Pulun mahiyyəti və funksiyaları



Yüklə 25,65 Kb.

tarix14.09.2018
ölçüsü25,65 Kb.


Pulun mahiyyəti və funksiyaları 

Pul tarixi iqtisadi kateqoriyadır. Onun yaranması tarixi təxminən 6-8 min ildir. 

Tarixçilər ilk pulların Çində buraxılmasını söyləyirlər. Qədim dövrdə insanların öz 

təlabatlarını ödəmək üçün müəyyən növ əmtəəyə ehtiyac duyulurdu. İnsanların öz 

tələbatlarını ödədikdən sonra qalan əmtəənin digər növ əmtəəyə uyğun 

mübadiləsinə ehtiyac yaranırdı. . Tədricən insanlar müəyyən növ məhsulların 

hazırlanmasında ixtisaslaşırlar ki, bu da məhsul istehsalının çoxalmasına səbəb 

olur,mübadiləyə olan meyl bütün əmtəə kütləsindən ümumi ekvivalentin  

ayrılmasında marağı gücləndirir. İlk mübadilə təsadüfü xarakter daşımış və bir növ 

məhsulun başqa növ məhsul dəyişdirilməsi olmuşdur. Dəyərin belə formasına 

sadə və ya təsadüfü dəyər forması deyilir. Birinci ictimai əmək bölgüsünün 

yaranaması ilə mübadilə müntəzəm şəkil alır və dəyərin ikinci mübadilə forması 

tam və ya dolğun dəyər forması yaranır. İkinci böyük ictimai əmək bölgüsü-

sənətkarlığın əkinçilikdən ayrılıb müstəqil sahəyə çevrilməsi mübadilənin 

inkişafında yeni pillə oldu və ümumi ekvivalentin təkmilləşməsinə gətirib çıxartdı. 

Əvvəllər ümumi ekvivalent kimi duz, xəz dəri, mal-qara, çörək, fil sümüyü, zeytun 



yağı, düyü, taxıl, gil, atlar, qoyunlar,  yun, qətran, şərab, donuz, çay, tütün, pivə, 

keçi, bıçaqlar və s. rol oynayırdı. İlk pul maldarlıqla məşğul olan tayfalarda 

meydana gəlmişdir. Məhz buna görə də hesab edirlər ki, latın sözü olan 



“pekuniya”-pul “pekus”-mal-qara sözündən yaranmışdır. Bu zaman pul kimi, 

əvvəlcə mis, tunc, qurğuşun və s. daha sonralar isə gümüş xüsusən də qızıldan 

istifadə edilməyə başlanıldı. Digər metallardan fərqli olaraq qızıl gümüş öz 

təbiətinə görə yekcinsdir və karroziyaya uğrayıb xarab olmur. 

Beləliklə, tarixən pul tərəflərin razılığı ilə deyil, əmtəə mübadiləsinin kortəbii 

inkişafı prosesində meydana gəlmişdir. Əksər qərb iqtisadçılarının baxışlarında 

pulun meydana gəlməsinə subyektiv-psixoloji yanaşmaya rast gəlinir.Onların 

fikrincə guya pul insanlar arasında şüurlu surətdə razılaşdırılmış, kəşv edilən 

məhsuldur. Məsələn: Məşhur amerikalı iqtisadçı Paul Samuelson pulu-sosial 

şərtlilik kimi müəyyənləşdirir. Başqa bir amerikan iqtisadçısı C.K.Qelbreyt belə 

hesab edir ki, nəcib metallara və digər əşyalara pul funksiyalarının şamil edilməsi 

insanlar arasında razılaşmanın məhsuludur. Pulun bir-birilə sıx bağlı daxili və 

mübadilə dəyəri nisbətən müstəqildirlər, sərbəstdirlər. Onların hər ikisinə bazar 

şəraiti, bundan əlavə, pulun mübadilə dəyərinə dövlət təsir göstərir. Əmtəələr 

əmtəəsi olan-pul-ümumi ekvivalent əmtəə kimi çıxış edir. Pul əmtəə dəyərinin 

inkişaf etmiş formasıdır və yaxud elə bir əmtəədir ki, onda qalan bütün əmtəələrin 




dəyəri ifadə olunur. Bütün digər əmtəələrə qarşı duran-pul ümumi istehlak 

dəyərinəmalikdir, dəyərinə ümumi bilavasitə təcəssümüdür, ifadəsidir. İctimai 

əmək vasitəsi olan-pul-ictimai zəruri iş vaxtını bilavasitə özündə ifadə edir. Pul-

əmtəə istehsalının hər mərhələsində inkişaf edən, yeni məzmunla zənginləşən, 

istehsal şəraitinin dəyişməsi ilə əlaqədar mürəkkəbləşən tarixi kateqoriyadır. Pul-

əmtəə istehsalının ziddiyətini istehlak dəyəri ilə dəyər arasındakı ziddiyyətin həlli 

kimi meydana çıxmışdır. Beləliklə, pul-ümumi funksiyasını yerinə yetirən natural 

formaya malik olan spesifik əmtəədir. Deməli, pul-ümumi əmtəə ekvivalentidir, 

cəmiyyətin zəruri ünsürü və tərkib hissəsidir. Pulun meydana gəlməsi ilə əmtəə 

aləmi 2 (iki) qütbə-əmtəə-pul bir qütbə və bütün əmtəələr isə başqa bir qütbə 

bölünmüşdür. Pul vasitəsilə mübadilədə iştirak edən əmtəələr istehlak dəyəri kimi 

çıxış edir. Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Bu Ə-

P-Ə formulu ilə ifadə olunur.Pulun mahiyyəti aşağıdakı 3 (üç) xüsusiyyətin 

vəhdətində meydana çıxır: 

 

bilavasitə ümumi mübadilədə. 



 

mübadilə dəyərinin kristallaşmasında. 



 

ümumi iş vaxtının maddiləşməsində. 



1)

 

Pulun əmələ gəlməsindən müasir dövrə qədər uzun təkamül yolu keçmişdir. 



Əvvəldə qeyd etdiyimiz kimi qədimdə ümumi mübadilə forması kimi duzdan, 

xəz dəridən, fil sümüyündən və s.əşyalardan istifadə edilmişdir. Zaman 

keçdikcə pulun təkamülü nəticəsində bunları sikkələr əvəz etməyə başlamışdır. 

Pul öz inkişafında 2 (iki) növdə: həqiqi və dəyər nişanları (həqiqi pulların 

əvəzedicisi) çıxış etmişdir. Sikkənin meydana gəlməsi pulun formalaşmasında 

həlledici mərhələ oldu. Sikkə bir tərəfdən, əmtəə istehsalı və mübadilənin 

inkişafı, digər tərəfdən, quldarlıq dövlətlərinin iqtisadi və siyasi qüdrətinin 

güclənməsi, tacirlər sinfinin yaranması nəticəsində meydana çıxmışdır, sikkənin 

üz tərəfi avers, əks tərəfi isə revers, kənarı isə qurt adlanırSikkənin 

korlanmasının qarşısını almaq məqsədilə “qurt” kəsikli edilirdi. İlk sikkələr 

demək olar ki, XXVI əsr (e.ə.VII əsr) bundan əvvəl qədim Çində və qədim Lidiya 

dövlətində meydana gəlmişdir. Kiyev rusiyasında ilk sikkənin buraxılması IX-X 

əsrlərə gedib çıxır. İlk dövrlərdə tədavüldə eyni zamanda qızıldan və gümüşdən 

düzəldilmiş sikkələr olmuşdur. Ölkələr qızıl tədavülünə XX əsrin yarısında 

keçmişdilər. Bu ölkələrdən aparıcısı Böyük Britaniya idi ki, öz müstəmləkə və 

dominionları ilə birlikdə qızıl hasilatı üzrə dünyada birinci yeri tuturdu. Həqiqi 

pullar üçün sabitlik xarakterikdir. 

Qızıl tədavülü I dünya müharibəsinədək mövcud olmuşdur. Həqiqi pulların 

əvəzediciləri aşağıdakılar daxildir. 



o

 

Metal dəyər nişanələri, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan 



hazırlanmış xırda sikkələr 

o

 



Kağız dəyər nişanələri, bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız 

və kredit pullar fərqləndirilir. 



Kağız pullar.-həqiqi pulların nümayəndəsidir. Onlar tədavüldə olan qızıl sikkənin 

əvəzedicisi kimi meydana gəlmişdir. İlk dəfə kağız pullar Çində XII  əsrdə, Rusiyada 

isə 1769-cu ildə meydana gəlmişdir. Qızıl sikkə ilə müqayisədə bu kimi əmtəə 

istehsalçılarına müəyyən üstünlüklər (məsələn, saxlamaq asandır, xırda partiyalı 

hesablaşmalarda əlverişlidir) yaratmışdır. Kağız pullar buraxılması hüququnu 

dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş 

dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya 

gəlirini təşkil edir. İlk mərhələdə kağız pullar qızıl pullarla yanaşı buraxılırdı və 

onlar tədavülə yeritmək üçün qızl sikkələrə dəyişdirilidi. Pulun təkamülü 

prosesində bir çox pul nəzəriyyələri fəaliyyət göstərmişdir. Lakin onlardan üçü 

əsas nəzəriyyə kimi tanınmışdır ki, onlar da aşağıdakılardır. 

1.

 



Nominalist 

2.

 



Metalist pul nəzəriyyəsi 

3.

 



Bank-pul nəzəriyyəsi 

Bu nəzəriyyələr digər pul nəzəriyyələrinə nisbətən daha qədim tarixə malikdirlər. 

 

Pulun funksiyaları özü də iki yerə ayrılır. Klassik və modern funksiyalar. 



Pulun klassik funksiyaları. 

 



Pulun dəyər ölçüsü olması funksiyası .

 



 

Pulun tədavül vasitəsi funksiyası

 



 



Pulun yığım funksiyası. 

 



Pulun tədiyyə vasitəsi funksiyası. 

 



Dünya pulu funksiyası. 

Pulun modern funksiyaları. 

 



İqtisadi fəaliyyətləri stimullaşdıran və ya zəiflədən pul 

 



Gəlirlərin yenidən bölgü aləti olaraq pul 

 



Nüfuz aləti olaraq pul 

 

 



: referatlar -> iqtisadiyyat
iqtisadiyyat -> Referat mövzu: Müəssisə Maliyyəsi Fənn: Maliyyə Tələbə: Qənbərov Cəlil Kurs: III qrup: 300 baki 2011 plan
iqtisadiyyat -> ƏMƏYİN ÖDƏNİLMƏSİ
iqtisadiyyat -> Camalov röyal
iqtisadiyyat -> Fəsil 8 Maliyyə nəzarətinin təşkili prinsipləri
iqtisadiyyat -> Referat mövzu: Bazar iqtisadiyyatı şəraitində müəssisənin yeni iqtisadi mahiyyəti və hüquqi təşkilati formaları
iqtisadiyyat -> Referat mövzu: Maliyyə Nəzarəti Tələbə: Astanov Ruslan Qrup: 36 Kurs: Müəllim: Həsənova Afidə
iqtisadiyyat -> İxtisas : İqtisadi resursların idarə edilməsi kurs I Ş İ Mövzu: “Anbar təsərrüfatının təşkili və təkminləşdirilməsi istiqamətləri”
iqtisadiyyat -> Biznesin qiymətləndirməsi fəaliyyəti və metodları
iqtisadiyyat -> Beynəlxalq iqtisadi münasibətlərin mahiyyəti və əsasları
iqtisadiyyat -> 7. Beynəlxalq maliyyə təşkilatları


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə