Prezentasiya az cdr



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
tarix08.11.2018
ölçüsü16,97 Mb.
#79435


Əfsanə yaratmaq üçün ən mükəmməlini təklif edirik!


Tarix

“ADMEDİA”  2009-cu  ildə  təsis  olunub  və  Azərbaycan 

bazarına  uğurla  daxil  olan  və  burada  liderliyi  qoruyub 

saxlayan  reklam  agentliklərdən  biridir.  2014-cü  ildən 

etibarən  layihələndirmədən  tutmuş,  çöl  reklamına  qədər 

geniş formatlı çap istehsalı ilə məşğuluq. 

Bizə  vinil,  baner,  setka  vinil,  kətan  və  s.  materiallardan 

hazırlanmış iri həcmli çap xidmətlərini sifariş verə bilərsiniz. 

Bu  xidmət  gördüyümüz  işlərin  effektivliyini,  keyfiyyətini  və 

operativliyini göstərməklə şirkətimizə böyük uğur gətirir.



Üstünlüklərimiz

OPERATİVLİK

  -  işlərinizin  effektiv  və  yüksək  peşəkarlıqla 

görülməsi üçün kifayət qədər gücümüz var, bu isə bizə texniki 

və yaradıcılıq imkanlarımızı göstərmək üçün zəmin yaradır.



PEŞƏKARLIQ

  –  müştəri  ilə  müqavilə  bağlamazdan  əvvəl 

işlərin  bütün  nüanslarını  və  detallarını  görmək,  işlərimizin 

etibarlı və effektiv yerinə yetirilməsinə zəmanət verir.



MÜŞTƏRİYƏ  ÖZƏL  YANAŞMA

  –  müştərilərimiz  üçün 

yüksək səviyyəli korporativ-mədəni tədbirlər təşkil edirik. Biz 

çox  gözəl  anlayırıq  ki,  korporativ  tədbirlərin  yaradılmasına 

peşəkar yanaşma, müştərilərimizə nəhəng gəlir əldə etmək 

üçün böyük imkanlar yaradır.




Hər birimiz həyatda müəyyən dəyərlərlə irəliləyirik. Bu dəyərlər tərbiyə, ətraf mühit və təcrübəmizlə 

formalaşan sabitləşmiş prinsiplər toplusudur. Məhz bu dəyərlər bizim hərəkətlərimizdə və başqa insanlarla 

münasibətlərdə öz əksini tapır. Onlar bizim ətrafdakılar tərəfindən necə qəbul olunmağımıza təsir edir və 

bəzən şəxsiyyət kimi formalaşmağımızda, həmçinin peşəkar həyatımızda da həlledici rol oynayır. Müəyyən 

dəyərlər iş həyatımızda heç də az əhəmiyyətə malik deyil. Bir çox hallarda əmək fəaliyyətimizdə rəhbər 

tutduğumuz prinsiplər, öz sferamızda bizi peşəkarlar kimi 

xarakterizə edir.

Agentliyin fəlsəfəsi



Reklam sahəsində böyük iş 

təcrübəsinə və yüksək potensiala 

malik 50 nəfərdən çox peşəkardan 

ibarət kollektivimiz var. Hər bir 

bölmənin personalın işinə cavabdeh 

olan və işləri planlaşdıran rəhbəri 

var. Bütün komanda öz işinə ciddi 

və məsuliyyətli yanaşır. Buna görə 

də əldə etdiyimiz nəticə həmişə 

uğurlu olur.



K

o

m

a

n

d

a

m

ı

z


Xidmətlərimiz

Televiziyada reklam

Radio reklam

Çöl Reklamı

Nəqliyyat üzərində reklam

Çap xidmətləri

BTL xidmətləri

PR-xidmətləri

Saytların yaradılması

Email paylama

SMM xidmətləri

Event (Korporativ tədbirlər)

Stendlərin istehsalı

Film və Reklam çarxlarının istehsalı

Monitorinq



Şirkətimiz strateji məsələlərin icrasına yönəlmiş, məkan və zamanla bağlı tədbirlərin 

proqram və planlarını yaratmağa və həyata keçirməyə imkan verən strateji planlama ilə 

məşğul olur. Biz müştərilərimizin rahatlığı üçün onlara əlverişli planlar  qurmaqda 

yardımçı olmaqla, işimizdən fəxr duyuruq.



Strateji planlama


Media Planlama – bizim əsas 

reklam xidmətlərimizdən biridir. Biz 

sizin üçün istənilən Mediaplan 

tərtib edib, istənilən kampaniyanı 

savadlı və aydın şəkildə 

planlayırıq. Reklamınızı istənilən 

TV və Radio kanalda yerləşdirir və 

monitorinqini aparırıq.



Media planlama


Biz bütün növ KİV reklamları ilə (çap, 

elektron - radio və televiziya) məşğul 

oluruq. Potensial auditoriyanın diqqətini 

məhsulunuza və ya xidmətinizə cəlb 

edirik. Həmçinin çöl reklamının köməyi 

ilə (billboard, lightbox, prizma, scroller və 

s.) məhsulunuzun daha geniş 

təqdimatını həyata keçiririk.



KİV-də reklam, Çöl reklamı, Media


PR 

Şirkətinizin  imicinin  formalaşması 

üçün  ictimai  əlaqələrin  qurulmasını 

təşkil  edirik.  Müştərilərinizi  anlamaq, 

onların etibarını qazanmaq böyük əhəmiyyət kəsb 

edir.  Bunun  üçün  biz  PR-kampaniyalar  təşkil  edir, 

məqsəd  və  strategiyalar  qururuq.  Bu  istiqamətdə 

hədəfə  çatmaq  üçün,  PR-kampaniyanı  necə,  nə 

zaman və hansı auditoriya üçün realizə olunmasını 

təyin  edirik.  Bu  xidmət  haqqında  hesabatlar 

müştəriyə  təqvim  məlumatları  və  kütləvi 

informasiya  vasitələrinin  monitorinqi 

şəklində göndərilir.



Şirkətimizin  fərqləndirici  xüsusiyyəti  ondan  ibarətdir  ki,  biz  Web  və 

qrafik dizayner xidmətləri təklif edirik. Web dizaynerimiz bədii zövqə 

və  internet  texnologiyaları  biliklərinə  malikdir.  Bu  isə  ona  Web-

səhifələri yaratmaq və onları Web-saytlarla birləşdirməyə imkan verir. 

Qrafik dizayner isə eyni zamanda həyatın sosial-iqtisadi və mədəni 

sferasının  inkişafını  dəstəkləyərək,  əhəmiyyətli  bir  vizual  landşaftın 

formalaşmasına zəmin yaradır.

Dizayner xidmətləri



VEB SAYTLARIN HAZIRLANMASI

Hər bir biznes üçün vebsayt sizin məhsulunuzun 

internetdə tanıtmasında kömək edir. Vebsayt sizin 

biznesinizin pasportudur. 

vebsaytın maketin dizaynın yığılması

domenin və hostinqin registrasiya 

olunması

kontentin doldurulması



BU XİDMƏTƏ DAXİLDİR:


Bəs siz bilirsiniz ki 

Google ya da digər 

platformasında lazım olan 

məlumatı tapmaq istəyəndə 90% 

istifadəçi axtarışda ilk gələn sayta 

daxil olurlar və digər saytlara artıq girmirlər?

Bunun üçün də “Search Engine Optimization” və ya 

«Axtarış Mühərriki Optimizasiyası» (SEO) xidməti 

veb-saytların orqanik olaraq saytınızın axtarış 

platformasında ilk sıralara çıxmağa kömək edir. 

Bu xidmət sayəsində “açar sözlərin” köməyi ilə siz öz saytınızı ön 

sıralara çıxardaraq sizi axtaran müştərinizi cəlb edib öz məhsulunuzu 

təqdim edə bilərsiz.




İNTERNETDƏ REKLAMIN 

YERLƏŞDİRİLMƏSİ

ADMEDİA REKLAM AGENTLİYİ 

Google Reklam ya da 

müxtəlif digər Azərbaycan 

saytlarında öz məhsulunuzun 

reklamının yerləşdirməsində 

siz bizə etibar edə bilərsiz. 




SMM


Komandamız korporativ tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir. İstənilən iş 

adamı üçün tədbirlərin keçirilməsi özünü, məhsulunu və ya xidmətini müəyyən bazar və 

ya auditoriyaya göstərmək üçün əla fürsət verir. 

Bu xidmətə daxildir:

Rollapp, brand wall, bannerlərin və s. quraşdırılması və montajı;

Tədbir üçün yerin bron edilməsi;

Audio və video sistemin quraşdırılması;

Qəhvə fasiləsi və nahar;

Sponsorluq;

Media dəstək.



EVENT


Biz hər bir müştəriyə peşəkar yanaşma ilə fərqlənirik. Sosial media strategiyasının 

əsas hissəsi məzmundur. Məzmun yaradılmasında kreativlik bizim prioritetimizdir. 

İdarə etdiyimiz markanın imicini dəstəkləmək məqsədilə, gün ərzində baş verən 

hadisələrdən asılı olaraq kontent planı RTM-ə uyğunlaşdırırıq.

Şirkətimiz  kreativ  reklam  videoçarxların  hazırlanmasında  böyük  təcrübəyə 

malikdir. Videoqraf, dizayner, copywriter və səs aktyorlarından ibarət komandamız 

reklam çarxınızı auditoriyanız üçün maraqlı və yaddaqalan edəcək. 

Bu xidmətə daxildir:

  Çəkiliş;

  Montaj; 

  Səsləndirmə;

  Dizayn.



Kreativlik


Niyə biz?

Nəticəyə görə məsuliyyət daşıyırıq

Kreativliyimizə inanırıq

Nüfuzunuz bizim üçün əhəmiyyətlidir

Daim yeni həllər üzərində işləyirik

Hər şeydə dəqiqliyə üstünlük veririk

Qüsursuz iş üçün bütün resurslarımız var

İşimizə səmimiyyət və sədaqətlə yanaşırıq

İşimizi peşkarlarla görürük



İşlərimiz



DİN

Müştərilərimiz



Diqqətinizə görə təşəkkürlər

Ünvan: Dəmirçi Tower, 19-cu mərt.

Xocalı pr. 37. Bakı, Azərbaycan

Tel.: (+994 12) 310 34 38

        (+994 12) 408 77 72

Mob.: (+994 55) 338 77 72

E-mail: info@admedia.az

www.admedia.az



 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə