Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə159/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   155   156   157   158   159   160   161   162   ...   197

 

 

 



524 

 

gəlir.  Bu  sahədə  məktəb  psixoloqlarının  üzərinə  xüsusi  iĢ 



düĢür.  Burada  birinci  növbədə  əsas  diqqət  Ģəxsiyyəti  sosial 

cəhətdən  deformasiyaya  uğrayan,  asosial  uĢaqların  vaxtında 

diaqnostikasını  verməyə  yönəldilməlidir.  Bu  zaman  uĢaqda 

“çətinliyin”  yaranması  səbəblərinin  aĢkara  çıxarılmasına  da 

xüsusi diqqət yetirilməlidir. Bütün bunların əsasında və uĢağın 

fərdi xüsusiyyətini nəzərə almaqla onunla aparılacaq tərbiyəvi 

iĢ sistemi müəyyənləĢdirilməlidir.  

Təcrübə  göstərir  ki,  çox  zaman  məktəbdə  bu  cür 

uĢaqlarla aparılan profilaktik iĢ sistemsiz, az məqsədəyönlü xa-

rakter  daĢıyır,  baĢ  vermiĢ  fövqəladə  hadisənin  formal 

müzakirəsi ilə məhdudlaĢır. Tərbiyəvi təsir tədbirləri tərbiyəni 

deyil, bu və ya digər hərəkətinə görə uĢaqdan əvəz çıxmağı, qi-

sas  almağı  xatırladır.  Ona  görə  də  müəllimlər  belə  uĢaqlardan 

sadəcə olaraq yaxalarını qurtarmağa çalıĢırlar.  

Bu cür vəziyyətdən çıxmaq üçün psixoloq və müəllimlər 

müasir psixologiyanın nailiyyətlərinin məktəb həyatına tədbiqi 

nəticələrinə istinad etməlidir.  

ġagirdlərin  davranıĢında  və  Ģəxsiyyətinin  inkĢafında 

özünü göstərə bilən qüsurların qarĢısını almaq və onları aradan 

qaldırmaq 

sahəsindəki 

iĢin 


aĢağıdakı 

istiqamətlərini 

müəyyənləĢdirmək mümkündür:  

1.  Məktəbə  yeni  daxil  olan  Ģagirdlə,  onun  valideyinləri 

ilə, uĢağa aid bütün sənədlərlə tanıĢ olmaq və bu zaman həmin 

Ģagirdin  tərbiyəsindəki  çətin  cəhətləri  aĢkara  çıxarmağa 

çalıĢmaq.  

2.  “Çətin”  Ģagirdin  kollektivə  alıĢmasına  köməklik 

göstərmək;  sinif  rəhbəri  ilə  birlikdə  Ģagirdin  davranıĢında 

mövcud olan qüsurları aradan qaldırmağın planını hazırlamaq.  

3.  DavranıĢında  və  Ģəxsiyyətinin  inkiĢafında  qüsurlar 

olan  Ģagirdləri  dərindən  öyrənmək,  bu  zaman  peĢə  etikası 

normalarına  əməl  etmək,  imkan  daxilində  Ģagirdə  yoxla-

nmasının  həqiqi  məqsədini  bildirməmək.  Lazım  gələrsə  psix-

oloq həmin Ģagirdin əqli inkĢaf səviyyəsini müəyyənləĢdirmək 



 

 

 



525 

 

üçün müvafiq mütəxəssislərlə (məsələn, psixiator, həkim və b.) 



əlaqə  saxlamalıdır.  Əgər  uĢağın  inkiĢafında  qüsurlar,  psixi 

normalara  uyğun  gəlməmək  halları  müəyyənləĢdirilərsə, 

məktəb  psixoloqu  ona  fərdi  yanaĢmaqla  əlaqədar  müəllimlərə 

və valideyinlərə məsləhət verə bilər.  

Çətin  tərbiyə  olunan  uĢaqlarla,  xüsusilə  yeniyetmələrlə 

psixoloqun  iĢi  onun  əsas  vəzifələrindən  birini  təĢkil  edir.  Ona 

görə də burada psixoloqun və baĢqa müəllimlərin aparacaqları 

iĢlərin  xarakteri  qabaqcadan  müəyyənləĢdirilməli  və  buna 

müvafiq iĢ aparılmalıdır.                    

 

Özünü yoxlamaq üçün sual və tapĢırıqlar 

1.

 

Tərbiyə psixologiyasının baĢlıca vəzifəsi nədir? 



2.

 

Məktəb  yaĢı  dövründə  Ģəxsiyyətin  formalaĢmasının 



psixoloji Ģərtləri nədən ibarətdir? 

3.

 



Tərbiyə  iĢinin  metodları  və  formalarının  psixoloji 

əsasları barədə danıĢın. 

4.

 

YaĢlılarla  uĢaqlar  arasında  «məna  maneələri»  necə 



yaranır? 

5.

 



Məktəblilərin  tərbiyəlilik  göstəriciləri  və  kriteriyaları 

barədə danıĢın. 

6.

 

Özünütərbiyə nədir və onun hansı motivləri vardır? 



7.

 

Əxlaqi  Ģüur  və  əxlaqi  davranıĢın  formalaĢması  necə 



gedir? 

8.

 



«Çətin»  uĢaqlar  kimlərdir  və  onlarla  nə  kimi  iĢ  apar-

maq tələb olunur?  

 

Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular. 

 

1.

 

«Çətin» yeniyetmələr və onlarla aparılan iĢin psixoloji 

xüsusiyyətləri. 

2.

 

Özünütərbiyə və onun təĢkili yolları. 



3.

 

Fəaliyyət və Ģəxsiyyətin formalaĢması. 




 

 

 



526 

 

4.



 

Əxlaq tərbiyəsinin psixoloji əsasları. 



 

Ədəbiyyat 

 

Bayramov  Ə.Ə.    Gənclik  və  özünütərbiyə  haqqında 

söhbət. – Bakı,1969. 



Qaralov  Z.Ġ.  Tərbiyə  3  cilddə,  2-ci  cild.  –  Bakı,  2003, 

12-31; s.197-203 



Həmzəyev  M.Ə.  Pedaqoji  psixologiya.  –  Bakı,  1991. 

səh.25-30; 50-69 



Əliyev R.Ġ. Tərbiyə psixologiyası. – Bakı, Nurlan, 2006. 

Əmiraslanova  S.F.  «Çətin»  uĢanlar  və  onlarla  aparılan 

iĢin psixoloji xüsusiyyətləri. – Bakı, 2000. 



Boqoslovskiy  V.V.  Psixoloqiə  vospitaniə  Ģkolğnika.  – 

LQU, 1974. 



Stolərenko  L.D.    Pedaqoqiçeskaə  psixoloqiə.  – 

«Feniks»,2000, s. 362-368. 



Koçetov  A.Ġ.  Verüinskaə  N.N.    Rabota  s  trudnımi 

detğmi. – M., 1986 



Ratter M.  Pomohğ trudnım detəm. – M., 1987. 

Məsihev V.N. Trudnıe deti v massovoy Ģkole. – M. – L., 

1993. 



 

 

 



527 

 

 



2 4 - c ü     F Ə S Ġ L  

 

 TƏLĠM PSĠXOLOGĠYASI 

 

Qısa xülasə 

 

Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi 

kimi. Təlim psixologiyası pedaqoji psixologiyanın əsas sahələrindən biridir. 

Təlimin  nəzəri  və  tətbiqi  problemləri.  Təlimin  mahiyyəti  və 

qanunauyğunluqları.  Təlim  prosesində  bilik,  vərdiĢ  və  bacarıqların  ya-

ranması. 

Təlimin 

müvəffəqiyyətinin 

nəyi 

öyrətməkdən, 



kimin 

öyrətməsindən və kimi öyrətməkdən asılılığı. Təlim fəaliyyətinin strukturu. 



Təlim  və  psixi  inkiĢaf.  Təlim  və  psixi  inkiĢafın  qarĢılıqlı  əlaqəsi 

barədə  J.Piaje,  C.Bruner  və  L.S.Vıqotskinin  fikirləri.  ĠnkiĢafın  aktual  və 

yaxın  səviyyyəsi. Təlimin  müvəffəqiyyətində  “inkiĢafın  yaxın zonası”-  nın 

rolu. 


Öyrənməyə qabillik problemi və mənimsəmə. “Öyrənməyə qabil-

lik”  anlayıĢının  meydana  gəlməsi.  Öyrənməyə  qabillik  insanın  təlim 

prosesində  bilik,  bacarıq  və  vərdiĢləri  mənimsəməsinin  sürət  və 

keyfiyyətinin fərdi göstəricisi kimi. Öyrənməyə qabilliyin ümumi və xüsusi 

növləri.  Geridə    qalan  Ģagirdlərin  psixoloji  xüsusiyyətləri.  Geridə  qalan 

Ģagirdlərin tipləri



Öyrənmənin müvəffəqiyyətini təmin edən  amillər. Diqqət və us-

tanovka  öyrənmənin  müvəffəqiyyətini  təmin  edən  daxili  amil  kimi.  Təlim 

materiallarının xüsusiyyətləri öyrənmənin müvəffəqiyyətini təmin edən xa-

rici amil kimi. 



Təlim  prosesində  motivasiya  -  tələbat  sahəsinin  formalaĢması. 

Təlim  motivləri  və  onların  növləri.  Təlim  motivləri  və  Ģagirdlərin  tələbat 

sahəsinin  formalaĢması.  Ġnsan  fəallığının  daxili,  xarici  və  Ģəxsi  mənbələri. 

ĠnkiĢafetdirici və tərbiyələndirici təlim. 



Dərsin  təĢkilinin  psixoloji  Ģərtləri.  Müasir  dərsə  verilən  psixoloji 

tələblər.  Dərsdə  problemli  situasiya  yaradılması  yolları.  Dərsdə  yaradılan 

problemli  situasiyanın  tipləri.  Dərsdə  yaddasaxlama  tərzlərindən  səmərəli 

istifadə etmənin Ģərtləri. 



Təlimin  fərdiləĢdirilməsi  və  diferensesiyası.  ġagirdlərin  özlərinin 

öyrənməyə  qabillikləri,  əqli  inkiĢaf  səviyyələri,  idrak  imkanları  və  fərdi-

psixi  xassələrinə  və  s.  görə  fərqlənmələri.  Bununla  əlaqədar  təlimin  fər-

diləĢdirilməsinin zəruriliyi. Təlimin diferensesiyası.

 

Təlimin diferensesiyası 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə