmaları, cari bazar situasiyası təhlil edilir, araş-dırılır. Ümumi formada aşağıdakı məq­sədləri göstərmək olar:

- firma, məhsul, onun tətbiq sahələri haq­qında məqsədli auditoriyaya məlumat vermək və bunun sayəsində məhsula tələbat formalaşdırmaq;

- firmanın məhsuluna, markasına bağlılıq yaratmaq, üstünlük vermə­k, həmin məhsulun alınmasına istehlakçını inan­dır­maq və beləliklə satışın həcminin artırılmasına nail olmaq;

- məhsulun bu və ya digər parametrlərini, onun tət­biq sahələrini və s. istehlakçıların yadına salmaq və bu­nunla da satışın həcminin stabilləşdirilməsinə nail olmaq;

- müəssisənin və ya məhsulun imicini yüksəltmək.

Reklamın məqsədlərinin müəyyən edilməsinin digər istiqaməti də mövcuddur və bu baxımdan aşağıdakı məq­sədləri də qeyd etmək mümkündür:

-məhsul haqqında istehlakçılarda müəyyən səviy­yə­də bilik formalaşdırmaq;

- istehlakçılarda firma haqqında müəyyən təsəvvür yaratmaq;

- konkret məhsula tələbat yaratmaq;

- istehlakçılarda konkret firmaya müraciət etmək fikri formalaşdırmaq;

- məhsulun satışını stimullaşdırmaqda yardımşı olmaq;

- konkret istehlakçını firmanın daimi müştərisinə, onun məhsulunun daimi alıcısına çevirmək;

- firma haqqında digər firmalarda etibarlı tərəf müqabil obrazı yaratmaq və s.

Müəssisələr reklam məqsədlərini müəyyənləşdirərkən cari bazar şəraitinə xüsusi diqqət yetirirlər.Müəssisə bazarda liderlər qrupuna daxildirsə və onun bazar payı aşağıdırsa, deməli bu halda stimullaşdırıcı reklamdan istifadə etmək daha məqsədəuyğundur. Əgər müəssisə bazarda liderlər qrupuna daxil deyuldirsə, lakin onun məhsulu digər oxşar məhsullara nisbətən müəyyən üstünlüklərə malikdirsə, bu halda reklamın məqsədi istehlakçıları məhsulun üstünlüklərinə inandırmaqdan ibarət olmalıdır.

Praktikada, adətən reklam tək bir məqsəd daşımır. Bir qayda olaraq reklam kompaniyasında bir neçə məq­səd birləşir. Ümumiyyətlə isə firmalar reklam məqsədlərini müəyyənləşdirərkən əldə edəcəkləri faydaları əsas götürürlər.

Reklamın qarşısında qoyulan məqsəd­lər­dən asılı olaraq onun formaları seçilir, vəzifələri müəyənləşdi­rilir.

Müxtəlif firmalar reklama aid məsələləri həll etmək və qarşıya qoyulan məqsədə nail olmaq üçün müxtəlif vəzifələri yerinə yetirirlər. Bu zaman müxtəlif üsul­lardan istifadə edilir. Məqsədlərə uyğun gələn reklam kom­pa­niyasını həyata keçirmək üçün xüsusi proqramlar, təd­birlər hazırlanır və həyata keçirilir. Bu məqsədlə ümumi vəzifələr daha xırda vəzifələrə bölünürlər və bütün bunlar proqramda öz əksini tapır. Xırda və orta müəssisələrdə reklam işinin həyata keçirilməsi ilə adətən marketinq və ya satış şöbəsinin rek­lam üzrə mütəxəssisi məşğul olur. Əsasən iri fir­malar, kompaniyalar reklam üzrə xüsusi şö­bələr ya­radırlar. Lakin belə şöbələr də reklam kompaniy­a­la­rının ha­zırlanması və həyata keçirilməsini ixtisas­laş­mış rek­lam agentlikləri ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirirlər. Ona görə də, əksər iri firmalar reklam agentliklərinə müraciət etməli olurlar və bu onlara bir neçə səbəbdən daha səmərəli görünür. Birincisi, ixtisas­laşmış reklam agentliklərində çalışan mütəxəssislər daha yüksək professionallığa malik olurlar və onlar qarşıya qoyulan vəzifələri daha yüksək səviy­yədə yerinə yetirir­lər, nəinki firmanın öz mütəxəssisləri. İkincisi, reklam agentlikləri reklam üzrə hər hansı prob­­lemi həll edərkən və bu barədə firmaya təkliflər verər­kən uzun illər digər fir­malarla əldə etdikləri təcrü­bəyə əsaslanırlar. Üçüncüsü, reklam agentliklərinin kütləvi informasiya vasitələri ilə əməkdaşlığı daha səmərəli və ucuz olur. Lakin ixtisaslaş­dırılmış reklam agentliklərinin xidmətindən istifadənin müəyyən zəif tərəfləri də mövcuddur. Belə ki, reklam ag­entlikləri reklam kompa­niya­sının həyata keçirilməsi prosesinə, proqramda nəzər­də tutulan ayrı-ayrı vəzifələ­rin yerinə yetirilməsinə tam nəzarət etmək, yaranan münaqişələri operativ qaydada həll etmək imkanına ma­lik olmurlar. Bütün bunlara bax­mayaraq, firmalar rek­lam agen­t­lik­lərinin təcrübəsindən, bilik və bacarıqların­dan istifadə etməyi özləri üçün əhəmiyyətli hesab edirlər. Çünki, məhz belə əməkdaşlıq reklam fəaliyyətinin qarşı­sında qoyulan vəzifələri yüksək effektlə yerinə yetirməyə imkan verir.

Reklam vericiləri reklam kompaniyasını həyata keçirərkən üç müxtəlif təşkilatın xidmətindən istifadə edirlər və onlərla qarşılıqlı əlaqədə olurlar.Belə təşkilatlara reklam agentliklərini, kütləvi informasiya vasitələrini və tədqiqatçı təşkilatları aid edirlər. Reklam fəaliyyətində tədqiqatçı təşkilatların xidmətlərindən istifadə edilməsi son dövrlərin aktual cəhətini və mütərəqqi dəyişikliklərini əks etdirir.Tədqiqat elementinin reklam sisteminə daxil edilməsi reklam kompaniyası-nın yaradılması və həyata keçirilməsi prosesində qərarların qəbulu zamanı mövcud nəzəriyyələrin, modellərin və vasitələrin tətbiqinin səmərəliliyini yüksəltməyə imkan verir. Reklam kompaniyasında iştirak edən təşkilatların qarşılıqlı əlaqəsini 2.1 saylı şəkildə nəzərdın keçirək ( 24 ):




Reklam

Verən




Reklam agentliyi





K İ V





T Ə D Q İ Q A T Ç I T Ə Ş K İ L A T L A R


Şəkil 2.1 Reklam kompaniyasında xidmət göstərən

təşkilatların qarşılıqlı əlaqəsi.

Reklam kompaniyası prosesində reklam verənin adından adətən məhsul üzrə menecer çıxış edir. Digər iştirakçı təşkilatların adindan da müvafiq səlahiyyətli nümayəndələr iştirak edirlər. Bu sistemin hər bir səviyyəsində müvafiq profes-sional assosiasiyalar təmsil olunurlar. Məs. ABŞ – da Reklamverənlərin Milli Assosiasiyası, Reklam Şirkətlərinin Assosiasiyası, Qəzet Nəşriyyatı Assosiasiyası, İnformasiya yayım vasitələrinin Milli Assosiasiyası, Jurnalların Nəşri Milli Assosiasiyası, Birbaşa Marketinq Assosiasiyası, Yerüstü Reklam Assosiasiyası və s. fəaliyyət göstərirlər.

Reklam kompaniyasının iştirakçıları arasında reklam agentliyi xüsusi yer tutur. Əksər reklam kompaniyalarında reklamverənlə reklam agentlikləri qarşılıqlı əlaqədə çıxış edirlər. Bəzi hallarda isə onlar fərdi qaydada, müstəqil formada çıxış edirlər. KİV - lə əlaqə yaradılması və onlarla işin həyata keçirilməsi əsasən reklam agentlikləri tərəfiıdən təmin edilir. Lakin müasir dövrdə reklam vericilərini, xüsusən də böyük, məşhur marka sahiblərini ənənəvi üsullarla işləyən reklam agentliklərinin işi o qədər də qane etmir. Onlar daha yaradıcı qabiliyyətə və ideyaya malik olan müasir reklam şirkətlərinə daha çox üstünlük verməyə başlamışlar və bəzi hallarda özlərinin xüsusi bölmələrini yaradırlar. Hal - hazırda reklam fəaliyyətində baş verən dəyişikliklərdən biri də marketinq kommunika-siyasının ümumi büdcəsində reklama çəkilən xərclərin bir hissəsinin kommunika-siyanın digər elementlərinə yönəldilməsidir.

Müasir dövrdə səmərəli reklam fəaliyyətini həyata keçirmək, düzgün reklam strategiyasını müəyyənləşdirmək, daha səmərəli reklam mətnlərini hazırlamaq və yayım vasitələrini seçmək üçün bazarları, istehlakçıları tədqiq etmək, onların spesifik xüsusiyyətlərini, rellama münasibətlərini, hansı xarakterli reklama, hansı yayım formalarına üstünlük vermələrini müəyyənləşdirmək olduqca vacibdir. Məhz bu məqsədlə də reklam kompaniyasının hazırlanmasında tədqiqatçı təşkilatların xidmətlərindən istifadə edilir.Tədqiqatçı təşkilatlar eyni zamanda həyata keşirilən reklam kompaniyasının effektliyini qiymətləndirməyə imkan verən müvafiq üsullar və metodlar işləyib hazırlayırlar. Reklam tədqiqatları sahəsində daima inkişaf baş verir və bu da müxtəlif yayım və kommunikasiya vasitələrində baş verən mütərəqqi texnoloji dəyişikliklərlə əlaqədardır. Bu baxımdan reklam kompaniyasının iştirakçısı kimi tədqiqat təşkilatlarının əhəmiyyəti və rolu getdikcə artır.

Reklamın marketinq mahiyyətini daha dərindən dərk etmək, onun formalarını seçmək, büdcəsini müəy­yən­ləşdirmək, planlaşdırılmasını həyata keçirmək üçün ilk növbədə bir sıra suallara, o cümlədən, reklamdan kim istifadə edir, hansı auditoriya əhatə olunmalıdır, reklam yayımı hansı vasitələrlə həyata keçirilməlidir, əsas məq­səd nədən ibarətdir və s. bu kimi suallara cavab verilməli, onun forması müəyyən­ləşdirilməlidir. Bu sualların həlli, reklamın qarşısında qoyulan vəzi­fə­lərin yerinə yetirilməsi ilk növbədə reklamın marketinq baxımından təsnifləş­dirilməsini tələb edir.

Reklamın marketinq təsnifatı reklamın kimin adın­dan verilməsi üzrə növlərə ayrılmasını, bu zaman hər bir reklam növünün əhatə etdiyi auditoriyaya görə, hansı reklam vasitəsilə yayılmasına görə, hansı əsas məqsəd üçün verilməsinə görə xüsusi növlərə bölünməsini özündə birləşdirir. Reklamın mar­ketinq təs­nifatı müəyyənləşdirilərkən və müəssisənin qarşısında qoyulan məqsəddən asılı olaraq hər hansı bir reklam növü seçilərkən həmin reklam növü üçün ən səmərəli yayım forması seçilir və tətbiq edilir.

Reklamın marketinq təsnifatı reklam fəaliyyətinin həyata keçirilməsində mühüm nəzəri və praktiki əhə­miyyət kəsb edir. Reklam aşağıdakı növlərə bölünür (19):


  • istehsalçıların adından reklam;

  • topdan və pərakəndə ticarətçilər tərəfindən ve­rilən reklam;

  • fərdi şəxslər adından reklam;

  • hökumət, ictimai təşkilatlar və qruplar adın­dan verilən reklam.

Reklamın bu növlərini ayrı-ayrılıqda nəzərdən keçirək:

1.İstehsalçılar adından verilən reklam. Bu reklam növü:

a) Əhatə etdiyi auditoriyaya görə:



  • fərdi istehlakçılara;

  • topdan və pərakəndə ticarətçilərə;

  • mütəxəssislərə;

  • hökumətə, ictimai təşkilatlara və qruplara, firmanın öz işçilərinə və qulluqçularına;

b). Hansı reklam vasitəsilə yayılmasına görə:

  • radio, televiziya, curnallar, qəzetlər, bir­ba­şa poçt reklamı, malların üzərində reklam, nəq­liyyat vasitələrində reklam və s. bu kimi növlərə bölünür;

c). Hansı əsas məqsəd üçün verilməsinə görə:

  • konkret məhsula tələbatın formalaş­dı­rıl­ması;

  • müəssisə və ya məhsulun imicinin yüksəldilməsi;

  • topdan və pərakəndə ticarətçilərin həvəs­lən­di­rilməsi, öz müştəriləri üçün malların təbliğ edil­məsi;

  • «Pablik Rileysnz» sahəsində əsas istehlakçı kütləsi ilə xoş münasibətin yaradılmasında yardımçı olmaq;

  • konkret məhsula mütəxəssislərin diqqətini cəlb etmək, onları məhsulu almağa inandırmaq.

2. Topdan və pərakəndə ticarətçilər tərəfindən veri­lən reklam:

  • əhatə etdiyi auditoriyaya görə fərdi isteh­lak­çılara yönəldilən reklama, yayım vasitəsinə görə yerli qəzetlər, radio, televiziya, curnallar, lövhələr, nəqliyyat vasitələri, birbaşa poçt va­sitəsilə yayılan reklama və s. ayrılır. Bu za­man əsas məqsəd kon­kret mağazaya, topdan ticarət müəs­sisəsinə alıcıla­rın xoş münasibətini və onların reklam etdiyi məhsula tələbat for­ma­laşdırmaqdan ibarətdir.

3. Fərdi şəxslər adından verilən reklam:

  • əhatə dairəsinə görə digər şəxslərə, müəs­sisə və təşkilatlara yönəldilən reklama, yayılma va­sitə­sinə görə yerli qəzetlər, plakatlar, həmçinin kabel televiziyası vasitəsilə yayılan reklama ayrılır. Bu zaman əsas məqsəd, konkret məh­su­lun alınması­nın həvəsləndirilməsindən ibarətdir.

4. Hökumət, ictimai təşkilatlar və qruplar adından verilən reklam:

- əhatə dairəsinə görə fərdi istehlakçılara, dövlət təş­kilatlarına, qruplara, cəmiyyətlərə və assosasiyalara, ge­niş istehlakçı kütləsinə və mütəxəssislərə yönəldilən rek­lama ayrılır. Bu zaman əsas məqsəd ictimai siyasi və kom­mer­siya sahəsində nailiyyətlər əldə etmək məqsədilə həyata keçi­rilən tədbirlərin səmə-rələliliyini yüksəlt­mək­dən ibarətdir.

Reklamın yuxarıda baxılan təsnifatından bizi ən çox ma­raqlandıran istehsalçılar adından verilən reklamdır. Odur ki, onun üzərində bir qədər ətraflı da­yanmaq daha məq­sədəuyğundur.

İstehsalçılar adından verilən reklam bir çox müx­təlif növlərə ayrılır və çoxumuz onların əksər hissəsi ilə demək olar ki, qarşılaşmışıq. Onların müxtəlif növlərini ayrılı­q­da nəzərdən keçirək:



İstehlakçılara yönəldilən reklam.

Əksər istehsalçılar fərdi qaydada reklamdan is­tifadə edirlər ki, konkret məhsul istehlakçılarının tələbinin for­malaşdırılmasına təsir göstərə bilsinlər, onların mal alı­şını həvəsləndirsinlər. Onlar televiziya, radio, gündəlik və həftəlik qəzetlər, curnallar, reklam lövhələri, nəqliyyat vasitələri, birbaşa poçt reklamı, kataloqlar, kuponlar, hava şarları vasitəsilə yayılan reklam vasitəsilə isteh­lak­çı­ların diqqətini konkret məhsula yönəldirlər, onlara məh­sul haqqında lazımı informasiya ötürürlər.

Bəzi hallarda istehsalçıların kommersiya maraq­ları onları məcbur edir ki, fərdi istehlakçılar tərəfindən on­ların məhsullarının alınmasında öz səylərini və həyata ke­çirdikləri reklam tədbirlərini birləşdirsinlər, birgə reklam kampaniyasını həyata keçirsinlər. İs­tehsalçılar bəzən öz məhsullarının topdan və pərakəndə satıcıları ilə də ra­zılaş­malar əldə edirlər və onları birgə reklam kom­paniya­sına cəlb edirlər.

Ticarət sahəsinə yönəldilən reklam.

Bəzən reklamda istehlakçıların qarşılaşdığı məh­sula topdan və pərakəndə satıcıya, yəni ticarət sferasına yö­nəldilən reklama da rast gəlinir. Reklamın bu nö­vü­nü tətbiq edən istehsalçılar gələcəkdə onların məh­sullarının satılmasında yardımçı olan topdan və pəra­kəndə ticarət­çilərin diqqətini cəlb etməyə səy göstərir, onların həmin məhsulları satmaqda maraqlarını artırırlar.

Ticarət sahəsinə yönəldilən reklam ticarətçilərin reklam olunan məhsulun ehtiyatını yaratmaq və onların satışını həyata keçirməkdə maraqlarını ar­tırmaq məqsədi daşıyır. Eyni zamanda bəzi istehsalçılar öz məhsullarını pərakəndə ticarətçiyə təklif edirlər ki, onlar həmin məh­sulu öz mağazalarının adı altında satsınlar. Ticarət sahə­sinə yönəldilən reklam istehsalçı-topdan ticarətçi ilə pə­rakəndə ticarətçi arasında çoxşaxəli qarşılıqlı əlaqənin yaranmasına və möh­kəm­lənməsinə xidmət edir. Bəzən reklam vasitəsilə ticarət sahəsinə yönəldilən informasiya istehlakçılara yö­nəl­dilən informasiyadan çox olur. Daha çox mənfəət əldə etmək məqsədini güdən topdan və pəra­kəndə tica­rətçilər reklamda mühasibat nöqteyi-nəzərin­dən ma­raqlı olan məlumatların olmasını çox qiymətlən­dirirlər. Bunun əksinə olaraq istehlakçıları ümumi xarak­terə malik olan reklam daha çox maraqlandırır. Odur ki, bu reklam növünü tətbiq edərkən həm topdan və pəra­kəndə tacirlərin, həm də istehlakçıların maraqları qarşı­lıqlı əlaqədə uzlaşdırılmalı, eyni dərəcədə nəzərə alınma­lıdır.

Mütəxəssislərə yönəldilən reklam.

Bu reklam fəaliyyəti ən az qarşılaşdığımız, xüsusi, işgü­zar məqsəd daşıyan reklam növlərindən biridir. Bu halda söhbət o istehsalçılardan gedir ki, onlar öz reklamlarını fərdi mütəxəssislərə, aşağıdakı iki məq­sədlə ünvanlandı­rırlar:

1.Reklam olunan məhsulun şəxsi istifadə üçün alın­masını həvəsləndirmək.

2.Reklam olunan məhsulun konkret mütəxəssislər tərəfindən istifadə edil-məsini təklif etmək və həvəslən­dirmək.

Hər iki halda istehsalçılar reklamı ayrı-ayrı şəxs­lərə, onların xidməti peşəkarlığına yönəldirlər. Bu cür rekla­mın həyata keçirilməsində geniş istifadə olunan bir­­başa poçt reklamından əlavə, reklamın yayım ka­nal­ları kimi, lazım olan bazarı əhatə etməyə hesablanmış, min­lərlə xüsusi formada çap olunan yazılardan da istifadə edilir.

Mütəxəssislərə yönələn reklamın əksər hissəsi tex­niki xarakter daşıyır və müvafiq auditoriyanın profes­sio­nal maraqlarına və biliklərinə cavab verməyə hesab­lanı­lır.

İstehsalçı müəssisələr bəzən öz reklamlarını hökumətə, ictimai təşkilatlara və qruplara, firmanın öz işçilərinə və qulluqçularına yönəldirlər. Bu cür reklamlardan əsas məqsəd onlara müəssisənin fəaliyyəti haqqında məlumat çatdırmaq və bununlada müəssisənin daha yaxşı tanınmasına və ona rəğbət bəslənməsinə nail olmaqdır.

Reklamlar tətbiq edildiyi obyektin xarakterindən asılı olaraq məhsul reklamlarına və institusional reklamlara bölünürlər.



Yüklə 331 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə