Применение геоинформационных технологий



Yüklə 71,14 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü71,14 Kb.
#41985


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 49-52 (2014)

 

49 



Quba-Xaçmaz Bölgəsində Meşə və Kənd Təsərrüfatı Bitkilərinə Zərərverən 

Başlıca Yarpaqyeyən Böcəklər (Coleoptera, Chrysomelidae) və Onların Təbii 

Düşmənləri 

 

G.İ. Nadirova 



  

AMEA Zoologiya İnstitutu, A.Abasov küç., 1128 döngə, Bakı AZ1073, Azərbaycan 

 

Quba-Xaçmaz bölgəsində meşə və kənd təsərrüfatı bitkilərinə zərər verən 6 növ yarpaqyeyən böcəyin 



(Oulema  melanopus  L.,  Colaphellus  sophiae  hoefti  Men.,  Plagiodera  verzicolora  Laich.,  Luperus 

xanthopoda  Schrnk.,  Chrusomela  vigintipunctata  Sckop.,  Lochmaea  crataegi  Forst.)  bioekoloji 

xüsusiyyətləri, təsərrüfat əhəmiyyəti və Azərbaycanda ilk dəfə olaraq onların təbii düşmənləri haqda 

məlumatlar verilir.  

 

Açar sözlərzərərverici, entomofaq, parazit, yırtıcı, biosenoz 

 

 

GİRİŞ 

 

Muasir elmi-texniki tərəqqi dövründə, Quba-

Xaçmaz  bölgəsinin  ekoloji  şəraitini  nəzərə  al-

maqla, meşə və kənd təsərrüfatının daha da inkişaf 

etdirilməsi,  fauna  və  floranın  kompleks  müha-

fizəsi, onlardan səmərəli istifadə edilməsi, başlıca 

vəzifə  kimi  qarşıda  duran  məsələlərdən  biridir. 

Bölgənin  özünəməxsus  iqlim  şəraiti,  meşələrinin 

rəngarəng  bitki  örtüyü  və  torpaq  tipi,  burada 

entomofaunanın  zənginləşməsinə,  o  cümlədən 

zərərverici  həşəratların  artıb-çoxalmasına,  geniş 

imkan yaradır. Bu baxımdan zərərverici həşəratlar 

qrupuna  daxil  olan  yarpaqyeyən  böcəklərin  öyrə-

nilməsi  və  onlara  qarşı  mübarizə  tədbirlərinin 

həyata  keçirilməsi  günün  ən  vacib  məsələlərin-

dəndir.  

Yarpaqyeyən  böcəklər  bioloji  və  ekoloji  xü-

susiyyətlərinə  görə  bir  birindən  fərqlənən  növlər 

olub,  kənd  təsərrüfatı  bitkilərinə  və  meşə  ağac-

larına daha çox zərər verirlər. 

Azərbaycanda  yarpaqyeyən  böcəklərin  öyrə-

nilməsinə XX əsrin əvvəllərində başlanmışdır. Bu 

istiqamətdə  respublika  alimləri  (Самедов,  1963; 

Mirzəyeva,  1988)  ilə  yanaşı  başqa  xarici  alimlər 

də  (Radde,  1889;  Оглобин,  1936)  ara-sıra  tədqi-

qatlar aparmışlar. 



 

 

MATERİAL VƏ METODLAR 

 

Materialların toplanması və işlənməsi (2011-

2013-cü  illərdə)  entomologiyada  qəbul  edilmiş 

ümumi  üsullar  vasitəsilə  (Оглобин,  1936;  Саме-

дов,  1963;  Mirzəyeva,  1988)  çöl  və  laboratoriya 

şəraitində  həyata  keçirilmişdir.  Stasionar  məntə-

qələr kimi Quba, Qusar, Xaçmaz və Şabran rayon-

ları seçilmişdir. 



NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Aparılan  tədqiqatlara  əsasən  Quba-Xaçmaz 



bölgəsində meşə və kənd təsərrüfatı bitkilərinə zərər 

verən  6  növ  yarpaqyeyən  böcək  və  onların  təbii 

düşmənləri haqqında məlumat verilir.  

1. Oulema melanopus L. - Zəlicə. 

Böcəklər  arasında  Zəlicə  bitkilərə  vurduğu 

zərərə  görə  əsas  yerlərdən  birini  tutur.  Yumurtaları 

uzunsov,  kəhraba  rəngli,  üç  cüt  ayağı  olan  sürfələri 

isə açıq-sarı rənglidir. Onlar yumurtadan çıxan kimi 

boz-sarı seliklə örtülür. Selik onları xarici təsirlərdən 

və  yırtıcılardan  qoruyur.  Puplar  ağ  rəngdə  olub  küp 

formasında  olan  baramaların  daxilində  inkişaf  edir-

lər.  Bir  çox  həşəratlar  kimi  zəlicə  də  öz  inkişafının 

müəyyən mərhələsini (imaqo) diapauza mərhələsində 

keçirir.  

Böcəklər yazda çox tez oyanırlar. Havanın tem-

peraturu  müsbət  12-13  dərəcə  olanda  onlar  qışlama 

yerlərindən çıxaraq, taxıl bitkilərinin yarpağı və zoğ-

ları üzərində qidalanmağa başlayırlar. Payızlıq buğda 

və  arpa  sortlarına  nisbətən,  yulaf  və  qarğıdalı 

bitkilərinə daha çox zərər verirlər.  

Böcəklər  5-6  gündən  sonra,  yəni  aprelin  birinci 

və  ikinci  ongünlüyündə  kütləvi  surətdə  mayalanaraq 

yumurta qoyma prosesinə başlayırlar. Yumurtaqoyma 

prosesi  may  ayının  axırına  qədər  davam  edir  (Şabran 

27  may  2012-ci  il).  Zəlicə  orta  hesabla  öz  inkişafı 

dövründə  70-150,  bəzi  hallarda  isə  200-dən  artıq 

yumurta qoya bilir. Onlar taxıl yarpaqının alt tərəfinə 

hər sıraya zəncirvari formada 5-8 ədəd yumurta qoyur. 

Yumurtaların inkişafı 10-12 gün davam edir. Yumur-

tadan  çıxan  sürfələr  taxıl  yarpaqları  ilə  qidalanırlar. 

12-15 gündən sonra onlar axırıncı qabıqdəyişmə mər-

hələsini  keçirlər.  Beləliklə,  zəlicələr  4  dəfə  qabıq 

dəyişirlər. Puplaşma torpağın 4-6 mm dərinliyində 15 

gün davam edir.  

İyun ayının birinci yarısında yeni nəslin fərdlə-

rinə  rast  gəlmək  olur.  Yeni  nəslin  fərdləri  yabanı 




Quba-Xaçmaz Bölgəsində Meşə və Kənd 

50 


taxıl  bitkilərinin  üzərində  qidalanırlar.  Quba-

Xaçmaz bölgəsində ildə 1-2 nəsil verir. 

Taxıl  sahələrində  zəlicənin  sayının  tənzim-

lənməsində  10  növ  (Bracon  fumipennis  Thoms., 



Eulophus  chrysomelae  Hees.,  Trichogramma 

evanescens  West.,  Calosoma  sycophanta  L., 

Staphylinus  olens  Mull.,  Adonia  variedata  Gz., 

Semiadalia  notata  L.,  Coccinella  quatuor-

decimpunctata  L.,  Chrysopa  carnea  L.,  Yalla 

dumosa F.)   parazit və yırtıcı iştirak edir.  

2.  Colaphellus  hoelti  Men  -  Şərqxardal  yar-

paqyeyəni. 

Mezokserofil  növdür.  Şərqxardal  yarpaqye-

yəninin  həyat  tərzi  digər  yarpaqyeyənlərin  həyat 

tərzindən  elə  də  fərqlənmir.  Bədəni  5-6  mm,  qa-

barıq formadadır. Onların inkişafı ilk əvvəl yabanı 

xaççiçəklilər  üzərində,  sonra  isə  mədəni  bitkilər 

(qarabaşaq,  kələm,  turp,  qıtıqotu  və  çuğundur) 

üzərində  başa  çatır.  Bitkilərə  əsasən  may-iyun 

aylarında  zərər  vurur.  Bəzən  zərərvermə  dərəcəsi 

40-50%-ə çatır.  

Yarpaqyeyənin 

bioekoloji  xüsusiyyətləri 

Quba,  Qusar  və  Şabran  rayonlarında  öyrənil-

mişdir.  Yaz  və  yay  aylarında  (22.III.2011, 

15.IV.2012,  20.V.2013)  havanın  orta  günlük 

temperaturu 20-25

0

C olduqda, böcəklər torpaqdan 



çıxmağa  başlayırlar.  Qışlamadan  çıxan  böcəklər 

sürətlə qidalanırlar.  

Qışlama  yerlərindən  çıxdıqdan  sonra  onlar 

yabanı  və  mədəni  bitki  növlərinin  yarpaqlarını 

yeyərək onları skeletləşdirirlər. Böcəklərə toxunan 

kimi  yerə  düşüb  özlərini  ölülüyə  vururlar.  Onlar 

qida  bitkilərinə  yaxın  yerlərdə  uçurlar.  Qidalan-

madan  6-8  gün  sonra,  yəni  may  ayının  əvvəllə-

rində  cütləşirlər.  Mayalanma  10-15  gün  davam 

edir.  Dişilər  yumurtanı  bitkinin  kökünə  yaxın 

torpağa,  bəzən  isə  yarpağın  alt  hissəsinə,  ya  da 

torpağın  üst  hissəsində  qoyurlar.  Onların  kütləvi 

yumurta  qoyması  isə  may  ayının  əvvəllərində 

müşahidə  edilmişdir.  Yumurtalar  15-20  ədəd  ol-

maqla  topa  halında  qoyulur.  Müşahidələr  nəticə-

sində  aşkar  olunmuşdur  ki,  qoyulan  yumurtaların 

hamısından  sürfə  çıxır.  Belə  ki,  çıxan  sürfələrin 

sayı 8-10 fərdə çatır.  

Laboratoriya  şəraitində,  yumurtaların  em-

brional  inkişafı,  orta  günlük  temperatur  15-16

0



olduqda  12-14  gün  davam  edir.  Təbiətdə  isə  23-



25

0

C-də yumurtaların inkişafı 6-10 gün çəkir. 28-



30

0

C  isti  müşahidə  olursa  yumurtalar  cəmi  3-4 



günə inkişaf edir. Eləcə də, müəyyən olunmuşdur 

ki, temperatur 34-36

0

C-dən yuxarı olanda yumur-



talar tamamilə məhv olurlar. Şərqxardal yarpaqye-

yəni 100-dən 300-ə qədər yumurta qoya bilir. Yu-

murtadan  çıxan  sürfələr  inkişaf  edərkən  3  yaş 

mərhələsi keçirlər. 6-8 gündən sonra axırıncı mər-

hələdə  bitkini  tərk  edir,  torpağa  düşür  və  pup-

laşırlar. Təbiətdə havanın orta günlük temperaturu 

20-23

0

C  olduqda  puplar  7-10  günə  inkişaf  edirlər. 



Yeni  nəslin  çıxması  iyun  ayının  birinci  ongünlü-

yündə  başlayır.  Sentyabr  ayının  axırında  böcəklər 

xəzəllərin altında, bəzən də torpaqda qışlayırlar. İldə 

1-2  nəsil  verir.  Tədqiqatlar  nəticəsində  müəyyən 

edilmişdir  ki,  zərərvericinin  sayının  azalmasında 

taxin milçəklərinin və ixnevmonid minicilərinin rolu 

vardır.  Rusiya  alimlərinin  (Бронштейн,  1991)  mə-

lumatlarına  görə  bu  zərərvericiyə  qarşı  işlənilən 

karate  kimyəvi  preparatı  zərərvericinin  sayını  97-

100% aşağı salır.  

3.  Plagiodera  versicolora  Laich.  -  Abı  rəngli 

söyüd yarpaqyeyəni. 

Qiqrofil  növdür.  Bu  cinsə  100  növ  daxildir. 

Onlar,  yer  kürəsinin  hər  yerində   yayılmışdır.  Azər-

baycanda 1 növü qeydə alınmışdır. Başqa növlərdən 

o  qədər  də  fərqlənmir.  Bədəni  6-7  mm,  qabarıq, 

qanadlıdır, parlaq abı rəngdədir. Cavan sürfələrin baş 

hissəsi parlaq-qara, bədənləri yaşıl-gəhvəyi rəngində, 

son  mərhələnin  sürfələri  isə  qara,  göy-yaşıl  rəng-

dədir.  Sürfənin  uzunluğu  8-10  mm-dir.  Yumurtalar 

parlaq-sarı  rəngdə  olmaqla  oval  formadadırlar.  Pup-

lar isə açıq-sarı, yumşaq və çox zərifdirlər. 

Abı  rəngli  söyüd  yarpaqyeyəni  Quba-Xaçmaz 

bölgəsinin  bütün  rayonlarında  yayılmışdır.  Ona, 

meşə  senozlarında  tez-tez  rast  gəlinir.  Böcəklər 

ağacların  qabığı  altında  ya  da  çatlarında  qışlayırlar. 

Təbiətdə  havanın  temperaturu  15-20

0

C  olduqda  qış-



lama yerlərindən çıxırlar. Böcəklər çıxan kimi ağac-

ların  (söyüd,  qovaq)  cavan  yarpaqlarılə  qidalanırlar 

(Бровидин,  1977).  Nəticədə  yarpaqların  üzərində 

müxtəlif  formalı  deşiklər  əmələ  gətirirlər.  Qidalan-

madan 10-15 gün sonra yetkin fərdlər cütləşib cavan 

və zədələnmiş yarpaqların alt hissəsində topa halında 

yumurta  qoymağa  başlayırlar.  Dişilərin  reproduktiv 

imkanı çox güclüdür. Dişi fərd təbii şəraitdə hər dəfə 

50-dən 80-ə qədər yumurta qoya bilir.  

 Laboratoriyada aparılan müşahidələrə əsasən bir 

dişi  fərd  280-350-ə  qədər  yumurta  qoyur,  hər  topada 

25-45-ə  qədər  yumurta  olur.  Bu  proses  may  ayının 

ikinci ongünlüyünə kimi davam edir. (Xızı, 20.V.2012). 

Yumurtaların  inkişafı  iqlim  şəraitindən  asılıdır. 

Yumurta qoyulduqdan 4-8 gün sonra sürfələr çıxır və 

qidalanmağa  başlayırlar.  Əvvəlcə  onlar  topa  halında 

yarpağı  skeletləşdirir,  sonra  isə  digər  yarpağa  keçib 

tək-tək qidalanmağa başlayırlar. Bu cür güclü qidalan-

madan  sonra  yarpaqlar  burulur,  quruyub  tökülürlər. 

Sürfələr 5-6 gündən sonra qabıq dəyiş-məyə başlayır-

lar,  8-10  gün  keçdikdən  sonra  ikinci  qabıqdəyişmə 

başlayır.  2  həftədən  sonra  isə  sürfələr  3-cü  yaşa  ça-

tırlar. Puplaşmadan 3-4 gün əvvəl sürfələr qabıqlarını 

atıb torpağın üzərinə düşürlər və qida bitkisinin altında 

5-6  sm  dərinliyə  gedib  puplaşırlar.  Sürfənin  inkişafı 

14-16 gün davam edir. Pup dövrü isə 4-6 gündür. Bir 

nəslin  inkişaf  dövrü  20-25  gün  çəkir,  bəzən  30  gün 

davam  edir.  May  ayının  axırı  iyun  ayının  əvvəlində 

yeni nəslin böcəkləri görünməyə başlayırlar.  



Nadirova G.İ. 

51 


Müşahidələrə əsasən, böcəklərin kütləvi çıxı-

şı may-iyun aylarında baş verir və bu zaman ağac-

lara ciddi ziyan dəyir (təxminən 35-40%), ildə iki 

nəsil verir. 

Abı  rəngli  söyüd  yarpaqyeyənin  təbii  düş-

mənlərindən  hörümçəyi,  taxin  milçəyini,  xalsid-

ləri, cır arıları və karabid böcəyini göstərmək olar.  

4.  Luperus  xanthopoda  Schrnk  -  Sarıayaq 

yarpaqyeyəni. 

Böcək  aprel  ayının  II-ci  yarısında  bölgənin 

bütün rayonlarında qeydə alınmışdır. Onlar meşə, 

park  və  bağların  kənarlarında  yaşayırlar.  Polifaq 

növdür.  Biz  tərəfdən  Qusar  rayonunun  Digəh 

kəndində (10.IV.2012-22.VI.2013) müşahidə apa-

rılmışdır. Bədəninin üstü şəffaf qara, ayaqları sarı 

rəngdədir,  uzunluğu  4-6  mm-dir.  Onlar  qarağac, 

göyəm, yemişan, zoğal, ərik, şaftalı, heyva və baş-

qa ağacların yarpaqlarında (damar hissəyə toxun-

madan)  iri  deşiklər  açırlar.  Bu  böcəklər  göyəm, 

gavalı və alça ağaclarına daha çox zərər vururlar. 

Onlar  təkcə  yarpaqları  deyil,  eyni  zamanda  mey-

vələri də  zədələyirlər.  İntensiv  qidalanma  ilə  əla-

qədar  olaraq  tezliklə  cütləşib  yumurta  qoymağa 

başlayırlar.  Yumurtaları  topa  halında  (hər  topada 

10-35 ədəd yumurta olur) torpağın səthindəki çat-

lara  qoyurlar.  Hər  bir  dişi  fərd  150-250  yumurta 

qoyur,  bəzən  də  300-ə  qədər  olur.  Yumurtadan 

çıxan  sürfələr  ot  bitkilərinin  kökləri  üzərində 

inkişaf  edirlər.  Sarıayaq  yarpaqyeyənin  sayının 

tənzimlənməsində  parazit  və  yırtıcıların  rolu 

böyükdür. Beləliklə, onları 7 növ parazit və yırtıcı 

məhv  edir,  bunlar:  Tetrastichus  sp.,  Bethylus  sp., 



Meygenia  mutabilis  Fall.,  Staphylimus  olens 

Mull.,  Semiadalia  notata  L.,  Chrysopa  septem-



punctata Wesm., Ch. perla L. (Мамедов, 2004). 

5.  Chrysomela  vigintipunctata  Scop.  -  20 

nöqtəli yarpaqyeyən. 

20  nöqtəli  yarpaqyeyən  çayların,  kanalların 

sahillərində rütubətli yerlərdə yaşayır.  

Böcəklərin  öyrənilməsinə  dair  müşahidələr 

Xaçmaz  rayonunda  (12.IV.2011-22.VII.2013) 

aparılmışdır.  Böcəklər  yaşlı  mərhələdə  dayaz  tor-

paqda  və  yarpaqların  altında  qışlayırlar.  Onlar 

qışlamadan aprel ayının ortasında, ya da axırında 

çıxırlar.  Qovaq  ağaclarının  cavan  yarpaqları  ilə 

qidalanır, sonra isə müxtəlif növ söyüd ağaclarına 

keçirlər.  Qışlamadan  çıxandan  7-10  gün  sonra 

böcəklər  cütləşməyə  və  yumurta  qoymağa  başla-

yırlar.  Yumurtalarını  yarpaqların  aşağı  hissəsinə 

topa halında qoyurlar. Hər bir topada 30-35, bəzən 

50-dən  çox  yumurta  olur.  Bir  dişi  fərd  yaşadığı 

dövrdə  300-350-ə  qədər  yumurta  qoya  bilir.  Yu-

murtalardan  çıxan  sürfələr  yarpaqlarla  qidalanır, 

onları skelet halına salırlar. 4-6 gündən sonra on-

lar üç dəfə qabıqlarını dəyişirlər. Son qabıqdəyiş-

mənin axırında sürfələr qarınlarının arxa hissəsin-

dən  yarpağa  birləşir,  başı  aşağı  sallanaraq 

puplaşma  mərhələsini  keçirirlər.  Yaşlı  sürfələr  çox 

vaxt  ağaclardan  yerə  düşərək  müxtəlif  ot  bitkiləri 

üzərində  puplaşırlar.  Puplaşma  mərhələsi  5-8  gün 

arasında  davam  edir.  May  ayının  axırı  və  iyunun 

əvvəlində  puplardan  böcəklərin  yeni  nəsli  çıxır. 

Cavan  böcəklər  yem  bitkiləri  üzərində  qidalanırlar. 

Əlverişli  şəraitdə  cavan  böcəklər  yumurta  qoymağa 

başlayır  və  tez  bir  müddətdə  yeni  nəsil  əmələ  gəlir. 

İldə  1-2  nəsil  verir.  20  nöqtəli  yarpaqyeyənin  bir 

neçə  parazit  və  yırtıcıları  (Bracon  fumipennis  Th-

oms.,  Tetrastichus  evonymelae  L.,  Carabus  auratus 

L.,  Holysia  sedecimpunctata  L.,  Orius  minutus  L., 

Pieromerus  bidens  L.,  Formica  rufa  F.)  aşkar  edil-

mişdir.  Onlar  bu  zərərvericinin  sayının  tənzimlən-

məsində  mühüm  rol  oynayırlar.  Qovaq  və  söyüd 

ağaclarına daha çox zərər verir. 

6.  Lochmaea  crataegi  Forst.  -  Yemişan 

yarpaqyeyəni. 

Yemişan  yarpaqyeyəni  yetkin  formada  qışlayır. 

Müşahidələr 

Şabran 

rayonunda 



(06.IV.2012-

23.VII.2013)  aparılmışdır.  Aprel  ayının  ortalarında 

böcəklər  qışlama  yerlərindən  uçub  meyvə  bağlarına 

gəlirlər, yeni əmələ gəlmiş tumurcuqlar, yarpaqlar və 

qönçələrlə qidalanırlar. 7-8 gün keçəndən sonra ma-

yalanaraq  yumurta  qoymaqa  başlayırlar.  10-15  gün-

dən  sonra  çıxan  sürfələr  cavan  meyvələrin  daxilinə 

girirlər.  Burada  onlar  30  gün  qidalandıqdan  sonra 

meyvənin  içindən  çıxırlar  və  torpağa  düşüb  5-6  sm 

dərinliyində  puplaşırlar.  Pupların  inkişafı  14-15  gün 

davam edir. Yeni nəsil avqust ayının əvvəlində çıxıb 

meyvə  ağaclarının  (alça,  zoğal,  alma)  yarpaqları  ilə 

qidalanıb qışlamaya gedirlər. İldə 1 nəsil verir. 

Böcəklərin  sayını  tənzimləyən  bir  neçə  növ 

entomofaq  (Bracon  guttiger  Wesm.,  Eulophus  sp., 

Tetrastichus  asparagi  Grav.,  Trichogramma  eva-

nescens  West.,  Vespula  germanica  Fab.,  Carabus 

auratus  L.,  Calosoma  sycophanta  L.,  Adonia 

variegata Gz.), aşkar edilmişdir.  

 

 

ƏDƏBIYYAT  

 

Mirzəyeva N.B. (1988) Azərbaycanın yarpaq-yeyən  

böcəkləri. 5 cild, Bakı: “Elm”,  209 c.  



Бровдий  В.М.  (1977)  Фауна  Украины  (Chryso-

melini), Киев, 347 c.  

Бронштейн  Ц.Г.  (1991)  Материалы  по  фауне  и 

биологии жуков-листоедов Зеровшанской доли-

ны. Тр. Самаркандского У-та, 100: 3-65. 

Мамедов  З.М.  (2004)  Паразиты  вредных  чешуе-

крылых  плодовых  культур  Азербайджана  и  пу-

ти  их  использования  в  биологической  защите. 

Баку: «Элм»,  233 c. 



Оглобин  Д.А.  (1936)  Листоеды  Galerucinae.  Фа-

уна  СССР  (Насекомые  жесткокрылые).  М.Л.,  



XXVI (1): 455. 

 



Quba-Xaçmaz Bölgəsində Meşə və Kənd 

52 


Самедов Н.Г. (1963) Фауна и биология жуков, 

вредящих  с/х  культурам  в  Азербайджане. 

Изд. АН Азерб. ССР: 102-103. 

 

Radde G.Z. (1899) Коллекция Кавказского музея, 

обработанные  совместно  с  учёными  специали-

стами  Museum  Caucasicum  Zoologiya,  Tiflis,  1

43-51. 

 

 



 

Основные Вредители Лесных и Сельскохозяйственных Культур и Их Естественные Враги в 

Условиях Куба-Хачмазской Зоны Азербайджана 

 

Г.И. Надирова  

 

Институт зоологии НАНА 

 

В статье представлена информация относительно биоэкологических особенностей и хозяйственного 

значения 6 видов жуков-листоедов (Oulema melanopus L., Colaphellus sophiae hoefti Men., Plagiodera 

verzicolora  Laich.,  Luperus  xanthopoda  Schrnk.,  Chrusomela  vigintipunctata  Sckop.,  Lochmaea  crataegi 

Forst.) – вредителей лесных и сельско-хозяйственных растений в Куба-Хачмазской области. Впервые 

сообщается об их естественных врагах в Азербайджане. 

  

Ключевые словавредитель, энтомофаг, паразит, хищник, биоценоз 

 

 



 

Main Pests (Coleoptera, Chrysomelidae

)

 Of Forest And Agricultural Plants And Their Natural  

Enemies In The Guba-Khachmaz Zone Of Azerbaijan 

 

 G.I. Nadirova 



 

Institute of Zoology, ANAS 

 

Information  has  been  presented  on  bioecological  features,  economic  importance  of  six  pests  (Oulema 



melanopus  L.,  Colaphellus  sophiae  hoefti  Men.,  Plagiodera  verzicolora  Laich.,  Luperus  xanthopoda 

Schrnk., Chrusomela vigintipunctata Sckop., Lochmaea crataegi Forst.) in Guba- Khachmaz Zone and their 

natural enemies have been identified for the first time in Azerbaijan. 

 

Key words: pest, entomofag, parasite, predator, biocenosis 

 

 



Yüklə 71,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə