Praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyi



Yüklə 81 Kb.
tarix08.07.2018
ölçüsü81 Kb.
#54465




Praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyi. Bakı şəh. Zahid Xəlilov küç.26, 554-cü məhəllə. AZ-1141

Tel/Faks: 447 57 37, URL: www.praxis.az; E-mail: office@praxis.az

_____________________________________________________________________________________
PRESS RELİZ 10 - 24 sentyabr 2007

Dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə məcburi köçkünlərin əmlak və mülkiyyət hüquqlarına həsr edilən dəyirmi masa keçirdi.


“Praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyi 21 sentyabr 2007-ci il tarixdə “İrşad” otelində Danimarka Qaçqınlar Şurasının dəstəyi ilə həyata keçirdiyi “Məcburi Köçkünlərin Əmlak və Mülkiyyət hüquqları” layihəsinin yekunları ilə bağlı olaraq dəyirmi masa keçirmişdir. Dəyirmi masada Gürcüstan üzrə “Praksis”-in layihədə əməkdaşı olan Sosial Proqramlar Fondunun nümayəndələri, Danimarka Qaçqınlar Şurası, Norveç Qaçqinlar Şurası, BMT Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Xilasetmə Komitəsi, Oksfam Böyük Britaniya kimi beynəlxalq təşkilatlar, Bakı, Sumqayıt və Qubadlı İcra Hakimiyyətlərinin nümayəndələri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan rayon ərazi idarəsinin əməkdaşı, Fizuli rayon Böyük Bəhmənli bələdiyyəsi də iştirak etmişlər.


İlk olaraq, “Praksis” və Danimarka Qaçqınlar Şurasının nümayəndələri qeyd edilən layihənin əhəmiyyəti və görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat vermişlər. Ardınca həyata keçirilən layihənin gedişi, nailiyyətlər və problemlər, əldə edilən nəticələr barədə məlumat təqdim edilmişdir. Qeyd olunmuşdur ki, Sumqayıt və Fizuli regionlarında layihə müddətində 200 nəfər məcburi köçkün öz əmlak və mülkiyyətləri üzərində sahiblik hüququnu təsdiq edən sənəd əldə etmişlər. Problem üzrə buklet və digər maarifləndirici nəşrlərin çap edilməsini də vurğulayan “Praksis” əməkdaşları Sumqayıt və Fizulidə dövlət nümayəndələri ilə əməkdaşlığına dair konkret nümunələr göstərmişlər.
Gürcüstan Respublikasında Praksis təşkilatının layihə üzrə tərəfdaşı olan Sosial Proqramlar Fondunun əməkdaşları Borjomi, Kutaisi, Tbilisi və Zuqdididə eyni problem istiqamətində gördükləri işlərdən məlumat verərək 5 min maarifləndirici bukletin nəşr edildiyini, 100-dən çox məcburi köçkünün bəhrələndiyi barədə məlumat vermişdir.
Görüşün ikinci hissəsində beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli QHT-lər və layihədən bəhrələnən icma nümayəndələri arasında əmlak və mülkiyyət hüquqları ilə bağlı müzakirələr aparılmış və tədbir qrup işləri çərçivəsində davam etdirilmişdir. Nəticədə, mülkiyyətə dair sənədlərin əldə edilməsi və müvafiq icra orqanları ilə əməkdaşlığın qurulmasına dair bir sıra tövsiyyələr işlənib hazırlanmışdır. Əldə edilən tövsiyyələr sonda iştirakçılara təqdim edilmiş və yekun hesabatına daxil edilmək məqsədilə sənəd halına salınmışdır.

Zaur Əliyev

İctimaiyyətlə Əlaqələr Xidməti
Zaur@praxis.az
Yüklə 81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə