«Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 28. 2



Yüklə 136,3 Kb.
Pdf görüntüsü
tarix26.03.2018
ölçüsü136,3 Kb.
#34100


«Psixiatriya  yardımı  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  28.2, 

28.3, 29.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 98.1, 99-cu 

maddələrinin  şərh  edilməsinə  dair  Azərbaycan  Respublikası  adından  Azərbaycan 

Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 15 aprel tarixli Qərarı 

 

“Psixiatriya  yardımı  haqqında”  Azərbaycan  Respublikası  Qanununun 

28.2,  28.3,  29.3-cü  maddələrinin  və  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin 

98.1, 99-cu maddələrinin şərh edilməsinə dair  

Azərbaycan Respublikası adından 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 

Qərarı 

 

15 aprel 2011-ci il                                                                                      Bakı şəhəri 



 

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  Plenumu  Fərhad 

Abdullayev  (sədrlik  edən),  Sona  Salmanova,  Fikrət  Babayev,  Südabə  Həsənova, 

Ceyhun  Qaracayev  (məruzəçi-hakim),  Rafael  Qvaladze,  İsa  Nəcəfov  və  Kamran 

Şəfiyevdən  ibarət  tərkibdə, məhkəmə  katibi  İsmayıl  İsmayılovun,  maraqlı 

subyektlərin nümayəndələri Bakı şəhəri Sabunçu rayon məhkəməsinin sədri İlqar 

Abbasovun,  Azərbaycan  Respublikası  Milli  Məclisi  Aparatının  İnzibati  və  hərbi 

qanunvericilik  şöbəsinin  baş  məsləhətçisi  Fuad  Məmmədovun  və  ərizəçi  Sücayət 

Həmid qızı Xəlilovanın nümayəndəsi Qurban Məmmədovun, ekspert Bakı Dövlət 

Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının 

müdiri,  hüquq  elmləri  doktoru,  professor  Firudin  Səməndərovun,  mütəxəssis 

Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  baş  psixiatrı,  Azərbaycan  Tibb 

Universitetinin  Psixiatriya  kafedrasının  müdiri,  tibb  elmləri  doktoru,  professor 

Gəray Gəraybəylinin iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-

cu  maddəsinin  V  və  VI  hissələrinə  uyğun  olaraq  xüsusi  konstitusiya  icraatı 

qaydasında  açıq  məhkəmə  iclasında  Bakı  şəhəri  Sabunçu  rayon  məhkəməsinin 

müraciəti və S. Xəlilovanın şikayəti üzrə konstitusiya işinə baxdı. 

İş 


üzrə 

hakim 


C. 

Qaracayevin 

məruzəsini, 

maraqlı 


subyektlərin   nümayəndələrinin  və  mütəxəssisin  çıxışlarını,  ekspertin  rəyini 

dinləyərək, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası 

Konstitusiya Məhkəməsinin Plenumu 

 

Müəyyən etdi: 



 

Bakı  şəhəri  Sabunçu  rayon  məhkəməsi  “Psixiatriya  yardımı  haqqında” 

Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununun (bundan sonra – 

“Psixiatriya  yardımı  haqqında”  Qanun)  28.2,  28.3  və  29.3-cü  maddələrinin 

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  (bundan  sonra  –  Cinayət 

Məcəlləsi)  98.1  və  99-cu  maddələri  baxımından  şərh  edilməsi  ilə  əlaqədar 

Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə  (bundan  sonra  – 

Konstitusiya Məhkəməsi) müraciət etmişdir. 




Eyni  zamanda  vətəndaş  S.  Xəlilovanın  “Psixiatriya  yardımı  haqqında” 

Qanunun  28.2  və  29.3-cü  maddələrinin  Azərbaycan  Respublikasının 

Konstitusiyasına  (bundan  sonra  –  Konstitusiya)  və  tərəfdar  çıxdığı  dövlətlərarası 

müqavilələrə  uyğunluğunun  yoxlanılması  və  pozulmuş  hüquqlarının  bərpa 

edilməsi  tələbinə  dair  şikayəti  Konstitusiya  Məhkəməsinin  icraatına  qəbul 

edilmişdir. 

Müraciətdə  göstərilir  ki,  Bakı  şəhəri  Binəqədi  rayon  məhkəməsinin  8 

aprel  2009-cu  il  tarixli  qərarı  ilə  S.Xəlilova  Cinayət  Məcəlləsinin  132-ci 

maddəsində göstərilən cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət 

məsuliyyətindən  və  cəzadan  azad  edilmiş,  barəsində  cinayət  təqibinə  xitam 

verilmiş  və  onun  ümumi  tipli  psixiatriya  stasionarına  məcburi  müalicə  üçün 

yerləşdirilməsi  qərara  alınmışdır.  Bu  qərar  Bakı  Apellyasiya  Məhkəməsinin 

Cinayət  Kollegiyasının  14  avqust  2009-cu  il  tarixli  qərarı  ilə  dəyişdirilmədən 

saxlanılmış,  apellyasiya  məhkəməsinin  qərarından  verilən  kassasiya  şikayəti  isə 

Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2009-cu il tarixli qərarı ilə 

təmin  edilməmişdir.  Müayinə  edildikdən  sonra  S.  Xəlilova  Azərbaycan 

Respublikası  Səhiyyə  Nazirliyi  Məhkəmə  Psixiatrik  Ekspertiza  Mərkəzinin  30 

dekabr  2008-ci  il  tarixli  rəyinə  əsasən  “xroniki  sayıqlama  diaqnozu”  ilə  məcburi 

müalicə almaq üçün 24 noyabr 2009-cu il tarixindən 1 saylı Respublika Psixiatriya 

xəstəxanasının ümumi tipli psixiatriya stasionarına yerləşdirilmişdir. 

1  saylı  Respublika  Psixiatriya  Xəstəxanasının  həkim-məsləhət 

komissiyası  29  may  2010-cu  il  tarixdə  S.Xəlilovanı  təkrarən  psixi  müayinədən 

keçirərək  belə  qənaətə  gəlmişdir  ki,  o,   ümumi  tipli  psixiatriya  stasionarında 

məcburi müalicəsini davam etdirməlidir.  

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – 

MPM)  296–300-cü  maddələrinin  tələblərinə  uyğun  olaraq  S.Xəlilovanın 

nümayəndəsi  9  iyul  2010-cu  il  tarixdə  Bakı  şəhəri  Sabunçu  rayon  məhkəməsinə 

müraciət  edərək,  Cinayət  Məcəlləsinin  97.2-ci  maddəsi  əsasında  S.Xəlilovanın 

ümumi  tipli  psixiatriya  stasionarında  məcburi  müalicəsinin  davam  etdirilməsi 

barədə  1  saylı  Respublika  Psixiatriya  Xəstəxanasının  həkim-psixiatr 

komissiyasının  29  may  2010-cu  il  tarixli  rəyinin  əsassız  olduğunu  göstərmişdir. 

Sabunçu rayon məhkəməsinin 25 iyun 2010-cu il tarixli qərarı ilə xəstəxananın baş 

həkiminin  vəsatəti  təmin  edilərək,  S.Xəlilovanın  ümumi  tipli  psixiatriya 

stasionarında  məcburi  müalicəsinin  davam  etdirilməsi  qərara  alınmışdır.  Həmin 

qərardan verilmiş apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət 

Kollegiyasının 5 avqust 2010-cu il tarixli qərarı ilə təmin edilməmişdir. 

Müraciət və şikayətdə qeyd olunur ki, S. Xəlilovanın psixi  müayinəsini 

“Psixiatriya  yardımı  haqqında”  Qanunun  28.3-cü  maddəsində  nəzərdə  tutulan 

“həkim-psixiatr  komissiyası”  əvəzinə  müalicə  müəssisəsinin  müdiriyyəti 

tərəfindən  yaradılmış  “həkim-məsləhət  komissiyası”  həyata  keçirmişdir.  Həmin 

komissiyanın sədri bir qayda olaraq müalicə müəssisəsinin baş həkimi olur. Lakin 

Azərbaycan  Respublikasının  qanunvericiliyində  “həkim-məsləhət  komissiyası” 

adlı kollegial orqan nəzərdə tutulmamışdır. 



Bununla  yanaşı  şikayətdə  göstərilir  ki,  “Psixiatriya  yardımı  haqqında” 

Qanunun  28.2-ci  maddəsinin  tələblərinə  əsasən  qeyri-könüllü  hospitallaşdırma 

müddətinin uzadılması məsələsinin həll edilməsi məqsədi ilə həmin şəxs ilk altı ay 

müddətində  ayda  bir  dəfədən  az  olmayaraq  həkim-psixiatr  komissiyasında 

baxışdan  keçirilməlidir.  Müalicə  altı  aydan  çox  çəkdikdə  şəxsin  psixiatriya 

müayinəsi  hər  altı  ayda  azı  bir  dəfə  aparılmalıdır.  Həmin  Qanunun  29.3-cü 

maddəsində  qeyd  olunur  ki,  məhkəmə  qətnaməsi  ilə  barəsində  tibbi  xarakterli 

məcburi  tədbirlər  tətbiq  edilmiş  pasiyent  psixiatriya  stasionarından  yalnız  təyin 

edilmiş  məcburi  müalicəyə  xitam  verilməsi  haqqında  məhkəmənin  qətnaməsi 

əsasında  çıxarılır.  Ərizəçinin  fikrincə,  “Psixiatriya  yardımı  haqqında”  Qanunun 

göstərilən  maddələri  Konstitusiyanın  28-ci  maddəsinin  II  hissəsinə,  “İnsan 

hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında”  Avropa  Konvensiyasının 

(bundan  sonra  –  İHAK)  5-ci  maddəsinin  1-ci  bəndinin  “e”  yarımbəndinə  və 

Cinayət  Məcəlləsinin  99-cu  maddəsinə  uyğun  deyildir  və  insan  hüquq  və 

azadlıqlarının pozulmasına şərait yaradır. 

Belə ki, Cinayət Məcəlləsinin 99-cu maddəsinə görə cinayət törətdikdən 

sonra  psixi  pozuntuya  məruz  qalmış  şəxs  müalicə  olunduqdan  sonra  cəza  təyin 

edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında 

məcburi  müalicədə  bir  gün  olma  müddəti  bir  gün  azadlıqdan  məhrum  edilmə 

hesabı ilə hesablanır. Ərizəçinin fikrincə, sözügedən maddənin mahiyyətinə uyğun 

olaraq o, ittiham edildiyi Cinayət Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulan 

azadlıqdan  məhrumetmə  cəzasının  yuxarı  həddi  olan  altı  ay  müddəti  bitdikdən 

sonra  onun  barəsində  tətbiq  edilən  məcburi  stasionar  müalicəyə  dərhal  xitam 

verilməli  və  bundan  sonra  ehtiyac  olarsa,  onun  müalicəsi  mülki  icraat 

qaydasında   aparılmalıdır.  Bu  fikrə  əsaslanaraq,  S.  Xəlilova  hesab  edir  ki,  o, 

Cinayət  Məcəlləsinin  132-ci  maddəsinin  sanksiyasında  nəzərdə  tutulan  altı  ay 

əvəzinə, bir il bir aydan artıq müddətdə qanunsuz olaraq psixiatriya stasionarında 

məcburi saxlanılır. 

Qeyd  olunanlarla  yanaşı,  Sabunçu  rayon  məhkəməsi  və  ərizəçi  hesab 

edirlər  ki,  “Psixiatriya  yardımı  haqqında”  Qanunun  29.3-cü  maddəsi  ilə  mülki 

prosessual qanunvericilik arasında qeyri-müəyyənlik mövcuddur. MPM-in “Şəxsin 

psixiatriya  stasionarına  məcburi  yerləşdirilməsi  barədə  işlər  üzrə  icraat”  adlanan 

XXXVI fəsli şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini 

deyil,  onun  psixiatriya  stasionarına  məcburi  yerləşdirilməsini  (qeyri-könüllü 

hospitallaşdırılmasını)  nəzərdə  tutur.  Bu  iki  hüquqi  prosedur  arasında  icraat  və 

hüquqi  nəticə  baxımından  böyük  fərq  mövcuddur.  Məhkəmə  qətnaməsi  ilə,  yəni 

mülki icraat qaydasında şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq 

edilməsi  nəzərdə  tutulmamışdır.  Ona  görə  ki,  “tibbi  xarakterli  məcburi  tədbirlər” 

cinayət  icraatı  qaydasında,  “qeyri-könüllü  hospitallaşdırma”  isə  mülki  icraat 

qaydasında həyata keçirilir. 

Beləliklə,  ümumilikdə  müraciət  və  şikayətdə  aşağıda  qeyd  olunan 

suallara aydınlıq gətirilməsi xahiş olunur: 




· “Psixiatriya  yardımı  haqqında”  Qanunun  28.2,  28.3  və  29.3-cü 

maddələrinin  Konstitusiyanın  28-ci  maddəsinə  və  İHAK-ın  5-ci  maddəsinin  1-ci 

bəndinin “e” yarımbəndinə uyğunluğu; 

· Cinayət  Məcəlləsinin  müvafiq  maddəsinin  sanksiyasında  nəzərdə 

tutulan  cəza  müddətinin  şəxsin  məcburi  qaydada  psixiatriya  stasionarında 

saxlanılma müddəti ilə uzlaşması; 

· yalnız  həkim-psixiatr  komissiyasının  təqdimatı  əsasında  məcburi 

müalicə  və  ya  qeyri-könüllü  hospitallaşdırma  müddətinin  uzadılmasının 

ədalətliliyi; 

· həkim-psixiatr  komissiyasının  (və  ya  həkim-məsləhət  komissiyasının) 

tərkibində  psixiatriya  müalicə  müəssisəsinin  rəhbərliyindən  asılı  həkimlərin 

olmasının qanunauyğunluğu; 

· psixiatriya  xəstəxanasının  baş  həkiminin  eyni  zamanda  həmin 

müəssisənin  həkimlərindən  yaradılmış  həkim-məsləhət  və  ya  həkim-psixiatr 

komissiyasının sədri olmasının qanunauyğunluğu; 

· məhkəmə 

qaydasında  əlavə  müstəqil  həkim-psixiatr  ekspert 

komissiyasının təşkil edilməsinin qanunauyğunluğu; 

· “həkim-psixiatr  komissiyası”  ilə  “həkim-məsləhət  komissiyası”nın 

statusları arasındakı fərq. 

Konstitusiya  Məhkəməsinin  Plenumu  qaldırılan  məsələlərə  dair 

aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 

Psixi 

müalicə 


aparılması 

məqsədi 


ilə 

şəxsin 


azadlığının 

məhdudlaşdırılması  insan  və  vətəndaş  hüquq  və  azadlıqları  sahəsində  olduqca 

aktual  məsələlərdən  biridir.  Belə  ki,  psixiatriya  xəstəxanalarında  insanların 

məcburi  və  ya  qeyri-könüllü  saxlanılması  və  müalicəsi  konstitusiya  hüququ 

sahəsində vacib olan insan hüquqlarının məhdudlaşdırılmasının həddi probleminin 

bir elementidir. Ona görə bu məsələnin həllində birbaşa Konstitusiyanın və insan 

hüquqları üzrə beynəlxalq standartların üstünlüyü nəzərə alınmalıdır. 

İnsan  hüquqları  təbiətinə  görə  müxtəlif  üsullarla  realizə  olunurlar. 

Vətəndaş  (şəxsi)  və  siyasi  hüquqların  təminatı  üçün  qanunvericilikdə  “neqativ” 

göstərişlər mövcuddur. Sosial hüquqların təminatı üçün dövlət qarşısında “pozitiv” 

öhdəliklər  qoyulur.  Lakin  hər  hansı  bir  qrupdaxili  hüquqlar  fərqli  təmin  olunur. 

Belə  ki,  Azərbaycan  Respublikasında  yaşamaq  hüququnun  və  ya  təhlükəsiz 

yaşamaq  (işgəncələrə  məruz  qalmamaq)  hüququnun  təminatı  üçün  konstitusion 

səviyyədə  bu  hüququn  ayrılmazlığı  göstərilir  və  digər  normativ  aktlarda  qeyd 

edilən  hüquqların  pozulmasına  görə  məsuliyyət  nəzərdə  tutulur.  Fərdin  ayrılmaz 

hüquqlarının  məhdudlaşdırılmasına  dair  qanunvericilikdə  hər  hansı  bir  norma 

mövcud deyil. Digər tərəfdən, şəxsin Konstitusiyanın 28-ci maddəsi ilə müəyyən 

edilən azadlıq hüququ qanun əsasında məhdudlaşdırıla bilər. 

Beynəlxalq aktlar, məsələn, İHAK-ın 5-ci maddəsi və ya Konstitusiyanın 

28,  29,  32,  71-ci  və  s.  maddələri  qanuni  əsaslarla  insan  hüquqlarının 

məhdudlaşdırılmasını  müəyyən  edir.  Lakin  məhdudlaşdırmanın  bir  neçə  vacib 

şərtləri  mövcuddur:  məhdudlaşdırmanın  qanun  əsasında  həyata  keçirilməsi, 

məqsədə  uyğun  mütənasibliyi,  tətbiqinin  həddi  (həcmi  və  müddəti  nəzərə 



alınmaqla) və s. Belə ki, ictimai və milli təhlükəsizliyin təmin edilməsi və ya digər 

şəxslərin  hüquqlarının  qorunması  məqsədilə  hər  kəsin  hüquqları  qanunvericilik 

əsasında  məhdudlaşdırıla  bilər.  Qanunverici  psixi  xəstəlikdən  əziyyət  çəkən 

insanların  məcburi  müalicə  qaydalarını  müəyyən  edərək,  ümumilikdə  ictimai 

təhlükəsizliyi,  digərlərinin  təhlükəsizliyinin  qorunmasını,  psixi  xəstə  insanların 

özlərinə ziyan törətməsinin qarşısının alınmasını əsas götürür. Məcburi müalicənin 

məqsədi şəxsin müalicə olunması və onun sosial reabilitasiyasıdır. 

Azərbaycan Respublikasının qanunvericiliyində psixiatriya yardımının üç 

növü  fərqləndirilir:  könüllü,  qeyri-könüllü  və  məcburi.  “Psixiatriya  yardımı 

haqqında”  Qanunun  5.1-ci  maddəsinə  görə  şəxsin  özü  könüllü  qaydada  müraciət 

etdikdə  ona  psixiatriya  yardımı  göstərilir.  Həmin  Qanunun  11.0.1-ci  maddəsinə 

əsasən, psixi pozuntunun xarakteri müayinənin, müalicənin, şəxsin saxlanılmasının 

və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarında həyata keçirilməsini 

tələb  edərsə,  psixiatriya  stasionarında  onun  qeyri-könüllü  müalicəsi  aparıla  bilər. 

Şəxs  barəsində  tibbi  xarakterli  məcburi  tədbirlər  isə  onun  tərəfindən  hər  hansı 

ictimai təhlükəli əməl hesab edilən cinayətin törədildiyi halda təyin edilir. 

Məcburi  müalicənin  əsasları  Cinayət  Məcəlləsinin  21,  93-99-cu 

maddələri ilə, prosessual qaydası isə Azərbaycan Respublikası Cinayət-Prosessual 

Məcəlləsinin  (bundan  sonra  –  CPM)  468–487-ci  maddələri  ilə  müəyyən 

olunmuşdur. Belə ki, CPM-in 468 və 479-cu maddələrinə görə anlaqsız vəziyyətdə 

cinayət  törətmiş  şəxslər  və  cinayət  törətdikdən  sonra  psixi  xəstəliyə  tutulmuş 

şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu 

Məcəllənin  468–478-ci  və  479–487-ci  maddələri  ilə  nəzərdə  tutulmuş 

xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. 

Qeyri-könüllü 

hospitallaşdırmanın  əsasları  “Psixiatriya  yardımı 

haqqında” Qanunun 11, 26, 27, 28 və 29-cu  maddələrində, prosessual qaydası isə 

MPM-in 335-338-1-ci maddələrində əks olunmuşdur. 

Göründüyü  kimi,  qanunverici  psixiatriya  yardımını  üç  növə  ayırmaqla 

yanaşı, bunların hər birinin həyata keçirilməsinin ayrı-ayrı prosessual qaydalarını 

da  müəyyən  etmişdir.  Lakin  həmin  prosessual  qaydalar  arasında  müəyyən  oxşar 

hallar da mövcuddur. Bunlar ondan ibarətdir ki, anlaqsız vəziyyətdə böyük ictimai 

təhlükə  törətməyən  əməli  törətmiş  şəxslərə  tətbiq  olunan tibbi xarakterli  məcburi 

tədbirlər,  mahiyyətcə,  qeyri-könüllü  qaydada  aparılan  müalicənin  təşkili  ilə  eyni 

məzmunlu prosesdir. 

Cinayət  Məcəlləsinin  21-ci  maddəsinə  əsasən  ictimai  təhlükəli  əməli 

(hərəkət  və  ya  hərəkətsizliyi)  törətdiyi  zaman  anlaqsız  vəziyyətdə  olmuş,  yəni 

xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair 

psixi  xəstəlik  nəticəsində  öz  əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  faktiki 

xarakterini  və  ictimai  təhlükəliliyini  dərk  etməyən  və  ya  onu idarə  edə  bilməyən 

şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl 

(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən Cinayət 

Məcəlləsi ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 

Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək 

psixi  xəstəliyə  tutulmuş  və  bunun  nəticəsində  öz  əməlinin  (hərəkət  və  ya 



hərəkətsizliyinin)  faktiki  xarakterini  və  ictimai  təhlükəliliyini  dərk  etmək  və  ya 

həmin  əməli  idarə  etmək  imkanından  məhrum  olmuş  şəxs  barəsində  məhkəmə 

tərəfindən Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər 

tətbiq edilə bilər. 

Bununla  yanaşı,  Cinayət  Məcəlləsinin  93.1.1  və  93.1.2-ci  maddələrində 

qeyd  olunur  ki,  tibbi  xarakterli  məcburi  tədbirlər  məhkəmə  tərəfindən  bu 

Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) 

anlaqsız  vəziyyətdə  törətmiş  şəxslərə  və  cinayət  törətdikdən  sonra  cəzanın  təyin 

edilməsini  və  ya  onun  icrasını  istisna  edən  psixi  xəstəliyə  düçar  olmuş  şəxslərə 

təyin edilə bilər. 

Cinayət  Məcəlləsinin  qeyd  olunan  maddələrindən  görünür  ki, 

anlaqsızlıqla  əlaqədar  cinayət  məsuliyyətinin  hüquqi  nəticələrinin  üç  forması 

müəyyən  edilmişdir.  Birincisi,  şəxsin  anlaqsız  vəziyyətdə  cinayət  törətməsidir. 

İkincisi,  şəxsin  anlaqlı  vəziyyətdə  cinayət  törətməsi,  lakin  məhkəmə  tərəfindən 

hökm  çıxarılanadək  psixi  xəstəliyə  tutulmasıdır.  Üçüncüsü,  şəxsin  törətdiyi 

cinayətə görə cəza təyin edildikdən sonra psixi xəstəliyə tutulmasıdır. 

Yuxarıda göstərilən ikinci və üçüncü hallarda şəxsin cinayət törətdikdən 

sonra anlaqsız vəziyyətə düşməsi halı göstərilir.  Belə hallarda məhkəmə təqsirkar 

barəsində  məcburi  müalicənin  səmərəli  nəticə  verib-verməməsinə,  bu 

cür   müalicənin  uzadılmasına,  yaxud  dayandırılmasına  müntəzəm  nəzarət 

etməlidir.  Əgər  şəxsin  məcburi  müalicəsi  uğurlu  olmuş  və  o,  sağalmışdırsa, 

məhkəmə şəxsin yenidən mühakiməsini təşkil edib ona cəza təyin edir, yaxud əgər 

cəza təyin edilmiş şəxsin məcburi müalicədə olduğu müddət onun çəkməli olduğu 

cəza müddətindən azdırsa, məhkəmə cinayət qanunvericiliyinə əsasən məhkumun 

məcburi müalicədə olduğu müddəti günə-gün hesabı ilə ona təyin edilmiş cəzanın 

müddətindən  çıxır,  məhkumun  çəkməli  olacağı  yekun  cəza  müddətini  müəyyən 

edir. 

Belə  ki,  Cinayət  Məcəlləsinin  99-cu  maddəsinə  əsasən  cinayət 



törətdikdən  sonra  psixi  pozuntuya  məruz  qalmış  şəxs  müalicə  olunduqdan  sonra 

cəza  təyin  edilərkən  və  ya  onun  cəzasının  icrası  bərpa  olunarkən  psixiatriya 

stasionarlarında  məcburi  müalicədə  bir  gün  olma  müddəti  bir  gün  azadlıqdan 

məhrum edilmə hesabı ilə hesablanır. 

Konstitusiya Məhkəməsinin Plenumu onu qeyd etməyi zəruri hesab edir 

ki,  Cinayət  Məcəlləsinin  99-cu  maddəsinin  əhatə  dairəsinə  yalnız  cinayət 

törətdikdən  sonra  cəzanın  təyin  edilməsini  və  ya  onun  icrasını  istisna  edən  psixi 

xəstəliyə düçar olmuş şəxslər düşə bilər. 

Digər  tərəfdən,  psixiatriya  müalicəsinin  müddəti  törədilmiş  cinayət 

əməlinə  görə  sanksiyada  nəzərdə  tutulan  müddətlə  məhdudlaşmamalı,  hətta 

psixiatriya  müalicəsinin  müddəti  sanksiyada  göstərilən  müddətlə  heç  bir  şəkildə 

əlaqələndirilməməlidir.  Belə  ki,  hər  hansı  şəxsin  anlaqsız  vəziyyətdə  törətdiyi 

cinayət  əməlinə  görə  sanksiyada  uzun  müddətli  azadlıqdan  məhrum  etmə  cəzası 

(15  il)  nəzərdə  tutulmuşsa,  lakin  həmin  şəxs  məcburi  müalicə  qaydasında  bu 

müddətdən  tez  (1  il  ərzində)  müalicə  olunmuşsa,  sanksiyada  göstərilən  cəza 



müddəti  nəzərə  alınmadan  şəxs  dərhal  psixiatriya  müalicə  müəssisəsindən 

çıxarılmalıdır. 

Xarici  ölkələrin  də  təcrübəsində  müalicə  müddətinin  cəza  müddəti  ilə 

əvəz  olunması  nəzərdə  tutulur  (bir  müalicə  günü  bir  cəzaçəkmə  gününə  bərabər 

tutulur).  Məsələn,  Estoniya  Respublikası  Cinayət  Məcəlləsinin  87-ci  maddəsində, 

Moldova Respublikası Cinayət Məcəlləsinin 102-ci maddəsində və İsveçrə Cinayət 

Məcəlləsində  bildirilir  ki,  cəza  təyin  edilmiş  şəxsin  müalicə  müddəti  cəzaçəkmə 

müddətinə  daxil  edilir.  Lakin  bu  normaların  tətbiqi  üçün  əsas  göstərici  şəxsin 

cinayət 

törətdiyi 

zaman 

anlaqlı 


vəziyyətdə 

olması 


və 

cinayət 


məsuliyyəti   daşımasıdır.  Almaniya  Cinayət  Məcəlləsinin  61-67-ci  maddələrinə 

əsasən cəza müddəti tam və ya qismən psixiatriya müəssisəsində keçmişsə, həmin 

müddət cəzanın icrası müddətinə daxil edilir. 

Qeyd olunanlara əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir 

ki,  anlaqsız  vəziyyətdə  cinayət  əməli  törətmiş  şəxs  barəsində  tibbi  xarakterli 

məcburi  tədbirlər  tətbiq  edildiyi  halda,  həmin  şəxsin  psixiatriya  müəssisəsində 

müalicə  müddəti  törədilmiş  cinayət  əməlinə  görə  sanksiyada  nəzərdə  tutulan 

müddətlə  məhdudlaşdırıla  bilməz.  Psixiatriya  müəssisəsində  müalicə  olunanın 

oradan  çıxarılması  üçün  əsas  xəstənin  tam  sağalması  və  ya  onun  ambulatoriya 

müşahidəsi qaydasında müalicəsinin davam etdirilməsi imkanının olmasıdır. 

Konstitusiya  Məhkəməsinin  Plenumu  qeyd  edir  ki,  Azərbaycan 

Respublikasının  qanunvericiliyində  psixiatriya  müalicəsinin  müddəti  obyektiv 

səbəblərdən  müəyyən  edilməsə  də,  Cinayət  Məcəlləsinin  98.2-ci  maddəsində 

müalicənin uzadılma müddəti kifayət qədər aydın şəkildə tənzimlənmişdir. Həmin 

maddəyə əsasən, barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxs bu 

tədbirin  tətbiqinin  ləğv  edilməsi  və  ya  dəyişdirilməsi  məsələsinin  həll  edilməsi 

məqsədi  ilə  altı  ay  müddətində  bir  dəfədən  az  olmayaraq  həkim-psixiatr 

komissiyasında  baxışdan  keçirilməlidir.  Tibbi  xarakterli  məcburi  tədbirlərin  ləğv 

edilməsi  və  ya  dəyişdirilməsi  üçün  əsaslar  olmadıqda  məcburi  müalicəni  həyata 

keçirən  müəssisənin  müdiriyyəti  məcburi  müalicənin  müddətinin  uzadılması 

haqqında  məhkəməyə  öz  rəyini  təqdim  edir.  Məcburi  müalicənin  ilk  dəfə 

uzadılması müalicənin başlandığı gündən altı ay keçdikdən sonra həyata keçirilir, 

bundan sonra məcburi müalicə müddətinin uzadılması hər il həyata keçirilir. 

Göründüyü  kimi,  qanunverici  işin  həllini  həkim  psixiatrın  rəyi  nəzərə 

alınmaqla,  məhkəmənin  səlahiyyətinə  aid  etmişdir.  Ona  görə  də  bu  məsələni 

“Psixiatriya  yardımı  haqqında”  Qanunun  28.2  və  28.3-cü  maddələri  ilə 

əlaqələndirmək  düzgün  olmazdı,  çünki  göstərilən  maddələr  qeyri-könüllü 

hospitallaşdırma müddətinin uzadılması qaydalarını müəyyən edir. 

Cinayət Məcəlləsinin 98.1-ci maddəsinə müvafiq olaraq, tibbi xarakterli 

məcburi  tədbirlərin  tətbiqinin  uzadılması,  dəyişdirilməsi  və  ya  ləğv  edilməsi 

həkim-psixiatr komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən tibb 

müəssisəsinin  müdiriyyətinin  vəsatəti  ilə  məhkəmə  tərəfindən  həyata  keçirilir. 

Cinayət Məcəlləsinin bu maddəsi “Psixiatriya yardımı haqqında” Qanunun 29.3-cü 

maddəsində  nəzərdə  tutulmuş  məcburi  müalicəyə  xitam  verilməsi  qaydalarına 




uyğundur.  Hər  iki  norma  ilə  tibbi  xarakterli  məcburi  tədbirlərin  ləğv  edilməsi 

(müalicəyə xitam verilməsi) məhkəmənin səlahiyyətinə aid edilmişdir. 

Hər kəs pozulmuş hüquqlarının bərpasını məhkəmələr vasitəsi ilə təmin 

edə  bilər.  Konstitusiyanın  71-ci  maddəsinin  VII  hissəsində  insan  və  vətəndaş 

hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələrin həll edilməsi 

məhkəmələrə  həvalə  edilmişdir.  “Psixiatriya  yardımı  haqqında”  Qanunda  da 

göstərilir ki, tibbi xarakterli məcburi tədbirlər məhkəmə qərarı əsasında tətbiq edilə 

bilər,  ona  görə  ki,  bu  cür  məcburi  tədbirlər  azadlığın  məhdudlaşdırılması  ilə 

bağlıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə 

görə,   tibbi  xarakterli  məcburi  tədbirlər  qanun  əsasında  məhkəmələr  tərəfindən 

həyata  keçirilir.  Qanunvericiliyin  bu  tələbi  Konstitusiyanın  28-ci  maddəsinin  II 

hissəsində  nəzərdə  tutulan  “azadlıq  hüququ  yalnız  qanunla  nəzərdə  tutulmuş 

qaydada  tutulma,  həbsəalma  və  ya  azadlıqdan  məhrumetmə  yolu  ilə 

məhdudlaşdırıla bilər” müddəasına uyğun hesab edilməlidir. 

BMT  Baş  Assambleyasının  1991-ci  il  17  dekabr  tarixli,  46/119  saylı 

“Psixi  xəstə  şəxslərin  müdafiəsi  və  onlara  göstərilən  psixiatriya  yardımının 

yaxşılaşdırılması prinsipləri”nin 6-cı bəndində ölkələrə tövsiyə edilir ki, hər hansı 

psixi xəstə şəxsə öz vəkili (nümayəndəsi) vasitəsi ilə yuxarı məhkəmə orqanlarına 

müraciət etmək hüququnun təmin edilməsi üçün səmərəli vasitələr yaratsınlar. 

Avropa  Şurası  Parlament  Assambleyasının  “Psixi  xəstələrin  vəziyyəti 

haqqında”  1977-ci  il  8  oktyabr  tarixli  818  saylı  Tövsiyələrində,  habelə  Avropa 

Şurası Nazirlər Komitəsinin “Məcburi qaydada hospitallaşdırılan psixi pozuntudan 

əziyyət  çəkən  şəxslərin  hüquqlarının  müdafiəsi  haqqında”  1983-cü  il  22  fevral 

tarixli R (83) 2 nömrəli, “Yaşlı anlaqsız şəxslərin hüquqi müdafiəsinin Prinsipləri 

haqqında”  1999-cu  il  23  fevral  tarixli  R  (99)  4  nömrəli,  “Psixi  xəstə  insanların 

şəxsiyyətinin qorunması və hüquqlarının müdafiəsi haqqında” 2004-cü il 24 fevral 

tarixli R  (2004)  10 nömrəli  Tövsiyələrində  bildirilir ki,  hər  bir  psixi xəstə   şəxsə 

azad şəkildə öz vətəndaş və siyasi hüquqlarını təmin etmək imkanı yaradılmalıdır. 

Tövsiyələrdə  hətta  göstərilir  ki,  Avropa  Şurasının  üzvü  olan  ölkələrdə  psixi 

xəstəlikdən  əziyyət  çəkən  insanlar  haqqında  məhkəmə  qərarları  mütləq  şəkildə 

yalnız  bir  tibbi  rəy  əsasında  çıxarılmamalıdır.  Bu  məsələlərlə  bağlı  məhkəmə 

proseslərində 

psixi 

xəstəlikdən 



əziyyət 

çəkən 


şəxslərin 

vəkillərinə 

(nümayəndələrinə) və ya imkan olduğu halda onların özlərinə hüquqi müdafiələrini 

təmin  etmək  imkanı  yaradılmalıdır.  Ehtiyac  olduğu  halda  məhkəmələr  əlavə 

müstəqil ekspertləri və mütəxəssisləri məhkəmə prosesinə cəlb etməlidirlər. 

Hətta əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən, psixi xəstə şəxslərə 

dair işlərə baxılarkən məhkəmələr müstəqil ekspertlər tərəfindən verilən alternativ 

ekspert-psixiatrların  rəylərindən  istifadə  edirdilər.  Tibbi  xarakterli  məcburi 

tədbirlərin  tətbiqi,  dəyişdirilməsi  və  ləğv  edilməsi  ilə  bağlı  məhkəmə  təcrübəsi 

haqqında  SSRİ  Ali  Məhkəməsi  Plenumunun  1984-cü  il  26  aprel  tarixli  qərarına 

əsasən,  ekspert-psixiatrların  rəyləri  işə  aid  olan  bütün  materiallarla  birlikdə 

məhkəmə tərəfindən geniş və dəqiq qiymətləndirilməli idi. 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2002-ci il 6 avqust tarixli, 

125  saylı  qərarı  ilə  təsdiq  edilmiş  “Məhkəmə-Psixiatrik  Ekspertiza  Mərkəzinin 




Əsasnaməsi”ndə  (bundan  sonra  –  Məhkəmə-Psixiatrik  Ekspertiza  Mərkəzinin 

Əsasnaməsi)  göstərilir  ki,  Mərkəzin  direktoru  məhkəmə  iclaslarında,  istintaq  və 

məhkəmə  hərəkətlərində  ekspert-psixiatrların  iştirakının  təmin  olunması  üçün 

tədbirlər  görməlidir.  Ehtiyac  olduğu  zaman  məhkəmələr  bu  Mərkəzin  psixiatr-

ekspertlərinin imkanlarından istifadə etməlidirlər. 

Məcburi  və  ya  qeyri-könüllü  hospitallaşdırma  müddətinin  uzadılması 

birbaşa azadlıqdan təcrid olunmaqla bağlıdır. Ona görə də məhkəmələr qarşısında 

bu  cür  təqdimatlarla  yalnız  peşəkar,  qanunla  səlahiyyətli  və  müstəqil  həkim-

psixiatr komissiyaları çıxış edə bilər. Lakin məhkəmələr üçün hətta həkim-psixiatr 

komissiyasının rəyi rəhbər sənəd olmamalıdır. Məhkəmələr bu cür rəylərin ədalətli 

olmadığından  şübhələndikdə  təkrar  müstəqil  ekspertiza  keçirilməsini  təyin 

etməlidirlər. CPM-in 323.7-ci maddəsində göstərilir ki, məhkəmə öz təşəbbüsü ilə 

ekspertizanın  təyin  edilməsi  haqqında  qərar  çıxarmaq  hüququna  malikdir.  CPM-

nin  331.3-cü  maddəsi  isə  birbaşa  müəyyən  edir  ki,  məhkəmə  öz  təşəbbüsü  ilə 

təkrar və ya əlavə ekspertiza təyin etmək hüququna malikdir. Deməli, məhkəmələr 

həkim-psixiatr komissiyasının rəyində tam əmin olmadığı halda təkrar və ya əlavə 

ekspertiza təyin edə bilər.  

Ehtiyac  olduğu  halda  psixi  xəstəlikdən  əziyyət  çəkən  şəxsin  özünün 

məhkəmə  qarşısında  çıxış  etməsinə  şərait  yaradılmalıdır.  Avropa  Şurasının 

İşgəncələrə  qarşı  Komitəsinin  2008-ci  il  8–12  dekabr  tarixlərində  Azərbaycan 

Respublikasında   apardığı  monitorinqin  nəticələrinə  dair  Hesabatında  tövsiyə 

edilmişdir ki, məhkəmələrdə psixi xəstə insanların məcburi (və ya qeyri-könüllü) 

hospitallaşdırılması  zamanı  psixi  xəstəlikdən  əziyyət  çəkən  şəxslərə  hakimin 

qarşısında  çıxış  etmək  imkanı  yaradılmalıdır.  Psixi  xəstəlikdən  əziyyət  çəkən 

şəxsin  bilavasitə  məhkəmə  qarşısında  çıxış  etməsi  ədalətli  qərarın  çıxarılmasına 

şərait yaradan müsbət təcrübədən biri ola bilər. 

Qeyd  olunanları  nəzərə  alaraq,  Konstitusiya  Məhkəməsinin  Plenumu 

bildirir ki, məhkəmə qərarı qəbul olunarkən ekspert-psixiatrların tövsiyələri nəzərə 

alınsa da, bu rəy məhkəmə üçün məcburi sayılmamalıdır. 

Psixiatriya  müəssisəsində  şəxsin  məcburi  və  ya  qeyri-könüllü 

saxlanılması  müddəti  ilə  bağlı  məsələ  aktual  olduğu  kimi,  həmin  müəssisələrdə 

şəxslərin  saxlanmasının  səbəbləri  də  problemin  vacib  ünsürlərindən  biridir. 

“Psixiatriya  yardımı  haqqında”  Qanunun  11-ci  maddəsinə  əsasən,  qeyri-könüllü 

müalicə aşağıdakı əsaslar olduqda təyin edilə bilər: 

·  şəxsin bilavasitə özü və (və ya) ətrafdakılar üçün təhlükəli olması; 

·  şəxsin  psixi  pozuntu  nəticəsində  acizliyi,  yəni  əsas  həyatı  tələbatını 

müstəqil təmin etmək qabiliyyətinin olmaması; 

·  şəxsə  psixiatriya  yardımının  göstərilmədiyi  halda  onun  psixi 

vəziyyətinin pisləşməsi. 

“Psixiatriya  yardımı  haqqında”  Qanunun  12-ci  maddəsində  tibbi 

xarakterli məcburi tədbirlərin tətbiqinin əsasları nəzərdə tutulmasa da göstərilir ki, 

azadlığın  məhdudlaşdırılması  ilə  əlaqədar  bu  tədbirlər  məhkəmə  tərəfindən  təyin 

edilir  və  ixtisaslaşdırılmış  psixiatriya  müəssisələrində  həyata  keçirilir.  Tibbi 

xarakterli məcburi tədbirlərin ixtisaslaşdırılmış psixiatriya müəssisələrində həyata 




keçirilməsi  mütləq  (imperativ)  göstəriş  deyildir.  Cinayət  Məcəlləsinin  95-ci 

maddəsinə  uyğun  olaraq  məhkəmə,  ixtisaslaşdırılmış  psixiatriya  stasionarında 

məcburi müalicədən əlavə, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi 

və ya ümumi tipli psixiatriya stasionarında  məcburi müalicə kimi tibbi xarakterli 

məcburi  tədbirlər  təyin  edə  bilər.  Azərbaycan  Respublikasının  Səhiyyə  Naziri 

tərəfindən  təsdiqlənmiş  “İctimai  təhlükəli  əməl  törətmiş  psixi  pozuntulu  şəxslər 

barəsində  məcburi  və  başqa  tibbi  xarakterli  tədbirlərin  tətbiq  edilməsi  qaydaları 

haqqında  nümunəvi  Əsasnamə”də  göstərilir  ki,  “ictimai  təhlükəli  əməl  törətmiş 

ağır psixi pozuntulu şəxslər barəsində məcburi və başqa tibbi xarakterli tədbirlərin 

tətbiq edilməsində əsas məqsəd göstərilən şəxslərin müalicə olunması və ya psixi 

vəziyyətinin  yaxşılaşdırılmasından,  habelə  həmin  şəxslər  tərəfindən  yeni  cinayət 

törədilməsinin  qarşısının  alınmasından  ibarətdir”.  Beləliklə,  belə  qənaətə  gəlmək 

olar ki, tibbi xarakterli məcburi tədbirlərin məqsədi şəxsin cəzalandırılması deyil, 

müalicəsi və reabilitasiyasıdır. 

Beynəlxalq  aktlarda  psixiatriya  müalicəsinin  aparılmasında  məcburi  və 

ya  qeyri-könüllü  üsulların  tətbiqinin  əsasları  ümumiyyətlə  fərqləndirilmir.  BMT-

nin  və  Avropa  Şurasının  tövsiyələrində  psixi  xəstələrin  məcburi  müalicəyə  cəlb 

edilməsinin  bir  əsas  və  iki  əlavə  səbəbi  fərqləndirilir.  Məcburi  (qeyri-könüllü) 

müalicənin təyin olunmasına əsas səbəb psixi xəstələrin özləri və ya digərləri üçün 

təhlükə yaratmasıdır. Əlavə səbəblərə isə psixi xəstə şəxsin müalicə almadığı halda 

vəziyyətinin kəskin pisləşməsi və psixi xəstə şəxsin müalicəsinin yalnız stasionar 

qaydada aparılmasının mümkünlüyü aid edilir. 

İnsan  hüquqları  üzrə  Avropa  Məhkəməsi  İHAK-ın  5-ci  maddəsinin  “e” 

bəndinə dair işlərindən birində (Vinderverpin Niderlanda qarşı işi üzrə 1979-cu il 

24  oktyabr  tarixli  Qərarda)   psixi  xəstəlikdən  əziyyət  çəkən  şəxslərin  məcburi 

müalicəsinin  üç  əsas  şərti  göstərilmişdir:  elmi  əsaslandırılmış  tibbi  diaqnozun 

olması; psixi xəstənin özü və ətrafdakılar üçün təhlükəli olması; psixi xəstə şəxsin 

stasionarda  müalicəsi  bitənədək  saxlanılması.  Bu  iş  üzrə  qərarda  həmçinin 

göstərilir  ki,  məcburi  müalicə  müddətində  psixi  xəstə  şəxsin  tibbi  müayinəsi 

mütəmadi  keçirilməli  və  məhkəmənin  nəzarəti  altında  olmalıdır.  İnsan  hüquqları 

üzrə Avropa Məhkəməsinin Ştukaturovun Rusiyaya qarşı işi üzrə 2010-cu il 4 mart 

tarixli Qərarında göstərilir ki, yerli məhkəmənin qərarı olmadan şəxsin psixiatriya 

xəstəxanasında saxlanılması qanunsuz hesab edilir və buna görə zərərçəkmiş şəxsə 

kompensasiya verilməlidir. 

Xarici  ölkələrin  (məsələn,  İngiltərə,  ABŞ,  Rusiya,  Almaniya,  İsveçrə, 

Cənubi Afrika Respublikası, Estoniya, Moldova) qanunvericilik təcrübəsi göstərir 

ki,  psixiatriya  yardımı  müddətinin  həddi  konkret  müəyyən  edilmir  və  müalicə 

keçən  şəxsin  müalicəsinin  başa  çatması,  cəmiyyət  və  ya  özü  üçün  təhlükə 

yaratmaması ilə şərtlənir. Hətta psixi xəstəlik öz xüsusiyyətinə görə şəxsin ümumi 

vəziyyətini pisləşdirirsə və onun müalicəsi stasionar şəraitində aparılmalıdırsa, bu 

şəxs məcburi müalicəyə cəlb edilə bilər. 

Beləliklə,  müzakirə  edilən  məsələ  üzrə  beynəlxalq  təcrübənin  təhlili 

göstərir ki, azadlığın məhdudlaşdırılması ilə müşayiət olunan məcburi və ya qeyri-

könüllü psixiatriya müalicəsinin növü qanuni əsaslar  (şəxsin bilavasitə özü və (və 




ya)  ətrafdakılar  üçün  təhlükə  yaratması  və  başqa  hallar)  üzrə  seçilməli  və 

məhkəmənin qərarı ilə təyin edilməlidir. 

Qeyd etmək lazımdır ki,  psixiatriya sahəsində insan hüquqlarının təmin 

edilməsi  məsələsi  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqinin  və  uzadılmasının 

mövcud təcrübəsi ilə əlaqəlidir. S.Xəlilovanın psixiatriya stasionarında saxlanılma 

müddətinin  uzadılması  məsələsinə  məhkəmədə  baxılarkən  “Psixiatriya  yardımı 

haqqında”  Qanunun  28.3-cü  maddəsində  nəzərdə  tutulan  “həkim-psixiatr 

komissiyası”nın  rəyi  əvəzinə  “həkim-məsləhət  komissiyası”nın  rəyi  əsas 

götürülmüşdür. 

Məhkəmə-Psixiatrik  Ekspertiza  Mərkəzinin  Əsasnaməsinin  2-ci 

maddəsinin  2-ci  bəndinə  əsasən  «Psixiatriya  yardımı  haqqında»  Azərbaycan 

Respublikasının Qanununa müvafiq olaraq Mərkəzin tərkibində fəaliyyət göstərən 

Mərkəzi məhkəmə-psixiatrik ekspert komissiyası Respublikada aparılan məhkəmə-

psixiatrik ekspertiza fəaliyyətinə nəzarət və təşkilati-metodiki rəhbərlik edir. Eyni 

zamanda  Əsasnamə  ilə  məhkəmə-psixiatrik  ekspertizalarının  keçirilməsi  məqsədi 

ilə  təşkil  olunan  komissiyaların  tərkibinin  müəyyən  edilməsi  mərkəzin 

direktorunun səlahiyyətinə aid edilmişdir. 

Azərbaycan  Respublikasının  Səhiyyə  Naziri  tərəfindən  təsdiqlənmiş 

“Psixiatriya yardımı göstərən müalicə-profilaktika müəssisələrinin həkim-məsləhət 

komissiyaları  (HMK)  haqqında   Əsasnamə”  qəbul  olunmuşdur.  Həmin 

Əsasnaməyə  görə,  həkim-məsləhət  komissiyaları  psixiatriya  yardımı  göstərən 

bütün  müalicə-profilaktika  müəssisələrində  (psixiatriya  xəstəxanalarında, 

psixonevroloji dispanserlərdə, dispanser şöbələrində, ali tibbi təhsil müəssisələrinin 

klinikalarında) təşkil edilir. HMK adətən müəssisənin baş həkimindən (və ya onu 

əvəz  edəndən,  onun  müavinindən)  və  müalicə  həkimindən  ibarət  olur.  Bu 

komissiyalar  əslində  klinik-ekspert  məsələlərini  həll  edir,  xəstənin  diaqnozunu, 

müalicə  təyinatını  müəyyən  edir,  lazımi  hallarda  xəstələri  məsləhət  və  müalicə 

üçün  ixtisaslaşdırılmış  müalicə  müəssisələrinə  göndərir  və  digər  məsələləri  həll 

edir.  Göstərilən  Əsasnamədə  HMK-ya  məcburi  müalicə  və  ya  qeyri-könüllü 

hospitallaşdırma  müddətinin  uzadılması  barəsində  məhkəmələrə  müraciət  etmək 

səlahiyyəti  verilməmişdir.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən 

bu hüquq həkim-psixiatr komissiyalarının səlahiyyətindədir. 

Lakin,  Məhkəmə-Psixiatrik  Ekspertiza  Mərkəzinin  Əsasnaməsində 

məhkəmə-psixiatr  ekspertizasının  keçirilməsi  məqsədi  ilə  həkim-psixiatr 

komissiyarının  təşkil  olunması  müəyyən  olunsa  da,  onların  təşkil  və  fəaliyyət 

qaydaları nəzərdə tutulmamışdır. 

Almaniya,  Estoniya,  İsveçrə  təcrübəsinə  görə  tibbi  xarakterli  məcburi 

tədbirlər psixiatriya xəstəxanasının baş həkimi tərəfindən tətbiq edilir, lakin bunu 

təsdiqləyən  digər  (müstəqil)  həkim-psixiatr  komissiyasının  rəyi  tələb  edilir. 

Slovakiya  təcrübəsi  göstərir  ki,  şəxs  iki  müstəqil  həkim-psixiatr  tərəfindən 

müayinə  edilməlidir.  Xorvatiyanın  “Psixi  pozuntusu  olan  şəxslərin  müdafiəsi 

haqqında”  Aktının  31-ci  maddəsinin  birinci  hissəsinə  əsasən,  məhkəmə  qərar 

çıxararkən  psixi  xəstənin  müalicə  edildiyi  psixiatriya  klinikasının  əməkdaşı 



olmayan  və  bu  müəssisə  ilə  heç  bir  bağlılığı  olmayan  həkim-psixiatrın  rəyini 

almalıdır. 

İngiltərə   təcrübəsinə  görə,  məcburi  müalicə  müddətinin  uzadılması 

məsələsi  müalicə  həkiminin,  şəxsin  müalicə  olunduğu  tibb  müəssisəsinin  baş 

həkiminin  və  Psixi  sağlamlıq  məsələlərinə  dair  tribunalın  rəyləri  ayrı-ayrılıqda 

təqdim  edilməklə  məhkəmə  qaydasında  həll  edilir.  Avropa  ölkələrinin 

əksəriyyətində  psixiatriya  sahəsində  ixtisaslaşdırılmış  mərkəzi  qurumlar 

mövcuddur:  Avstriyada  Psixi  pasiyentlərin  hüquqları  üzrə  müvəkkil, 

Belçikada  Psixiatriya dövlət müfəttişliyi, İrlandiyada Psixi sağlamlıq məsələlərinə 

yenidən  baxılması  üzrə  müstəqil  şura  və  s.,  Niderland,  İsveçrə,  Fransa  və 

Portuqaliyada isə xüsusi müşahidə komissiyaları fəaliyyət göstərir. Bu qurumların 

üzvləri öz peşəkarlıqları, qərəzsizliyi və digər şəxsi keyfiyyətlərinə görə seçilirlər. 

Ona  görə  onların  rəyləri  mötəbər  sayılır  və  məhkəmələr  tərəfindən  geniş  istifadə 

edilir. 


Qeyd  olunanlara  əsasən,  Konstitusiya  Məhkəməsinin  Plenumu  Bakı 

şəhəri  Sabunçu  rayon  məhkəməsinin  müraciətində  və  S.  Xəlilovanın  şikayətində 

qaldırılan məsələlərlə əlaqədar aşağıda göstərilən nəticələrə gəlir: 

·  “Psixiatriya  yardımı  haqqında”  Qanunun  28.2,  28.3  və  29.3-cü 

maddələri  Konstitusiyanın  28-ci  maddəsinə  və  İHAK-ın  5-ci  maddəsinin  1-ci 

bəndinin “e” yarımbəndinə uyğundur; 

·  Cinayət  Məcəlləsinin  98.1-ci  maddəsində  göstərilən  “həkim-psixiatr 

komissiyası” anlayışı məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin həkim-

məsləhət  komissiyasını  deyil,  rəy  təqdim  edən  müstəqil  həkim-psixiatr 

komissiyasını nəzərdə tutur; 



·  məhkəmə  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqinin  uzadılması, 

dəyişdirilməsi və ya ləğv edilməsi məsələsinə baxarkən CPM-in 323.7 və 331.3-cü 

maddələrinin  tələblərinə  uyğun  olaraq  öz  təşəbbüsü  ilə  əlavə  və  ya  təkrar 

ekspertiza təyin etmək hüququna malikdir



· Cinayət  Məcəlləsinin  94  və  98-ci  maddələri  və  CPM-in  486-cı 

maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər, müddətindən asılı olmayaraq 

yalnız şəxsin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşması nəticəsində 

məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər; 



·  MPM-in  XXXVI  fəslində  nəzərdə  tutulan  “şəxsin  psixiatriya 

stasionarına  məcburi  yerləşdirilməsi”  proseduru  “Psixiatriya  yardımı  haqqında” 

Qanunun  11-ci  maddəsində  nəzərdə  tutulan  “qeyri-könüllü  psixiatriya  yardımı 

göstərilməsi” əsaslarına uyğun aparılan qaydalar kimi başa düşülməlidir



·  tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi 

və  ya  ləğv  edilməsi  sahəsində  mövcud  təcrübəni  nəzərə  alaraq,  Azərbaycan 

Respublikasının  Nazirlər  Kabinetinə  tövsiyə  edilsin  ki,  qeyd  olunan  tədbirlərin 

tətbiqinə rəy verən həkim-psixiatr komissiyalarının təşkili və fəaliyyəti  qaydaları 

normativ qaydada təkmilləşdirilsin;  

Azərbaycan Respublikası Konstitusiyasının  130-cu maddəsinin V və VI 

hissələrini,  «Konstitusiya  Məhkəməsi  haqqında»  Azərbaycan  Respublikası 



Qanununun 52, 60, 62, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan 

Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

Qərara aldı: 



 

1.“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 2001-ci il 

12  iyun  tarixli  Qanununun  28.2,  28.3  və  29.3-cü  maddələri  Azərbaycan 

Respublikası  Konstitusiyasının  28-ci  maddəsinə  və  “İnsan  hüquqlarının  və  əsas 

azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının  5-ci maddəsinin 1-ci 

bəndinin “e” yarımbəndinə uyğundur. 

2. Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  98.1-ci  maddəsində 

göstərilən “həkim-psixiatr komissiyası” anlayışı məcburi müalicəni həyata keçirən 

tibb müəssisəsinin həkim-məsləhət komissiyasını deyil, rəy təqdim edən müstəqil 

həkim-psixiatr komissiyasını nəzərdə tutur. 

3.  Məhkəmə  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqinin  uzadılması, 

dəyişdirilməsi  və  ya  ləğv  edilməsi  məsələsinə  baxarkən  Azərbaycan 

Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 323.7 və 331.3-cü maddələrinin 

tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə əlavə və ya təkrar ekspertiza təyin etmək 

hüququna malikdir. 

4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94 və 98-ci maddələri 

və  Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Məcəlləsinin  486-cı  maddəsinə 

əsasən  tibbi  xarakterli  məcburi  tədbirlər,  müddətindən  asılı  olmayaraq  yalnız 

şəxsin  müalicə  olunması  və  ya  psixi  vəziyyətinin  yaxşılaşması  nəticəsində 

məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. 

5.  Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  XXXVI 

fəslində  nəzərdə  tutulan  “şəxsin  psixiatriya  stasionarına  məcburi  yerləşdirilməsi” 

proseduru  “Psixiatriya  yardımı  haqqında”  Azərbaycan  Respublikasının  2001-ci  il 

12  iyun  tarixli  Qanununun  11-ci  maddəsində  nəzərdə  tutulan  “qeyri-könüllü 

psixiatriya  yardımı  göstərilməsi”  əsaslarına  uyğun  aparılan  qaydalar  kimi  başa 

düşülməlidir. 

6.  Tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqinin  uzadılması, 

dəyişdirilməsi  və  ya  ləğv  edilməsi  sahəsində  mövcud  təcrübəni  nəzərə  alaraq 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  tövsiyə  edilsin  ki,  qeyd  olunan 

tədbirlərin tətbiqinə rəy verən həkim-psixiatr komissiyalarının təşkili və fəaliyyəti 

qaydaları normativ qaydada təkmilləşdirilsin. 

7. Qərar  “Azərbaycan”,  “Respublika”,  “Xalq  qəzeti”,  “Bakinski  raboçi” 

qəzetlərində  və  “Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin 

Məlumatı”nda dərc edilsin. 

8. Qərar dərc edildiyi gündən qüvvəyə minir. 

9. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə 

və ya rəsmi təfsir oluna bilməz. 

Sədrlik edən Fərhad Abdullayev 



Yüklə 136,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə