Press-reliZ 08 aprel 2009-cu IL Bakı, Azərbaycan



Yüklə 15,44 Kb.
tarix21.12.2017
ölçüsü15,44 Kb.

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ

08 aprel 2009-cu il

Bakı, Azərbaycan


  • PREZİDENT JURNALİSTİN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRDİ

  • DALĞA” GƏNCLƏR HƏRƏKATI MƏTBUAT KONFRANSI KEÇİRDİ

  • "GÜNDƏLİK BAKI" NIN  ŞİKAYƏT ƏRİZƏSİ TƏMİN EDİLMƏDİ



PREZİDENT JURNALİSTİN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRDİ
Mətbuat Şurası (MŞ) “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin azadlıqdan məhrum edilməsi ilə bağlı prezident İlham Əliyeva müraciət edib. Müraciətdə A.Mərzilinin digər vətəndaşlar kimi qanun qarşısında cavabdeh olduğu, lakin məhkəmənin jurnalistə qarşı daha yüngül cəza tətbiq edə biləcəyi bildirilib. Həmçinin jurnalistin həbsindən ölkənin beynəlxalq imicinə zərbə vurmaq istəyən qüvvələr tərəfindən sui-istifadə edə biləcəyi qeyd olunub. Bundan başqa, A.Mərzilinin işinə xüsusi ittiham qaydasında deyil, mülki qaydada baxılması dünya miqyasında daha çox qəbul edildiyi də müraciətdə vurğulanıb.

Bu gün isə Azərbaycan prezidenti İlham Əliyev Mətbuat Şurasının sədri Əflatun Amaşovun Asif Mərzili ilə bağlı müraciətinə öz münasibətini bildirib. Bu barədə məlumatı APA-ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, prezident İ.Əliyev A.Mərzilinin həbsindən təəssüfləndiyini bildirərək, tərəflərin bu məsələni öz aralarında hüquqi yolla həll etmələrinin daha effektli olacağını bildirib. İ.Əliyev bundan başqa Azərbaycanda jurnalistlərlə vətəndaşlar arasındakı bu və ya digər problemlərin, anlaşılmazlıqlar və qarşıdurma hallarının jurnalistlərin həbsinə səbəb olmayacağına ümid etdiyini də xüsusi qeyd edib.

  Xatırladaq ki, Asif Mərzili Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin iddiası ilə böhtan, şərəf və ləyaqətin tapdanmasında təqsirli bilinərək Yasamal rayon məhkəməsinin hökmü ilə dünən (7 aprel) 1 il müddətinə azadlıqdan məhrum olunub.
DALĞA” GƏNCLƏR HƏRƏKATI MƏTBUAT KONFRANSI KEÇİRDİ
Bu gün (8 aprel) “Dalğa” Gənclər Hərəkatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Azadlıq evdən başlayır” adlı layihənin çərçivəsində yekun hesabatla bağlı mətbuat konfransı keçirdilər.

Tədbirdə ilk çıxış edən “Dalğa” Gənclər Hərəkatının sədri Vəfa Cəfərova Lənkəranda keçirdikləri “Ata məni ərə yox, məktəbə göndər” kampaniyasının effektli nəticələri olacağını vurğuladı. Onun sözlərinə görə, cənub bölgəsində erkən nikah problemi daha qabarıqdır. Bölgələrdə təhsilin və maarifçiliyin aşağı səviyyədə olmasından danışan V.Cəfərova, bu səbəbdən qızların və oğlanların erkən ailə qurmalarını yolverilməz hal kimi qiymətləndirdi.

Daha sonra tədbirdə çıxış edən “Dalğa” Gənclər Hərəkatının üzvü Ramin Hacılı, “AN” şəbəkəsinin təsisçilər Rəşad Şirin və Emin Milli öz çıxışlarında bildirilər ki, cənub bölgəsində erkən nikahların baş verməsinin əsasında sosial problemlər dayanır. Bu problemlərin həllində keçirdikləri “Ata məni ərə yox, məktəbə göndər” kimi kampaniyanın faydalı nəticə verəcəklərinə inandıqlarını qeyd etdilər.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,219/lang,az/


"GÜNDƏLİK BAKI"-NIN  ŞİKAYƏT ƏRİZƏSİ TƏMİN EDİLMƏDİ

 

Dünən (07 mart) Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi, “Hacı Mazan” MMC-nin direktoru Zakir Quliyevin "Gündəlik Bakı"  qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı qaldırdığı şərəf və ləyaqətin müdafiəsi üzrə iddiası əsasında məhkəmə prosesi keçirilib.



Qeyd edək ki, ötən məhkəmə prosesində cavabdeh tərəfin vəkili Zaur İbadov, vəsatətlərin hakim E. Qurbanov tərəfindən təmin edilməməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərova şikayət ərizəsi təqdim etmişdilər. Sədr Ə. Cəfərov isə öz növbəsində ərizəni baxılması üçün hakim E. Qurbanova göndərib. Hakim isə şikayət ərizəsini təmin etməyib və prosesi qeyri müəyyən vaxta təxirə salıb.

Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və qəzetin 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub. Onu da qeyd edək ki, iddiaçı iddiasında qəzetin təkzib verməsini, üzr istəməsini və “Hacı Mazan” şirkətinə dəymiş mənəvi ziyana görə baş redaktor H. Vəliyevdən 1000000 (bir milyon) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.


*MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə