ProblemləRİ и I №27-28 (370-371) 11-20 may 2008-ci IL



Yüklə 440,47 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü440,47 Kb.
#76756


PROBLEMLƏRİ 

И 

i

№27-28  (370-371)  11-20  may  2008-ci  il

şıltaqlığı  da.  Bir  qədor  do  böyük-kiçik  münasibəti, 

ağa-nökər iddiası.  Nə vaxtsa xeyirxah bir  adamın  bas­

dırdığı  bu  tut  ağacı  əslinc.  Bahann  dediyi  kimi,  eh­

san  ağacıdır.  Kim  yesə  onundur.  Başqasının  quzuları­

nı  otaran  Bahar  da  anasının  qoyduğu  çörəyi  tutla  ya­

vanlıq  edir  və  ləzzətlə  yeyirdi.

Bu  kiçik  dialoqdan  sonra  şaxəli  hadisələr  başlayır 

və  Baharın  həyatı,  keçdiyi  yol  bir kinolenti  kimi  göz­

lərimiz  önündən  gəlib  keçir.

Mənim  üçün  Mir  Cəlal  müəllimi  görmək  çox  çək­

mədi.  1955-ci  ildə  mən  Gürcüstanın  Faxralı  kəndin­

dəki  on  birillik orta  məktəbi  bitirib  Bakıya  gəldim  və 

sənədlərimi  Azərbaycan  Dövlət  Universitetinin 

(indiki  BDU)  jurnalistika  şöbəsinə  verib  qəbul  olun­

dum.  Mən  hələ  orta  məktəbdə  oxuyarkən  Kommunist 

partiyasına qəbul  olunmuşdum.  Bu  cəhətdən  uşaqların 

içində  kommunist  bircə  mən  idim.  Buna  görə  də  si­

nif  nümayəndəsi  idim.  Onda  patokumuz  böyük  idi. 

Ədəbiyyatçılarla jurnalistlər  bir  yerdə  100  nəfərə  qə­

dər  idi.  Hamımız  bir  yerdə  bütün  mühazirələrə  qulaq 

asırdıq.


Mir  Cəlal  müəllimin  vaxtında  filologiya  fakültəsi­

nin  elitası  Əli  Sultanlı,  Cəfər  Xəndan,  Fcyzulla  Qa- 

sımzadə,  Həmid  Araslı,  Muxtar  Hüseynzadə,  Əlövsət 

Abdullayev,  Səlim Cəfərov kimi  müəllimlər bizə dərs 

deyirdi.  Onların  ünü-səsi  Respublikadan  çox-çox 

uzaqlara  yayılmışdı.  Onların  içərisində  Mir  Cəlal  xü­

susilə  seçilirdi.

O,  müəllim kimi  də, yazıçı  kimi  də çox  məşhur idi. 

Mir  Cəlal  müəllim  balacaboylu,  ləng  tərpənən,  lakin 

son  dərəcə  ayıq,  həssas  bir  adam  idi.  Ədəbiyyat  nə­

zəriyyəsini  bircə  semestr keçdik.  O,  mövzunu  izah et­

dikdən,  hər  şeyi  yerli-yataqlı  aydınlaşdırdıqdan  sonra 

dayanar  və  uşaqların  yorulmaması  üçün  adi  misallara 

keçər  və  dərsin  necə  gəlib-keçdiyini  hiss  etməzdi.

Ədəbiyyat  nəzəriyyəsindən  seminarı  da  Mir  Cəlal 

müəllim  özü aparırdı.  Bir gün seminar mövzuları pay­

lanarkən  bizim  patokda  olan  məşhur  yazıçılardan  bi­

M

ir  Cəlal  müəllimin  əsərləri  ilə  orta  məktəb­



dən  tanış  olsam  da  hələ  onun  üzünü  görmə­

mişdim.  Əsərlərini  sevə-sevə  oxuyardıq.  Xüsusən 

"Bir  gəncin  manifesti"  əsəri  bizim  dilimizdən  düş­

məzdi.  Bu  əsərin  bütün  başqa  məziyyətləri  bir  yana, 

ilk  baxışda  o  qədər  də  əhəmiyyət  kəsb  etməyən  belə 

bir  dialoqu  tez-tez  təkrarlayardıq:

-  Düş  sənə  deyirəm.

-  Karsan?

-  Sənin  tutundur?

-  Düş  deyirəm,  düş  o  budaqdan!

-  Ehsan  ağacıdır.

-  Düş  aşağı,  uzun  danışma,  ağzın  yekə  olar. 

Ağaməcid  bunu  deyib  altdan  yuxarı,  Bahara  sarı 

elə  tünd  və  acıqlı  baxdı  ki,  az  qaldı  uşağın  bağrı  ya­

rılsın...

Əsərin bu  cümlələri uşaq  əhval-ruhiyyəsinə nə  qə­

dər yaxın,  nə  qədər doğmadır.  Biz  onu  təkrar  edəndə 

əylənirdik.  Çünki  burada  uşaq  dəcəlliyi  də  var, uşaq­

lı q 

*

mlər  doktorlarından  biri  oldu.  Məni  do  bu  sahəyə 



çəkdi  və  'Zaqafqaziya  rus  mətbuatında  Azərbaycan 

ədəbiyyatı"  mövzusunda dissertasiya yazmağı  tapşırdı. 

İlk  baxışda  bu  mövzu  mənə  çox  geniş,  çətin,  ucu-bu­

cağı  görünməyən  bir  dəryanı  xatırlatdı.  Bir  müddət 

gedib  arxivlərdə  işlədim,  sonra  gəlib  yalvardım  ki, 

"Ay  Mir Cəlal  müəllim,  sən  allah,  bu  mövzunu  mən­

dən  alın,  indiyə  qədər  heç  kəs  heç  nə  yazmayıb,  ma­

terial  var,  yox,  məlum  deyil..."



Mir  Cəlal  müəllim  bir  az  gülümsündü,  məni ya­

nında  oturtdu,  dedi:

-  Qardaş,  mənim  doktorluq  işim  də  belə  idi.  Sən 



gəl  bu  mövzunu  işlə,  əgər  peşman  olsan,  məndən 

inciyərsən.  Əlinə  nə  keçir yaz  götür,  lap  dissertasi­

ya  ilə  bağlı  olmasın,  götür  qoy  bir  tərəfə,  vaxt  gə­

lər  istifadə  edərsən  o  materialları.  Bizim  o  vaxt  rus­

ca  yazanlarımız  da  çox  olub.  Vətənin  ədəbiyyatını, 

mədəniyyətini,  folklorunu  yaymaq  istəyənlər  az  ol­

mamışdı.  Bunları yığmaq  lazımdır.  İstəyirsən  disser­

tasiya  üçün  bir mövzu  verim  haqqında  on  nəfər yaz-

Mir  Cəlal  həyat yoldaşı  Püstə xanımıa,  ıv ə

j

davam  elətdir  axtarışlarını".

Bundan  sonra  doktorluq  dissertasiyası  yazıb  müda­

fiə  elədim.  Həmişə  də  Mir  Cəlal  müəllimə  rəhmət 

oxuyuram.

Allah  ona  rəhmət  eləsin,  qəbri  nurla  dolsun!

2001-ci  il.

Şamil  QURBANOV, 

professor

rinin oğlu  atasının bir əsərini təhlil  etmək istədi.  Mir 

Cəlal  müəllim  azca  gülümsünərək  dedi:

- Qardaş,  nə  olar.  Oğulun atanı tənqid eləməyi  da­

ha  yaxşı  olar.

Biz hamımız gülüşdük.  Onu  da bilirdik ki,  həmin 

yazıçı  Mir  Cəlal  müəllimin  yaxın  dostudur.

Mir  Cəlal  müəllim  qayğıkeş  adam  idi.  Tələbənin 

qayğısına  qalardı.  Özü  də  uşaq  kimi  sadə  idi.  Hələ 

onun  fənnindən  bircə  nəfər  tələbə  də  kəsilməmişdi. 

Bu  çox  böyük  hadisə  idi.  Onun  cavan  müəllimlərə 

belə  bir  nəsihət  verdiyini  mən  özüm  eşitmişəm: 

müəllimin  bir qulağı  eşitməməli,  bir gözü də  görmə­

məlidir.  Bəli,  o  həm  görən  və  eşidən,  həm  də  "gör­

məyən"  və  "eşitməyən"  müəllim  idi.

O,  Azərbaycan  ədəbiyyatı  tarixi  kafedrasına  rəh­

bərlik  edəndə  mən  artıq  universiteti  bitirmişdim.  Bir 

neçə  ay  mətbuatda  işləyəndən  sonra  jurnalistika  ka­

fedrasının  müdiri  Həsən  Şahgəldiyevin  təklifi  ilə  hə­

min


Mir  Cəlal  ailə  üzvləri  ilə:  Püstə  xanım,  Aqil  və 

qızı  Ədibə,  1953

mış  olsun.  On  birinci  də  sən  ol.

Bir  az  ciddiləşdi  və  son  sözü  bu  oldu:  "Get,  işlə". 

İndi  o  vaxtdan  çox  keçib.  Mən  həmişə  ona  rəhmət 

oxuyuram.  Nə  yaxşı  o  həmin  vaxtı  məni  belə  istiqa­

mətləndirdi.  22  kitabım  çıxıb,  əksəriyyəti  o  dövrün

rus  və  Azərbaycan  mətbuatında  fəaliyyət  göstərənlər 

haqqındadır.  Mənə  qədər  bunların  haqqında  heç  kəs 

yazmamışdır.  Bunlar:  Hüseyn  Minasazov,  Rəhim  bəy 

Məlikov,  Səməd  bəy  Ağamalıoğlu,  Həmzədə  bəy 

Qəbulov-Şirvanski,  Sona  xanım  Axundova,  Ceyhun 

Hacıbəyli,  Ömər  Faiq  Nemanzadə  və  onlarla  belə 

adamlardır.  Əli  bəy  Hüseynzadə,  Əhməd  bəy  Ağayev 

kimi  az-çox  yazılanlar  da  bu  qəbildəndir.  Beləliklə, 

Mir Cəlal müəllim məni  1917-ci  ilə  qədər bütün döv­

ri  mətbuatı  ələk-vələk  elətdirdi.  İndi  mən  özümü 

mətbuatın  bilicisi  hesab  edirəm.  Bunun  birinci  səbəb­

karı  Mir Cəlal  müəllimdr.



Mən  1965-ci  ildə  müdafiə  edib yenə  mətbuata  qa­

yıtdım.  Hər  dəfə  Mir  Cəlal  müəllimlə  rastlaşanda 

özünəməxsus  şəkildə  deyirdi:  "Qardaş,  sən  mətbuat­

da  onsuz  da yaxşı  işləmisən,  sənin yerin  auditoriya­

dır.  O  məsələləri  uşaqlara  danışmalısan.  Qayıt  gəl 

universitetə".  Amma  universitetdə  hələ yer yox  idi.

1968-ci  ildə  gəldim  universitetə.  Amma  onun  ka­

fedrasına  yox,  Azərbaycan  dili  kafedrasına,  orada 

yer  var  idi.  Üç  il  dil  dərsi  dedim.  Bəzən  açıq,  bəzən 

gizli  rişxənd  edənlər  vardı.  Amma  mən  Azərbaycan 

dili  dərsini həvəslə  deyirdim.  Arabir Mir  Cəlal müəl­

limi  görəndə  o,  əlini  çiynimə  qoyar  və  deyərdi: 

"qardaş,  duruxma".

1971-ci  ildə  rus  ədəbiyyatından  yer  açıldı.  Bu  da 

onun  kafedrası  deyildi,  amma  o,  "get"  dedi  -  yaxşı 

predmetdi,  onun  yaxşılığını  sonra  bilərsən".  Mən 

getdim.  O  vaxtdan  rus  ədəbiyyatından  mühazirə 

oxuyuram.

1973-cü  ildə  professor  Pənah  Xəlilovun  rəhbərliyi 

ilə  SSRİ  xalqları  ədəbiyyatı  kafedrası  açıldı.  Mən  öz 

ştatımla  bura  keçdim.  İndiyə  qədər  rus  ədəbiyyatın­

dan  mühazirə oxuyuram,  peşman  deyiləm.  1989-cu  il­

də yaş senzi  meydana çıxdığı  üçün  Pənah  müəllim ye­

rini  mənə  verdi.  İndi  türk  və  şərqi  slavyan  xalqlaıı 

ədəbiyyatı  kafedrasının  müdiriyəm.  Elmə  gəlişim  çə­

tin olsa da öz yerimi  tapdım.  Mən  1974-cü  ildə  Açıl­

mamış  səhifələr"  adlı  ilk  kitabçamı  sevincək  Mir  Cə­

lal  müəllimə  verdim.  Orada  yaddan  çıxmış,  araşdıııl- 

mamış,  haqsız  yerə  unudulmuş  adamlar  var  idi.  Mir 

Cəlal  müəllim  də  sevindi  və  dedi:  "İndi  bu  şəkildə

Soldan:  Mir  Cəlal,  Püstə  xanım,  Xavər xanım, 

Səməd  Vurğun,  1950

kafedraya  baş  laborant  vəzifəsinə  gəldim.  Kafedralar 

ayrı  olsa  da  Mir  Cəlal  müəllimlə  daha  çox  təmasda 

olurdum.  Birinci  1962-ci  ildə  Azərbaycan  ədəbiyyatı 

tarixi  kafedrası üzrə  aspirant yeri  açılanda mən sənəd­

lərimi  ora  verdim  və  qəbul  olundum.  Mənim  elmi 

rəhbərim professor Pənah Xəlilov,  kafedra müdiri  Mir 

Cəlal  müəllim  idi.  O,  təqdim  etdiyim  mövzu  ilə  ma­

raqlanırdı.  Onu  ən  çox  maraqlandıran  məsələlərdən 

biri  də gənc kadrların vaxtında müdafiə edib elmdə öz 

yerini  tutmaları  idi.  Filologiya  fakültəsində  belə 

müəllimlərdən  biri  də  professor  Muxtar  Hüseynzadə 

idi.  Bunlar  elə  bil  bir-biri  ilə  bəhsə  girmişdilər.  Bu 

kafedrada  müdafiə  etməmiş  çox  az  adam  qaldı.

Mir Cəlal  müəllim  özü  1947-ci  ildə  "XX  əsr Azər­

baycanda  ədəbi  məktəblər"  mövzusu  üzrə  doktorluq 



dissertasiyası  müdafiə  edib  azərbaycanlılardan  ilk  el-

Yüklə 440,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə