Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə182/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   178   179   180   181   182   183   184   185   ...   197

 

 

 



596 

 

nəticəsində yaranır və pedaqoji vəzifənin həyata keçirilməsinin 



uyğun (adekvat) vasitələrinin olmaması ilə Ģərtlənir. 

2.  Daxili  səbəblərdən  irəli  gələn  psixoloji  çətinlik  (Ç

2

). 


Bu  cür  çətinliklər  müəllim  Ģəxsiyyətinin  fərdi  xüsusiyyəti, 

motivləĢməsi,  özünüqiymətləndirməsi,  əhvalları  ilə  Ģərtlənir. 

Həmin  daxili  amillər  konkret  pedaqoji  məsələnin  həllinə  təsir 

göstərir. 

3.  Daxili  səbəblərdən  törəmiĢ  xarici  səbəblərlə  Ģərtlənən 

psixoloji çətinliklər (Ç

3

). Daxili səbəblərlə Ģərtlənən çətinliklər 



müəllimin pedaqoji situasiyasını qavrama və təsəvvür etməsini 

təhrif  edir,  nəticədə  müəllimdə  yalançı  problem  yaranır,  o,  öz 

qarĢısına  uyğun  olmayan  məqsəd  qoyur  və  Ģəraitə  uyğun  ol-

mayan məsələni həll edir. 

Adətən,  müəllim  daima  Ģagirdlərlə,  bütövlükdə  siniflə 

münasibətdə  olur,  həmin  münasibətlər  onun  təlim,  tərbiyə, 

təĢkilati proseslərindəki praktik fəaliyyətində inkiĢaf edir. Pro-

sesi təmin etmək üçün müəllimin pedaqoji fəaliyyət zamanı baĢ 

verən çətinliklərin qarĢısını almağa imkan verən münasibətləri 

yaratmağa hazır olması zəruridir. Müəllimdə isə bu cür zəruri 

qabiliyyət, bacarıq və vərdiĢlərin olmaması iĢdə qüsurlara, arzu 

olunmayan çətinliklərin baĢ qaldırmasına gətirib çıxarır.  

Qeyd  olunan  psixoloji  çətinliklərin  hər  biri  (hər  tip 

çətinlik) o birisindən fərqləndiyi kimi, onları aradan qaldırmaq, 

bu sahədə müəllimə təsir formaları da müxtəlif olmalıdır.  

Psixoloqlar 

pedaqoji 

fəaliyyət  zamanı  müəllimin 

qarĢılaĢdığı  psixoloji  çətinliyin  tipindən  asılı  olaraq  aĢağıdakı 

təsir formalarından istifadənin vacibliyini qeyd edirlər: 

1)  Xarici  səbəblərdən  irəli  gələn  psixoloji  çətinlik  baĢ 

verdikdə öyrədici formadan, təlim və ya özünütəlimdən istifadə 

olunması 

(müəllimin 

biliyindəki 

çatıĢmazlığı 

aradan 

qaldırmaq). 



2)  Daxili  səbəblərdən  irəli  gələn  psixoloji  çətinlik  baĢ 

verdikdə  psixoterapevtik  formadan  istifadə  etmək,  gərginliyin 

götürülməsi  üçün  lazımi  Ģəraitin  yaradılması  (müəllimlə  psix-



 

 

 



597 

 

oloji iĢ). 



3)  Daxili  səbəblərdən  törəmiĢ  xarici  səbəblərlə  Ģərtlənən 

psixoloji  çətinlik  baĢ  verdikdə  psixotexniki  formadan  istifadə 

etmək, 

əməyin 


səmərəliliyini 

yüksəltmək 

məqsədilə 

müəllimlərin  mövqelərini  dəqiqləĢdirmək  üçün  yaranmıĢ 

problemlə əlaqədar məktəb müəllimlərinin birgə iĢi (uyğun pe-

daqoji təsir vasitələrinin tapılması və yaradılması). 



Müəllimin pedaqoji mərifəti. Pedaqoji ünsiyyət zamanı 

müəllimin  pedaqoji  mərifəti  onun  Ģəxsiyyətinin  ən  dəyərli  və 

pedaqoji  fəaliyyət  üçün  zəruri  olan  keyfiyyəti  hesab  olunur. 

Pedaqoji  mərifət  müəllimin  özünə  qarĢı  gənclərin  rəhbəri, 

tərbiyəçisi  kimi  sosial  gözləmələri  adekvat  qavrama  əsasında 

qurulan  davranıĢdır.  Müəllimin  pedaqoji  mərifəti  onu 

Ģagirdlərlə,  onların  valideynləri  ilə,  müəllim  yoldaĢları  ilə 

düzgün  münasibət  saxlaya  bilmək  bacarığı  və  həddini 

aĢmamasında  təzahür  edir.  Təcrübə  göstərir  ki,  pedaqoji 

mərifətin  gözlənilməməsi  pedaqoji  ünsiyyətin  pozulması  ilə 

yanaĢı  pedaqoji  fəaliyyətin  əsas  məqsədini  həyata  keçirməyə 

mane  olur,  müəllimlə  Ģagirdlər  arasında  münaqiĢənin 

yaranmasına gətirib çıxarır.  

Pedaqoji mərifət müəllimin davranıĢında həlledici yer tu-

tur. Pedaqoji mərifətə malik olmayan müəllim öz Ģagirdlərinin 

gözündən  asanlıqla  düĢür,  onların  hörmətini  qazana  bilmirlər. 

Xüsusilə  yenicə  pedaqoji  fəaliyyətə  baĢlayan  günü  müəllim 

məhz həmin keyfiyyətlərin olmaması üzündən çox vaxt özündə 

öz gücünə inam hiss etmir. 

Pedaqoji  mərifətin  mühüm  cəhətlərindən  müəllimin 

Ģagirdlərə,  uĢaq  kollektivinə  düĢünülmüĢ  və  diqqətli 

münasibəti, çıxarılan qərarlarda ehtiyatlılıq, Ģagirdin mənliyinə 

toxunmamaq və s. qeyd etmək olar. 

Pedaqoji  mərifət  öz-özünə  biruzə  vermir.  O,  müəllimin 

gündəlik  fəaliyyətində,  iĢində  özünü  göstərir.  Müəllim  Ģagird 

kollektivi ilə, onların təlim və tərbiyəsi ilə məĢğul olur. Bu za-

man  Ģagirdlərin  təlim  müvəffəqiyyətini,  davranıĢ  tərzini 



 

 

 



598 

 

qiymətləndirməli  olur.  Burada  isə  istər-istəməz  onun  pedaqoji 



mərifəti təzahür edir. 

ġagirdin  fəaliyyətini  pedaqoji  cəhətdən  düzgün  qiy-

mətləndirmək  həmin  fəaliyyət  prosesinə  əsaslı  təsir  göstərir. 

Ona  görə  də  müəllim  öz  Ģagirdlərinin  təlim  müvəffəqiyyətini, 

onun  davranıĢ  tərzini  düzgün  qiymətləndirməyi  bacarmalıdır. 

Bunun  üçün  isə,  o,  Ģagirdlərin  bilik,  bacarıq  və  vərdiĢlərinin 

həqiqi  səviyyəsini,  onların  davranıĢ  tərzini,  iĢə  münasibətinin 

xüsusiyyətlərini dəqiq müəyyənləĢdirməlidir. Məktəb təcrübəsi 

göstərir  ki,  Ģagird  öz  bilik,  bacarıq  səviyyəsinin  düzgün 

qiymətləndirilməsini gördükdə öz imkanlarını anlayır, qüvvətli 

və  zəif  cəhətlərini  baĢa  düĢür,  daha  çox  müvəffəqiyyət  əldə 

etmək üçün səy göstərir.  

Müəllimin Ģagirdə yanaĢması, ona müraciət tərzi onun bi-

lik  və  davranıĢının  qiymətləndirilməsində  mühüm  rol  oynayır. 

Adətən,  Ģagirdlər  tələbkar,  eyni  zamanda  onların  mənliyinə 

toxunmayan,  onlara  hörmət  edən  müəllimi  sevirlər.  Bu  cür 

müəllimin Ģagirdin bilik səviyyəsini və davranıĢ tərzini düzgün 

qiymətləndirməsi  onun  gələcək  fəaliyyətinə  düzgün  istiqamət 

verir. 

Pedaqoji mərifətə malik olan müəllim sürətlə dəyiĢən pe-



daqoji Ģəraitə uyğunlaĢmağı, mövcud Ģəraiti qiymətləndirməyi, 

düzgün  qərar  qəbul  etməyi  bacarır.  Bunun  üçün  isə  müəllim 

təkcə  faktları  qavramağı  və  qiymətləndirməyi  bacarmaqla 

kifayətlənməməlidir, 

eyni 

zamanda 


yüksək 

mərifət, 

dözümlülük və özünü ələ ala bilmək imkanına malik olmalıdır. 

Pedaqoji  mərifətə  yiyələnən  müəllim  Ģagirdlə  harada, 

necə danıĢmağın tərzini də bilir, bunu düzgün seçməyi bacarır. 

Ona görə də müəllimin apardığı iĢ səmərəsiz qalmır. 

Müəllimin  pedaqoji  mərifəti  onun  ümumi  əxlaqi 

keyfiyyətlərindən,  Ģagirdlə  ünsiyyət  zamanı  pedaqoji  etika 

qanunlarını nəzərə almasından çox asılıdır.  

Pedaqoji  ünsiyyətin  pozulması  və  pedaqoji  mərifətin 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə