Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə1/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
  1   2   3   4   5   6   7   8   9   ...   197


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Psixologiya 




 

 

 



 

 

 

 

 



 

 

 



 

Psixologiya 

 

               



 

Ali pedaqoji məktəblərin bakalavr 

pilləsi tələbələri üçün dərslik 

 

 

                   



Prof. S.Ġ.Seyidov və prof. M.Ə.Həmzəyevin 

elmi redaktorluğu ilə 

 

 



 

 

 



 

 

 



B a k ı - 2007 

 

 

 



 

 



 

 

 



 

 



 

Rəyçilər: 

Ə.Ə.Əlizadə – psixologiya elmləri doktoru, professor; 

G.Tağıyeva – psixologiya elmləri namizədi, dosent; 

Azərbaycan Respublikası Təhsil Problemləri Ġnstitutunun psix-

ologiya və yaĢ fiziologiyası Ģöbəsi. 

 

 



 

 

 



 

 

Ali pedaqoji məktəblərin bakalavr pilləsi 



tələbələri üçün dərslik 

 

Dərslikdə  «Psixologiya»  proqramına  (2005)  müvafiq  olaraq 



psixologiyanın  predmeti  və  metodları,  fəaliyyət  və  ünsiyyət, 

Ģəxsiyyət  və  qrupların  psixologiyası,  psixi  proseslər  və  hallar, 

Ģəxsiyyətin fərdi psixi xassələri, yaĢ və pedaqoji psixologiyanın 

predmeti  və  vəzifələri,  məktəbə  daxil  olanadək,  kiçik  məktəb 

yaĢı,  yeniyetməlik  və  ilk  gənclik  yaĢı  dövrlərində  psixi 

inkiĢafın əsasları, tərbiyə, təlim, pedaqoji fəaliyyət və müəllim 

Ģəxsiyyəti  psixologiyası,  məktəbə  psixoloji  xidmətin  əsasları 

psixologiya  elminin  müasir  nailiyyətlərinə  uyğun  Ģəkildə  öz 

əksini tapmıĢdır.  

Dərslik  ali  pedaqoji  məktəblərin  bakalavr  pilləsi 

tələbələri üçün hazırlamıĢdır. Ondan magistrlər, müəllimlər və 

valideynlər də istifadə edə bilərlər. 

 

 

Ön söz 



 


 

 

 



 

Ġnsan  fəaliyyətinin  elə bir  sahəsi yoxdur ki,  psixolo- 



giya  elmi  ora  nüfuz  etməsin.  Təsadüfi  deyildir  ki,  dünya 

standartlarına  görə  müasir  mütəxəssislərin  psixoloji  hazırlığı 

onun  peĢə  hazırlığının  zəruri  tərkib  hissəsi  sayılır.  Bu  mənada 

ali pedaqoji məktəblərdə hazırlanan gələcək müəllimlərin dərin 

psixoloji hazırlığı diqqət mərkəzində dayanır. Məhz buna görə 

də  dərslikdə  gələcək  müəllimlərin  psixoloji  hazırlığı  üçün 

zəruri  olan  məlumatlar  psixologiya  elminin  müasir 

nailiyyətlərinə  uyğun  Ģəkildə  öz  əksini  tapmıĢdır.  Bununla 

yanaĢı  olaraq  dərslikdə  pedaqoji  fəaliyyətin  müvəffəqiyyətini 

təmin  edən  psixoloji  biliklərin  bütün  sahələrinin  öz  əksini 

tapmasına diqqət yetirilmiĢdir.  

Dərslik 6 hissə və 26 fəsildən ibarətdir. 

Birinci  hissə  psixologiyanın  predmeti  və  metodlarına,  

psixika  və  Ģüurun  inkiĢafına  həsr  olunmuĢdur.  Burada 

Azərbaycanda  psixologiya  elminin  inkiĢafına  xüsusi  yer 

verilmiĢdir.  

Dərsliyin  ikinci  hissəsində  fəaliyyət  və  ünsiyyətin 

psixologiyası,  üçüncü  hissəsində  Ģəxsiyyət,  qruplar  və 

Ģəxsiyyətlərarası münasibətlər öz əksini tapmıĢdır.  

Psixi proseslərə və hallara həsr olunmuĢ dördücü hissədə 

diqqət, duyğular, qavrayıĢ, hafizə, təfəkkür, təxəyyül, hisslər və 

emosional hallar, iradə haqqında geniĢ məlumat verilmiĢdir. 

Dərsliyin  beĢinci  hissəsində  Ģəxsiyyətin  fərdi-psixi 

xassələri: temperament, xarakter, qabiliyyətlər haqqında lazımi 

məlumatlar Ģərh olunmuĢdur.  

Dərsliyin altıncı hissəsi müəllim üçün zəruri olan yaĢ və 

pedaqoji psixologiyanın əsasları öz əksini tapmıĢdır. Burada ilk 

növbədə yaĢ və pedaqoji psixologiyanın predmeti və vəzifələri 

haqqında yığcam məlumat verməklə yanaĢı məktəbə daxil olan 

və məktəb yaĢı dövründə psixikanın inkiĢafı, tərbiyə, təlim, pe-

daqoji  fəaliyyət  və  müəllim  Ģəxsiyyətinin  psixologiyası, 

məktəbə  psixoloji  xidmətin  əsasları  barədə  zəruri  məlumatlar  

ətraflı Ģərh olunmuĢdur. 



 

 

 



 

Tələbələri  fəallaĢdırmaq  məqsədilə  hər  fəslin  sonunda 



özünü  yoxlamaq  üçün  sual  və  tapĢırıqlar,  referat,  məruzə  və 

müstəqil tədqiqat üçün mövzular, Azərbaycan və rus dillərində 

ədəbiyyat siyahısı verilmiĢdir. 

«Psixologiya»  dərsliyi  müəlliflər  kollektivinin  əməyinin 

məhsuludur. Müəlliflər aĢağıdakılardan ibarətdir: 

Psixologiya  elmləri  doktoru,  professor  S.Ġ.Seyidov:  5-ci 

fəsil;  psixologiya  elmləri  doktoru,  professor  M.Ə.Həmzəyev: 

1-ci fəsil (1, 2, 5-ci bölmələr), 3, 17, 18, 19, 20, 21, 22, 23, 24, 

25,  26-cı  fəsillər;  psixologiya  elmləri  namizədi,  professor 

T.Ə.Mustafayev: 8, 9,  12-ci fəsillər; psixologiya elmləri dok-

toru, R.Ġ.Əliyev: 1-ci fəsil (3, 4-cü bölmələr), 2, 10-cu fəsillər; 

psixologiya  elmləri  namizədi,  dosent  A.Ə.Quliyev:  15,  16-cı 

fəsillər;  psixologiya  elmləri  namizədi  C.Q.Alıyev:  13,  14-cü 

fəsillər;  baĢ  müəllim  M.Y.Məmmədov:  11-ci  fəsil;  baĢ 

müəllim  S.F.Əmiraslanova:  4,  6-cı  fəsillər;  baĢ  müəllim 



ġ.Ġ.Ġslamova: 7-ci fəsil. 

Öz  faydalı  təklifləri,  irad  və  məsləhətləri  ilə  dərsliyin 

təkmilləĢməsinə  kömək  edəcək  xeyirxah  oxuculara  müəlliflər 

qabaqcadan öz minnətdarlıqlarını bildirirlər. 

 

 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə