518
də Ģagirdin Ģəxsi təcrübəsi böyüklərin ondan tələb etdiyi əxlaq
normalarına zidd olarsa, Ģagird bu tələbləri formal olaraq
mənimsəyər, ona yalnız müvafiq Ģəraitdə – böyüklərin nəzarəti
zamanı əməl edər. Təcrübə göstərir ki, qarĢılıqlı təsir düzgün
qurulmadıqda, qeyri-uyğun rəhbərlik stili tətbiq olunduqda
bəzən uĢaqlar tərbiyəçinin tələblərinə formal Ģəkildə də tabe
olmur, özünü ona qarĢı qoyur, öz Ģəxsi əqidəsində qalır. Belə
olduqda,
adətən, uĢaq kollektivdən ayrılır, özünə
məktəbdənkənar yoldaĢlıq mühiti – referent qrup seçir.
Normal Ģəraitdə belə Ģagirdlərin tərbiyəçinin tələblərini
mənimsəməsi, həmin tələblərin onun öz tələblərinə çevrilməsi
birdən-birə baĢ vermir, bir sıra mərhələlər keçir. Ġlk dövrdə
Ģagird həmin tələbi xarici, məcburi tələb kimi qəbul etməli
olur. Sonra Ģagird həmin tələbi könüllü olaraq qəbul edir, öz
vəzifəsini, borcunu dərk edir. Son mərhələdə kənardan verilən
əxlaqi tələb Ģagirdin özünün Ģəxsi, daxili tələbinə çevrilir,
özünə qarĢı həqiqi tələbkarlıq meydana gəlir.
ġagirdlərin kollektivdə tərbiyəsi. Ġnsanlar təcrid
olunmuĢ Ģəkildə deyil, qruplarda, kollektivdə yaĢayır və
fəaliyyət göstərir. Ona görə də öz qrupunun hər bir üzvünün
tərbiyəsində həmin qrupun, kollektivin rolu böyükdür. Məhz
bu mənada uĢaq kollektivinin böyüməkdə olan Ģəxsiyyətin
formalaĢmasında rolunu qeyd etməmək olmaz. Kollektiv bir
növ uĢaq Ģəxsiyyətinin inkiĢafı üçün Ģərait və Ģərt rolunu
oynayır. UĢaq kollektivi öz üzvlərinə qarĢı tərbiyələndirici
funksiyanı yerinə yetirir. Kollektiv öz üzvlərinə təsir edir, on-
lardan müvafiq davranıĢ tərzinə əməl etməyi tələb edir. Kollek-
tivin təqdiri və məzəmməti, sağlam tənqidi, iĢgüzar və ciddi
tələbi öz üzvlərində Ģəxsiyyətin inkiĢafına təsir edir, qüsurların
aradan qaldırılmasına səbəb olur. Məhz buna görə də müəllim
və tərbiyəçilər Ģagird Ģəxsiyyətinin formalaĢmasında, o
cümlədən onların əxlaq tərbiyəsində kollektivin bu cür
imkanlarından istifadə etməyə çalıĢmalıdırlar. Düzgün təĢkil
olunmuĢ kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur.
519
Xüsusilə yeniyetməlik və ilk gənclik dövründə Ģagirdlərin
tərbiyəsinə kollektivin həlledici təsiri belə bir psixoloji cəhətlə
də bağlıdır. Adətən bu dövrdə yaranan uĢaq kollektivləri eyni
tələbata malik olan, müstəqilliyə can atan həmyaĢıdlardan
ibarət olur. Ona görə də uĢaqlar ən çox yoldaĢları ilə qarĢılıqlı
əlaqədə olur, onları anlayır, onlarla asanlıqla razılığa gəlirlər.
Nəticədə kollektivin tərbiyələndirici təsir gücü daha real və
faydalı olur. Bu cəhəti nəzərə alaraq müəllim və tərbiyəçilər
tərbiyəvi tədbirin təĢkili zamanı kollektivin həmin
imkanlarından lazımi dərəcədə istifadə etməlidir.
YaxĢı təĢkil edilmiĢ Ģagird kollektivində ictimai
həmrəylik, ictimai rəyə hörmət, yoldaĢlıq və dostluq, yüksək
ideya inamı, humanizm və s. kimi yüksək əxlaqi hisslərin
formalaĢmasına geniĢ imkan yaranır.
Yüksək ictimai həmrəylik hissinin formalaĢması Ģagirdi
kollektivin ümumi iĢində daha fəal Ģəkildə iĢtirak etməyə, kol-
lektiv qarĢısında öz məsuliyyətini dərk etməyə yönəldir. Həmin
hisslərin olması Ģagirdləri öz sinfinin, öz məktəbinin Ģərəfi
uğrunda mübarizəyə təhrik edir.
UĢaq kollektivində xüsusilə yoldaĢlıq və dostluq hissinin
formalaĢması üçün geniĢ imkan yaranır. Burada Ģagirdlərin bir-
birinə qarĢı həssaslığı, qayğıkeĢliyi xüsusi yer tutur.
Kollektivdə yaranan bu cür hisslər Ģagirdləri bir-birinə qarĢı
qayğı göstərməyə, lazımi köməklik etməyə yönəldir. Yaxınlıq,
yoldaĢlıq münasibətləri dostluq hissinin formalaĢmasına, hər
bir gəncin yaxın dostunun meydana gəlməsinə səbəb olur.
Kollektiv möhkəm olduqda onun bütün normaları öz
üzvlərinin normalarına çevrilir. O cümlədən kollektiv
üzvlərində yüksək ideya inamı yaranmıĢ olur.
Nəhayət kollektiv özü Ģagirdlərdə kollektivçilik hissinin
formalaĢmasına da gətirib çıxarır ki, nəhayət həmin Ģagirdlərdə
onları əhatə edən yoldaĢlarına qarĢı əsl humanist
münasibətlərin yaranmasına səbəb olur. Onlarda empatiya
(baĢqa adamların psixi halətlərini baĢa düĢmək və onların
520
dərdinə Ģərik olmaq qabiliyyəti), identifikasiya, mehribanlıq və
s. kimi keyfiyyətlər baĢ qaldırır.
Gənc nəslin tərbiyəsində ailənin rolu. UĢağın
münasibətlərdə olduğu ilk qrup ailədir. UĢaq ilk növbədə ailədə
tərbiyə alır. Onun sonrakı taleyi, həyatda tutacağı mövqe həmin
tərbiyədən çox asılıdır.
Ailə tərbiyəsi məsələsi ta qədim zamanlardan Ģəxsiyyətin
formalaĢmasında əsas vasitə olmuĢdur. Azərbaycanın görkəmli
Ģairi və mütəfəkkiri Nizami Gəncəvi ailəni uĢağın ilk tanıĢ
olduğu ictimai mühit adlandırmıĢdır. Nizamiyə görə uĢaqların
həyatda düzgün mövqe tutması üçün ailə tərbiyəsi əsas
olmalıdır.
UĢaqlara ictimai borcu Ģüurlu mənimsətmək, ictimai
mənafeyin pozulmasına qarĢı mübariz, ədalətli, əməksevər
ruhda həyata vermək valideynin vətəndaĢlıq borcuna sadiq
qalması ilə Ģərtlənir, onun özünün cəmiyyətə münasibətini,
cəmiyyətdə tutduğu mövqeyi müəyyənləĢdirir.
Məhz ailə uĢaq Ģəxsiyyətinin formalaĢmasının ilk
məktəbi olur. Böyüklərlə ünsiyyət prosesində uĢaq tam bir
əxlaqi sərvət və ideallar sistemini mənimsəyir. Bütün bunların
formalaĢmasında böyüklərin Ģəxsiyyətinin –xüsusiyyətləri, ailə
üzvlərinin qarĢılıqlı münasibəti əsaslı rol oynayır. BaĢqa sözlə,
uĢağın tərbiyəsi, onun Ģəxsiyyətinin inkiĢafı valideynlərinin
Ģəxsiyyətinin necə formalaĢmasından çox asılıdır. Bir cəhəti də
qeyd etmək lazımdır ki, sən valideynlərin üçün nə etmisənsə,
övladlarından da onu gözləməlisən. Çünki onun Ģəxsiyyətinin
formalaĢmasında sənin münasibətlərin öz əksini tapır. BaĢqa
sözlə, uĢaq öz valideynini bir nümunə kimi qavrayır, onun
bütün münasibətlər sistemini mənimsəyir və öz davranıĢına
daxil edir. Burada görkəmli psixoloq L.S.Vıqotskinin bir fikrini
xatırlamaq yerinə düĢərdi. L.S.Vıqotski göstərir ki, uĢağın
gerçəkliyə münasibəti lap əvvəldən sosial münasibət xarakteri
daĢıyır. UĢaq artıq körpəlik dövründən böyüklərdən özünün
ətraf mühitlə əlaqəsi üçün vasitəçi kimi istifadə etməyə
Dostları ilə paylaş: |