Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə98/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   94   95   96   97   98   99   100   101   ...   197

 

 

 



327 

 

Təxəyyül prosesində təxəyyül surətlərinin yaradılmasında 



istifadə  edən  tərkib  üsullarından    biri  də  nəzərə  çarpdırmaq, 

yaxud  aksentləĢdirmədir.  AksentləĢdirmə  zamanı  xarakterik 

olan  cəhət  odur  ki,  surətlərin  yaradılması  prosesində 

birləĢdirilən,  tərkib  edilən  elementlərdən  biri  qabarıq,  daha 

nəzərə  çarpacaq  Ģəkildə  olur.  YoldaĢlıq  Ģarjlarının, 

karikaturaların  yaradılmasında  rəssam  həmin  tərzdən  istifadə 

edir. 

Təxəyyül 



sutlərinin 

yaradılması 

prosesində 

sxematikləĢdirmə,  tipikləĢdirmə  deyilən  tərzlərdən  də  istifadə 

edilir.       

         

IV. 12. 4.  Təxəyyül və oyun 

 

Təxəyyül  və  oyun  bir-biri  ilə  sıx  əlaqəyə  malikdir. 

Məktəbəqədər yaĢ dövründə istər evdə ailə tərbiyəsi, istərsə də 

bağçada aparılan tərbiyə nəticəsində uĢaqların oyun prosesində 

onların  təsəvvür  ehtiyatı  xeyli  artır,  yaddaĢ  fəaliyyəti, 

təfəkkürləri  inkiĢaf  edir,  uĢaqlarda  yeni  tələbatlar  əmələ  gəlir. 

Bütün  bunlar  isə  onların  təxəyyüllərinin  geniĢ  və  məzmunlu 

xarakter alması ilə nəticələnir. 

Ġstər əvvəlki dövr, istərsə də məktəbəqədər yaĢ dövrü ol-

sun,  ümumiyyətlə,  uĢaqlarda  təxəyyül  oyun  prosesində  inkiĢaf 

edir. 


3-4  yaĢlı  uĢaqlarda  da  belə  bir  tələbat  əmələ  gəlir.  UĢaq 

edə    bilməyəcəyi  bir  iĢ  görmək  istəyir,  özünü  kiməsə  

oxĢatmaq, bənzətmək istəyir. Oyun prosesində uĢaq özünü atın 

üstündə  oturan,  at  çapan  atlıya,  təyyarəçiyə,  sürücüyə,  mü-

əllimə, həkimə bənzədir. UĢaq öz oyununda təqlid yolu ilə bu 

peĢə sahiblərinin zahirdə olan hərəkətlərini yamsılayır. Təbiidir 

ki,  bütün  bunlar  uĢağın  idrakına,  psixikasının  inkiĢafına  güclü 

təsir  edir.  UĢaq  oyun  prosesində  cisimlərin  əlamətlərini, 

insanların  funksiyalarını,  insanlar    arasındakı  münasibətləri 



 

 

 



328 

 

dərk etməyə baĢlayır. Oyun prosesində uĢaq ancaq gördüklərini 



mütləq  mənada  təkrar  etmir.  O,  öz  oyununda  əks  etdirdiyi, 

təqlid etdiyi iĢə, hərəkətə yeni, nəyi isə əlavə edir. UĢağın oyun 

fəaliyyətində yaradıcılıq ünsürləri nəzərə çarpır. 

UĢağın  təxəyyülünün  yaradıcı  funksiyası  özünü  büruzə 

verir.    UĢaq  Ģəraiti  dəyiĢdirir,  predmetləri  yeni  qaydada 

yerləĢdirməyə can atır, əĢyalara özü bildiyi  funksiyaları həvalə 

edir.  Uzun  ağac  parçası-ata,  stul-  avtomobilə,  gəlinciklər- 

müəllimə, anaya, uĢağa çevrilir. 

Oyun  prosesində  uĢağın  təxəyyülü  ixtiyari  xarakter 

daĢımağa  baĢlayır.  Belə  ki,  təxəyyül  obrazları  əvvəlcədən 

müəyyən  olunmuĢ  məqsədlə  bağlı  olaraq  yaradılır.  Lakin, 

məktəbəqədər  yaĢ  dövrünün  əvvəllərində  bu  məqsəd  uĢağın 

özü  tərəfindən  deyil,  böyüklər  tərəfindən  uĢağın  qarĢısında 

qoyulur.  Məsələn,  kubikləri  uĢağın  qabağına  tökür  və  deyirik: 

«Bu  kubiklərdən  evcik  qur».  KarandaĢ  və  ağ  kağız  verir  və 

deyirik:  «PiĢik  çək».  UĢaq  da  öz  bacarığı  dairəsində  bu  iĢi 

görür  və  bu  prosesdə  onda  istər-istəməz  təxəyyül  fəaliyyəti 

canlanır. 

Məktəbəqədər  yaĢın  sonrakı  dövrlərində  uĢaq  özü 

fəaliyyətə baĢlamamıĢdan qabaq qarĢısına müəyyən məqsədlər 

qoyur. Beləliklə də, nəticə etibarı ilə uĢağın təxəyyül fəaliyyəti 

ümumən  onun  fəaliyyətinə  bir  ixtiyarilik  gətirir.  Təxəyyülün 

uĢaqlarda  inkiĢafı  onların  oyunlarını  daha  mürəkkəb  və 

davamlı  edir.  Psixoloqlardan  V.S.Muxinanın  tədqiqatlarına 

əsasən  oyun    3-4  yaĢlı  uĢaqlarda  10-15  dəqiqə,  5  yaĢlı 

uĢaqlarda  40-50  dəqiqə,  6-7  yaĢlı  uĢaqlarda  bir  neçə  saat  da-

vam edə bilir. 

UĢaqlarda  oyun  fəaliyyətinin  bu  Ģəkildə  olan  inkiĢafı 

onların  təxəyyülünü  də  zahiri  köməyə  ehtiyacı  olan  bir 

fəaliyyətdən  elementar  Ģəkildə  olsa  da  söz  yaradıcılığını  və 

bədii  yaradıcılığı  həyata  keçirməyə  imkan  verən  daxili    bir 

fəaliyyətə çevirir. 




 

 

 



329 

 

Bəzən  yanlıĢ  olaraq  uĢağın  oyun  prosesində  özünü 



göstərən fantaziyanın, necə deyərlər, «çox yüksəkdən uçuĢunu» 

uĢaqlarda  təxəyyülün  böyüklərə  nisbətən  daha  çox  inkiĢaf 

etməsi kimi qiymətləndirirlər. Əslində isə uĢaqlarda təxəyyülün  

inkiĢafı böyüklərə nisbətdə aĢağı səviyyədə olur. 

UĢağın həyat təcrübəsi çox az, bilikləri məhdud olduğun-

dan  o,  bu  və  ya  digər  təxəyyül  obrazını  yaradarkən  obyektiv 

varlığa  xas  olan  qanunauyğunluqları  nəzərə  almır,  həyatı 

reallığı pozur. 

Oyun  prosesində  uĢağın  duyğuları,  qavrayıĢı,  hafizəsi  və 

təfəkkürü  inkiĢaf  edir  və  bütün  bunlar  onun  təxəyyül 

fəaliyyətinin də inkiĢafına səbəb olur. Getdikcə uĢağın təxəyyül 

fəaliyyəti  keyfiyyət  dəyiĢmələrinə  uğrayır.  Məsələn,  3-4  yaĢlı 

uĢağın  oyununda  müəyyən  bir  predmet  baĢqa  bir  predmetin 

əvəzləyicisi kimi istifadə edilir. UĢaq kibrit qutusunu beĢik, ki-

britin dənələrini isə uĢaq, çağa kimi hesab edir  və öz oyununu 

qurur.  Göründüyü  kimi    burada  əvəz  edənin  əvəz  edilənə 

oxĢaması o qədər də vacib deyil. Lakin 5-6 yaĢlı uĢaq heç za-

man  oxĢarlıq  baxımından  bu  qədər  bir-birindən  uzaq  olan  

/kibrit  qutusu-beĢik/  predmetləri  öz  oyununda  biri  digərinin 

əvəzləyicisi  /bədəli/  kimi  götürməz.  Bu  yaĢda  təxəyyüldə 

yaradılan obrazların əvəzləyiciləri, real olanın özünə müəyyən 

dərəcədə  oxĢaması  uĢaq  tərəfindən  zəruri  sayılır.  O,  oyuncaq 

gəlinciklərdən,  maĢınlardan,  kürək  və  dırmıxdan,  su 

qablarından və s. istifadə edərək oynunu qurur. 

Beləliklə  də  təxəyyül  xüsusi  bir  psixi  proses  olmaq 

etibarilə  uĢağın  oyun  prosesində  inkiĢaf  edən  qavrayıĢ,  hafizə 

və təfəkkür kimi psixi proseslərin arasında aralıq bir mövqe tu-

tur.  Bu  psixi  proseslərin  inkiĢafı  ilə  təxəyyülün  inkiĢafı 

arasında qarĢılıqlı təsir mövcud olur. 

 

         



IV. 12. 5.   Təxəyyül və yaradıcılıq 

 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə