207
səmərəli variantı kimi tam və ya qeyri məhdud variantını qeyd
edirlər. Bu variantda qrup iĢtirakçıları arasında sərbəst
Ģəxsiyyətlərarası ünsiyyət sahəsində heç bir məhdudiyyət ol-
mur. Burada qrupun hər bir üzvü digərləri ilə tamamilə sərbəst
qarĢılıqlı təsiri həyata keçirə bilir. Təcrübədə kommunikasiya
strukturunun hansından istifadə olunması qrupun qarĢısında du-
ran məqsəd və vəzifədən asılı olur.
Kiçik qruplarda psixoloji uyuĢma. Kiçik qruplarda
birgə fəaliyyətin müvəffəqiyyətlə getməsi, səmərəliliyi qrup
uyuĢmasından, baĢqa sözlə qrup üzvlərinin həmrəyliyindən çox
asılıdır. Bunu həyatı faktlar da təsdiq edir. Tez- tez hər hansı
bir qrupun dağılmasının, onun fəaliyyətinin səmərəsizliyinin
qrup uyuĢmasının olmaması ilə bağlı olması barədə söhbətlərin
Ģahidi oluruq. Hər hansı bir qrupda, məsələn, ailədə, istirahət
qruplarında, biznesdə, idman və s. qruplarında adamların bir-
birinə uyuĢa bilməməsini qrup fəaliyyəti üçün ciddi maneə he-
sab edirlər. BaĢqa sözlə, çox vaxt bu cür kiçik qruplarda heç də
bütün adamların hamısının həmin qrupda mürəkkəb və
məsuliyyətli birgə iĢi həyata keçirməyə hazır olmadıqları
özünü göstərir. Kiçik qrupların fəaliyyətinin səmərəliliyinə
müsbət və ya mənfi təsir göstərən amillərdən biri məhz qrup
uyuşması fenomeni ilə əlaqədardır.
Mövcud ədəbiyyatda qrup uyuĢmasını ilk növbədə fizi-
oloji və psixoloji aspektdə izah edirlər. Fizioloji uyuĢmanı çox
vaxt təmiz fiziki imkanlar, xüsusiyyətlərlə bağlayırlar.
Məsələn, hər hansı bir fiziki iĢi birgə yerinə yetirən adamlarda
fiziki uyuĢmanın olması zəruridir. Psixoloji uyuĢmaya
gəldikdə, bu, qrup üzvlərinin psixoloji cəhətdən uyuĢması ilə
bağlıdır. Bu heç də fizioloji uyuĢmadan az əhəmiyyətə malik
deyildir.
Müasir psixologiyada psixoloji uyuĢmanın üç istiqamətdə
– struktur, funksional və adaptiv istiqamətlərdə öyrənildiyi
208
göstərilir.
1
Psixoloqlar struktur uyuĢmanı «qrup üzvlərinin
xarakteristikalarının optimal uyuĢmasının» araĢdırılması ilə
baglayırlar. Buraya qrup üzvlərinin dünyagörüĢü, tələbatları,
motivləri, maraqları və s.- nin oxĢarlığı və yaxınlığını aid edir
və bu cür oxĢarlıq və yaxınlığın qrup üzvlərinin bir-birinə
psixoloji cəhətdən uyuĢmasına kömək etdiyini göstərirlər
(Ə.Bayramov, Ə.Əlizadə).
Funksional psixoloji uyuĢmaya gəldikdə burada idraki,
emosional-iradi cəhətdən yaxınlıq, xüsusilə temperament və
xarakter səviyyəsində uyuĢma əsas götürülür. Həyati faktlar
göstərir ki, qrup üzvləri arasında xarakterlərinə görə
uyğunsuzluğun olması çox vaxt qrupda ciddi mənfi psixoloji
hadisələrin baĢ verməsinə, xüsusilə qrupda psixoloji iqlimin
pozulmasına gətirib çıxarır. Hətta qrup üzvlərinin tək birində
xarakterin ciddi uyğunsuzluğu qrup fəaliyyətinin pozulmasına
əsaslı təsir göstərə bilir. Fikrimizi aydınlaĢdırmaq üçün rast
gəldiyimiz bir fakta nəzər salaq. YaxĢı tanıdığımız, yüksək el-
mi dərəcəyə malik olan C. Bir elmi idarəyə Ģöbə müdiri təyin
olunmuĢdu. Ġlk dövrlər C. Özünü bacarıqlı təĢkilatçı kimi
göstərməyə çalıĢsa da bir neçə ay keçdikdən sonra həqiqi
xasiyyətini biruzə verməyə baĢladı. O, tabeliyində olan iĢçiləri
incidir, hamının yerli-yersiz onun istədiyi kimi hərəkət
etməsini tələb edirdi. Qulaq asmayanları müxtəlif bahanələrlə
iĢdən uzaqlaĢdırmağa çalıĢır, rəhbərliyin düzgün tələblərini
qəbul etmirdi. HəmiĢə öz fəaliyyəti ilə müəssisədə yüksək
qiymətləndirilən Ģöbədə psixoloji iqlim pozulmaqla yanaĢı
Ģöbənin fəaliyyəti iflic vəziyyətinə düĢmüĢdü. Bütün bunlar
rəhbərliyin nəzərindən qaçmadığına görə C-nı 1 illik elmi
məzuniyyətə göndərməyə, Ģöbəni birləĢdirməyə məcbur oldu-
lar. C. Ġlk dövrlər bunula razılaĢmıĢ, elmi iĢini baĢa çatdırmıĢ
1
Байрамов Я.С., Ялизадя Я.Я. Сосиад психолоэийа – Бакы, 2003, с. 168
209
və rəhbərliyin yaxından köməyi sayəsində doktorluq
dissertasiyasını müdafiə etmiĢdir. Az vaxt keçdikdən sonra C-
in xarakter əlaməti yenə də özünü göstərməyə baĢlayır, ona
yaxından köməklik göstərmiĢ müəssisə rəhbərinə qarĢı
çıxmağa, ona qarĢı iftiralar uydurmağa baĢlayır. Nəticədə
yenidən müəssisədə psixoloji iqlim pozulur, iĢdə ciddi
narahatlıq özünü göstərməyə baĢlayır.
Bu cür faktlar göstərir ki, qrupda Ģəxsiyyətlərarası
rolların bir-biri ilə uyuĢması psixoloji uyuĢmanın zəruri
Ģərtlərindən birinə çevrilir. Əksinə, rollararası münaqiĢələrin
yaranması isə qrup uyuĢmasını çətinləĢdirməklə onun
fəaliyyətinin səmərəliliyinə mənfi təsir göstərir.
Psixoloji ədəbiyyatda qeyd olundugu kimi, qrup
uyuĢmasının adaptiv planda təhlili pozitiv Ģəxsiyyətlərarası
münasibətlərin formalaĢdırılmasını nəzərdə tutur. Psixoloqlar
qrup uyuĢmasının adaptiv planda həyata keçirilməsini təmin
etmək üçün iĢgüzar oyunlar metodundan geniĢ istifadə
olunmasını məsləhət görürlər.
Psixoloqların apardıqları tədqiqatlar göstərmiĢdir ki, iĢi
birlikdə icra edən və ya yanaĢı yaĢayan adamların uyuĢan və
uyuĢmaz olması qrupların sosial-psixoloji tədqiqi üçün ən ak-
tual vəzifələrdən biridir.
Qrup uyuĢmasının eksperimental tədqiqi qomeostat adla-
nan xüsusi qurğunun köməyi ilə həyata keçirilir. Qomeostat elə
bir cihazdır ki, burada eyni vaxtda bir neçə adam iĢləyə bilir.
Bu zaman birgə fəaliyyətin müvəffəqiyyəti bütün qrupun
fəaliyyətinin uzlaĢdırılmasından və uygunlaĢdırılmasından asılı
olur. Bu cihazın köməyi ilə qrupun birgə fəaliyyətə nə dərəcədə
hazır olduğunu aĢkara çıxarmaq mümkün olur. Bu baxımdan
qomeostatdan müəyyən qrupları yaratmaq məqsədi ilə müvafiq
qrup üzvlərini müəyyənləĢdirmək üçün onun imkanlarını
ĢiĢirtməyə imkan vermədən istifadə etmək mümkündür.
Qrup təzyiqi fenomeni. XX əsrin 50 və 60- cı illərində
sosial psixologiyada Ģəxsiyyətin davranıĢının onun fərqli
Dostları ilə paylaş: |