2
Ön söz
Böyük bir tarixi dövr ərzində Azərbaycan Respublikasında üzüm becərilməsində
müəyyən təcrübə toplanmışdır. Bir təcrübənin nəticəsi idi ki, keçən əsrin 80-ci illərində
Respublikamızda 2 milyon tondan çox üzüm istehsal olunmuşdur. Son 25 il müddətində
Azərbaycan üzümçülüyündə baş verən tənəzzül sahənin inkişafını geri çəkmişdir.
Kitabda üzümçülük elminin təlimindən başqa keçmişdə və hazırda Azərbaycan
üzümçülüyündə baş verən kardinal dəyişikliklər izah olunur.
Üzümçülüyün ən aktual məsələləri üzrə müəllifin özünün orijinal fikirlərinə də
müəyyən qədər yer verilmişdir. Üzümçülüyün inkişafının intensiv və super-intensiv
inkişaf yolları analoqu olmayan tərzdə müəllif tərəfindən yaradıcılıqla təhlil edilmişdir.
Rəyçilər: kənd təsərrüfatı elmləri doktoru, professor İ.H. Cəfərov
Biologiya elmləri doktoru, professor,əməkdar elm xadimi V.S.Novruzov
Kənd təsərrüfatı elmləri doktoru, professor Ş.A.Əliyev
Azərbaycan Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru, kənd
təsərrüfatı elmləri doktoru T.M.Pənahov
Dərsliyin tərtibində üzümçülük üzrə azərbaycan dilində və bir çox xarici
ölkələrin dərsliklərindən, eləcə də müəllifin özünün uzun illər ərzində topladığı tədqiqat
materiallarından istifadə edilmişdir.
3
MÜNDƏRİCAT
1.
Giriş
2.
Üzümçülüyün xalq təsərrüfatı əhəmiyyəti
3.
Azərbaycanda üzümçülüyün inkişaf tarixi və hazırkı vəziyyəti
4.
Üzümçülük təsərrüfatlarında yeni struktur dəyişkənliyi
5.
Üzüm ailəsinin təsnifatı
6.
Üzüm bitkisinin orqanları, onların morfologiyası, anatomiyası və fiziologiyası
7.
Üzüm bitkisinin ontogenezi
8.
Üzüm bitkisinin becərilməsinin ekoloji şəraiti
8.1.
Üzüm bitkisi becərilməsində mühit şəraiti
9.
Üzüm bitkisinin çoxaldılması
9.1.Tinglik
9.2. Calaqaltı anaclıqlar
9.3.Fillokseraya davamlı anaclığın salınması
9.4. Fillokseraya davamlı anaclığın becərilmə sistemləri
9.5. Calaq ting istehsalı
10.
Yeni üzümlüyün salınması
11.
Cavan üzümlüyə qulluq işləri
11.1.
Üzüm bitkisinin kəsilməsi və formalaşdırılmasının bioloji və praktiki
əsasları
11.2.
Üzüm bitkisinin orqanlarının fəzada yerləşdirilməsi
11.3.
Üzüm bitkisinin formalaşdırılması
11.4.
Kollara sürətli üsulla forma verilməsi
11.5.
Üzüm bitkisinin xüsusi kəsilməsi
12.
Üzümlükdə tətbiq edilən yaşıl əməliyyat
13.
Üzüm bitkisinin dayağa qaldırılması
14.
Üzümlükdə torpağın becərilməsi
15.
Üzümlüklərin kübrələnməsi
16.
Üzümlüklərin suvarılması
17.
Əlverişsiz mühit şəraitinin təsirindən üzüm bitkisində əmələ gələn xəstəliklər və
onlara qarşı
mübarizə tədbirləri
18.
Üzüm bitkisinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri
19.
Ampeloqrafiya
20.
Üzüm bitkisinin seleksiyası
21.
Süfrə üzümçülüyü
22.
Dünya üzümçülüyü haqqında
23.
Ədəbiyyat
4
GĠRĠġ
Üzüm tarix boyu insanların sevimli qida məhsulu olmuşdur. Üzümü təbiətin ecazkar
hədiyyəsi hesab edirlər. Üzüm qidalı məhsul kimi nəinki onun bitdiyi və becərildiyi
yerlərdə, həm də onun bitmədiyi yerlərdə də qiymətlidir. Təbiətdə az giləmeyvə tapılar
ki, öz qidalılığı və dad keyfıyyəti ilə üzümlə müqayisə edilə bilsin.
Üzümün dad və aromatını müəyyən edən 150 komponent qeydə alınmışdır. Gilə
şirəsinin tərkibi çox mürəkkəbdir. Keyfıyyət zənginliyinə görə bitki məhsulları
içərisində yetişmiş üzüm giləsi birinci yerdə durur. İnsan orqanizmi tərəfmdən asan
mənimsənilən şəkərlərə görə üzüm digər meyvələrdən üstündür. 1 kq təzə üzüm bir
gündə insana lazım olan enerjinin 30 % - ni verə bilir. Rusiya Tibb Elmləri
Akademiyası İnstitutunun məlumatına görə bir adamın təzə üzümə orta illik fızioloji
norması 8 kq qəbul edilmişdir. Çox təəssüf ki, illik üzüm istehsalı bu normadan geri
qalır.
Hər gün təzə üzüm yeyən insanlar bir sıra xəstəliklərə- xüsusilə yoluxucu
xəstəliklərə tutulmur.
Üzüm bitkisi gözəl xarici görkəmə görə həyətlərdə çardaqda, şəxsi və ictimai
binalarm divarları yanında (bu divaryanı üzümçülük adlanır), alleyalarda əkilir və
xüsusi estetik gözəllik verir.
İqtisadi baxımdan üzümçülük çox gəlirli sahə hesab edilir. Sahə vahidindən alınan
gəlirə görə üzümçülük yalnız örtülü tərəvəzçilikdən geri qalır.
Yüksək aqrotexnika fonunda və intensiv becərmə texnologiyasını tətbiq etməklə bir
hektar üzümlükdən 100 ton və daha çox məhsul əldə etmək mümkündür. Onu qeyd
etmək yerində olardı ki, intensiv becərmə texnologiyasmın tətbiqi ilə bu qədər məşğul
olmaq səyi uzun illər ərzində bizim elmi axtarışlarımızın istiqaməti olmuşdur. Sahibkar
və fermer təsərrüfatlarının təşəkkülünə və inkişafına rəvac verildikcə intensiv becərmə
texnologiyasının tətbiqinə real imkanlar açılmaqdadır.
Üzümçülükdə intensiv becərnə texnologiyası mücərrəd məvhum deyil və tamamilə
yeni konkret məsələləri əhatə edir. İndiyə qədərki üzümçülük üzrə mövcud yazılı
mənbələrdə «intensiv» sözü çox işlənmiş, ancaq onun mahiyyəti açılmamışdır.