Pressrel I z miqrasiya: Gənc zəkalar Cənubi Qafqazın gələcəyi naminə bir araya gəlmişlər



Yüklə 1,32 Mb.
tarix17.11.2018
ölçüsü1,32 Mb.
#79960


P R E S S R E L İ Z




Miqrasiya: Gənc zəkalar Cənubi Qafqazın gələcəyi naminə bir araya gəlmişlər

Bakı ş, 10 iyul 2018-ci il

Miqrasiya mövzusunda debatlar bütün dünyada siyasi təlatümlərə səbəb olduğundan Azərbaycan və Gürcüstandan 50-dək gənc iştirakçı gələcəkdə Cənubi Qafqaz regionunun miqrasiya siyasətinin formalaşdırılmasına kömək edəcək bacarıqlarını inkişaf etdirmək məqsədilə iyul ayının əvvəlində (iyulun 1-7-də) Aİ tərəfindən maliyyələşdirilən və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) həyata keçirdiyi MOBILAZE və ENİGMMA 2 layihələri çərçivəsində bir həftəlik intensiv təlim kursunda miqrasiya üzrə aparıcı beynəlxalq ekspertlərlə bir araya gəlmişlər.

Birləşmiş Krallığın Oksford, Niderlandın Maastrixt və Amsterdam, Fransanın Sorbonn, Avstriyanın Vyana Universitetlərindən professorlar Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) nümayəndələri ilə birgə miqrasiya sahəsində debatların əsas prinsipləri barədə təlim keçmişlər. Bura media, insan hüquqları, hüquq, iqtisadiyyat, vətəndaşlıq məsələləri, miqrasiya və inkişaf üzrə mövzular aid idi.

Azərbaycan Respublikasının Qax rayonunda təşkil edilən Miqrasiya tədqiqatlarına dair Beynəlxalq Yay Məktəbində iştirak edənlər 20-26 yaşlarında tələbələr, jurnalistlər, QHT, dövlət orqanları və beynəlxalq təşkilatlardan olan gənclərdən ibarət idi.

“Miqrasiya zəmanəmizin həlledici amilidir. İstər Azərbaycan, istərsə də Gürcüstan iqtisadi inkişafdan miqrantların inteqrasiyasınadək bütün proseslərdən irəli gələn, habelə emiqrasiya məsələləri ilə məşğul olarkən yaranan imkanlarla və çətinliklərlə üzləşirlər.

"Təlim keçdiyimiz gənclər gələcəkdə öz ölkələrində ən yaxşı miqrasiya təcrübəsinin inkişaf etdirilməsini təmin etməkdə ən vacib rol oynamaq iqtidarındadırlar." – professorlardan biri, Oksford Universiteti Miqrasiya Observatoriyasının direktor müavini, Robert McNeil dedi.

Yay məktəbinin iştirakçıları miqrasiya proseslərinin ölkələrin iqtisadiyyatına təsirini. miqrasiya iə bağlı məlumatların vizualizasiyası, beynəlxalq miqrasiya hüququ və media, ictimai rəy və miqrasiya siyasətinin fomalaşdırılması arasına əlaqəni təhlil edərkən miqrantlar, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında əsas fərqləri öyrəndilər.

“Düşünürdüm ki, “miqrant” sözü xüsusilə qaçqınlara şamil olunur və eyni zamanda məlumatların təhlili barədə cox az anlayışım var idi. Bu intensiv seminar nəticəsində mən çoxlu biliklər əldə etdim və onları mütləq şəkildə gələcək karyeramda tətbiq edəcəm.

Mən Azərbaycandan yeni dostlar və həmyaşıdlarımla tanış olmaq, ölkənin mədəniyyətini daha yaxşı öyrənmək və stereotipləri qırmaq imkanı da əldə etdim, eyni zamanda gürcü mədəni irsimi də onlara paylaşdım.” – 20 yaşlı Mary Jugeli, Tbilisi Müstəqil Universitetinin beynəlxalq əlaqələr fakültəsinin tələbəsi dedi.

Beynəlxalq miqrasiya məsələləri ilə maraqlanan və gələcək yay məktəblərində iştirak etmək niyyətində olan gənclər MSİBM ilə əlaqə saxlaya bilərlər: mobilaze@icmpd.orgenigmma@icmpd.org

MSİBM barədə

MSİBM 17 Üzv Dövlətdən (Avstriya, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Macarıstan, Makedoniya, Malta, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, İsveç, İsveçrə və Türkiyə) ibarət beynəlxalq təşkilatdır. Təşkilatın 200-dən artıq heyəti, Brüsseldə nümayəndəliyi, Azərbaycan və Gürcüstan da daxil olmaqla Avropada, Şimali Afrika, Yaxın Şərq və Latın Amerikasında fəaliyyət göstərən ofisləri və nümayəndələri mövcuddur.
MSİBM-in məqsədi qabaqcıl, müfəssəl və davamlı miqrasiya siyasətlərini təşviq etmək və hökumətlər və təşkilatlar üçün xidmət mübadiləsi mexanizmi funksiyasını təmin etməkdir. Buna nail olmaq üçün MSİBM milli, regional və beynəlxalq səviyyədə bütün maraqlı tərəflərlə tərəfdaşlıq edir.
MOBILAZE və ENIGMMA layihələri barədə
Beynəlxalq yay məktəbi Aİ tərəfindən maliyyələşdirilən və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) həyata keçirdiyi MOBILAZE və ENİGMMA 2 layihələri çərçivəsində Azərbaycan və Gürcüstandan miqrasiya ilə bağlı qurumlar, xüsusilə Azərbaycan Respublikası Dövlət Miqrasiya XidmətiGürcüstan Respublikası Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyası, Aİ üzv dövlətləri, Azərbaycan və Gürcüstandan akademik ekspertlər ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuşdur.



Layihə ICMPD tərəfindən həyata keçirilir
Ünvan: World Business Centre, 18-ci mərtəbə, Səməd Vurğun

küçəsi,


AZ 1014, Bakı, Azərbaycan

Tel: +994 12 597 48 68

Fax: +994 12 597 48 71


Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi


Ünvan: Landmark III, 11-ci mərtəbə, 90A Nizami küçəsi

AZ1010 Bakı Azərbaycan

Tel: +994 12 497 20 63

Fax: +994 12 497 20 69




Avropa Komissiyası Aİ-nın icraçı orqanıdır.
“Avropa İttifaqı 28 Üzv Dövlətdən ibarətdir ki, onlar öz biliklərini, resurs və müqəddəratlarını tədricən birləşdirməyə qərar vermişlər. İttifaqın 60 il genişləndiyi dövrdə onlar birlikdə sabitlik, demokratiya və davamlı inkişaf zonası qurmuş, eyni zamanda mədəni müxtəlifliyi, tolerantlıq və fərdi azadlıqları qoruyub saxlamışlar. Avropa İttifaqı öz nailiyyətlərini və dəyərlərini onun sərhədlərindən kənarda olan ölkə və insanlarla paylaşmaq öhdəliyinə sadiq qalır”.


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə