Professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsi üçün komissiya yaradılıb qoşa bayram seviNCİLƏ yadda qalan söZLÜ



Yüklə 9,38 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix20.08.2018
ölçüsü9,38 Mb.
#63749
  1   2   3   4   5   6   7


 

 

 



 

                  

Qəzet 1933 -cü ildən çıxır.                 № 22 (1640) 30 dekabr 2016 - cı il                           Qiyməti 50 qəpik

 PROREKTOR İMTAHAN-NƏZARƏT 

QRUPUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

Professor-müəllim heyətinin fəaliyyətinin 

qiymətləndirilməsi üçün komissiya yaradılıb

QOŞA BAYRAM 

SEVİNCİLƏ YADDA 

QALAN SÖZLÜ-

NƏĞMƏLİ GECƏ

2016-2017-ci tədris ilinin payız 

semestrinin imta han sessiyasına 

hazırlığın vəziy yəti və imtahanların 

mütəşək kil keçiril məsində 

universitet kollek tivi nin vəzifələri 

müzakirə edilib

Sağlığında 

əfsanələşən görkəmli 

tibb aliminin yubiley 

tədbiri

Türkiyənin 

Yeditepe 

Universitetinin 

dekanı ATU-nun 

qonağı olub

BU  SAYIMIZDA 

Dünya azərbaycanlılarına

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün 

soydaşlarımızın mənəvi birliyinin rəmzi kimi hər il geniş qeyd 

olunur. Bu sevimli bayram ərəfəsində sizi ürəkdən salamlayır, 

hamınıza xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Ümummilli lider Heydər Əliyevin nəsihətlərinə əməl edən Azərbaycan 

dövləti başqa ölkələrdə məskunlaşmış həmvətənlərimizin taleyinə diqqətlə 

yanaşır, onların hüquqlarının qorunmasına, milli-mənəvi birlik ideyaları 

ətrafında təşkilatlanması məsələsinə xüsusi əhəmiyyət verir. Təqdirəlayiq 

haldır ki, xarici ölkələrdə yaşayan soydaşlarımız da Azərbaycan Respub-

likası ilə əlaqələrini gücləndirir, doğma Vətənə məhəbbət və sədaqət 

nümayiş etdirirlər. 2016-cı ilin iyununda Bakıda keçirilmiş Dünya 

Azərbaycanlılarının IV Qurultayı xaricdə yaşayan həmvətənlərimiz 

arasında birliyin daha da möhkəmləndirilməsi, diaspor təşkilatlarının 

fəaliyyətinin genişləndirilməsi yolunda mühüm hadisə oldu. Şübhə yoxdur 

ki, soydaşlarımız qurultayın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi 

istiqamətində əzmlə çalışacaq, öz qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Qürur hissi ilə qeyd edirəm ki, bu ilin oktyabrında Azərbaycan Respub-

likasının dövlət müstəqilliyinin bərpasının iyirmi beş ili tamam olmuş-

dur. Ötən dövr ərzində yaradılmış iqtisadi potensial, nail olduğumuz so-

sial tərəqqi və ictimai-siyasi sabitlik dünyada hələ də davam edən qlobal 

maliyyə-iqtisadi böhranın təsirlərini azaltmağa, ölkəmizi risklərdən qoru-

mağa imkan verir.

Cəmiyyətimizin inkişaf səviyyəsini bu il sentyabrın 26-da keçirilmiş 

Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bir daha bariz şəkildə 

göstərdi. Azərbaycan vətəndaşları yüksək siyasi yetkinlik nümayiş 

etdirərək, dövlətimizin möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının 

qorunmasına yeni imkanlar açan həmin dəyişikliklərə səs verdilər.

İnanıram ki, bütün soydaşlarımızın əlbir fəaliyyəti, doğma Azərbaycan 

torpağına sarsılmaz sədaqəti gücümüzü daha da artıracaq, inkişafımıza 

əngəl törədən yeganə ağrılı problemi – Ermənistanın hərbi təcavüzünü 

tezliklə aradan qaldırmağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə 

imkan yaradacaq. Bu ilin aprel ayında Ermənistanın hərbi təxribatı 

nəticəsində cəbhədə baş vermiş hadisələr zamanı Azərbaycan Silahlı 

Qüvvələri düşmənin məkrli niyyətlərinin qarşısını qətiyyətlə aldı və tor-

paqlarımızı istənilən an işğaldan azad etməyə hazır olduğunu sübut etdi.

Azərbaycanın haqlı mövqeyi getdikcə beynəlxalq ictimaiyyətin daha 

çox dəstəyini qazanır. Ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqinə 

və qlobal humanitar problemlərin həllinə verdiyi töhfələr, multikultural 

dəyərlərə hörməti və tolerantlıq ənənələri xalqımıza dünyada dərin rəğbət 

oyatmışdır.

Hazırda Azərbaycan Respublikası öz inkişafının çox məsuliyyətli bir 

dövrünə qədəm qoymuşdur. Biz Vətənimizin çiçəklənməsi, qüdrətinin artı-

rılması və suverenliyinin möhkəmləndirilməsi məqsədilə qarşımıza böyük 

vəzifələr qoymuşuq. Həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimiz, 

o cümlədən xaricdə yaşayan soydaşlarımız sıx birləşməli, harada yaşama-

larından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumalı, anti-

Azərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə apar-

malıdırlar.

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi 

qəlbdən təbrik edir, hər birinizə səadət, firavanlıq və bütün işlərinizdə 

uğurlar diləyirəm.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2016-cı il.

2-3

3

4

5

5

6

Azərbaycan Tibb Universitetinin rektorluğu, Həmkarlar İttifaqı 

Komitəsi universitetin bütün əmək daşlarını, o cümlədən professor-

müəllim heyətini və tələbələrini Dünya Azərbaycanlı larının 

Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirlər!


http://www.amu.edu.az

30 dekabr  2016-cı il

2

Bundan sonra iclasın gündəliyini 



diqqətə çatdıran rektor “Azərbaycan 

Tibb Universitetində 2016-2017-ci 

tədris ilinin payız semestrinin imta-

han sessiyasına hazırlığın vəziy yəti 

və imtahanların mütəşək kil keçiril-

məsində 

universitet 

kollek tivi nin 

vəzifələri” barədə hesabat məruzəsi 

ilə çıxış etmək üçün sözü uni 

ver-

sitetin tədris və müalicə işləri üzrə 

prorektoru, professor Sabir Əliyevə 

verdi.  

Son illər cəmiyyət həyatındakı 

fundamental  dəyişikliklər  mil-

li  təhsil  konsepsiyasının  mo-

dern ləşdirilməsini,  inkişaf  etmiş 

dövlətlərin  mütərəqqi  maarifçi-

lik  ənənələrinin,  müasir  infor-

masiya  və  innovasiya  texnolo-

giyalarının  mənimsənilməsini, 

mənəvi-intelektual 

yüksəlişə 

xidmət  edən  siyasətin  həyata 

keçirilməsini aktual məsələ kimi 

önə  çıxdığını  vurğulayan  natiq  

dedi  ki,  dövlət  başçısı      cənab  

İlham  Əliyevin  rəhbərliyi  altında 

ölkəmizdə  həyata  keçirilən  elm 

və  təhsil  islahatlarının  başlıca 

qayəsi də  məhz bu fundamen-

tal  prinsiplərin  sistemli  şəkildə 

reallaşdırılması,  dünya  təhsil 

sisteminə inteqrasiyasının təmin 

edilməsindən ibarətdir:

  “Ölkə  prezidenti  möhtərəm 

İlham 

Əliyev 


cənablarının 

2013-cü  il  tarixli  Sərəncamı  ilə 

«Azərbaycan 

Respublikasın-

da  təhsilin  inkişafı  üzrə  Dövlət 

Strategiyası»na    və    19  yan-

var  2015-ci  il  tarixli  Sərəncamı 

ilə  də  «Azərbaycan  Respubli-

kasında  təhsilin  inkişafı  üzrə 

Dövlət  Strategiyası»nın  həyata 

keçirilməsi  ilə  bağlı  Fəaliyyət 

planı»na  uyğun  olaraq  davamlı 

inkişaf etdirilir. Azərbaycan Tibb 

Universitetində  gənc  həkim, 

hərbi  həkim  və  əczaçı  kadr-

ların  hazırlığı  da  «Azərbaycan 

Respublikasında  təhsilin  inki-

şafı  üzrə  Dövlət  Strategiyası»na 

əsasən    qəbul  olunmuş  univer-

sitetin İnkişaf proqramına uyğun 

aparılır.”

Sözünə  davam  edən  S.Əliyev 

cari  tədris  ilinin  keçən  4  ayı 

ərzində  universitetdə  tədrisin 

keyfiyyətinin metodiki cəhətdən 

yenidən  qurulması  üçün  xey-

li  işlər  görüldüyünü  dedi:  “Ka-

fedralar  tədrisin  keyfiyyətini 

yaxşılaşdırmaq  məqsədilə  son 

informasiya  texnologiyaları  ilə 

təmin  olunmuş,  universitet  kli-

nikalarında  aparılan  diaqnostik 

və  müalicə  işlərinə  tələbələrin, 

magistr,  rezident  və  doktorant-

ların  daha  yaxından  cəlb  olun-

ması,  yeni  dərslik,  dərs  vəsaiti 

və  metodiki  vəsaitin  hazırlan-

ması və çapı, professor-müəllim 

heyətinin  və  tələbələrin  sosial 

həyatının  yaxşılaşdırılması  və  s. 

davam etdirilmişdir. 

Cari  tədris  ilinin  keçən  4  ayı 

ərzində  universitetdə  tədrisin 

key fiyyətinin metodiki cəhətdən 

yenidən qurulması üçün xeyli iş 

görülmüş,  müəyyən  kadr  isla-

hatları  aparılmış,  I,  II  müalicə-

profilaktika fakultələrinin dekan 

seçkiləri  həyata  keçirilmiş,  do-

sent  Q.Əhmədov  -  I  müalicə-

profilaktika  fakültəsinin,  dosent 

İ.Məhərrəmbəyli  isə  II  müalicə-

profilaktika  fakültəsinin  dekan 

vəzifələrinə seçilmişlər. 

Cari  tədris  ilinin  payız 

semestrində, daha dəqiq desək, 

10  noyabr  -  10  dekabr  2016-cı 

ildə universitetin növbəti akkre-

ditasiyası məqsədilə Azərbaycan 

Respublikası  Təhsil  Nazirliyinin 

Akkreditasiya  və  Nostrifikasiya 

şöbəsi tərəfindən təyin olunmuş 

komissiya  fəaliyyət  göstərmiş, 

universitetin  özünütəhlil  ko-

missiyasının  hesabatına  uyğun 

olaraq  kafedralar,  dekanlıqlar, 

klinikalar,  şöbələr,  bir  sözlə, 

bütün  strukturların  fəaliyyəti 

yoxlanılmış,  buraxılış  kursunda 

təhsilalanların  yaddaş  bilikləri 

6  fənn  üzrə  ali  tibb  təhsilinin 

əsas təhsili və bakalavriaturada, 

4 fənn üzrə isə magistratura və 

rezidenturada yoxlanılmışdır. 

Cari  tədris  ilinin  payız 

semestrində tədrisin keyfiyyətini 

yaxşılaşdırmaq  və  qışa  hazırlıq 

məqsədilə  universitetdə  xeyli 

işlər  görüldüyünü  qeyd  edən  S. 

Əliyev məlumat verdi ki, 5 say-

lı  tədris  binasının  10  və  11-ci 

mərtəbəsində  hazırlıq  kursunda 

təhsil  alan  dinləyicilər  üçün  17 

dərs  otağı  əsaslı  təmir  edilərək 

istifadəyə verilmiş, patoloji ana-

tomiya kafedrası yeni mebellərlə 

təchiz  olunmuş,  əsaslı  kitabxa-

nanın kitab fondu və universite-

tin  arxivi  kitab  rəfləri  ilə  təchiz 

edilmişdir.  

Stomatoloji  Klinikaının  2-ci 

mərtəbəsinin dəhlizi əsaslı təmir 

olunmuş,  mərkəzi  qazanxana, 

tədris  binalarında  və  yataqxa-

nalarında  istifadəyə  yararsız  is-

tilik  sistemi  dəyişdirilmiş,    1,  3, 

6 saylı tələbə yataqxanaları qaz 

və  elektrik  sobaları  ilə  təchiz 

edilmiş,  tədris-terapevtik  kli-

nikada  sanitar  qovşaqlar  təmir 

olunmuş,  istilik  və  su  sistemi 

dəyişdirilmiş,  inzibati  binanın 

zəmin qat sanitar qovşağı təmir 

edilmişdir. Əsaslı təmirinə başla-

nılan 2 saylı qızlar yataqxanası-

nın cari tədris ilinin sonuna kimi 

istifadəyə verilməsi planlaşdırılır.

Dekanlıqlar 

və 

ictimai 


təşkilatlar  tərəfindən  bütün  ka-

fedralarda  vaxtaşırı  reydlər  ke-

çirildiyini, 

professor-müəllim 

heyətinin  işə,  tələbələrin  isə 

dərsə  davamiyyətinin  nəzarətdə 

saxlanıldığını  söyləyən    natiq 

bildirdi  ki,  cari  dərs  ilində  19 

tələbə  universitetdən  öz  arzusu 

ilə xaric olunmuşdur. 

S.Əliyev hər semestrin sonuna 

bir ay qalmış bütün fakültələrin 

kursları  üzrə  keçirilən  istehsa-

lat  müşavirələrində  qaldırılan 

problemlərə  də  toxunaraq  qeyd 

etdi  ki,  1-ci  kurs  tələbələri  ilə 

aparılan müşavirələrdə kompyü-

ter vasitəsilə aparılan test imta-

hanlarının yeni variantı haqqında 

geniş izahat verilmiş, tələbələrin 

sualları  cavablandırılmış  və  bir 

sıra  məsələlər  elə  yerindəcə 

həllini tapmışdır.

Məruzəçi  şura  üzvlərinin 

diqqətinə çatdırdı ki, universitet 

rəhbərliyi tərəfindən 2016/2017-

ci tədris ilinin payız semestrinin 

imtahan  sessiyasını  mütəşəkkil 

keçirmək məqsədilə 586/T saylı 

04 noyabr 2016-cı il tarixli əmr 

imzalanmışdır. 

Həmin  əmrə  müvafiq  olaraq 

universitetin  tədris  və  müalicə 

işləri  üzrə  prorektoru,  tədris  

şöbəsi,  ayrı-ayrı  dekanlıqlar  və 

kafedralar,  virtual  test  mərkəzi, 

tədris-metodik  və  innovasiya 

şöbəsi  qarşısında  icra  olunma-

sı  çox  vacib  olan  vəzifələr  qo-

yulmuş  və  onlar  bu  vəzifələrin 

öhdəsindən  gəlməyə  çalışmış, 

nəzərdə tutulan əksər işlər artıq 

başa çatdırılmışdır. 

Rektorluq  şurasında  aparı-

lan  müzakirələrin  nəticəsi  kimi 

kompyuter  vasitəsi  test  üsu-

lu  ilə  aparılan  imtahanların 

modernləşdirilməsi  məqsədilə 

qərar  qəbul  edilmiş  və  1-ci 

kursdan  başlayaraq  sualların 

50-dən 25-ə endirilməsi qərara 

alınmışdır.  Hər  sual  2  bal-

la  qiymətləndiriləcək.  20  sual 

tələbələrin  nəzərinə  çatdırılan 

suallardandır,  5  sual  isə  qapalı 

və  çoxcavablı  olacaq.  Beləliklə, 

hətta  sualları  əzbərləyən  tələbə 

belə bütün hallarda «əla» qiymət 

ala  bilməyəcək.  «Əla»  və  «çox-

yaxşı»  qiymət  ala  bilmək  üçün 

dərsliyi 

oxumalı, 

gündəlik 

təhsilinə ciddi fikir verməlidir.

2-6-cı  kurs  tələbələri  üçün 

isə  sualların  bir  qrupu  yenidən 

işlənilmiş və onlar miqdarca ar-

tırılmışdır. 

2016/2017-ci  tədris  ilində 

Tələbə  Qəbulu  üzrə  Dövlət  Ko-

missiyası tərəfindən universitetə 

rezidentura üzrə I kursa 34 ixti-

sas üzrə 138 nəfər rezident, 12 

nəfər isə xarici rezident qəbul ol-

muş, sonradan onlardan 2 nəfər 

xaric  olmuşdur.  Hal-hazırda 

Azərbaycan  Tibb  Universite-

ti  üzrə  I-V  kurslarda  36  ixtisas 

üzrə 676 rezident təhsil alır. 

Universitetdə təhsil alan xari-

ci ölkə vətəndaşlarının təhsilinin 

təşkili  məsələsi  üzərində  də 

dayanan  prorektor    xarici  ölkə 

vətəndaşlarının  tələbə  kon-

tingentimizin  önəmli  hissəsini 

təşkil  etdiyini  söylədi:  “Belə 

ki,  2016/2017-ci  tədris  ilinin 

əvvəlindən  universitetdə  26 

ölkədən 769 tələbə, 679 dinləyici, 

1  ixtisasartıran,  30  rezident,  6 

nəfər  magistr,  cəmi  1475  nəfər 

xarici  vətəndaş  təhsil  alır.  Bu 

tələbələrdən İordaniya vətəndaşı 

olan 6 nəfəri dövlət xətti ilə, 137 

tələbə isə Türkiyə Cumhuriyyəti 

Seçmə  və  Yerləşdirmə  Mərkəzi 

(YÖK)  yolu  ilə  təhsilini  davam 

etdirirlər”. 

S.  Əliyev  məruzəsini  yekun-

laşdıraraq  universitetin tədris 

hissəsi,  dekanlıqlar  və  ka-

fedraların  bu  çətin  və  məsul 

prosesə  hazır  olduğunu,  im-

tahan  sessiyasının  uğurla 

keçəcəyinə əminliyini bildirdi.

Kafedra müdirlərindən Nuru 

Bayramov,  Arif  Əfəndiyev, 

Eldar  Qasımov  və  Vəsadət 

Əzizov  hesabatı  qənaətbəxş 

qiymətləndirərək  payız  se-

mestrinin imtahan sessiyasına 

hazırlığın  vəziyyəti  ilə  bağlı 

fikirlərini  və  təkliflərini  şura 

üzvləri ilə bölüşdülər.

G.Gəraybəyli  müzakirələrə 

yekun  vuraraq  Sabir  müəlli-

min  məruzəsini  yüksək  qiy-

mətləndirdi  və    müzakirələrdə  

səslənən  fikirlərə  münasibətini 

açıqladı: “Bir çox müəllimlər 25- 

30 il bundan qabaqkı vəziyyədə 

qalır və bu da bir çox problemlər 

yaradır. Biz bunu yaxşı və ya pis 

də  qiymətləndirərik,  lakin  nə 

zaman o zamandı, nə də tələbə 

əvvəlki tələbə deyil. Dur- otur və 

yaxud  xalatı  sonacan  düymələ, 

sağa  dönmə,  sola  dönmə.  Bu 

günkü  tələbə  ilə  belə  rəftar 

etmək düzgün deyil. Onlar bunu 

qəbul etmirlər, çünki hər  dövrün 

öz  tələbi var. Əvvəllər ölkəmizdə 

bir tibb universiteti var idi, tələbə 

qəbul olurdu və necə olsa  buranı 

oxuyub başa vurmalı idi. Ancaq 

indi  tələbə  dünyanın  istənilən  

yerində    gedib  oxuya  bilir.  Biz 

tələbələrə  xidmət  göstəririk. 

Necə ki, burda deyildi, Müxtəlif 

kurslarda  oxuyan    19  tələbə  öz 

istəyi  ilə  bizim  universitetdən 

başqa  yerlərə  gedib.  Bu  açıq- 

aşkar  bizim  xidmətimizdən  na-

razı  qalanlardır  ki,  gedib  baş-

qa  universitetlərdə  təhsillərini 

davam  etdirirlər.  Çünki  bu  da 

dövrün tələbi səviyyəsindən irəli 

gələn  bir  məsələdir.  Məruzədə 

qeyd olundu ki,  nəzəri və klini-

ki  kafedralarda    bir-birinə  zidd 

olan proseslər var. Bəzi kafedra-

lar  var  ki,  çalışır  I    kursa  gələn 

tələbəyə  müxtəlif  bəhanələrlə  

hədə-qorxu 

gəlsin, 

birin-


ci  gündən  sındırsın.  Axı  bilmək 

lazımdır ki, onlar XI sin

fi bitirib 

gözəl  arzularla,  ümidlərlə  təhsil 

almağa  gəlib.  Elə  kafedralar  var 

ki, onların dərs yükü həddindən 

artıqdır.  Mənim  iştirak  etdiyim 

bir  sıra  yüksək  səviyyəli    konf-

rans və tədbirlərdə dəfələrlə qeyd 

olunub  ki,  müəllim  bələdçidir, 

müəllim yol göstərəndir. Bir fak-

tı  bılməliyik  ki,  burda  nə  baş 

verirsə,  hamı  tez  bir  zamanda 

• 

Böyük Elmi Şuranın dekabrın 26-da keçirilən növbəti 



yığıncağını açan universitetin rektoru, professor Gəray 

Gəraybəyli gündəliyə keçməzdən öncə idman kafed-

rasının müdiri, professor Kamal Kəbirlinskini 80 illik 

yubileyi münasibətilə təbrik etdi, onun uzun illər uni-

versitetimizin idman sahəsində göstərdiyi nailiyyətləri 

yüksək qiymətləndirdi və onu universitetimizin canlı 

əfsanələrindən biri adlandırdı. Sonra yubilyara Səhiyyə 

Nazirliyinin, İdman və Gənclər Nazirliyinin, eləcə də 

Azərbaycan Tibb Universitetinin “Fəxri fərmanları” 

təqdim olundu.

Böyük Elmi Şurada


Yüklə 9,38 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə