PraysvoterhausKupers Qlobal (PwC) - dünyada peşəkar xidmətlər göstərən ən böyük
şəbəkələrdən biridir. Bugünkü PwC şəbəkəsi 1998-ci ildə hər ikisi Londonda yerləşən “Price
Waterhouse” və “Coopers & Lybrand” şirkətlərinin birləşməsi nəticəsində yaranmışdır. “PwC
Qlobal” şəbəkəsi 158 ölkədə fəaliyyət göstərir və əməkdaşlarının ümumi sayı 236 min nəfərdir.
PwC audit, vergi, hüquq və məsləhət xidmətləri sahəsində keyfiyyəti təmin etməklə yanaşı,
şirkətlərə və insanlara qazanmaq istədikləri dəyəri yaratmağa kömək edir. Şirkətin müştəri
portfelinə yeni və inkişaf etməkdə olan müəssisələrlə yanaşı dünyanın aparıcı transmilli
şirkətləri, böyük ailə şirkətləri, dövlət müəssisələri, QHT-lər və özəl şirkətlər daxildir. Cəmiyyətdə
etimad yaratmaq və mühüm problemləri həll etmək Şirkətin əsas məqsədlərindən biridir.
Azərbaycanda 1995-ci ildə fəaliyyətə başlamış PraysvoterhausKupers Azərbaycan respublikada
peşəkar xidmətlər göstərən ilk beynəlxalq şirkətlərdən biri olmuşdur. Son 20 il ərzində Şirkət
yerli iqtisadiyyata və biznes mühitinə əhəmiyyətli dərəcədə investisiyalar qoymuş və bu ənənəsini
davam etdirməkdədir. PwC Bakı ofisində müştərilərə yüksək keyfiyyətli xidmətlər göstərərək
dəyər qazandıran partnyorlar və seçilmiş beynəlxalq mütəxəssislərdən ibarət 140-dan çox işçi
çalışır. PwC Azərbaycan PwC Qlobal şəbəkəsinin 150 ildən artıq təcrübəsi, misilsiz bilik və
praktiki səriştəsindən faydalanmaları üçün biznes təşkilatlarına, dövlət idarələrinə və özəl
şirkətlərə xidmətlər göstərir.
PwC Azərbaycan müştərilərin ehtiyaclarına cavab vermək məqsədilə son bir neçə il ərzində audit
və vergi məsləhəti xidmətləri sahəsində öz imkanlarını daha da genişləndirmiş və hüquqi
məsləhət, biznes məsləhət xidmətləri və PwC Akademiyası kimi xidmət sahələrini inkişaf
etdirmişdir. PwC müştərilərə göstərdiyi xidmətlərin keyfiyyəti ilə yanaşı, onların əməkdaşlarının
da peşəkar inkişafında tam qərarlıdır. Son 20 il ərzində PwC Azərbaycan çox sayda yüksək
səriştəli peşəkar mütəxəssislər üçün təlimlər keçmiş və onların peşəkarlıq səviyyəsini inkişaf
etdirmişdir. Onlardan bir çoxu hələ də şirkətdə çalışır, bəziləri isə Azərbaycanda özəl sektorda
fəaliyyət göstərir.
Şirkət Azərbaycana verdiyi töhfəsindən xüsusilə qürur duyur və ölkənin rifahı yolunda onu
dəstəkləməyə və səylə çalışmağa qərarlıdır.
2017-ci ildə Yapı Kredi Bank Azərbaycan maliyyə ili üzrə auditin həyata keçirilməsi üçün PwC
kənar auditor şirkəti seçilmişdir.