PraksiS” Sosial İnkişafa Dəstək İctimai Birliyi



Yüklə 70 Kb.
tarix08.07.2018
ölçüsü70 Kb.
#54464

PRAKSİS” Sosial İnkişafa Dəstək İctimai Birliyi. Bakı şəh. Zahid Xəlilov küç.26, 554-cü məhəllə. AZ-1141 Tel/Fax: 447 57 37, URL: www.praxis.az; E-mail: office@praxis.az



_____________________________________________________________________________
PRESS RELİZ 09 – 11 sentyabr 2007

PRAKSIS təşkilatı Fizuli rayonunun iki kəndində vətəndaşların

yerli özünüidarəetmədə iştirakına dair seminarlar keçirmişdir


PRAKSİS Sosial İnkişafa Dəstək İctimai Birliyi Kaunterpart İnternaşional təşkilatının maliyyələşdirdiyi Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində sentyabr ayının 8 və 9 Fizuli rayonu Böyük Bəhmənli və Aşağı Kürdmahmudlu kəndlərində vətəndaşların iştirakı ilə 4 seminar təşkil etmişdir. Məcburi köçkünlərin yerli özünüidarəetmə hüququndan daha səmərəli istifadənin və yerli səviyyədə qərar qəbul edilməsində iştirakının təmin edilməsi məqsədi daşıyan seminarda ayrı-ayrı qruplarda 20 nəfər, ümumilikdə isə hər iki kənddən 80 nəfər iştirak etmişdir.


PRAKSİS təşkilatının Fizuli rayonu üzrə əlaqələndiricisi Mahirə Alxazova, təlimçilər Fuad Cəfərli və Zaur Əliyev bələdiyyə, onun hüquqi əsası və funksiyaları, yerli problemlərin həllində bələdiyyənin rolu, büdcə və xidmətlər, bələdiyyələrin işində vətəndaş iştirakçılığı və onun formaları, eləcə də digər mövzularda yerli sakinlərə geniş məlumat vermişlər. Seminarın gedişi interaktiv olmuş və vətəndaşların fəal iştirakı ilə birgə müzakirələr aparılmışdır. Bundan əlavə, seminarın gedişatında qruplarda iş təşkil edilmiş və yerli problemlər və onların həlli yolları üzərində işləyən vətəndaşların təklifləri sənədləşdirilmişdir. Bu təkliflər yerli bələdiyyələrin 2008-ci il üçün strateji planlaşması və büdcəsinin formalaşması zamanı istifadə ediləcəkdir.
Qeyd edək ki, layihə fəaliyyətlərinin icrası nəticəsində seçilmiş bələdiyyələrdə əhalinin yerli özünüidarəetmə orqanlarına marağı və tələbkarlığının artacağı gözlənilir. Eyni zamanda, bələdiyyə və sakinlər arasında ünsiyyət forması geniş şəkil alacaq, bələdiyyə üzvlərinin peşəkarlığı və hesabatlılığı yüksələcəkdir. Seçilmiş bələdiyyələr həm də öz daxili sənədləşdirilməsi və prosedurlarının təkmilləşdirilməsi istiqamətində layihədən bəhrələnə biləcəklər.
Məlumat üçün bildirək ki, PRAKSİS artıq bir neçə ildir ki, icra etdiyi layihələr çərçivəsində Fizuli rayonunda yerləşən bir çox bələdiyyələr və yerli icra orqanları ilə yaxından əməkdaşlıq etməkdədir.


Zaur Əliyev

İctimaiyyətlə Əlaqələr Xidməti
zaur@praxis.az
Yüklə 70 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə