Psixiatriya yardımı haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 178,07 Kb.
Pdf görüntüsü
tarix26.03.2018
ölçüsü178,07 Kb.
#34099


Psixiatriya yardımı haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

Bu Qanun Az

ərbaycan  Respublikasında  psixiatriya  yardımı  göstərilməsi 

sah


əsində  yaranan münasibətləri tənzimləyir, bu sahədə  hüquqi və  fiziki  şəxslərin 

hüquq v


ə vəzifələrini müəyyən edir. 

 

I f

əsil 

Ümumi müdd

əalar 

 

Madd

ə 1. Əsas anlayışlar 

 

1.0. Bu Qanunda istifad

ə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 

1.0.1.  h



əkim-psixiatr  -  qanunvericilikdə  müəyyən  olunmuş  qaydada 

psixiatriya f

əaliyyəti ilə məşğul olan mütəxəssis; 

1.0.2. 


baş  psixiatr  -  psixiatriya  yardımı  sahəsində  ərazi üzrə  müvafiq icra 

hakimiyy


əti orqanı tərəfindən təyin edilən mütəxəssis; 

1.0.3. 


hospitallaşdırma  -  şəxsin psixiatriya müəssisəsinə  (psixonevroloji 

əssisəyə) müayinə və müalicə məqsədi ilə yerləşdirilməsi; 



1.0.4.  qeyri-

könüllü  hospitallaşdırma  –  bu Qanunla müəyyən  edilmiş 

əsaslar olduqda, cinayət törətməmiş ağır psixi pozuntusu (xəstəlik) olan şəxsin onun 

irad

əsindən  asılı  olmayaraq  bu  Qanunla  və  Azərbaycan  Respublikasının  Mülki-



Prosessual M

əcəlləsi ilə  müəyyən  olunmuş  qaydada  məhkəmənin qərarı  əsasında 

psixiatriya mü

əssisəsinə müayinə və müalicə məqsədi ilə yerləşdirilməsi; 

1.0.5.  m

əcburi  hospitallaşdırma  (tibbi  xarakterli  məcburi tədbirlər)  - 

anlaqsız vəziyyətdə cinayət törətmiş və ya cinayət törətdikdən sonra psixi xəstəliyə 

tutulmuş,  yaxud  anlaqlılığı  istisna  etməyən psixi pozuntu vəziyyətində  olan 

şəxslərin Azərbaycan  Respublikasının  Cinayət Məcəlləsi və  Azərbaycan 

Respublikasının  Cinayət-Prosessual Məcəlləsi ilə  müəyyən  olunmuş  qaydada 

m

əhkəmənin qərarı əsasında psixiatriya müəssisəsinə müayinə və müalicə məqsədi 



il

ə yerləşdirilməsi; 

1.0.6.  m

əlumatlandırılmış  razılıq  –  pasiyentin və  ya onun qanuni 

nümay


əndəsinin müalicə  haqqında  könüllü  qərar qəbul etdiyini, müalicənin 

m

əqsədləri və  faydası,  müalicə  tədbirlərinin həcmi, müddəti və  metodu, ehtimal 



olunan riskl

ər, həmçinin müalicədən imtina və onun dayandırılması imkanı barədə 

ona t

əqdim edilmiş məlumatı başa düşdüyünü bildirməsi; 



1.0.7.  t

əxirəsalınmaz  psixiatriya  yardımı  -  şəxsə  psixiatriya  yardımının 

gecikdirilm

əsi  onun  özünün,  yaxud  başqa  şəxslərin həyat və  sağlamlığına  təhlükə 

yaradarsa, h

əkim-psixiatrın  (həkim-psixiatr  komissiyasının)  qərarı  əsasında 

göst


ərilən psixiatriya yardımı; 

1.0.8.  pasiyent  -  psixi pozuntu v

əziyyətində  olan və  ya psixiatriya 

yardımından istifadə edən şəxs; 




1.0.9. 

psixiatriya yardımı - pasiyentin psixi vəziyyətinin müayinəsini, psixi 

pozuntusunun  diaqnostikasını,  müalicəsini və  profilaktikasını,  psixo-sosial 

reabilitasiyasını özündə birləşdirən ixtisaslaşdırılmış tibbi yardım növü; 

1.0.10.  psixiatriya mü



əssisəsi (psixonevroloji müəssisə)  -  psixiatriya 

yardımı  sahəsində  qanunvericilikdə  müəyyən  olunmuş  qaydada  fəaliyyət göstərən 

tibb mü

əssisəsi və ya onun bölməsi; 



1.0.11.  psixi pozuntu (x

əstəlik)  –  sosial  uyğunlaşmanın  və  səhhətin 

pozul


ması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması. 

 

Madd



ə  2.  Psixiatriya  yardımı  haqqında  Azərbaycan  Respublikasının 

qanunvericiliyi 

Psixiatriya  yardımı  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi 

Az

ərbaycan  Respublikasının  Konstitusiyasından,  "Əhalinin  sağlamlığının 



qorunması  haqqında"  Azərbaycan  Respublikasının  Qanunundan,  bu  Qanundan, 

dig


ər normativ hüquqi aktlardan və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beyn


əlxalq müqavilələrdən ibarətdir. 

 

Madd



ə 3. Psixiatriya yardımı göstərilməsinin əsas prinsipləri 

Psixi pozuntu v

əziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi 

dövl


ət təminatı,  qanunçuluq,  humanistlik,  insan  və  vətəndaş  hüquqlarına  və 

azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. 

 

Madd


ə 4. Bu Qanunun tətbiq dairəsi 

4.1. Bu Qanun Az

ərbaycan  Respublikasının  ərazisində  psixiatriya  yardımı 

alan, habel

ə psixiatriya yardımı göstərən hüquqi və fiziki şəxslərə şamil olunur. 

4.2. Az


ərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər 

psixiatriya yardımı üzrə bu Qanunda Azərbaycan Respublikasının vətəndaşları üçün 

n

əzərdə tutulmuş bütün hüquqlardan istifadə edirlər. 



 

Madd


ə 5. Psixiatriya yardımının könüllülüyü 

5.1. Bu Qanunun 11-ci v

ə 12-ci maddələrində nəzərdə tutulmuş hallar istisna 

olmaqla, şəxsin özü müraciət etdikdə, ona psixiatriya yardımı göstərilir. 

5.2.  16  yaşına  çatmamış  və  ya qanunvericilikdə  müəyyən  edilmiş  qaydada 

f

əaliyyət qabiliyyəti olmayan hesab edilən  şəxslərə  psixiatriya  yardımı  onların 



valideynl

ərinin və  ya qanuni nümayəndələrinin  razılığı  (xahişi)  ilə  bu Qanunla 

n

əzərdə tutulmuş qaydada göstərilir.



 

 

5.3.  Psixiatriya  yardımı  məlumatlandırılmış  razılıq  əsasında  həyata keçirilir. 



Bu razılıq hədə-qorxu və zor tətbiq edilmədən alınır, yazılı formada sənədləşdirilir, 

pasiyentin özü v

ə  ya onun qanuni nümayəndəsi və  həkim-psixiatr tərəfindən 

imzalanır. 

 

Madd


ə 6. Psixi pozuntusu olan şəxslərin hüquqları 

6.1.  Psixi  pozuntusu  olan  şəxslər Azərbaycan  Respublikasının 

Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malikdirlər. 



6.2.  Psixi  pozuntusu  olan  şəxslərin hüquq və  azadlıqlarının 

m

əhdudlaşdırılmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilə 



bil

ər. 


6.3. Psixi pozuntusu olan şəxslər aşağıdakı hüquqlara malikdirlər: 

6.3.1. l


əyaqətlərinin  alçaldılmasına  yol  verilməməsi və  humanist münasibət 

b

əslənilməsi; 



6.3.2. dövl

ət tibb müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən 

şəraitdə pulsuz psixiatriya yardımı almaq; 

6.3.3.  öz  hüquqları  barədə, habelə  psixi pozuntu  və  tətbiq edilən müalicə 

üsulları haqqında məlumat almaq; 

6.3.4.  psixiatriya  stasionarında  müayinə  və  müalicə  üçün zəruri olan 

müdd

ətdə saxlanılmaq; 



6.3.5. tibbi göst

ərişlər əsasında mümkün olan bütün müalicə növlərini almaq; 

6.3.6. t

əxirəsalınmaz  psixiatriya  yardımı  göstərilməsi, habelə  məcburi və 

qeyri-

könüllü hospitallaşdırma halları istisna olmaqla, psixiatriya yardımı göstərmək 



hüququ olan h

ər hansı mütəxəssisi (onun razılığı ilə) və tibb müəssisəsini seçmək, 

konsilium v

ə məsləhətləşmələr aparılmasını tələb etmək; 

6.3.7. qanunvericilikd

ə  müəyyən  olunmuş  qaydada  vəkilin, qanuni 

nümay

əndələrin və ya digər şəxslərin köməyindən istifadə etmək. 



6.4.  Şəxsin tibbi vasitə  və  üsulların  sınaqdan  keçirilməsinə, elmi-tədqiqat 

işlərinə, yaxud tədris prosesi,  foto-video və  kino çəkilişləri obyektləri kimi 

istifad

əyə cəlb olunması yalnız onun özünün və ya qanuni nümayəndəsinin razılığı 



əsasında mümkündür və həmin şəxs istənilən vaxt bundan imtina edə bilər. 

 

Madd



ə  7.  Şəxsin  psixi  sağlamlığının  vəziyyəti ilə  əlaqədar məlumatların 

alınması 

7.1. Qanunvericilikd

ə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  şəxsin psixi 

sağlamlığının  vəziyyəti,  yaxud  ona  psixiatriya  yardımı  göstərilməsi  haqqında 

m

əlumatları tələb etmək qadağandır. 



7.2.  Psixi  pozuntusu  olan  şəxsin  sağlamlığının  vəziyyəti və  ona göstərilən 

psixiatriya yardımı tədbirləri haqqında məlumatlar konfidensial hesab edilir. Şəxsin 

psixi  sağlamlığının  vəziyyəti və  ona  psixiatriya  yardımı  göstərilməsi  haqqında 

m

əlumatlardan sərbəst istifadə  hüququ həmin  şəxsin özünə  və  buna 



qanunvericilikd

ə nəzərdə tutulmuş qaydada icazə verilmiş şəxslərə məxsusdur. 

7.3.  Psixiatriya  yardımı  göstərən mütəxəssislər pasiyent barəsində 

m

əlumatlardan yalnız həmin peşə dairəsində və psixiatriya yardımı göstərmək üçün 



z

əruri olan həddə istifadə edə bilərlər. Peşə fəaliyyəti ilə əlaqədar bu məlumatlara 

malik olan şəxslər onların yayılmasına görə məsuliyyət daşıyırlar. 

7.4. Psixiatriya mü

əssisəsinin müdiriyyəti, psixiatriya yardımı göstərilməsinə 

n

əzarət edən müvafiq icra hakimiyyəti orqanı psixi pozuntusu olan şəxsə psixiatriya 



yardımı göstərilməsi üçün zəruri məlumatları tələb edə bilərlər. 

7.5.  Psixiatriya  yardımı  alan  və  ya  əvvəllər  psixiatriya  yardımı  almış  şəxsə 

göst

ərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özünün və yaxud onun qanuni 



nümay

əndəsinin yazılı müraciətindən sonra 2 gün ərzində müəssisənin müdiriyyəti 

t

ərəfindən təqdim  olunmalıdır.  Pasiyentin  məlumatları  əldə  etmək  hüququ  yalnız 




onun  sağlamlığına  zərərin  vurulmasının  qarşısının  alınması  və  digər  şəxslərin 

t

əhlükəsizliyinin təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər. 



7.6. Pasiyent

ə qulluq edən ailə üzvləri yalnız göstərdikləri yardıma aid olan 

m

əlumatı  əldə  edə  bilərlər. Pasiyentə  zərər törədə  biləcək məlumatların  onlara 



verilm

əsi qadağandır. 

 

Madd


ə  8.  Psixi pozuntunun  diaqnozunun  qoyulması  və  pasiyentlərin 

müalic

əsi 

8.1. Psixiatriya müayin

ələrinin və ekspertizalarının həyata keçirilməsi zamanı 

psixi  pozuntunun  diaqnozu  yalnız  müasir  diaqnostika  prinsiplərinə  və  beynəlxalq 

t

əsnifata uyğun olaraq həkim-psixiatr tərəfindən təyin edilir. Digər ixtisaslı həkimlər 



t

ərəfindən təyin edilən psixi pozuntunun diaqnozu ilkin diaqnoz hesab edilir və 

şəxsin qeyri-könüllü hospitallaşdırılmasına, psixiatriya qeydiyyatına götürülməsinə 

v

ə  digər sosial-hüquqi məsələlərin həllinə  əsas  vermir. Pasiyentin psixi 



pozuntusunun diaqnozu ona 

əvvəllər təyin edilən diaqnoz ilə  uyğun  olmadıqda, 

psixiatriya mü

əssisəsinin həkim-məsləhət  komissiyasının  və  ya yüksək  ixtisaslı 

h

əkim-psixiatrın (tibb elmləri doktoru, professor, dosent) qərarı ilə dəyişdirilir və ya 



l

əğv edilir. 

8.2. Pasiyent

ə  psixiatriya  yardımı  onun  hüquq  və  azadlıqlarını 

m

əhdudlaşdırmadan,  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə 



tutulan  psixiatriya  yardımının  səmərəliyini daha çox təmin edən vasitələrdən və 

üsullardan istifad

ə  etməklə  yalnız  xəstəliyin müalicəsi üçün zəruri olan müddətdə 

göst


ərilir. 

8.3. Şəxsi müayinə etmədən (qiyabi) diaqnoz qoymaq qadağandır. 

8.4. Tibbi vasit

ələrdən və üsullardan istifadə etməklə pasiyent cəzalandırıla, 

yaxud ondan başqa şəxslərin mənafeyi üçün istifadə edilə bilməz. 

8.5. Qanunvericilikd

ə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan 

hesab edil

ən, habelə  qeyri-könüllü  psixiatriya  yardımı  göstərilən və  ya tibbi 

xarakterli m

əcburi tədbirlərə  cəlb edilən  şəxslər üzərində  tibbi-bioloji 

eksperimentl

ər aparmaq və psixi pozuntunun müalicəsində qarşısıalınmaz nəticələr 

doğuran cərrahiyyə üsullarından istifadə etmək qadağandır. 

 

Madd


ə 9. Ayrı-ayrı peşə növlərində və yüksək təhlükə mənbəyi ilə bağlı 

işlərdə fəaliyyətin məhdudlaşdırılması 

9.1. Psixi pozuntu n

əticəsində  şəxs  ayrı-ayrı  peşə  növlərində  və  yüksək 

t

əhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətin yerinə yetirilməsində müvəqqəti (iki il 



müdd

ətindən çox olmayaraq və  təkrar müayinədən keçmək hüququ ilə)  yararsız 

hesab edil

ə  bilər. Bu barədə  qərarı  şəxsin psixi vəziyyətinin qiymətləndirilməsi 

əsasında  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən təsdiq olunan psixiatriya əks 

göst


ərişlərin  siyahısına  uyğun  olaraq  tibbi-sosial  ekspert  komissiyası  qəbul edir. 

H

əmin qərardan məhkəməyə şikayət edilə bilər. 



9.2. F

əaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və 

yüks

ək təhlükə  mənbəyi ilə  bağlı  işlərin  siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanı 



t

ərəfindən təsdiq olunur. 

 



Madd

ə 10. Müalicədən imtina edilməsi 

10.1. Psixi pozuntus

u  olan  şəxsin və  ya onun qanuni nümayəndəsinin, bu 

Qanunda n

əzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  təklif edilən müalicədən imtina 

etm

ək, yaxud müalicəni dayandırmaq hüququ vardır. 



10.2. Psixi pozuntusu olan v

ə  müalicədən imtina edən  şəxsə  və  ya onun 

qanuni nümay

əndəsinə  mümkün olan nəticələr barədə  izahat verilir. Müalicədən 

imtina edilm

əsi və onun gələcək nəticələri barədə izahat şəxsin tibbi sənədində qeyd 

olunur v

ə  onun özü, yaxud qanuni nümayəndəsi və  həkim-psixiatr tərəfindən 

imzalanır. 

 

Madd



ə 11. Qeyri-könüllü psixiatriya yardımı göstərilməsi üçün əsaslar 

11.1. Psixi pozuntunun xarakteri müayin

ə  və  müalicənin  yalnız  psixiatriya 

stasionarında  həyata keçirilməsini tələb edərsə,  psixiatriya  stasionarında  qeyri-

könüllü müalic

ə aşağıdakı əsaslar olduqda təyin edilir:



 

 

11.1.1. psixi pozuntusu olan şəxsin bilavasitə özü və (və ya) ətrafdakılar üçün 



t

əhlükəli olması; 

11.1.2.  şəxsin psixi pozuntu nəticəsində  acizliyi, yəni  əsas həyatı  tələbatını 

müst


əqil təmin etmək qabiliyyətinin olmaması; 

11.1.3. ağır psixi pozuntusu olan şəxsə stasionar yardımın göstərilməməsinin 

onun sağlamlığına qarşısıalınmaz zərər yetirməsi və müalicəsini mümkünsüz etməsi. 

11.2.  Psixiatriya  stasionarında  qeyri-könüllü  hospitallaşdırılmış  pasiyentin 

müalic

əsi məlumatlandırılmış razılıq olmadan aparıla bilər. 



 

Madd


ə 12. Tibbi xarakterli məcburi tədbirlər 

2.1. Tibbi xarakterli m

əcburi tədbirlər Azərbaycan  Respublikasının 

qanunvericiliyi il

ə müəyyən olunmuş qaydada məhkəmə tərəfindən təyin olunur. 

12.2. Tibbi xarakterli m

əcburi tədbirlər  ixtisaslaşdırılmış  psixiatriya 

əssisələrində həyata keçirilir. 



12.3. Tibbi xarakterli m

əcburi tədbirlərə cəlb edilən şəxslər bu Qanunun 23-

cü madd

əsində nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər. 



 

Madd


ə 13. Məhkəmə-psixiatriya ekspertizası 

13.1. M


əhkəmə-psixiatriya  ekspertizasının  təşkili  və  aparılması  qaydası 

qanunvericilikl

ə müəyyən olunur. 

13.2. M


əhkəmə-psixiatriya  ekspertizasını  aparan  komissiyaların  fəaliyyətinə 

n

əzarəti müvafiq icra hakimiyyəti  orqanı  tərəfindən  yaradılan  mərkəzi məhkəmə-



psixiat

riya ekspert komissiyası həyata keçirir. 

13.3.  Şəxs və  ya onun qanuni nümayəndəsi məhkəmə-psixiatriya ekspert 

komissiyasının rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada 

m

əhkəməyə müraciət edə bilər. 



 

Madd


ə 14. Vətəndaşların hərbi qulluğa yararlığını müəyyən etmək üçün 

psixiatriya müayin

əsi 

H

ərbi xidmətə  çağırılanların,  müqavilə  (kontrakt) üzrə  hərbi xidmətə  daxil 



olanların,  silahlı  qüvvələrin, habelə  daxili  qoşunların  ehtiyatlarında  olan 


v

ətəndaşların  və  hərbi  qulluqçuların  psixi  sağlamlığının  vəziyyəti ilə  bağlı  hərbi 

xidm

ətə  yararlığını  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  hərbi-həkim 



komissiyası müəyyən edir. 

 

II f



əsil 

Psixi 

pozuntusu olan şəxslərə psixiatriya yardımı göstərilməsi və onların 

sosial müdafi

əsinin təmin edilməsi 

 

Madd


ə  15.  Dövlətin təminat  verdiyi  psixiatriya  yardımının  və  sosial 

müdafi

ənin növləri  

15.0. Dövl

ət aşağıdakılara təminat verir: 

15.0.1. t

əxirəsalınmaz psixiatriya yardımına; 

15.0.2. stasionar v

ə  ambulator  şəraitində  məsləhət-diaqnostika, müalicə, 

psi


xoprofilaktika, reabilitasiya yardımına; 

15.0.3. psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial 

v

ə  məhkəmə-psixiatriya  ekspertizalarının)  aparılmasına,  lazım  olduqda  fəaliyyət 



qabiliyy

ətinin müvəqqəti itirilməsinin qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

m

əhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə



əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə; 

15.0.4. sosial-m

əişət  yardımı  göstərilməsi və  psixi  pozuntusu  olan  şəxslərin 

müvafiq işlə təmin olunmasına; 

15.0.5. q

əyyumluq və himayəçilik məsələlərinin həllinə; 

15.0.6. t

əbii fəlakətlər və qəzalar zamanı psixiatriya yardımı göstərilməsinə; 

15.0.7.  psixi  pozuntusu  olan  yetkinlik  yaşına  çatmamış  şəxslərin ümumi və 

peşə təhsilinin təşkilinə; 

15.0.8.  psixi  pozuntusu  olan  şəxslərin  əmək  terapiyası,  yeni  peşələrə 

yiy


ələnməsi və işə düzəlməsi üçün müalicə-istehsalat müəssisələri, habelə yüngül iş 

şəraiti olan xüsusi istehsalat sahələrinin yaradılmasına; 

15.0.9. psixi pozuntusu olan v

ə  sosial  əlaqələrini  itirmiş  şəxslər üçün 

yataqxanaların yaradılmasına; 

15.0.10.  psixiatriya  yardımının  digər  tibbi  yardım  növləri ilə  eynilik təşkil 

ed

ən şəraitdə göstərilməsinə. 



15.0.11. psixi pozuntusu olan şəxslərin sosial müdafiəsi üçün zəruri olan digər 

t

ədbirlərin görülməsinə. 



 

Madd


ə 16. Psixiatriya yardımının maliyyələşdirilməsi 

Psixiatriya yardımının maliyyələşdirilməsi qanunvericiliklə müəyyən edilmiş 

qaydada h

əyata keçirilir. 

 

Madd


ə 17. Psixiatriya müayinəsi 

17.1. Psixiatriya müayin

əsi  şəxsin psixi vəziyyətini,  psixiatriya  yardımına 

ehtiyacı olub-olmadığını müəyyənləşdirmək, habelə psixiatriya yardımı göstərilməsi 

bar

ədə qərar qəbul etmək məqsədi ilə həyata keçirilir. 



17.2. Psixiatriya müayin

əsi, habelə  profilaktik müayinə  aşağıdakı  hallarda 

aparılır: 



17.2.1.  şəxsin  yaşadığı  ərazinin müalicə-profilaktika müəssisələrinin 

gönd


ərişinə əsasən; 

17.2.2. müayin

ə olunanın razılığı (xahişi) ilə; 

17.2.3.  16  yaşına  çatmamış  şəxsin valideynlərinin, yaxud qanuni 

nümay

əndəsinin razılığı (xahişi) ilə; 



17.2.4. qanunvericilikd

ə  müəyyən  edilmiş  qaydada  fəaliyyət qabiliyyəti 

olmayan hesab edil

ən şəxsin qanuni nümayəndəsinin razılığı (xahişi) ilə. 

17.3. Psixiatriya müayin

əsinə  dair məlumatlar və  müayinənin yekunu 

(diaqnoz) şəxsin tibbi sənədində qeyd olunur. Sənəddə həkim-psixiatra müraciətin 

s

əbəbləri və tibbi tövsiyələr də göstərilir. 



 

Madd


ə 18. Şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan 

psixiatriya müayin

əsinin aparılması 

18.1.  Şəxsin özünə  və  (və  ya)  ətrafdakılara  qarşı  təcavüzkar hərəkət etdiyi 

aşkar  olunarsa,  həkim-psixiatr, o cümlədən təcili  yardım  müəssisəsinin həkimi 

şəxsin özünün və  ya qanuni nümayəndəsinin  razılığı  (xahişi)  olmadan  psixiatriya 

müayin

əsi  haqqında  qərarı  dərhal qəbul edir və  qərar tibbi sənədə  yazılmaqla 



r

əsmiləşdirilir. 

18.2.  Şəxsin psixi pozuntu nəticəsində  öz  əsas həyati tələbatmı  müstəqil 

öd

əməyə qadir olmadığı və ya təxirəsalınmaz psixiatriya yardımı göstərilməməsinin 



onun h

əyatı  və  sağlamlığı  üçün  təhlükə  törədə  biləcəyi  hallarda  şəxsin özü və  ya 

qanuni nümay

əndəsi psixiatriya müayinəsinə  razılıq  verməzsə, müayinə  barədə 

q

ərarı həkim-psixiatr komissiyasının rəyi əsasında məhkəmə qəbul edir. 



18.3. Valideynl

ərdən biri etiraz etdikdə, yaxud valideynləri və  ya qanuni 

nümay

əndələri  olmadıqda,  16  yaşına  çatmamış  və  ya qanunvericilikdə  müəyyən 



edilmiş  qaydada  fəaliyyət qabiliyyəti olmayan hesab edilən  şəxslərin psixiatriya 

müayin


əsi müvafiq icra hakimiyyəti  orqanının  qərarı  ilə  həyata keçirilir. Bu 

q

ərardan məhkəməyə şikayət edilə bilər. 



 

Madd


ə 19. Şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan 

psixiatriya müayin

əsinin aparılması barədə müraciət qaydası 

19.1. Bu Qanunun 18.2 v

ə 18.3-cü maddələrində nəzərdə tutulan hallar istisna 

olmaqla, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya 

müayin

əsinin aparılması haqqında qərarı yazılı ərizə əsasında həkim-psixiatr qəbul 



edir. 

19.2.  Ərizə  psixiatriya müayinəsindən keçməli  olan  şəxsin  qohumları, 

qonşuları,  işlədiyi müəssisənin müdiriyyəti,  şəxsi müalicə  edən istənilən tibbi 

ixtisası olan həkim tərəfindən verilə bilər, bu şərtlə ki, şəxsi ərizənin verilməsindən 

əvvəlki 14 gün ərzində görmüş olsunlar. 

19.3.  Şəxsin psixiatriya müayinəsindən keçirilməsi barədə  ərizə  şəxsin 

qohumları  və  ya  qonşuları  tərəfindən verildikdə  ən  azı  üç nəfərin  imzası,  işlədiyi 

əssisənin müdiriyyəti tərəfindən verildikdə  isə  həmkarlar  ittifaqı  təşkilatının 



razılığı,  habelə  müəssisənin tibb xidmətinin (əgər belə  xidmət mövcuddursa) 

r

əhbərinin müvafiq rəyi  olmalıdır.  Ərizədə  şəxsin psixiatriya müayinəsinə  cəlb 



olunmasının  zəruriliyini  əsaslandıran  ətraflı  məlumat,  şəxsin və  ya onun qanuni 


nümay

əndəsinin həkim-psixiatra müraciət etməkdən  boyun  qaçırması 

göst

ərilməlidir. 



19.4.  Şəxsin psixiatriya müayinəsindən keçirilməsi barədə  ərizədə  bu 

Qanunun 11-ci madd

əsində  nəzərdə  tutulan  halların  mövcudluğunu  göstərən 

m

əlumatların  olmadığını  müəyyənləşdirdikdə, həkim-psixiatr psixiatriya 



müayin

əsinin  aparılmasından  yazılı  surətdə  imtina edir və  imtinanın  səbəblərini 

əsaslandırır.  Psixiatriya  müəssisəsi müdiriyyətinin qərar qəbul etmək üçün əlavə 

m

əlumatlar tələb etmək hüququ var. 



19.5. Psixiatriya mü

əssisəsinin müdiriyyəti psixiatriya müayinəsinin zəruriliyi 

haqqında ərizəni, habelə müayinənin aparılması barədə əsaslandırılmış rəyini şəxsin 

yaşadığı və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim edir. 

19.6.  Ərizə  vermiş  şəxslər  ərizədə  göstərilən məlumatlar üçün Azərbaycan 

Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

 

Madd


ə 20. Ambulator psixiatriya yardımı 

20.1. Psixi 

pozuntusu  olan  şəxsə  ambulator  psixiatriya  yardımı  tibbi 

göst


ərişlərdən  asılı  olaraq  məsləhət-müalicə  yardımı  və  ya  dispanser  müşahidəsi 

şəklində göstərilir. 

20.2. M

əsləhət-müalicə  yardımı  psixi  pozuntusu  olan  şəxsə  onun  razılığı 



(xahişi)  ilə,  16  yaşına  çatmamış  şəxsə  isə  onun valideyninin, yaxud qanuni 

nümay


əndəsinin razılığı (xahişi) ilə göstərilir. 

20.3. Bu Qanunun 21.1-ci madd

əsində nəzərdə tutulmuş hallarda psixiatriya 

dispanser  müşahidəsi  psixi  pozuntusu  olan  şəxsin özünün və  ya qanuni 

nümay

əndəsinin  razılığından  asılı  olmayaraq  təyin edilir. Bu, həkim-psixiatr 



t

ərəfindən müntəzəm nəzarəti təmin etmək üçün şəxsin psixi vəziyyətinin müşahidə 

edilm

əsini, ona zəruri tibbi və sosial yardım göstərilməsini nəzərdə tutur.



 

 

20.4. M



əcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi qanunvericiliklə 

əyyən  edilmiş  qaydada  və  əsaslar olduqda məhkəmənin qərarı  əsasında  şəxsin 



yaşayış yeri üzrə psixonevroloji dispanser və ya poliklinikanın psixiatriya kabineti 

t

ərəfindən həyata keçirilir. 



 

Madd


ə 21. Psixiatriya dispanser müşahidəsi 

21.1. Psixiatriya dispanser müşahidəsi xroniki və davamlı ağır, yaxud tez-tez 

k

əskinləşən xəstəlik təzahürləri olan şəxs üzərində təyin edilir. 



21.2.  Psixiatriya  dispanser  müşahidəsinin təyin edilməsinin və  onun 

dayandırılmasının  zəruriliyi  haqqında  məsələni  ambulator  psixiatriya  yardımı 

göst

ərən müəssisənin müdiriyyəti, həkim-psixiatr  komissiyası  və  ya  ərazinin  baş 



psixiatrı  həll edir. Həkim-psixiatr  komissiyasının  və  ya  ərazinin  baş  psixiatrının 

əsaslandırılmış qərarı tibbi sənədə yazılmaqla rəsmiləşdirilir. 

21.3.  Şəxs  sağaldıqda  və  ya onun psixi vəziyyəti xeyli və  davamlı  şəkildə 

yaxşılaşdıqda  şəxsin, onun valideyninin, yaxud qanuni nümayəndəsinin  razılığı 

(xahişi) ilə əvvəl təyin edilmiş psixiatriya dispanser müşahidəsi dayandırılır. Şəxsin 

psixi v


əziyyətinin pisləşməsi qeyd olunduqda həkim-psixiatr komissiyasının və ya 

ərazinin  baş  psixiatrının  qərarı  ilə  psixiatriya  dispanser  müşahidəsi bərpa oluna 

bil

ər. 



21.4.  Psixiatriya  dispanser  müşahidəsinin təyin edilməsi, yaxud 

dayandırılması haqqında qərardan bu Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş 

qaydada şikayət edilə bilər. 

 

Madd



ə 22. Psixiatriya stasionarına yerləşdirmək üçün əsaslar 

22.1. Psixiatriya stasionarına yerləşdirmək üçün əsas şəxsdə psixi pozuntunun 

olması  və  stasionar  şəraitində  müayinə  və  müalicə  aparılması  haqqında  həkim-

psixiatrın  (həkim-psixiatr  komissiyasının)  rəyi , qeyri-könüllü  hospitallaşdırma 

zamanı  isə  məhkəmənin qətnaməsidir.  Psixi  pozuntusu  olan  şəxsin psixiatriya 

stasionarına yerləşdirilməsinə yalnız ambulator müalicənin məqsədəuyğun olmadığı 

v

ə  təxirəsalınmaz  tədbirlərin həyata keçirilməsi üçün stasionardankənar  yardımın 



s

əmərəsiz olduğu hallarda icazə verilir. 

22.2. Bu Qanunun 11-ci v

ə 12-ci maddələrində nəzərdə tutulmuş hallar istisna 

olmaqla, şəxs psixiatriya stasionarına özünün və ya qanuni nümayəndəsinin razılığı 

(xahişi) ilə yerləşdirilir. 

22.3. Az

ərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş 

hallarda  psixiatriya ekspertizası  aparılmasının  zəruriliyi də  psixiatriya  stasionarına 

yerl


əşdirmək üçün əsas hesab olunur. 

22.4. 16 yaşına çatmamış şəxs psixiatriya stasionarına valideynlərinin və ya 

qanuni nümay

əndəsinin razılığı (xahişi) ilə yerləşdirilir. 

22.5. Qanunvericilikd

ə  müəyyən  edilmiş  qaydada  fəaliyyət qabiliyyəti 

olmayan hesab edil

ən şəxs psixiatriya stasionarına qanuni nümayəndəsinin razılığı 

(xahişi) ilə yerləşdirilir. 

22.6. Stasionara yerl

əşdirmək  üçün  alınmış  razılıq  tibbi  sənədə  yazılmaqla 

r

əsmiləşdirilir və şəxsin özü, yaxud onun valideynləri və ya qanuni nümayəndəsi və 



h

əkim-psixiatr tərəfindən imzalanır. 

 

Madd


ə 23. Psixiatriya stasionarında yerləşdirilən pasiyentin hüquqları 

23.1.  Psixiatriya  stasionarında  müayinə  və  müalicə  olunan pasiyentin 

aşağıdakı hüquqları var: 

23.1.1. müayin

ə, müalicə  və  stasionardan  çıxarılma  məsələləri barədə 

bilavasit

ə  psixiatriya müəssisəsinin  baş  həkiminə  müraciət etmək və  onun bu 

Qanunla mü

əyyən edilmiş hüquqlarına əməl olunmasını tələb etmək; 

23.1.2. 


ərazinin  baş  psixiatrına,  müvafiq  icra  hakimiyyəti  orqanlarına, 

prokurorluğa, məhkəməyə və vəkilə maneəsiz müraciət etmək; 

23.1.3. qanuni nümay

əndəsi, Azərbaycan  Respublikasının  İnsan  Hüquqları 

üzr

ə Müvəkkili (Ombudsman), vəkil və din xadimi ilə təklikdə görüşmək; 



23.1.4. ümumt

əhsil məktəbinin proqramı, yaxud sağlamlıq imkanları məhdud 

uşaqlar üçün xüsusi proqram üzrə təhsil almaq. 

23.2. Pasiyentin, habel

ə başqa şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin 

etm


ək məqsədi ilə  həkim-psixiatrın  tövsiyəsi  əsasında  psixiatriya  müəssisəsinin 

müdiriyy


əti tərəfindən pasiyentin aşağıdakı hüquqları məhdudlaşdırıla bilər: 

23.2.1. n

əzarətsiz məktublaşmaq; 

23.2.2. bağlama, banderol və pul baratları almaq və göndərmək, pul və digər 

maddi v

əsaitlərdən sərbəst istifadə etmək; 




23.2.3. telefondan v

ə digər rabitə vasitələrindən istifadə etmək; 

23.2.4. yaxınları ilə görüşmək. 

23.3. Pullu xidm

ətlər (qəzet və jurnallara fərdi abunə, rabitə xidmətləri və s.) 

x

əstənin öz hesabına göstərilir. 



23.4.  Psixiatriya  stasionarına  yerləşdirmənin səbəbləri və  məqsədi, 

stasionardakı  qaydalar  və  pasiyentin  hüquqları  pasiyentə  hospitallaşdırılmadan 

d

ərhal sonra və  ya pasiyentin vəziyyəti buna imkan verən kimi izah edilməli, bu 



bar

ədə tibbi sənədlərdə qeyd olunmalıdır. 

23.5.  Şəxs  psixiatriya  stasionarında  olduğu  bütün  dövr  ərzində  əmək 

qabiliyy


əti  olmayan  sayılır  və  qanunvericilikdə  müəyyən olunmuş  qaydada 

müavin


ət, yaxud ümumi əsaslarla pensiya almaq hüququna malikdir. 

 

Madd



ə 24. Psixiatriya yardımı göstərilərkən təhlükəsizlik tədbirləri 

24.1. Stasionar psixiatriya yardımı pasiyenti daha az məhdudlaşdıran, onun və 

dig

ər şəxslərin təhlükəsizliyini təmin edən formada, həm də hospitallaşdırılan şəxsin 



hüquqlarına və qanuni mənafelərinə tibbi heyət tərəfindən əməl olunması şəraitində 

göst


ərilir. 

24.2.  Psixiatriya  stasionarında  pasiyenti  fiziki  məhdudlaşdırma  və  ya təcrid 

etm

ə tədbirləri yalnız həkim-psixiatrın rəyi itə pasiyentin özü və (və ya) ətrafdakılar 



üçün bilavasit

ə  təhlükə  doğuran  hərəkətlərinin  qarşısını  başqa  üsullarla  almaq 

mümkün olmadığı halda tətbiq olunur. Həmin tədbirlər tibbi heyətin daimi nəzarəti 

altında  tətbiq olunur. Fiziki məhdudlaşdırma  və  ya təcrid etmə  tədbirlərinin 

t

ətbiqinin formaları və müddəti barədə tibbi sənəddə müvafiq qeydlər aparılır. 



24.3.  Polis  orqanlarının  əməkdaşları  tibb  işçilərinin müraciəti  əsasında 

stasionara qeyri-könüllü yerl

əşdirilən  şəxsə  yaxınlaşmaq  və  onu  müayinə  etmək 

üçün t


əhlükəsiz şəraiti təmin etməyə borcludurlar. 

24.4. Psixi pozuntu v

əziyyətində olan şəxs tərəfindən ətrafdakıların həyatı və 

sağlamlığı üçün təhlükə doğuran hərəkətlərin qarşısının alınması, habelə stasionara 

yerl

əşdirilməli  olan  şəxsin  axtarılması  və  tutulub  saxlanılması  qanunvericilikdə 



əyyən olunmuş qaydada həyata keçirilir. 

 

Madd


ə  25.  Psixiatriya  stasionarına  qeyri-könüllü yerləşdirilmiş  şəxsin 

müayin

əsi 

25.1. Psixi pozuntu v

əziyyətində olan şəxsin ilkin diaqnozunun həkim-psixiatr 

k

omissiyası  tərəfindən təsdiq edilməsinə  və  məhkəmənin qərarına  qədər qeyri-



könüllü psixiatriya stasionarına yerləşdirilməsi və müayinəsi haqqında qərarı həkim-

psixiatr q

əbul edir və tibbi sənədə yazmaqla rəsmiləşdirir. 

25.2.  Psixiatriya  stasionarına  qeyri-könüllü yerləşdirilmiş  şəxs hökmən 48 

saat 

ərzində müayinədən keçirilməlidir. 



25.3. Hospitallaşdırma əsassız sayıldıqda, şəxs dərhal stasionardan çıxarılır. 

25.4.  Hospitallaşdırma  əsaslı  sayıldıqda,  şəxsin  stasionarda  qalması 

m

əsələsinin həll edilməsi üçün onun psixiatriya stasionarına yerləşdirildiyi andan 48 



saat 

ərzində həkim-psixiatr komissiyasının rəyi psixiatriya müəssisəsinin yerləşdiyi 

v

ə ya şəxsin yaşadığı yer üzrə məhkəməyə təqdim olunur. 



 


Madd

ə  26.  Qeyri-könüllü  hospitallaşdırma  barədə  məhkəməyə  müraciət 



edilm

əsi 

26.1. Bu Qanunun 11-ci madd

əsində nəzərdə tutulmuş əsaslar olduqda, şəxsin 

psixiatriya  stasionarına  qeyri-könüllü yerləşdirilməsini psixiatriya müəssisəsinin 

yerl

əşdiyi və ya şəxsin yaşadığı yer üzrə məhkəmə təyin edir. 



26.2.  Şəxsin psixiatriya  stasionarına  qeyri-könüllü yerləşdirilməsi barədə 

ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə uyğun olaraq ailə 

üzvl

əri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən 



şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim 

olunur. 


26.3. Hakim 

ərizəni qəbul etdikdə,  eyni  zamanda  şəxsin psixiatriya 

stasionarında saxlanılmasını işə məhkəmədə baxılmalı olduğu müddətə kimi uzadır. 

 

Madd



ə 27. Qeyri-könüllü hospitallaşdırma haqqında ərizəyə baxılması 

Qeyri-


könüllü hospitallaşdırma haqqında ərizəyə Azərbaycan Respublikasının 

Mülki Prosessual M

əcəlləsində nəzərdə tutulmuş qaydada baxılır. 

 

Madd



ə 28. Qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılması 

28.1.  Şəxs,  yalnız  qeyri-könüllü hospitallaşdırmaya  əsas verən  şərtlərin 

qaldığı müddətdə psixiatriya stasionarında saxlanılır. 

28.2. Qeyri-

könüllü hospitallaşdırma müddətinin uzadılması məsələsinin həll 

edilm


əsi məqsədi ilə  həmin  şəxs  ilk  altı  ay  müddətində  ayda bir dəfədən az 

olmayaraq h

əkim-psixiatr komissiyasında baxışdan keçirilir. Müalicə altı aydan çox 

ç

əkdikdə şəxsin psixiatriya müayinəsi hər üç ayda azı bir dəfə aparılır. 



28.3. Qeyri-

könüllü hospitallaşdırma müddətinin uzadılması məsələsi həkim-

psixiatr  komissiyasının  rəyi  əsasında  müalicəni həyata keçirən psixiatriya 

əssisəsinin müdiriyyətinin müalicənin  başlandığı  gündən hər  altı  aydan  bir 



qaldırılan  vəsatəti ilə  müəssisənin yerləşdiyi  yer  üzrə  məhkəmə  tərəfindən həll 

olunur. 


 

Madd


ə 29. Psixiatriya stasionarından çıxarılma qaydası 

29.1. Psixi v

əziyyətinin  yaxşılaşması  və  ya  tam  sağalması  nəticəsində 

stasionar müalic

əsinə ehtiyacı olmadıqda, habelə stasionarda qalmasına əsas verən 

müayin


ə  başa  çatdıqda,  pasiyent  özünün,  yaxud  valideyninin  və  ya qanuni 

nümay


əndəsinin  ərizəsinə  və  (və  ya) həkim-psixiatrın  qərarına  əsasən psixiatriya 

stasionarından çıxarılır. 

29.2. Psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilmiş şəxs həkim-psixiatr 

komissiyasının  rəyi və  ya  hospitallaşdırma  müddətinin  uzadılmasından  imtina 

edilm

əsi barədə məhkəmə qətnaməsi əsasında psixiatriya stasionarından çıxarılır. 



29.3. M

əhkəmə  qətnaməsi ilə  barəsində  tibbi xarakterli məcburi tədbirlər 

t

ətbiq edilmiş pasiyent psixiatriya stasionarından yalnız məhkəmənin təyin edilmiş 



m

əcburi müalicəyə  xitam verilməsi  haqqında  məhkəmənin qətnaməsi  əsasında 

çıxarılır. 

29.4. H


əkim-psixiatr  komissiyası  psixiatriya  stasionarına  könüllü 

yerl


əşdirilmiş pasiyentin hospitallaşdırılması və müalicəsi üçün bu Qanunun 11-ci 


madd

əsində nəzərdə tutulmuş əsaslar olduğunu müəyyən etdikdə, onun stasionardan 

çıxarılmasından  imtina  edir.  Belə  halda  onun  psixiatriya  stasionarında  saxlanılma 

müdd


ətinin  uzadılması  məsələsi bu Qanunun 28-ci maddəsində  nəzərdə  tutulmuş 

qaydada h

əll edilir. 

 

Madd



ə  30.  Psixiatriya  stasionarı  müdiriyyətinin və  tibb heyətinin 

v

əzifələri 

30.0.  Psixiatriya  stasionarı  müdiriyyətinin və  tibb heyətinin vəzifələri 

aşağıdakılardır: 

30.0.1. pasiyenti z

əruri tibbi yardımla təmin etmək; 

30.0.2. pasiyent

ə onun şikayətinə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin 

ünvanları və telefon nömrələri ilə tanış olmaq imkanı yaratmaq; 

30.0.3. pasiyentin m

əktublaşması,  müvafiq  icra  hakimiyyəti  orqanlarına, 

prokurorluğa,  məhkəməyə, habelə  vəkilə  müraciət edə  bilməsi  imkanını  təmin 

etm


ək; 

30.0.4.  pasiyentin  psixiatriya  stasionarına  qeyri-könüllü  daxil  olunduğu 

vaxtdan etibar

ən 24 saat ərzində onun qohumlarına, qanuni nümayəndəsinə, yaxud 

pasiyentin tapşırığı ilə başqa şəxsə xəbər vermək; 

30.0.5. pasiyentin psixi v

əziyyəti barədə  onun  qohumlarına,  qanuni 

nümay


əndəsinə, yaxud pasiyentin tapşırığı ilə başqa şəxsə məlumat vermək; 

30.0.6. pasiyentin t

əhlükəsizliyini təmin etmək; 

30.0.7. qanunvericilikd

ə  müəyyən  edilmiş  qaydada  fəaliyyət qabiliyyəti 

olmayan hesab edil

ən və  qanuni nümayəndəsi olmayan pasiyent barəsində  qanuni 

nümay


əndə təyin olunması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək; 

30.0.8. dini ayinl

ərin sərbəst və digər pasiyentlərə mane olmadan icrası üçün 

müvafiq qaydalar v

ə yerlər müəyyənləşdirmək və dindar pasiyentlərə izah etmək; 

30.0.9. bu Qanunla mü

əyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 

 

Madd



ə  31.  Şəxsin sosial təminat üçün psixonevroloji müəssisəyə 

yerl

əşdirilməsi 

31.1.  Psixi  pozuntusu  olan  şəxsin sosial təminat üçün psixonevroloji 

əssisəyə  yerləşdirilməsinə  əsas verən onun ərizəsi və  həkim-psixiatr 



komissiyasının qərarıdır, yetkinlik yaşına çatmamış və ya qanunvericilikdə müəyyən 

edilmiş  qaydada  fəaliyyət qabiliyyəti olmayan hesab edilən  şəxslərin 

yerl

əşdirilməsinə  isə  həkim-psixiatr  komissiyasının  rəyi  əsasında  müvafiq  icra 



hakimiyy

əti orqanın qərarıdır. 

31.2. H

əkim-psixiatr komissiyasının rəyində şəxsdə onu sosial təminat üçün 



ixtisaslaşdırılmamış müəssisədə qalmaq imkanından mərhum edən psixi pozuntunun 

olmasına dair məlumat, fəaliyyət qabiliyyətli şəxs barəsində isə həm də məhkəmə 

qarşısında onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsinin qoyulması üçün 

əsasların olmadığına dair məlumat göstərilməlidir. 

31.3. Müvafiq icra hakimiyy

əti  orqanı  sosial  təminat üçün psixonevroloji 

əssisələrə yerləşdirilən şəxslərin mülkiyyət hüquqlarını qorumağa borcludur. 



 


Madd

ə  32.  Yetkinlik  yaşına  çatmamış  şəxsin xüsusi təhsil müəssisəsinə 



yerl

əşdirilməsi 

Psixi  pozuntusu  olan  yetkinlik  yaşına  çatmamış  şəxsin xüsusi təhsil 

əssisəsinə  yerləşdirilməsi üçün əsas verən onun valideynlərinin və  ya qanuni 



nümay

əndəsinin ərizəsi və psixoloji-tibbi-pedaqoji komissiyanın qərarıdır. 

 

Madd


ə  33.  Xüsusi təhsil və  ya sosial təminat üçün psixonevroloji 



əssisələrinə  yerləşdirilən  şəxslərin  hüquqları  və  bu müəssisələrin 

müdiriyy

ətinin vəzifələri 

33.1. Xüsusi t

əhsil və ya sosial təminat üçün psixonevroloji müəssisələrində 

yerl


əşdirilən  şəxslər bu Qanunun 23-cü maddəsində  nəzərdə  tutulmuş  hüquqlara 

malikdirl

ər. 

33.2. Xüsusi t



əhsil və ya sosial təminat üçün psixonevroloji müəssisələrinin 

müdiriyy


əti  burada  yaşayan  şəxsləri ildə  bir dəfədən  az  olmayaraq  tibbi  baxışdan 

keçirm


əlidir. 

 

Madd



ə  34.  Xüsusi təhsil və  ya sosial təminat üçün psixonevroloji 



əssisəsindən başqa yerə köçürülmə və çıxarılma 

34.1.  Şəxsin xüsusi təhsil və  ya sosial təminat üçün psixonevroloji 

əssisəsindən başqa tipli oxşar müəssisəyə köçürülməsinə əsas verən onun həmin 



psixonevroloji mü

əssisədə  yaşaması,  yaxud  təhsil  alması  üçün  tibbi  göstərişlərin 

olmaması  haqqında  psixoloji-tibbi-pedaqoji  komissiyanın  və  ya həkim-psixiatr 

komissiyasının rəyidir. 

34.2.  Şəxsin xüsusi təhsil və  ya sosial təminat üçün psixonevroloji 

əssisəsindən çıxarılması aşağıdakı qaydada həll olunur: 



34.2.1. sağlamlığınnı vəziyyətinə görə müstəqil yaşamağa qadir olması barədə 

h

əkim-psixiatr komissiyasının rəyi əsasında; 



34.2.2. öz 

ərizəsi üzrə həkim-psixiatr komissiyasının rəyi əsasında; 

34.2.3.  yetkinlik  yaşına  çatmamış  və  ya qanunvericilikdə  müəyyən  edilmiş 

qaydada f

əaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə qulluq etməyi öhdəsinə 

götür


ən valideynlərin, digər  qohumların,  ysxud  qanuni nümayəndələrinin  ərizəsi 

əsasında. 

 

III f

əsil 

Psixiatriya 

yardımı göstərən müəssisə və şəxslər,  

onların hüquq və vəzifələri 

 

Madd


ə 35. Psixiatriya yardımı göstərən müəssisə və şəxslər 

35.1.  Psixiatriya  yardımını  dövlət və  qanunvericilikdə  müəyyən  olunmuş 

qaydada f

əaliyyət göstərən özəl psixiatriya (psixonevroloji) müəssisələri, həmçinin 

ilkin tibbi yardım göstərən tibb müəssisələrinin həkimləri və özəl tibbi praktika ilə 

m

əşğul olan həkim-psixiatrlar göstərirlər. 



35.2. Psixiatriya (psixonevroloji) mü

əssisələrinin, yaxud özəl tibbi praktika 

il

ə  məşğul  olan  həkim-psixiatrların  göstərdikləri  tibbi  yardımın  bütün  növləri 



onların  nizamnamələrində  (əsasnamələrində) və  ya  xüsusi  razılıqda  qeyd  edilir. 


Psixiatriya  yardımı  üçün  müraciət edənlərin həmin xüsusi  razılıqla  tanış  olmağa 

imkanı olmalıdır. 

 

Madd


ə 36. Psixiatriya yardımı fəaliyyəti ilə məşğul olmaq hüququ 

36.1. Ali tibbi t

əhsili və müvafiq diplomu olan və qanunvericilikdə müəyyən 

edilmiş  qaydada  ixtisaslarını  təsdiq  etmiş  həkim-psixiatrlar  psixiatriya  yardımı 

f

əaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. 



36.2.  İlkin  tibbi  yardım  göstərən tibb müəssisələrinin həkimləri  yalnız  bu 

əssisələrdə müalicəsinə icazə verilən xəstəlikləri (psixi pozuntuları) müalicə edə 



bil

ərlər. İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən 

x

əstəliklərin (psixi pozuntuların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 



t

əsdiq edilir. 

36.3. H

əkim-psixiatrın,  digər mütəxəssislərin  psixiatriya  yardımı 



göst

ərilməsinə  dair fəaliyyəti  professional  etika  normalarına  əsaslanır  və 

qanunvericilikd

ə müəyyən edilmiş qaydada həyata keçirilir. 

 

Madd


ə 37. Psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatrın 

hüquq v

ə vəzifələri 

37.1. Psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatrın hüquq və 

v

əzifələri qanunvericiliklə müəyyən edilir. 



37.2.  Psixi  pozuntunun  diaqnozunun  qoyulması,  qeyri-könüllü qaydada 

psixiatriya yardımı göstərilməsi haqqında qərar qəbul edilməsi, yaxud belə yardımın 

göst

ərilməsi məsələsinin nəzərdən  keçirilməsi üçün rəy verilməsi, bu Qanunda 



n

əzərdə  tutulmuş  hallardan  başqa,  həkim-psixiatrın,  həkim-psixiatr  komissiyasının 

v

ə ya ərazinin baş psixiatrının müstəsna hüququdur. 



37.3. Şəxsin psixi vəziyyəti haqqında digər ixtisasdan olan həkimin rəyi ilkin 

xarakter  daşıyır  və  həmin  şəxsin  hüquqlarının  və  qanuni mənafelərinin 

m

əhdudlaşdırılmasına,  habelə  psixi pozuntusu olanlar üçün qanunvericiliklə 



əyyənləşdirilmiş güzəştlərdən istifadə edilməsinə əsas vermir. 

37.4. Psixiatriya yardımı göstərən həkim-psixiatrların, digər mütəxəssislərin, 

orta v


ə  kiçik  tibb  işçilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə  onlara 

xüsusi t


ədbirlərdən  (psixi  pozuntusu  olan  şəxsin fiziki məhdudlaşdırılması,  onun 

müv


əqqəti təcrid edilməsi, sakitləşdirici köynəklərin tətbiq edilməsi) istifadə etmək 

hüququ verilir. Bu bar

ədə  psixi  pozuntusu  olan  şəxsin tibbi sənədlərində  müvafiq 

qeydl


ər aparılır və tibb müəssisəsinin müdiriyyətinə məlumat verilir. 

 

Madd



ə 38. Psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatrın 

müst

əqilliyi 

38.1.  Psixiatriya  yardımı  göstərilməsi ilə  əlaqədar həkim-psixiatr öz 

s

əlahiyyətləri daxilində  qərarlar qəbul edərkən müstəqildir və  yalnız  tibbi 



göst

əriciləri, həkimlik  borcunu,  professional  etika  normalarını  və  Azərbaycan 

Respublikasının qanunvericiliyini rəhbər tutur. 

38.2. R


əyi həkim-psixiatr  komissiyasının  qərarı  ilə  uyğun  gəlməyən həkim-

psixiatr öz r

əyini yazılı şəkildə verə bilər, həmin rəy tibbi sənədlərə əlavə edilir. 

 



Madd

ə  39.  Psixiatriya  yardımı  göstərən həkim-psixiatrın,  digər 



müt

əxəssislərin bu yardımı göstərməkdən imtina etmək hüququ 

39.1.  Psixiatriya  yardımı  göstərən həkim-psixiatrın,  digər mütəxəssislərin 

aşağıdakı hallarda bu yardımı göstərməkdən imtina etməyə hüququ var: 

39.1.1. psixiatriya yardımı göstərilmasinə əsas olmadıqda; 

39.1.2. qeyri-

könüllü  psixiatriya  yardımı  göstərildiyi hallar istisna olmaqla, 

şəxs və  ya onun qanuni nümayəndəsi  psixiatriya  yardımı  göstərilməsindən boyun 

qaçırdıqda,  yaxud  psixiatriya  yardımı  göstərilməsinə  razılıq  verməkdən imtina 

etdikd

ə; 


39.1.3. psixi

atriya yardımı göstərilməsi üçün lazımi şərait olmadıqda, yaxud 

psixiatriya  yardımı  göstərən həkim-psixiatrın,  digər mütəxəssislərin  ixtisası 

pasiyentin, yaxud onun qanuni nümay

əndəsinin  seçdiyi  psixiatriya  yardımının 

növün


ə və formalarına uyğun gəlmədikdə; 

39.1.4.  psixiatriya  yardımı  göstərilərkən  lazımi  təhlükəsizlik  şərtlərinə  əməl 

edilm

ədikdə; 


39.1.5. psixiatriya yardımının səmərəsizliyinə və bu yardımın göstərilməsinin 

qeyri-mümkünlüyün

ə səbəb olan digər şərait yarandıqda. 

39.2. H


əkim-psixiatr və  ya digər mütəxəssis  psixiatriya  yardımı 

göst


ərilməsindən imtina etdikdə, onun səbəblərini  açıqlamaqla  rəsmiləşdirir  və  bu 

bar


ədə pasiyentə və psixiatriya müəssisəsinin müdiriyyətinə dərhal xəbər verir. 

 

Madd



ə  40.  Psixiatriya  yardımı  göstərilməsində  iştirak  edən həkim-

psixiatrların, digər mütəxəssislərin və işçilərin təminat və imtiyazları 

Psixiatriya  yardımı  göstərilməsində  iştirak  edən həkim-psixiatrların,  digər 

müt

əxəssislərin və  işçilərin təminat və  imtiyazları  Azərbaycan  Respublikasının 



qanunvericiliyi il

ə müəyyən edilir. 

 

IV f

əsil 

Psixiatri

ya yardımı göstərilməsinə dair fəaliyyətə nəzarət 

 

Madd


ə 41. Psixiatriya yardımı göstərilməsinə nəzarət 

41.1.  Psixiatriya  yardımının  təşkili,  bu  yardımı  göstərən  müəssisələrin 

f

əaliyyətinin  əlaqələndirilməsi və  onların  fəaliyyətinə  nəzarət qanunvericilikdə 



əyyən  olunmuş  qaydada  müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən həyata 

keçirilir. 

41.2. Psixiatriya yardımının təşkili və bu sahədə mühüm məsələlərin həllində 

qanunvericilikd

ə  müəyyən  edilmiş  qaydada  fəaliyyət göstərən həkim-psixiatrların 

ictimai birlikl

ərinin və müvafiq icra hakimiyyəti orqanı nəzdində fəaliyyət göstərən 

psixiatriya üzr

ə elmi-metodik şuranın təklif və məsləhətləri nəzərə alınmalıdır. 

 

Madd


ə  42.  Psixiatriya  yardımı  göstərilərkən  şəxslərin  hüquqlarına  və 

qanuni m

ənafelərinə əməl olunmasına ictimai nəzarət 

H

əkim-psixiatrların  ictimai  birlikləri, digər ictimai birliklər öz 



nizamnam

ələrinə  (əsasnamələrinə)  uyğun  olaraq,  psixiatriya  yardımı  göstərilərkən 




şəxslərin xahişi və ya razılığı ilə onların hüquqlarına və qanuni mənafelərinə əməl 

olunmasına ictimai nəzarət edə bilərlər. 



 

 

Madd



ə 43. Psixiatriya yardımı göstərilməsi ilə bağlı hərəkətlərdən şikayət 

etm

ək hüququ 

43.1.  Psixiatriya  yardımı  göstərilərkən  şəxslərin  hüquqlarını  və  qanuni 

m

ənafelərini pozan tibb, sosial təminat və  təhsil  işçilərinin hərəkətlərindən 



qanunvericilikd

ə  müəyyən  edilmiş  qaydada  yuxarı  orqana  (yuxarı  vəzifəli  şəxsə), 

prokurorluğa və (və ya) bilavasitə məhkəməyə şikayət edilə bilər. 

43.2. Hüquqları və qanuni mənafeləri pozulmuş şəxsin şikayətinə baxılarkən, 

onun psixi v

əziyyəti imkan verirsə, özünün, yaxud qanuni nümayəndəsinin, 

bar

əsində  şikayət  edilmiş  şəxsin və  ya onun qanuni nümayəndəsinin  iştirakı 



m

əcburidir. 

 

Madd


ə 44. Bu Qanunun pozulmasına görə məsuliyyət 

Bu Qanunu pozan hüquqi v

ə  fiziki  şəxslər qanunvericilikdə  müəyyən 

olunmuş qaydada məsuliyyət daşıyırlar. 

 

 

Az



ərbaycan Respublikasının Prezidenti 

HEYDƏR ƏLİYEV 

 

Bakı şəhəri, 



12 iyun 2001-ci il 

№ 142-IIQ 

 



Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunda dəyişikliklər 



edilm

əsi barədə” Azərbaycan Respublikasının 2012-ci 20 aprel tarixli 325-IVQD 

nömr

əli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 



S

ərəncamı 

 

Az

ərbaycan Respublikasının Prezidenti 



İLHAM ƏLİYEV 

 

Bakı şəhəri, 



8 may 2012-ci il 

Yüklə 178,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə