Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə1/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
  1   2   3   4   5   6   7   8   9   ...   110



Ç
Ç
È
È
É
É
À
À
Ä
Ä
Õ
Õ
À
À
Í
Í
 
 
Í
Í
ß
ß
Á
Á
È
È
Á
Á
ß
ß
É
É
Ë
Ë
È
È
ß
ß
Õ
Õ
Ë
Ë
À
À
Ã
Ã
À
À
 
 
À
À
Ï
Ï
À
À
Ð
Ð
À
À
Í
Í
É
É
Î
Î
Ë
Ë
“АДИЛОЬЛУ”
Бакы - 2013


İxtisas redaktoru: professor Fazil QARAOĞLU
Müqəddəs Kitabımız Qurani-Kərimi təfsiri ilə
vermiş, rus dilinə çevirmiş, Peyğəmbərimizin
həyatından bəhs edən əsər yazmış alim.
Redaktor:                İsrafil CƏLİLBƏYLİ
Ziyadxan Nəbibəyli, “Əxlaqa aparan yol”
Bakı, “ADİLOĞLU” nəşriyyatı, 2013, 356 səh.
Bismillahirrəhmanirrəhim
Allah Təalaya həmdi-səna, Allahın rəsulu Hz.Məhəmmədə, onun əhlinə,
əshabələrinə və onun ümmətinə, dəvət etdiyi dinə iman gətirənlərə salavat və salam
olsun!
Kitab elmi əsər olmaqla Qurani-Kərimin Məhəmməd peyğəmbərə 23 il ərzin -
də Allah Təala tərəfindən vəhy olunmasına əsaslanır. 
Dünya mədəniyyətinin ən möhtəşəm abidələrindən biri olan Qurani-Kərim
insanlığın, müsəlmanlığın dini-fəlsəfi, hüquqi qaynağı olmaqla yanaşı – Yerin,
Günəşin, Ayın, səyyarələrin hərəkət etməsini demiş, baş verəcək elmi kəşflər
barəsində səlis və düzgün məlumat vermişdir.
Məqsədimiz, Qurani-Kərimdəki Allah Təala göndərişlərindən bəhrələnməklə,
insanları Allah yoluna, Qurani-Kərim istəklərinə istiqamətləndirməklə bugünkü
nöqsanlardan uzaqlaşdırmaqdır.
Günümüzdəki insanlara islami tələb və baxışları sadə Azəri türkcəsində çat-
dırmaqla bu fikirdən bəhrələnəcək insanlarımız vasitəsi ilə dövlətimizə, xalqımıza,
millətimizə mənəvi, hüquqi, insani dəyərlərdə yardımçı olmaqdır.
Əsərdə, həm də tarixdə məlum olan, bu gün yaşayan “dinlər” haqqında da
yetərli tarixi məlumatlar verilmişdir.
Allah Təala sizə yar olsun!
4905000000
Г                         грифли няшр
121-2012
(Ъ) З.Нябибяйли, 2013
Əxlaqa aparan yol


Kitab 16 il Bağdadda Ali İslami təhsil
alaraq alimlik zirvəsinə yüksələn, İslam Mü-
cahidi  Şeyx Şamillə İslam yolunda cihada
çıxan Cəbrayıl bəyin ruhuna bir xatirədir.
Ziyadxan NƏBİBƏYLİ
Ö N   S Ö Z   Ə V Ə Z İ
Ö N   S Ö Z   Ə V Ə Z İ
B
B
ütün dinlərin tarixini özündə əks etdirən əlimizdəki bu
əsər Azərbaycanın XXəsrin ikinci yarısı, XXI əsrin
əvvəlləri ərzində yazıb-yaradan, “baş vurduğu”
sahələrin söz sahibi olaraq şərəf qazanmış qələm sahibi, hərtərəfli
alim və seçilən ziyalı professor, yazıçı-publilist Ziyadxan
Nəbibəylidir. O, dinlə bağlı özünəməxsus bir alim-tədqiqatçıdır, İs-
lama çox böyük önəm verəndir və Müqəddəs Kitabımız Qurani-
Kərimi sevdiyi qədər ikinci bir mənbə tanımadığını hər zaman izhar
edəndir.
Müqəddəs Kitabımız Qurani-Kərim nazil olandan, İslam “ayaq”
tutandan ona qarşı  hər cür hücumlar olmuşdur. Lakin, son dövrlər
özünü daha  üstün tutmaq istəyən Avropa dövlətləri, ABŞ və digərləri
İslamı, İslam dəyərlərini özündə daşıyan insanları və dövlətləri al-
çaqlamaq, İslamın yayılmasının qarşısını almaq üçün hətta siyasi
dairələrdə, dövlət səviyyəsində böyük basqılar, təzyiqlər göstərmək -
dədirlər. Bu basqılar ifrat həddə yüksəlsə də, İslamı qəbul edənlərin
sayı günü-gündən çoxalmaqdadır. Müəllifin tarixi araşdırmaları
göstərir ki, istər günümüzə qədər, istərsə də günümüzdə İslamı qəbul
edən insanlar ilk növbədə alimlər, yazıçılar, ziyalılar və qadınlardır.
3
Ziyadxan NƏBİBƏYLİ


Ümumilikdə yaxşı təhsili olan insanlar heç kimin təsiri, istiqaməti
olmadan böyük məhəbbətlə İslamı və onun Ulu Tanrı tərəfindən
göndərilən vəhylərini qəbul edir, Ulu Allahımızın yeganəliyini qəbul
edirlər. Onlar İslamaqədərki mövcudluqla İslami dəyərləri müqayisə
etdikdə, insana lazım olan hər cür mənəvi, dini-mənəvi, pak dəyərləri
İslamda tapırlar. Digər məzhəbli qadınların da İslami dəyərləri qəbul
etmə səbəblərdən biri də İslamdakı üstünlüklə yanaşı – İslam mənəvi
dəyərinə mənsub olan kişilərin daha çox ailə qayğıkeşi olmasıdır. Bu
kişilər Qurani-Kərimin buyurduğu haram içkiləri qəbul etmir, haram
qidaları yemir, ailəsində də heç kimə məsləhət görmür, milliyyətindən
və dinindən asılı olmayaraq ailə qurduğu xanıma daha diqqətli olur,
onun qayğısına qalır, dünyaya gətirdikləri övladlarına valideynlik
qayğılarını məsuliyyətlə yerinə yetirirlər. Bir sözlə İslamın qadına
verdiyi bütün hüquqların sahibi olan qadın-insan İslamı mənuniyyətlə
qəbul etməklə, özünü daha da şərəfləndirir və xoşbəxt həyat tərzi ke-
çirir.
Professor Ziyadxan Nəbibəyli elmi-dini mənbələrdən məlum
olan və öz dövründə inanc mənbəyi sayılan qurumlar və onların in-
sanlara təlqin etdiyi qayda və tələbləri araşdıraraq – İslam tələbləri
ilə müqayisəli şəkildə verməklə, oxucunu seçim qarşısında qoymur.
Əksinə, İslamın böyüklüyünü digər dini-mənəviyyat daşıyıcılarına
və tərəddüddə olan insanlara seçim etməkdə yardımçı olur, Yaradanı
qarşısında günah işlətməkdən xilas etmiş olur. Çox dəyərli bu kitabı
oxuduqca istər-istəməz müəllifin qısaca dediyi fikrin tam şahidi olur-
san – “Əxlaqa aparan yol”. Bu yol çox daşlı-kəsəkli, enişli-yoxuşlu,
əsrlər keçdikcə dəyərini daha da artıran Ulu Tanrının bizlərə bəxş et-
diyi Qurani-Kərim yoludur, Ulu Allahımızın göstərdiyi yoldur. Böyük
alimimiz Ziyadxan Nəbibəyli əsərinin ilk bölümündə Əxlaqa aparan
yol haqqındakı fikirləri ilə yanaşı ibtidai dinlər və onların hər biri
haqqında qısaca da olsa, çoxluğun bilmədiyi, lakin, qədim insanların
yaşadığı məlumatları müasirlərimizə sadə dildə çatdırır və nəticə çı-
xarmağı insanların öz öhdəsinə verir. 
Çox böyük yeniliklərlə zəngin olan bu elmi əsərin ikinci bölümü
4
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə