PSİXOLOGİYADA QENDER ASPEKTLƏRİ
Müəllif-tərtibatçı: Abbaszadə N.D. – Qərb Universitetinin
politologiya kafedrasının müdir müavini
Elmi redaktor:
Əlizadə Ə.Ə. – Azərbaycan Dövlət
Pedaqoji Universitetinin psixologiya
kafedrasının müdiri, psixoloji elmlər
doktor, professor
Rəyçilər: Həsənov A.V., pedaqoji elmlər
namizədi
Şabanov S.S., psixoloji elmlər namizədi
GİRİŞ
«Psixologiyada qender aspektləri» kursu qender nəzəriyyəsinin humanitar fənlərə
daxil edilməsi məqsədi ilə hazırlanmışdır. Bu kurs tələbələri qender anlayışı ilə,
cinslərin
qarşılıqlı münasibətlərinin psixoloji aspektləri ilə tanış edir.
Kursa psixoloji nəzəriyyələr sahəsində – Z.Freydin psixoanalizi, K.Q.Yunqun
analitik psixologiyası və K.Xorni neofreydizmi haqqında müvafiq biliklərin əldə
edilməsinə yardım göstərən mövzular daxildir. Tələbələr qender sosiallaşması, qender
assimmetriyası aspektlərini öyrənir və cinsin yeni psixologiyası nəzəriyyəsini
mənimsəyirlər.
Kurs materialının həcmi və ifadə məntiqi proqramın məqsəd və vəzifələri ilə
müəyyən olunur. O, tematik plandan, kursa aid mövzulardan və tövsiyə olunmuş
ədəbiyyatın siyahısından ibarətdir.
Kurs 36 saat 18 saatı mühazirə, 18 saat isə seminar məşğələləri üçün nəzərdə
tutulmuşdur. Mühazirə və seminar saatlarının bərabər miqdarda olması tələbələrə
mühazirə materialını qavramaq və onu seminar dərslərində müzakirə etmək imkanı
verir.
TEMATİK PLAN
Saatların miqdarı
Mövzular
Cəmi Mühazirələr Seminarlar
1.
Şəxsiyyət
psixologiyasında cins
kateqoriyası
4 2
2
2. Psixoanalizdə cins
problemləri
4 2
2
3. K.Q.Yunqun
analitik
psixologiyasında cinsin
təyin olunması
4 2
2
4. K.Xorninin
neofreydizmi
4 2
2
5. Uşaq yaşlarında
qender sosiallaşması
4 2
2
6. Uşaq yaşlarında
qender
sosiallaşmasının
asimmetriyası
4 2
2
7. Böyük
yaşlarda qender
sosiallaşması
4 2
2
8.
Məhəbbət, kəbin, ailə
və cinslərin əlaqəsi
4 2
2
9. Cinsin
yeni
psixologiyası
4 2
2
CƏMİ
36
18
18
MÖVZU № 1. Şəxsiyyət psixologiyasında cins kateqoriyası
Psixologiyada bioloji və sosial sahələr nisbətinin tarixi. «Kişi» və «Qadın»
anlayışlarının sosial aspekti.
Cinsi eynilik. Cinsdən asılı olaraq əxlaqın fərqliliyi. Cinsi ayrılığın psixoloji
aspektləri. Koqnitiv və motivasiya fərqləri.
Qadın və kişilərin iddia səviyyəsi. Şəxsi cəhətlərdəki fərqlər. Cinsi-rol
stereotipləri. Qender ayrıseçkiliyi.
MÖVZU № 2. Psixoanalizdə cins problemləri
Psixoanalizdə kişi və qadın modelləri. Z.Freydin
konsepsiyasında patriarxallıq.
Edip kompleksi. Elektra kompleksi. Qadın anlayışı zərbə almış kişi kimi.
Qadın və kişi əxlaqının formalaşmasında sosial amillər. Psixoanalizin
cəmiyyətə təsiri.
MÖVZU № 3. K.Q.Yunqun analitik psixologiyasında cinsin təyin
olunması
Yunqa görə qəlb anlayışı. Şəxsiyyətin strukturu. Analitik psixologiyada
arxetiplər.
Anima kişi şəxsiyyətinin qeyri-şüuri qadın tərəfi kimi.
Animus qadın şəxsiyyətinin qeyri-şüuri kişi tərəfi kimi.
MÖVZU № 4. K. Xorninin neofreydizmi
K.Xorni qadın psixologiyasının banisi kimi.
Psixologiyada sosiomədəni yanaşma.
Pozitiv psixoanalizdə qadının təsdiqlənməsi.
Psixoanalizdə maskulinliyin tənqidi. Psixoanaliz irəli sürdüyü qadın
kompleksinin ləğv edilməsi.
Cəmiyyətdə rolların təzadlığı. Cinsi rolların formalaşmasında mədəniyyətin
əhəmiyyəti.
MÖVZU № 5. Uşaq yaşlarında qender sosiallaşması
Cinsi eyniliyin formalaşması.
Cinsi rol və üstünlüklər. Sosial gözləmələr və yardım.
Cinsi sosial rolun uşaq tərəfindən dərk olunması. Qızlarda yetkinlik böhranı.
Yeniyetmə qızın rol münaqişəsi.
Azərbaycan ailəsində uşaq yaşında qender istiqamətinin xüsusiyyətləri.
MÖVZU № 6. Uşaq yaşlarında qender sosiallaşmasının asimmetriyası
Uşağın əsas yaş mərhələlərində cinsi rolun formalaşma xüsusiyyətləri.
Valideynlərin qender sosiallaşmaya təsiri. Cinsi-rol eyniliyin formalaşmasına
siblinqlərin təsiri. Yaşıdlar qender sosiallaşması institutu kimi.
Qızların qender sosiallaşmasının xüsusiyyətləri. Dərsliklərdə, filmlərdə,
kütləvi informasiya vasitələrində qadın və kişi obrazları.
MÖVZU № 7. Böyük yaşlarda qender sosiallaşması
Cinsi-rol stereotiplərinin məzmunu. Kişi və qadınların biri digəri haqqında və
özü haqqında təsəvvürləri. Cinsi-rol stereotiplərinin
psixoloji və sosial funksiyaları.
Qender stereotiplərinin üç qrupu. Azərbaycan cəmiyyətində qender
stereotiplərinin xüsusiyyətləri.
MÖVZU № 8. Məhəbbət, kəbin, ailə və cinslərin əlaqəsi
Ailə münasibətlərinin psixoloji aspektləri. Ailədə rol ilə bağlı gözləmələr və
əxlaq. Kəbində ünsiyyət. Qender münaqişələri.
Ailədə zorakılıq. Qadın və kişinin kəbindən məmnunluğu. İşləyən qadının rol
münaqişələri. Cinsi-rol istiqamətləri şəxslərarası münasibətin formalaşmasında
tənzimləyi amil kimi.
MÖVZU № 9. Cinsin yeni psixologiyası
Cinsin yeni psixolologiyasında psixi, sosial və. bioloji cins. Cinsi fərqlər
problemi və Azərbaycan psixologiyasında onun tədqiqi. Sosial cinsin
formalaşmasında sosial gözləmələrin rolu. «Cinsin yeni psixologiyası»
nəzəriyyəsinin meydana gəlmə şərtləri.
ƏDƏBİYYAT
1 Azərbaycan qadınları. Azərbaycan Respublikasında Qadınların Vəziyyəti
haqqında Hesabat. – B., 1999
2 Həsənova M. H.Əliyev və Azərbaycan qadınları. – B., 2001
3 Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloci problemləri. – B., 1998
4 Ализаде А.А. Половой диморфизм и психологические проблемы формирования
личных взаимоотношений. Авторская докторская диссертация. – Б., 1974
5 Шабанов С.Ф. Психологический анализ половых различий в оценке и
самооценке у студентов. Авторская кандидатская диссертация. – Киев, 1987
6 Шабанов С.Ф. Психология личности: проблемы половых различий. – Б., 1992
7 Лавриенко Н.В. Женщина: самореализация в семье и обществе. – Киев, 1995
8 Тришунина Е.В. Психология для девочек или секретные дневники. - М., 2000
9 Майерс Д. Социальная психология. - Санкт-Петербург, 2000
10 Зимбардо Ф. Социальное влияние. - Санкт-Петербург, 2000
11 Хьелл Л., Зиглер Д. Теория личности. - Санкт-Петербург, 2000
12 Wade C. Psychology. 1995
13 Maccoby E.E. Psychology and gender differences. Stanford University, 1995
14 Mussen P. Child Development; University of Colifornia, 1990
15 Zimbardo P. Psychology and your life. 1999